Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2412/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189475 saylı Qərarın ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа ,аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Azərbaycan RespublikasınınVergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189475 saylı Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli **********156056 saylı qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2019-ci il tarixli **********156227 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama aktına əsasən guya ümumilikdə, 645.040,29 manat vergilərin azaldılması, 53.213,59 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 384.112,88 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Daha sonra yoxlama materiallarına baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********189475 saylı Qərar qəbul olunmuşdur. Qərara əsasən ümumilikdə, 645029.49 manat vergi məbləği hesablanmış, 53271.19 manat vergilər artıq hesablandığı üçün şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş və 97335.86 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Yoxlama zamanı Vergi Məcəlləsinin 56 və 85- ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəllənin 83.3-cü maddəsinə zidd olaraq hesabat dövrü qurtardıqdan sonra 3 ildən artıq müddət ötməsinə baxmayaraq vergi məbləğini hesablamışdır. Səyyar vergi yoxlaması aktına əsasən 2015-ci ilin mənfəət vergisi üzrə 22.266,43 manat azaldılmış vergi məbləğinin müəyyən edildiyi qeyd olunur. Vergi orqanı gəlirlə bağlı kənarlaşmanın səbəbinin Vergi Məcəlləsinin 166.1-ci müddəalarının pozulması ilə əlaqədar olduğunu qeyd edir. Lakin Vergi Məcəlləsinin 166-cı maddəsi Məcəllənin Xİ fəslinə aiddir. Həmin maddə ƏDV tutulan əməliyyatlarin aparıldığı vaxtı müəyyən edir. Həmin normaya istinad edərək mənfəətin müəyyən edilməsi yolverilməzdir. Mənfəət vergisi ilə bağlı müddəalar Vergi Məcəlləsinin İX və X fəsilində əksini tapmışdır. Hesablama metodu ilə gəlirin əldə edilməsi vaxtını Vergi Məcəlləsinin 135-ci maddəsi tənzimləyir. Bu səbəbdən Məcəllənin 166.1-ci maddəsinə istinadən gəlirin əldə edilməsi vaxtının müəyyən edilməsi əsassızdir. Ümumiyyətlə səyyar vergi yoxlaması aktında 2013- 2017-ci illər üzrə mənfəət vergisi yoxlanılan zaman MMC-nin gəlirləri Vergi Məcəlləsinin 166.1-ci maddəsinə istinadən müəyyən edilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi bu normaya mənfəət vergisinin hesablanması zamanı istinad oluna bilməz.Bundan başqa MMC tərəfindən 2015-ci ildə 350.115,00 manat dəyərində proqram təminatından istifadə hüququ əldə edilmişdir. Lakin yoxlama zamanı həmin məbləğ xərc olaraq nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktında (səhifə 21) qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatları “xxxxxxxxx” ASC-yə (VÖEN **********) təqdim edilməsinə və ya ötürülməsinə baxmayaraq, vergitutma obyekti düzgün müəyyən edilməmiş və nəticədə Vergi Məcəlləsinin 159-cu və 166-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Cəmiyyət tərəfindən rezident və qeyri-rezident şəxslərdən əldə edilmiş və “xxxxxxxxx” ASC-yə ötürülmüş müxtəlif proqram təminatlarının dəyəri ƏDV-dən azad olunmuş dövriyyəyə aid edilmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 301.157,14 manat məbləğində azaldılmışdır. Proqram təminatından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər royalti hesab olunur (Maddə 13.2.23.) Proqram təminatının təqdim edilməsi və ya proqram təminatından istifadə hüququnun təqdim edilməsi nəticəsində əldə edilən royalti Vergi Məcəlləsinə əsasən “Qeyri-maddi aktivlər” anlayışına aid edilmişdir ki, bunun nəticəsində əldə edilən vəsait ƏDV üzrə vergitutma obyekti deyil və əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri- maddi aktivlər mal sayılmır. Bu səbəbdən müxtəlif proqram təminatları “xxxxxxxxx” ASC-yə təqdim edilməsi və ya ötürülməsi əməliyyatı ƏDV-yə cəlb edilməməlidir. Həmçinin, yoxlama aktına əsasən 322.071,48 manat qeyri-rezident şirkətlərə proqram təminatından istifadə hüququnun əldə edilməsi ilə bağlı aparılmış ödənişlərə Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinə istinadən ƏDV hesablanmışdır. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi) bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Maddənin də tələbindən göründüyü kimi, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunur. Eyni zamanda hüququn verilməsi və ya təqdim edilməsi mal hesab olunduğundan və hüquq qeyri- maddi aktiv olduğu üçün ƏDV məqsədləri üçün mal hesab edilmədiyindən səyyar vergi yoxlaması zamanı 322.071,48 manat ƏDV-nin hesablanması əsassızdir. Belə ki, yuxarıda qeyd olunmuş maddi hüquq normalarina zidd olaraq 2016-cı ilin yanvar ayı üçün 171.371,38 manat, mart ayı üçün 14.183,97 manat, aprel ayı üçün 6.969,88 manat, may ayı üçün 14.514,2 manat, iyun ayı üçün 32.944,78 manat, iyul ayı üçün 4.805,51 manat, avqust ayı üçün 4.989,92 manat, sentyabr ayı üçün 9.731,64 manat, oktyabr ayı üçün 4.915,77 manat, noyabr ayı üçün 5.000,86 manat, dekabr ayı üçün 12.912,02 manat, 2017-ci ilin fevral ayı üçün 10.318,72 manat, mart ayı üçün 7.350,26 manat, may ayı üçün 10.392,97 manat, iyun ayı üçün 5.328,09 manat, iyul ayı üçün 5.461,88 manat, avqust ayı üçün 5.527,81 manat, sentyabr ayı üçün 5.479,39 manat, oktyabr ayı üçün 10.628,80 manat, noyabr ayı üçün isə 5.537,39 manat məbləğində ƏDV royalti şəklində ödənilmiş məbləğlərə hesablanmışdir ki, bu hasablamaların aparılması qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bağlı İddiaçı MMC-nin fəaliyyəti üzrə son 5 (beş) illik dövr əhatə olunmaqla vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılmasına zərurət yaranmışdır.Bununla əlaqədar, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş təqdimata Binəqədi rayon məhkəməsində baxılmış və təqdimatın təmin edilməsi barədə xx.xx.2018-ci il tarixli 5(001)-429/2018 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qərarının icrasının təmin olunması üçün “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********156056 nömrəli qərara əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və məhkəmə qərarına əsasən son 5 (beş) illik dövr (xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr) əhatə olunmaqla yoxlama keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərar qəbul edilmişdir. Bildiririk ki, İddiaçı MMC-nin rəhbəri X3 vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********189475 nömrəli qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2019-cu il tarixli **********278300 nömrəli Tələbnaməni heç bir etiraz bildirmədən imzalayaraq qəbul etmişdir. Məhkəmə qərarına əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində yoxlanılan dövr üzrə vergi ödəyicisinin fəliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində (vergi ödəməkdən yayınma) nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğuna görə yoxlama materialları aidiyyəti üzrə göndərilməsi üçün Vergilər Nazirliyinin Vergi X1 Baş idarəsinə göndərilmiş və həmin materiallar baş idarənin xx.xx.2019-cu il tarixli **********643200 nömrəli məktubu ilə ********* nömrəli cinayət işinə əlavə olunması və zəruri istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, cinayət işi üzrə toplanmış sübutlar qanunvericiliyin tələblərinə əsasən qiymətləndirilməklə cinayət mühakimə icraatı üzrə məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbul edilməsinə xidmət edir. İddiaçının cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması ilə bağlı Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müraciətlərinə Nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsində baxılmış və xx.xx.2019cu il tarixli **********585400 nömrəli cavab məktubu ilə müraciətdə qeyd olunan hallara sübutlar çərçivəsində qiymət verilməsi üçün həmin məlumatların (sübutların) aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqana təqdim edilməsi İddiaçı MMC-nin rəhbəri X8 tövsiyyə olunmuşdur. Məktub xx.xx.2019-cu il saat 15:41-də oxunduğuna görə həmin tarixdən təqdim edilmiş sayılır. Beləliklə, iddiaçı xx.xx.2019-cui il tarixli qərarın ləğv edilməsinə dair tələb üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə, yəni xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti ilə bağlı qeyd edilir ki, yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi faktiki olaraq ödəniş terminallarının icarəyə verilməsi, onlara texniki xidmətlərin göstərilməsi, proqram təminatının işlənilməsi və müxtəlif proqram təminatlarıma dair qeyri-müstəsna istifadə hüquqlarının təqdim edilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, proqram təminatına münasibətdə cəmiyyətə yalnız istifadə hüququ verilmiş, digər hüquqlar yəni sərəncam və sahiblik hüquqları qeyri-rezidentlərin özlərində qalmışdır. Başqa sözlə, proqram təminatı üzərində cəmiyyətin mülkiyyət hüququ yaranmamış, yəni mülkiyyət hüququ ötürülməmişdir Göstərilənləri nəzərə alaraq, proqram təminatı üzrə istifadə hüququnun verilməsi və ötürülməsi Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin tələbinə əsasən ƏDV-ə cəlb olunan əməliyyat hesab olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri- rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatlarının istifadə hüquqları “xxxxxxxxx" ASC-yə (VÖEN **********) təqdim edilməsinə və ya ötürülməsinə baxmayaraq, vergıtutma obyektinin düzgün müəyyən edilməməsi nəticəsində Vergi Məcəlləsinin 159-cu, 166-cı, 175.1-ci, 168.1.5-ci və 169-cu maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinin pozulmasına səbəb cəmiyyət tərəfindən əldə edilmiş proqram təminatının digər şəxsə ötürülməsinin ƏDV-ə cəlb edilməməsi, 166-cı maddənin tələblərinin pozulmasına səbəb isə cəmiyyət tərəfindən 30 halda vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməməsidir. Belə ki, “xxxxxxxxx” ASC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 424874 nömrəli, xx.xx.2014-cü il tarixli 572144 nömrəli, xx.xx.2014-cu il tarixli 663965 nömrəli, xx.xx.2014-cu il tarixli 722264 nömrəli, xx.xx.2014-cu il tarixli 722281 nömrəli, xx.xx.2014-cu il tarixli 867019 nömrəli, xx.xx.2014-cu il tarixli 867040 nömrəli, xx.xx.2014-cu il tarixli 328895 nömrəli, xx.xx.2014-cu il tarixli 328917 nömrəli, xx.xx.2015-ci il tarixli 633486 nömrəli, xx.xx.2015-ci il tarixli 788584 nömrəli, xx.xx.2015-ci il tarixli 929805 nömrəli, xx.xx.2015-ci il tarixli 929839 nömrəli, xx.xx.2015-ci il tarixli 929853 nömrəli, xx.xx.2015-ci il tarixli 929872 nömrəli, xx.xx.2015-ci il tarixli 930877 nömrəli, xx.xx.2015-ci il tarixli 117492 nömrəli, xx.xx.2015- ci il tarixli 117503 nömrəli, xx.xx.2015-ci il tarixli 117515 nömrəli. xx.xx.2015-ci il tarixli 117521 nömrəli, xx.xx.2015-ci il tarixli 992836 nömrəli, xx.xx.2015-ci il tarixli 992843 nömrəli, xx.xx.2015-ci il tarixli 992852 nömrəli, xx.xx.2015-ci il tarixli 137705 nömrəli, xx.xx.2015-ci il tarixli 137717 nömrəli, xx.xx.2015-ci il tarixli 137728 nömrəli, xx.xx.2016-ci il tarixli 217677 nömrəli, xx.xx.2016-ci il tarixli 217719 nömrəli, xx.xx.2016-ci il tarixli 520389 nömrəli və xx.xx.2016-ci il tarixli 520408 nömrəli vergi hesab-fakturalarına münasibətdə vergitutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməməsi nəticəsində 301175,14 manat ƏDV məbləği azaldılmışdır.Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulmasına səbəb “xxxxxxxxx” ASC-yə təqdim edilmiş və ya ötürülmüş müxtəlif proqram təminatlarının dəyəri ƏDV-dən azad olunan dövriyyəyə aid edildiyi üçün Vergi Məcəlləsinin 175.4 cü maddəsinin tələblərinə uyğun olaraq yoxlama ilə əhatə olunan dövr ərzində cəmiyyət tərəfindən 1098,45 manat ( o cümlədən, 2013-cü ilin dekabr ayı üzrə 57,60 manat, 2015-ci ilin avqust ayı üzrə 310,81 manat, noyabr ayı üzrə 146,65 manat, dekabr ayı üzrə 88,55 manat, 2017-ci ilin yanvar ayı üzrə 9,49 manat, aprel ayı üzrə 485,35 manat) ƏDV məbləği əvəzləşdirilməmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 175.1 ci maddəsinin tələblərinə uyğun olaraq əldə edilmiş vergi hesab fakturalara əsasən ödənilmiş 1098,45 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Bundan əlavə, qeyri-rezident şirkətlərə aparılmış ödənişlərdən tutulmuş və büdcəyə ödənilmiş 17775,76 manat (o cümlədən, 2014-cü ilin iyun ayı üzrə 278,64 manat, 2016-cı ilin avqust ayı üzrə 2588,39 manat, 2017-ci ilin mart ayı üzrə 14908,73 manat) qeyri rezidentin əlavə dəyər vergisi məbləği əvəzləşdirilməmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 175.1 -ci mədəsinin tələblərinə uyğun olaraq, 17775,76 manat QR ƏDV məbləği əvəzləşdirilmişdir. Nəticədə yoxlama ilə ümumilikdə 18874,21 manat (17775,76+1098,45) əvəzləşdirilmişdir.Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb xidmətlərin göstərildiyi yerin müəyyən edilməməsidir. Belə ki, qeyri-rezident müəssisələrdən proqram təminatının istifadə hüququ əldə edilmiş və ötürülmüş lakin əlavə dəyər vergisinə cəlb edilməmişdir.Həmin Məcəllənin 169-cu maddəsinin tələblərinin pozulmasına səbəb isə göstərilmiş xidmətin (qeyri-rezident müəssisələrdən proqram təminatının istifadə hüququ əldə edilməsi) vergiyə cəlb edilməməsi olmuşdur.Belə ki, yoxlama ilə əhatə edilən dövr ərzində poqram təminatına görə qeyri-rezident şirkətlərə ("N.E.O Consulting FZC", “Kartek Kart və X10.A.Ş” və "Namse Yazılım və "Bilişim Hizmetleri AR-GE TİC.LTD.ŞTİ") ödənilməli olan məbləğdən 422797,94 manat əlavə dəyər vergisi hesablanmalı olduğu halda, vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 82672,06 manat hesablanmış və nəticədə büdcəyə hesablanmalı olan QR ƏDV məbləğinin 340125,88 manat azaldıdığı müəyyən edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinə əsasən 340125,88 manat əlavə vergi hesablanmışdır. xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi iddiaçı ilə qeyri- rezidentlər arasında bağlanmış müqavilələrdə proqram təminatına münasibətdə cəmiyyətə yalnız istifadə hüququnu vermiş, digər hüquqlar yəni sərəncam və sahiblik hüquqlan qeyri- rezidentlərin özlərində qalmışdır. Başqa sözlə, proqram təminatı üzərində cəmiyyətin mülkiyyət hüququ yaranmamış, yəni mülkiyyət hüququ ötürülməmişdir. Qeyd olunan səbəbdən proqram təminatı üzrə istifadə hüququnun verilməsi və ötürülməsi Vergi Məcəlləsinin 13.2.11 -ci maddəsinin tələbinə əsasən ƏDV-ə cəlb olunan əməliyyat hesab olunur. Mənfəət vergisinin yoxlanılması zamanı təqdim edilmiş sənədlərə (müqavilələrə, vergihesab fakturalarına, elektron qaimə fakturalara, invioyslara, bank sənədlərinə, təhvil-təslim aktlarına, ƏDV depozit hesabından çıxarışlara, ödəniş qəbzləri, kassa mədaxil orderinin qəbzləri və sair sənədlərə) əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cəmiyyət tərəfindən vergitutma obyekti və gəlirin əldə edilməsi ilə bağlı xərclər düzgün müəyyən edilməmişdir.Yoxlanılan zamanı vergi ödəyicisi mənfəət vergisinin 2014-cü il üzrə 19437,84 manat artıq hesablandığı, 2015-ci il üzrə isə 22266,43 manat azaldıldığı müəyyən edilmişdir. Ödəmə mənbəyində verginin yoxlanması üzrə:Ödəmə mənbəyində vergi üzrə yoxlamaya təqdim edilmiş sənədlərə (qeyr-rezident müəssilərlə bağlanmış müqavilələrə, invoyslara və digər) əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 13.2.16-cı, 124-cü və 125-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, yoxlama ilə əhatə edilən dövr ərzində poqram təminatına görə və görülmüş iş və xidmətlərə görə qeyri rezident şirkətlərə ("N.E.O Consulting FZC", “Kartek Kart və X10.A.Ş” və "Namse Yazılım və Biiişim Hizmetleri AR-GE TİC.LTD.ŞTİ") ödənilmiş 1877654,25 manat (o cümlədən poqram təminatının istifadə hüququnu əldə olunmasına (royalti) və görülmüş iş və xidmətlərə görə) ödəniş aparıldığı və müvafiq olaraq 251786,27 (royalti 223531,50 manat, xidmət 28255,12 manat) manat ÖMV hesablanmalı olduğu halda, vergi orqanına təqdim edilmiş hesabatlarda 285283,37 manat (royalti 255481,0 manat, xidmət 29802,37manat) və ya 33497,11 manat artıq hesablanmışdır.Beləliklə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən QR ÖMV-nin 2016-cı il üzrə 4774,58 manat azaldıldığı, 28299,74 manat artıq hesablandığı, 2017-ci il üzrə isə 9971,95 manat artıq hesablandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcələnin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən qərardan ilk öncə vergi orqanına inzibati şikayət təqdim edilmiş, inzibati icraat başlanılmış, daha sonra müraciətə baxılmaqdan imtina edilmiş, vergi ödəyicisinə cavab verilmiş, məktub xx.xx.2019-cu il saat 15:41-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Bundan sonra iddiaçı tərəfindən hazırki iddia ərizəsi tərtib edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin dəftərxanasına xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. İPM-nin 45.4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3-cü bəndinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, həmin sərəncamın 1.2-ci bəndinə əsasən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bu Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Təşkilatı tədbirlər ilə əlaqədar olaraq hazırki iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin dəftərxanasında 2-1(112)-2412\2020 nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsinin Dövlət Qeydiyyatı haqqında xx xxxxxx 2013-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx xxxxxx 2012-ci il tarixdə ünvan 1 mənzil 5 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, **********189475 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-yə 645.029,49 manat məbləğində vergi borcu hesablanmış və 97.335,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - 08130011 saylı, xx xxxxxxx 2013-cü il tarixli kredit ərizələrin və memorandumların idarəedilməsi və qiymətləndirilməsi sistemi; 08130012 saylı, xx xxxxxxxx 2013-cü il tarixli kredit məhsulların idarəedilməsi sistemi; 08130013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli verilmiş kreditlər üzrə monitorinq sistemi və 08130014 saylı, xx xxxxxxxx 2013-cü il tarixli problemli kreditlərin idarəedilməsi sistemi ilə bağlı “GNİ” Proqram təminatından istifadə edilməsi üçün lisenziya sertifikatlarından görünür ki, İddiaçı MMC proqram təminatına dair qeyri-müstəsna hüquqların sahibi, “GNİ Softvvare” isə proqram təminatına dair müstəsna hüquqların sahibi qismində çıxış edir. Həmin lisenziya sertifikatı təminatından yalnız istifadə qeyri-müstəsna hüquqlarını təsdiqləyir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, **********156227 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 5(001)-429/2018 nömrəli qərarına, həmçinin Departamentin xx xxxx 2018ci il tarixli **********673700 nömrəli Xidməti məktubuna əsasən, son 5 (beş) illik dövr (xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr) əhatə olunmaqla yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, mənfəətdən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2015-ci il üzrə 22.266,43 manat məbləğində azaldığına görə azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 11133,22 manat məbləğində maliyyə sanksiyası; ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 680.673,68 manat (2014-cü il -12.854,40 manat; 2015-ci il – 38.619,57 manat, 2016cı il – 548.280,96 manat, 2017-ci il – 80.915,73 manat) məbləğində azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 340.336,84 manat məbləğində maliyyə sanksiyası; 2016-cı ilin 3-cü rübü üzrə ÖMV-nin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.774,58 manat məbləğinə azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 2.387,29 manat məbləğində maliyyə sanksiyası; vergi ödəyicisi tərəfindən 2013-cü ilin 3-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyası; malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən vaxtında ödənilməmiş 60.431,05 ƏDV məbləğinin 50% miqdarında 30.215,53 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli, **********189475 saylı qərarı mübahisələndirmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən vergi borcunun tutulması ilə bağlı nəzərdə tutulmuş 3 illik müddətin keçməsinə baxmayaraq vergi borcunun hesablanması, həmçinin iddiaçının 2014-2017-ci il tarixlərdə proqram təminatlardan istifadəsi nəticəsində əldə olunan royalti şəklində ödənilmiş məbləğə ƏDVnin hesablanması qanuna ziddir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının hazırki iddia tələbi məzmunundan aydın göründüyü kimi mübahisələndirilən xx xxxxxxxx 2019-cu il tarixli qərarla əlaqədar olaraq üç hissədən ibarətdir:
1. Vergi orqanı tərəfindən 2014-2017-ci illərdə hesablanmış ƏDV vergisi və ona tətbiq olunmuş maliyyə sanksiyası;
2. Vergi orqanı tərəfindən 2015-ci ildə hesablanmış mənfəət vergisi;
3. Vergi orqanı tərəfindən 2016-ci ildə hesablanmış ödəmə mənbəyindən tutulan vergi.
Məhkəmə ilkin olaraq 2014-2017-ci illər üzrə hesablanmış ƏDV hissəsinə münasibət bildirir. Belə ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən İddiaçı MMC barəsində qəbul edilən xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 2014-cü ildən 2017-ci ilədək ümumilikdə 680.673,66 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması haqqında aktdan da aydın görünür ki, sözügedən məbləğin 490.414,23 manat hissəsi 2014-cü ildən 2016-cı ilin avqust ayına, digər 241.736,42 manat hissəsi 2016-ci ilin 3-cü rübündən 2017-ci ilə aiddir. Səyyar vergi yoxlaması haqqında aktda qeyd edilir ki, Cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində rezident və qeyri- rezident şəxslərdən əldə edilmiş müxtəlif proqram təminatlarının istifadə hüquqları “xxxxxxxxx” ASC-yə təqdim edilməsinə və ya ötürülməsinə baxmayaraq, vergi tutma obyekti düzgün müəyyən edilməmiş və nəticədə Vergi Məcəlləsinin 159-cu və 166-cı maddələrinin tələbləri pozulmuş, həmçinin, qeyrirezidentin göstərdiyi xidmətlərə və ya gördüyü işlər üzrə əməliyyatlara görə cəmiyyət tərəfindən VM-nin 168.1.5-ci maddəsinin və 169-cu maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama zamanı qeyri-rezident olan “N.E.O Consulting FZC” ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0116-002 nömrəli və xx.xx.2016-cı il tarixli 0216/002 nömrəli “Proqram təminatından istifadə üçün hüquqların verilməsi barədə” müqavilələr, İddiaçı MMC, “xxxxxxxxx” ASC və qeyri-rezident müəssisə olan “Kartek Kart və X4 A.Ş” arasında bağlanmış üçtərəfli müqavilələr və İddiaçı MMC ilə qeyri-rezident müəssisə olan “Namse yazılım və X14-X7” ilə bağlanmış müqavilələr təqdim edilmişdir. Həmin müqavilələrdən də aydın olduğu kimi qeyri-rezidentlər proqram təminatına münasibətdə Cəmiyyətə yalnız istifadə hüququnu vermiş, digər hüquqlar yəni sərəncam və sahiblik hüquqları qeyri-rezidentlərin özlərində qalmışdır. Yəni, proqram təminatı üzərində cəmiyyətin mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Vergi orqanı proqram təminatı üzrə istifadə hüququnun verilməsi və ötürülməsini VM-nin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. İddiaçı isə vergi orqanının bu mövqeyini mübahisələndirmiş, qanunvericiliyin tələblərinə zidd olaraq ƏDV-nin royalti şəklində ödənilmiş məbləğlərə hesablandığını bildirmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal - müxtəlif proqram təminatlarının təqdim edilməsi və ötürülməsi əməliyyatının ƏDV-yə cəlb edilib-edilməməli olması, ƏDV-nin royalti şəklində ödənilmiş məbləğlərə hesablanmalı olub-olmaması ilə bağlıdır. Məhkəmə ilk öncə ƏDV-nin anlayışına nəzər yetirir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin məcəllənin 13.2.9-cu maddəsinə əsasən intelektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar qeyri-maddi aktivlər hesab olunur. İddiaçı mübahisələndirilən məbləğlərin sırf royalti şəklində alınan ödənişlərə görə hesablandığını qeyd edir. Belə olan halda royaltinin anlayışına nəzər yetirilməlidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən royalti ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. Başqa sözlə desək, royalti – göstərilmiş xidmət, ticarət nişanı və ya əqli mülkiyyət hüquqları obyektinin istifadəsi üçün edilmiş müntəzəm ödənişdir. Səyyar vergi yoxlaması haqqında aktdan, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş lisenziya sertifikatlarından görünür ki, İddiaçı MMC-yə proqram təminatı üzrə yalnız istifadə hüququ verilmiş, digər hüquqlar yəni sərəncam və sahiblik hüquqları qeyrirezidentlərin özlərində qalmışdır. Yəni, proqram təminatı üzrə İddiaçı MMC-nin mülkiyyət hüququ yaranmamış, başqa sözlə desək, mülkiyyət hüququ ötürülməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 2014-2017-ci il dövr üçün hesablanmış əlavə dəyər vergisi məhz iddiaçının proqram təminatından istifadəsi və ötürülməsi nəticəsində əldə olunan royaltiyə hesablanmışdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, royalti-qeyri maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödəniş olduğundan, proqram təminatı – qeyri- maddi aktiv hesab edildiyindən, qeyri-maddi aktivlər əlavə dəyər vergisi məqsədləri üçün mal sayılmadığından royalti şəklində edilmiş ödənişlərin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə (xidmət(iş)- malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir) istinad edərək əlavə dəyər vergisi məqsədləri üçün vergitutulan əməliyyatlara aid edilməsi qanunvericiliyin tələblərinə ziddir. İş üzrə araşdırma zamanı təqdim edilmiş İddiaçı MMC-də ƏDV hesablanması barədə cədvəl məlumatlarından göründüyü kimi hər bir invoys üzrə məbləğlərin təyinatı, yəni ödənilmiş məbləğlərin xidmət üzrə məbləğ və ya royalti məbləği olması aydın formada qeyd edilmişdir. Mənfəət vergisinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçının bu hissədə də tələbi əsaslıdır. Belə ki, səyyar vergi yoxlaması aktına əsasən 2015-ci ilin mənfəət vergisi üzrə 22266,43 manat azaldılmış vergi məbləğinin müəyyən edildiyi qeyd olunmuşdur. Eyni zamanda səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, 2015-ci ildə kənarlaşmanın səbəbi cəmiyyət tərəfindən gəlirlərin 36050.01 manat və eyni zamanda gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 371997,08 manat artıq göstərilməsi olmuşdur. Vergi orqanı gəlirlə bağlı kənarlaşmanın səbəbini əsassız olaraq VM-nin 166.1-ci maddəsinin normalarının pozulması ilə əlaqələndirmişdir. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, cəmiyyət tərəfindən 2013 və 2014-cü illərdə “xxxxxxxxxxxx” MMC-dən 355.000,00 məbləğində proqram təminatından qeyri-müstəsna hüquqların əldə edilməsi nəticəsində 2014-cü ilin sonuna qeyri-maddi aktivlərin qalıq dəyəri olan 374.017,50 manat rezident üzrə royalti xərci kimi qiymətləndirilərək həmin xərc maddəsində öz əksini tapmışdir. Yoxlama ilə “xxxxxxxxxxxx” MMC-dən əldə olunmuş proqram təminatından istifadə hüquqları 2013 və 2014-cü illərdə xərc kimi nəzərə alındığından bəyannamə ilə göstərilən 374.017,50 manat xərc məbləği azaldılmışdır. Beləliklə, vergi orqanın Vergi Məcəlləsinin ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən edən normaya istinad edərək, mənfəəti müəyyən etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının hazırki iddiasının əsasında duran dəlillərdən biri də, yoxlama zamanı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 56 və 85-ci maddələrinin pozulması ilə bağlıdır. Cavabdeh inzibati orqan bu dəlilə etiraz edərək bildirir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 5(001)-429/2018 nömrəli qərarının icrasının təmin olunması üçün vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və məhkəmə qərarına əsasən son 5 illik dövr (xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr) əhatə olunmaqla yoxlama keçirilmiş və səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt əsasında vergi borcu hesablanmış, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 2020-ci ili yanvar ayının 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-cı maddəsinin mətninə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, həmin şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır (Maddə 83.3). Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdirlər (Maddə 85.4). İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, **********156227 saylı səyyar vergi yoxlaması aktından görünür ki, 2014-cü il tarixdən 2016-cı ilin 3-ci rübünədək ƏDV üzrə ümumilikdə 490414,23 manat vergi məbləğinin və 2015-ci ildə 22.266,43 manat məbləğində mənfəət vergisinin azaldıldığı müəyyən edilmiş və maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Daha sonra xx xxxxxxxx 2019-cu il tarixli, **********189475 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilən zaman 2014-cü il tarixdən 2016cı ilin 3-cü rübünədək 490414,23 manat ƏDV və 2015-ci il üçün 22.266,43 manat mənfəət vergisi hesablanmış, lakin maliyyə sanksiyası tətbiq edilməmişdir. Cavabdeh inzibati orqanın 3 il müddət keçdikdən sonra vergi məbləğinin hesablanmasına dair gətirdiyi dəlil əsassızdır. Belə ki, vergi orqanı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 56.1-ci maddəsinə istinad edərək maliyyə sanksiyasını tətbiq etməmiş, lakin vergi borcunu hesablamışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 5(001)-429/2018 nömrəli qərarından göründüyü kimi İddiaçı MMCnin fəaliyyət göstərdiyi dövrdə son beş il müddətində vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlama aparılmasına icazə verilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən halla bağlı vergi qanunvericiliyi konkret norma müəyyən etdiyindən 2014-cü il tarixdən 2016-cı ilin 3-cü rübünədək 490414,23 manat ƏDV məbləğinin və 2015-ci il üçün 22.266,43 manat məbləğində mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin 56.1, 83.3, 85.4-cü maddələri ilə müəyyən edilmiş normalara ziddir və vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il müddət keçdiyi üçün vergi məbləği hesablana bilməz və hesablanmış vergi məbləği əsassızdır. İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189475 saylı Qərarla vergi ödəyicisinə 2016-cı il üzrə hesablanmış 4774,58 manat ödəmə mənbəyində vergini də mübahisələndirir, lakin bu hissədə öz tələbini əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, bu hissədə iddiaçının tələbləri əsassızdır, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər əsaslıdır. Belə ki, yoxlama ilə əhatə edilən dövr ərzində proqram təminatına görə və görülmüş iş və xidmətlərə görə qeyri rezident şirkətlərə 1877654,25 manat (o cümlədən proqram təminatının istifadə hüququnu əldə olunmasına (royalti) və görülmüş iş və xidmətlərə görə) ödəniş aparıldığı və müvafiq olaraq 251786,27 manat ödəmə mənbəyində vergi hesablanmalı olduğu halda, vergi orqanına təqdim edilmiş hesabatlarda 285283,37 manat göstərildiyi qeyd edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.16-cı (Azərbaycan mənbəyindən gəlir), 124-cü (ödəmə mənbəyində icarə haqlarından və royaltidən veri tutulması) və 125-ci (qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində veri tutulması) maddələrinin tələbləri pozulmuşdur. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan, vergi orqanının mübahisələndirilən qərarı ƏDV və mənfəət vergisi hissəsində ləğv edilməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cаvаbdеh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli, **********189475 saylı qərarı qismən, mənfəət vergisi, əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə