Məhkəmə qərarları › İş №2-1(112)-2410/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2410/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2410/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitısinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, Dövlət Gömrük Komitəsindən Komitənin əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində vurulmuş ziyana görə pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 1850 manat, çəkməli olacağı 10889 manat, hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir ( əldən çıxmış fayda) olaraq 2400 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 25189 manat kompensasiyanın alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mart ayının 4-də M-İ kateqoriyalı, benzin mühərrikli, 1591 kub sm, 2008-ci il buraxılışlı, VİN: KMHDU41BP8U459509 “HUNDAİ AVANTE AZSS 636-2012” markalı, Ekoloji 4-cü sinif avtomobili alaraq Azərbaycan Respublikasına gətirmişdir. X1 almaqdan ötrü avtomobili Cavabdeh X3 İdarəsinə təqdim etmişdir. Lakin X3 İdarəsinin əməkdaşı olan Pərviz adlı şəxs heç bir sənəd təqdim etmədən avtomaşının “Euro-3” standartına uyğun olduğunu və bu səbəbdən Gürcüstan Respublikasına geri qaytarılacağını bildirdi. Lakin o, bununla razılaşmamış və maşını “HUNDAİ" avtomobillərinin Azərbaycan Respublikasında yeganə distribyuteri olan “Autoaz.az” (Otoplaza)-ya gətirmiş, orada avtomobili kompüter müayinəsindən keçirmişlər, ROM İD vasitəsi ilə avtomobilin “Euro-4” standartlarına uyğun olmasını desələr də, X3 İdarəsinin Sertifikatlaşdırma orqanının rəhbəri Samir Qibləliyev uyğunluq sertifikatı verməyəcəyini, maşınları cərimə dayanacağında saxlatdıracağını bidirmişdir. Bununla bağlı müxtəlif orqanlara müraciət etsə də, S. Qibləliyev dediyi kimi maşını Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin “Meyvəli” adlanan ödənişli dayanacağına atdıraraq günəşin, küləyin və tozun altında yararsız hala saldırtmışdır. Nəhayət, böyük çətinlikə Qobustan rayonunda Cavabdeh sədrinin qəbulunda olmuş və onun müdaxiləsindən sonra 26 iyul 2-19-cu ildə avtomobilə X1 almışdır. Gömrük Komitəsinin X3 İdarəsinin əməkdaşlarının, xüsusilə həmin idarənin Sertifikatlaşdırma orqanının rəhbəri Samir Qibləliyevin qanunsuz və əsassız hərəkətləri nəticəsində ona məxsus “HUNDAİ AVANTE" markalı 01 C M 455 dövlət nömrə nişanlı avtomobilin 04 aprel 2019-cu il tarixdən 04 avqust 2019-cu il tarixə kimi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağında saxlanılması ilə əlaqədar avtomobilin cərimə meydançasında saxlanmasına görə 650 manat haqq ödəmiş, müxtəlif orqanlara müraciətlə bağlı poçt xərci olaraq 200 manat, müxtəlif orqanlara müraciətlə və maşına baxılması ilə əlaqədar nəqliyyat xərci kimi 1000 manat xərc çəkmişdir. “X6” MMC tərəfindən xx.xx.2019-cu ildə verilmiş 17 nömrəli aktdan görünür ki, “HUNDAİ AVANTE" markalı, ** PB *** dövlət nömrə nişanlı avtomobilə ehtiyyat hissələrinin alınması və təmir işlərinin görülməsi üçün 10889 manat pul tələb olunur. Bundan başqa hesab edir ki, Cavabdeh öz işçisi olan Cavabdeh X3 İdarəsinin əməkdaşlarının, xüsusilə həmin idarənin Sertifikatlaşdırma orqanının rəhbəri Samir Qibləliyevin qanunsuz hərəkətləri nəticəsində onun avtomobilini əsassız olaraq dayanacaqda saxlamaqla əmlakına zərər vurulmasına və bunun nəticəsində psixoloji sarsıntı keçirməsinə səbəb olduğundan ona 10000 manat mənəvi ziyana görə kompensasiya ödəməlidir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı iddia ərizəsinə uygun izahatında iddianın mümkün sayılaraq, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etmək məqsədilə məhkəmə iclası təxirə salınmış, təyin olunmuş məhkəmənin növbəti xx.xx.2020-ci il tarixli iclasında iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, İddiaçı iddia tələbi mümkün hesab edilməməlidir. Belə ki, iddiaçının iddia ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdə 1 kateqoriyalı, benzin mühərrikli, 1591 kub sm, 2008-ci il buraxılışlı, VİN nömrəsi KMHDU41BP8U459509 olan “Hyundai Avante” markalı avtomobili ölkə ərazisinə idxal edərkən cavabdehin əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində ona vurulmuş ümumilikdə 36793 manat təşkil edən maddi və mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. **********3152 sorğu nömrəli gömrük bəyannaməsindən, 021202 nömrəli xx.xx.2018-ci il tarixli uyğunluq sertifikatından və gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatlardan görünür ki, İddiaçı 1 kateqoriyalı, benzin mühərrikli, 1591 kub sm, 2008-ci il buraxılışlı, VİN nömrəsi KMHDU41BP8U459509 olan “Hyundai Avante" markalı avtomobili xx.xx.2018-ci il tarixdə ölkə ərazisinə idxal etmişdir. Qeyd olunanlardan da göründüyü kimi xx.xx.2018-ci il tarixdə 1 kateqoriyalı, benzin mühərrikli, 1591 kub sm, 2008-ci il buraxılışlı, VİN nömrəsi KMHDU41BP8U459509 olan “Hyundai Avante” markalı avtomobilə 021202 nömrəli xx.xx.2018-ci il tarixli uyğunluq sertifikatı verilmiş və **********8152 sorğu nömrəli gömrük bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi tərəfindən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. İddiaçı iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə ölkə ərazisinə idxal etdiyi 1 kateqoriyalı, benzin mühərrikli, 1591 kub sm, 2008-ci il buraxılışlı, VİN nömrəsi KMHDU41BP8U459509 olan “Hyundai Avante” markalı avtomobilə həmin tarixdə 021202 nömrəli xx.xx.2018-ci il tarixli uyğunluq sertifikatı verilməsini nəzərə almadan “Hyundai Avante” markalı avtomobili xx.xx.2019-cu il tarixdə ölkə ərazisinə idxal etdiyini, bununla yanaşı iddiaçı 0.3.10.2018-ci il tarixdə idxal etdiyi avtomobilə uyğunluq sertifikatı almaq üçün xx.xx.2019-cu iİ tarixdə Dövlət Gömrük Komitəsinin X3 İdarəsinə müraciət etdiyini, avtomobilə uyğunluq sertifikatının xx.xx.2019-cu il tarixdə verildiyini iddia etmişdir. Bundan başqa iddiaçı 04.03 2019-cu il tarixdə ölkə ərazisinə idxal etdiyi “Hyundai Avante” markalı avtomobilin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət Gömrük Komitəsinin Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin ödənişli dayanacağında saxlanıldığından avtomobilinə maddi ziyan dəydiyini iddia etmişdir. Digər tərəfdən isə iddiaçı “X6” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə “X7” markalı avtomobilin barəsində verilmiş aktı iddia ərizəsinə əlavə edərək xx.xx.2018-ci il tarixdə gömrük rəsmiləşdirilməsi başa çatmış avtomobilə maddi ziyan dəydiyini iddia etmişdir. Qeyd olunanlardan və etiraza əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı iddia ərizəsində heç bir mübahisənin predmeti olmayan avtomobili xəyali olaraq ölkə ərazisinə idxal edərkən cavabdeh Dövlət Gömrük Komitəsinin əməkdaşlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində ona ümumilikdə 36793 manat maddi və mənəvi ziyanının dəydiyini iddia edərək həmin məbləğin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməproses iştirakçısını dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırkı iddiasında cavabdeh orqan tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticələnən hansı hərəkət və ya hərəkətsizliyə yol verilməsi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sübutlarını ərizəsinə əlavə etməklə cavabdehə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar