Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-241/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8) “texniki pasportun etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinin həyətyanı torpaq sahəsinə verilmiş xx.xx.2010-cu il tarixli texniki pasportun və 490722 nömrəli plan və ölçü sənədinin etibarsız sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlunun hazırda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna Plyaj, Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin onun atası Seyid-X3 adına verilmiş xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışının 1970-ci ildə Seyid-X3 adına verilmiş plan ölçüyə uyğunlaşdırılınası (xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışının koordinatlarının 1970-ci il tarixdə verilmiş plan ölçü üzrə vurulması) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X12 şəxs 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin əməkdaşlarının xx.xx.2010-cu ildə tərtib etdiyi çıxarış və texniki pasportdan məlum olmuşdur ki, uyğunsuzluq var. xx.xx.2023cü ildə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3928/2023 saylı iş üzrə əldə edilmiş cavab tam sübuta yetirir ki, yuxarda göstərilən xx.xx.2010-cu ildə verilmiş texniki pasportun keçmiş zamanda Bağlar İdarəsinin müqaviləsində göstərilən plan ölçüyə sənədinə görə bağın uzunluğu və enində böyük fərq var. Həmin plan ölçü sənədi tam sübuta yetirir ki, qanun pozuntusu səbəbindən mərhum X1 vərəsəsi X2 Bələdiyyəsinin torpaq sahəsində iddiaçıya ayrılmış sahibkarlıq fəaliyyəti üçün inşa etdiyi 2010-cu ildə tikilmiş binanın sərhədlərinə daxil olmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında məhkəmənin icra məmuru da araşdırma aparmadan bu günə kimi iddiaçını narahat edir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinin həyətyanı torpaq sahəsinə verilmiş texniki pasportun xx.xx.2010-cu ildə qeydiyyata alınmış 490772, plan və ölçüsünün etibarsız sayılması öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Bildirilir ki, İddiaçı Rafayel oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair sənədlərində yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən bağ evinə dair xx.xx.2010-cu il tarixli texniki pasport ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2010-cu il tarixli kadastr planına uyğun qanunamüvafiq qaydada icra edilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilir.
5. Şağan Bələdiyyəsinin “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 16.3-cü bəndinə uyğun olaraq torpaq sahəsinin satılması haqqında” xx.xx.2008-ci il tarixli, 01 nömrəli Qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alqı-satqı predmeti olan torpaq sahəsi Bakı şəhər sakini İddiaçı rəsmiləşdirilməmiş istifadə etdiyi ərazinin öz mülkiyyətinə qatmaq məqsəd ilə 600 kv.m torpaq sahəsinin satılması barədə ərizə nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyul 1998-ci il 158 nömrəli Qərarına müvafiq olaraq 600 kv.m torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə verilmiş arayışa uyğun olaraq Bakı şəhər sakini İddiaçı satılmışdır.
6. Torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı şəhər bələdiyyə orqanına xx.xx.2008-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərazi Bələdiyyə orqanının iclasında baxılmış və Şağan bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərar qəbul edilmişdir.
7. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinə münasibətdə məhkəmə müəyyən edir: - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 11703 nömrəli Müqaviləyə əsasən icarədar Seyid-zadə X15 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.25 hektarlıq bağ sahəsini, sahəsi 28,9 kv.m olan 2 otaqdan ibarət binanı, yardımçı binalarə icarə üçün təhvil almışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2198 saylı nömrəli bağ 11703 nömrəli müqaviləyə əsasən X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 05 səhifə 638 qeydəalma 30/638 nömrəli xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın 1966-cı il tarixli 13 saylı Protokolu ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2500 kv.m sahəsi olan 2198 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixində “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinə dair Seyid X3 adına xx.xx.2010-cu il tarixli Texniki Pasport tərtib olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evi üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə Seyid-X3 adına qeydiyyata alınmışdır. - Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 490722 nömrəli, xx.xx.2017-ci il tarixli Şəhadətnaməyə əsasən Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu Vədətov N.Ə. tərəfindən xx.xx.2013-cü ildə təsdiq edilən və 2V-25 №-li reyestrdə qeyd olunan vəsiyyətnamə əsasən 29 mart 2017-ci ildə vəfat etmiş Seyid-X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Seyid-zadə Rauf Nağı oğludur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Seyid-zadə Rauf Nağı oğlunun adına qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-58/2020 nömrəli Qətnaməsi ilə iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh İddiaçı hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmuşdur və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmışdır.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Seyid-zadə Rauf Nağı oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sualar qoyulmuşdur:
1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Plyaj, Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinə dair xx.xx.2010-cu il tarixdə tərtib edilmiş texniki pasportu 1970-ci il tarixli plan-ölçüyə uyğundurmu?
2. Hazırda bağ sahəsinin naturada yerləşmə mövqeyi 1970-ci ildə tərtib edilmiş planölçüyə uyğundurmu?
3. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) verilsin.
11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla tərtib etdiyi 23 avqust 2023-cü il tarixli **********73 nömrəli məktubla rəy verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
12. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, 2(003)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı olaraq mənim mülkiyyətimdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh İddiaçıov Rafael oğlunun hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu İddiaçı icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. Bundan əlavə, Xəzər rayon Məhkəmsiinin 25 may 2023-cü il tarixli, 8(003)-134/2023 saylı qərardadına əsasən İddiaçı Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İddiaçı icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırdığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 02 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək İddiaçı inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərar çıxarmış, həmin qərardan borclu tərəfindən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin 3(103)-971/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə bircinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan əsas məhkəmə aktı hissəvi olaraq icra edilmişdir. Qeyd edilir ki, İddiaçı tərəfindən inşa edilmiş tikililər qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qanunsuz hesab edilmişdir. Üçüncü şəxs iddia ərizəsini əsassız və qanunsuz hesab edərək iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılması xahiş edilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2820/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarına əsasən: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza əsasında ekspert tərəfindən verilmiş rəyə əsasən iddiaçının mübahisələndirdiyi mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyindən və ara məsafəsi saxlanılmadığından, cavabdeh İddiaçı tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh İddiaçı tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə maneələr yaranmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadqıov, iş № 2(103)- 8128/2020) iddiaçı X8 və cavabdeh İddiaçı Rəfael oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli obyektin 2010-cu ildə tikilməsinə dair hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmiş, sadəcə olaraq qeyd olunan halı şifahi olaraq məhkəmə iclasında bildirmişdir. İddiaçı Rəfael oğlu tərəfindən obyektin tikilməsi zamanı və sonralar iddiaçının mərhum atası tərəfindən 2012-ci ildən başlayaraq cavabdehin qanunazidd hərəkətləri ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə, Xəzər rayon Şağan bələdiyyəsinə, AR Dövlət şəhərsalma və arxitektura komitəsinə, Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsinə müvafiq ərizə və şikayətlər ünvanlamışdır. Ona görə də, cavabdehin apellyasiya şikayətindəki mübahisəli obyektin 2010-cu ildə iddiaçının mərhum atasının razılığı ilə tikilməsi dəlili əsassızdır və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarını hazırki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “....cavabdehin apellyasiya şikayətindəki onun tikintisinin özünə məxsus torpaq sahəsində tikilməsi, tikintinin iddiaçıya hər hansı bir maneçilik yaratmaması, ekspertiza rəyinin qeyri-müəyyən olması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2019-cu il tarixli 17053 №-li eksperti rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh İddiaçı tərəfindən aparılmış tikinti nəticəsində, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh İddiaçı tərəfindən aparılmış tikinti nəticəsində, iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun bağ sahəsindən istifadə olunmasına müəyyən dərəcədə maneə yaranması müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Həmçinin müəyyən edilir ki, rəyi vermiş ekspert məhkəmə iclasında dindirilmiş və ekspertiza rəyinə uyğun izahat vermişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2820/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 8128/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. II. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
15. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
16. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X6rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X7rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
17. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
18. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
19. X18 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
24. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli texniki pasportun və çıxarışın həmin bağ sahəsinə dair 1970-ci ildə verilmiş plan ölçü sənədinə uyğun olmadığını bildirmiş; üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlunun hazırda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna Plyaj, Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin onun atası Seyid-X3 adına verilmiş xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışının 1970-ci ildə Seyid-X3 adına verilmiş plan ölçüyə uyğunlaşdırılmasını (xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışının koordinatlarının 1970-ci il tarixdə verilmiş plan ölçü üzrə vurulmasını) tələb etmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinə münasibətdə müəyyən edir: - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 11703 nömrəli Müqaviləyə əsasən icarədar Seyid-zadə X15 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.25 hektarlıq bağ sahəsini , sahəsi 28,9 kv.m olan 2 otaqdan ibarət binanı, yardımçı binalarə icarə üçün təhvil almışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2198 saylı nömrəli bağ 11703 nömrəli müqaviləyə əsasən X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 05 səhifə 638 qeydəalma 30/638 nömrəli xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın 1966-cı il tarixli 13 saylı Protokolu ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2500 kv.m sahəsi olan 2198 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixində “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinə dair Seyid X3 adına xx.xx.2010-cu il tarixli Texniki Pasport tərtib olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evi üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə Seyid-X3 adına qeydiyyata alınmışdır. - Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 490722 nömrəli, xx.xx.2017-ci il tarixli Şəhadətnaməyə əsasən Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu Vədətov N.Ə. tərəfindən xx.xx.2013-cü ildə təsdiq edilən və 2V-25 №-li reyestrdə qeyd olunan vəsiyyətnamə əsasən 29 mart 2017-ci ildə vəfat etmiş Seyid-X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Seyid-zadə Rauf Nağı oğludur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Seyid-zadə Rauf Nağı oğlunun adına qeydiyyata alınmışdır.
26. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ sahəsinə) dair hüquqlar üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlunun adına qeydiyyata alınmışdır, həmin torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən plan-ölçü sənədi və texniki pasport mövcuddur.
27. İddiaçı Şağan Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində Şağan Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 01 nömrəli Qərarını və Torpaqların alqı-satqısına dair Aktı təqdim etmişdir. Belə ki: - Şağan Bələdiyyəsinin “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 16.3cü bəndinə uyğun olaraq torpaq sahəsinin satılması haqqında” xx.xx.2008-ci il tarixli, 01 nömrəli Qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alqı-satqı predmeti olan torpaq sahəsi Bakı şəhər sakini İddiaçı rəsmiləşdirilməmiş istifadə etdiyi ərazinin öz mülkiyyətinə qatmaq məqsəd ilə 600 kv.m torpaq sahəsinin satılması barədə ərizə nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyul 1998-ci il 158 nömrəli Qərarına müvafiq olaraq 600 kv.m torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə verilmiş arayışa uyğun olaraq Bakı şəhər sakini İddiaçı satılmışdır. - Torpaqların alqı-satqısına dair akta əsasən İddiaçı şəhər bələdiyyə orqanına xx.xx.2008-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərazi Bələdiyyə orqanının iclasında baxılmış və Şağan bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərar qəbul edilmişdir.
28. Məhkəmə nəzərə alır ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair yuxarıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunsa da, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və torpaq sahəsinin yerləşmə mövqeyini göstərən etibarlı və müfəssəl cizgi mövcud deyil. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan cizgi aydın deyil və həmin cizgi əsasında torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etmək mümkün deyil.
29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əsaslandırma (üçüncü şəxsə məxsus 2198 saylı bağ sahəsinə dair xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışın koordinatlarının 1970-ci il tarixdə verilmiş plan ölçü sənədinə uyğun olmaması) faktiki vəziyyətin xəyali təvsiridir. Belə ki, iddiaçıya aid torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığından üçüncü şəxsə məxsus torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı ehtimal oluna bilməz.
30. Odur ki, iddiaçının konkret halda 2198 saylı bağ sahəsinə dair Seyid-zadə Rauf Nağı oğlunun adına verilmiş çıxarışın və xx.xx.2010-cu il tarixli texniki pasportun həmin bağ sahəsinə dair 1970-ci il tarixli plan-ölçü sənədinə uyğunlaşdırılması tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
31. Digər tərəfdən məhkəmə nəzərə alır ki, üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti (xx.xx.2010-cu tarixli texniki pasportda və çıxarışda müəyyən olunmuş koordinatlar) ilə 1970-ci il tarixli plan-ölçü sənədinə əsasən müəyyən olunmuş koordinatları arasında uyğunsuzluq olduğu əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
32. Odur ki, iddia mümkün sayılmamalıdır.
33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
34. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva