Məhkəmə qərarları › İş №2-1(112)-2409/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2409/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2409/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, əlilliyinin qiymətləndirildiyi xx.xx.2021 -ci il tarixidən yenidən 3-cü qrup əlil hesab edilməyilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi- Sosial Ekspert Agentliyi X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xəstəliyi ilə əlaqədar olaraq 2011-ci ildə iddiaçıya 2-cı qrup əlilllik dərəcəsi verilmişdir. 2015-ci ildə iddiaçının əlilik dərəcəsi dəyişdirilərək 3-cü qrup əlil hesab edilmişdir. Həmin tarixdən də iddiaçı 3-cü qrup əlil kimi əmək pensiyası alırdı. 2021-cı ilin martında iddiaçıya ödənilən pensiya dayandırılmışdır. Səbəb kimi əlillik müddətinin başa çatması olmuşdur. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsi üçün xəstəliyi ilə bağlı tibbi sənədlərini toplamışdır. Daha sonra iddiaçı xəstəliyi əks etdirən bütün sənədləri 33 nömrəli Şəhər Poliklinikasına təqdim etmişdir. Əlilliyinin yenidən qiymətləndirilməsi məqsədilə “Forma 88” adlanan göndəriş Poliklinika tərəfindən Tibbi - Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi - Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyi qiymətləndirilmiş və əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. İddiaçı barəsində tərtib edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinə aktında xəstəliyilə bağlı diaqnozda qeyd olunmuşdur: Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər. Köndələn çəmbır bağırsağın rezeksiyasindan anastamozundan sonrakı vəziyyət, hissəvi bağırsaq xəstəliyi bitişmə xəstəliyi Əməliyyatdan sonrakı kobud çapıq. Ağırlaşma D64 9 Dəqiqləşdirilməmiş anemıya. Ağırlaşma K81 Xolesistit Ağırlaşma L90 5 Dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, ön divar əməliyyatından sonrakı kobud çapığı, deformasiya ilə. Yanaşı xəstəliklər K26 Onıkibarmaq bağırsağın xorası.Erozıt qastrit Yanaşı xəstəliklər J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmazlığı Yanaşı xəstəliklər K29 Qastrit və duotenit. Yanaşı xəstəliklər J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki abstruktıv xəstəliyi. Xroniki ventilasiya pozğunluğu ilə. Yanaşı xəstəliklər K85 Kəskin pankretıt. Göründüyü kimi iddiaçı çoxlu müxtəlif xəstəliklərdən əziyyət çəkir və əməliyyatdan sonra səhhətində geridönüşü olmayan patoloji dəyişikliklər baş vermişdir. İddiaçı qey edir ki, xroniki astma xəstəsidir və əmək qabiliyyətini itirmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 3 nömrəli Şəhər Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Tələb olunan bütün diaqnostik müayinələrdən də keçmişdir. Müalicələrdən sonra iddiaçının səhhətində dəyişikliklər olmamışdır. Bu səbəbdən iddiaçı Tibbi - Sosial Ekspert Komissiyasının qərarından narazılığını bildirmiş və 1 saylı Dost Mərkəzinə əyani müayinə olunmaq üçün müraciət etmişdir. 1 saylı Dost Mərkəzində müayinə olundudan sonra iddiaçıya bildirilmişdir ki, müayinənin nəticəsi Tibbi - Sosial Ekspert Komissiyasına göndəriləcək və əliliyi təsdiq olunacaq. Lakin iddiaçının əlilliyi təsdiq olunmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən (dəftərxana vasitəsilə) etirazda bildirilmişdir ki, 33 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1. Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90- K93 - Həzm orqanlarının digər xəstəlikləri => K92 - Həzm orqanlarının digər xəstəlikləri => K92.8 - Həzm orqanlarının digər dəqiqləşdirilmiş xəstəliklə...; Diaqnozun mətni: Perforasiyadan sonra qarın boşluğunun bitişmə xəstəliyi..12 barmaq bağırsağın xorası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2767003AABM4 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K50-K52 - Qeyri-infeksion enterit və kolit => K51 - Xoralı kolit => K51.9 - Dəqiqləşdirilməmiş xoralı kolit; Diaqnozun mətni: Bağırsaq anastomozunun olması.Bağırsaq bitişmələri keçməməzlik ilə.Xoralı kolit. Hipertrofik çapıq.Bitişmə xəstəliyi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Həzm sistemi xəstəlikləri.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli 2767003AAB03 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90-K93 - Həzm orqanlarının digər xəstəlikləri => K93* - Digər həzm orqanlarının başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı xəstəlikləri => K93.8*...; Diaqnozun mətni: Qeyri spesifik xoralı kolitin perforasiyasına görə transversoektomiyadan sonrakı bitişmə xəstəliyi; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli 2767003AAB9L saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Bağırsaq anastomozunun olması, bitişmə xəstəliyi.Onikibarmaq bağırsağın xorası, .Qonartroz [diz oynağının artrozu], . Dəqiqləşdirilməmiş xoralı kolit, . Bağırsaq bitişmələri, keçməməzlik ilə, (hissəvi). Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs, çatmamazlığı İİİ dərəcə. Hipertrofik çapıq, . Öddaşı xəstəliyi (xolelitiaz), . Ağciyərin dəqiqələşdirilməmiş xroniki obstruktiv xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır, köməkçi diaqnostik müayinə cavabı əvəzinə diaqnoz qeyd edilmişdir” səbəbi ilə imtina verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli 2767003AACBT saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K50-K52 - Qeyriinfeksion enterit və kolit => K51 - Xoralı kolit => K51.0 - (Xroniki) xoralı enterokolit; Diaqnozun mətni: Əsas diaqnoz Z98.0 Bağırsaq anastomozunun olması Ağırlaşma K51.0 Xoralı (xroniki) pankolit Ağırlaşma M17 Qonartroz [diz oynağının artrozu] Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Ağırlaşma L91.0 Hipertrofik çapıq Ağırlaşma J44.9 Ağciyərin dəqiqələşdirilməmiş xroniki obstruktiv xəstəliyi, tənəfüs çatmamazlığı 3 dərəcə. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əməliyyatın tarixi və adı göstərilməyib, əməliyyatdan sonrakı patofunksional ağırlaşmalar stasionar şəraitdə hər tərəfli müayinə edilməklə dəqiqləşdirilməlidir” səbəbi ilə imtina verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli 2767003AACDX saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 413 nömrəli qərarının tələblərinə uyğun müalicə almadığına görə müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADEF saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K59 - Bağırsağın digər funksional pozğunluqları => K59.8 - Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunlu...; Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Köndələn çəmbər bağırsağın rezeksiyasından, bağırsaq anastamozundan sonrakı vəziyyət, Hissəvi bağırsaq xəəstəliyi bitişmə xəstəliyi. Əməliyyatdan sonrakı kobud çapıq. Ağırlaşma D64.9 Dəqiqləşdirilməmiş anemiya, . Ağırlaşma K81 Xolesistit, . Ağırlaşma L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, .ön divar əməliyyatdan sonrakı kobud çapığı, deformasiya ilə Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, .Erozit qastrit Yanaşı xəstəliklər J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, . Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, . Yanaşı xəstəliklər J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, . Xroniki ventilasiya pozğunluğu ilə Yanaşı xəstəliklər K85 Kəskin pankreatit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-diaqnozu təsdiq edən müayinələr tam aparılmayıb.İxtisaslaşmış müayinə və müalicəyə ehtiyacı var" səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən məhkəməyə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin müəyyən etdiyi şəxsin səhhətini əks etdirən “digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, köndələn çəmbərbağırsağın rezeksiyasından, bağırsaq anastomozundan sonrakı vəziyyət, hissəvi bağırsaq xəstəliyi, xəstəliyi bitişmə xəstəliyi, əməliyyatdan sonrakı kobud çapıq. Ağırlaşma: dəqiqləşdirilməmiş anemiya, xolesistit, dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, ön divar əməliyyatından sonrakı kobud çapığı, deformasiya ilə” əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin xx.xx.2021-ci il tarixdə əyani müayinəsində hər-hansı patomorfoloji dəyişikliklər aşkar edilmədiyindən hazırda diaqnoz əlillik əlamətləri təyin etmir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli baxış iclasında tərəflər iştirak etmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.1 - Xroniki respirator çatmamazL.; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı.Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki ventilasiyf pozğunluğu ilə; Meyar : 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci bəndinə əsasən, hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü bəndinə görə isə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh orqanın nümayəndəsi iddiaçının tələbinin cavabdeh orqan tərəfindən təmin olunduğunu bildirərərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Cavabdeh tərəfindən İddiaçı 5 il müddətinə əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir.

8. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar