Məhkəmə qərarları › İş №2-1(112)-2415/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2415/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2415/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X26 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X16 və X5 məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma tələbi” üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və onun əvvəlki həyat yoldaşından olan 08.04.2008-ci il təvəllüdlü azyaşlı oğlu X2 Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 3 “A” saylı evin 25 saylı, 3 otaqlı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Göstərilən mənzilə dair 01.12.2004-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona ÖM seriyalı, 212766 blank saylı Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının mülkiyyətində olan mənzilə ailə üzvləri, eləcə də oğlu X8 həyat yoldaşı, X18 da qeydiyyatdadır. O, 18.09.2012-ci il tarixdə iddiaçının oğlu ilə Kamil Düyüşovla nikaha daxil olmuş və mübahisəli mənzildə yaşamış, 2013-cü ilin mart ayından Bakı şəhəri, ünvan 3 ünvanına qeydiyyata alınmaqla yaşamışdır. Eyni zamanda mülkiyyətçi kimi iddiaçının icazəsi və məlumatı olmadan Düyüşova Lizanınn əvvəlki evliliyindən, yəni birinci həyat yoldaşından dünyaya gəldiyi 08.04.2008-ci il təvvəllüdlü X3 da iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanına qeydiyyata saldırmışdır. X15 heç vaxt həmin mənzildə yaşamamışdır. X4 da 29.11.2016-cı il tarixdə özü ilə götürüb könüllü olaraq evdən getmişdir. Həmin vaxtdan Düyüşova Liza mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 3”A” saylı evin 25 saylı mənzilində yaşamır. Daha sonra Liza Düyüşova mübahisəli mənzilə istifadə hüququnun tanınması, evə köçürülmə və evdən istifadə qaydaların müəyyən edilməsi tələbi ilə 06 iyun 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-10846/2017 saylı 11.09.2017-i il tarixli qətnaməsi ilə iddiaçı Düyüşova Liza Əliheydər qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi, ev “3A” saylı evin 25 saylı mənzilinə istifadə hüququnun tanınması, evə küçürülmə və evdən istifadə qaydalarının müəyyən edilməsi haqqında iddia tələbi təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10846/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçılar X16 və X19 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişlər. Həmin mülki işə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollgiyasında baxılaraq 2(103)- 12464/2017-ci il tarixli qətnamə ilə apelyasiya şikayəti təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-10846/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12464/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsinən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12464/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Ancaq X22 qızının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, F.Məlikov küçəsi 3“A” saylı evin 25 saylı mənzilə dair istifadə hüququnun olmamasına baxmayaraq, iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmamışdır. X22 qızının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, F.Məlikov küçəsi 3“A” saylı evin 25 saylı mənzilindən qeydiyyatan çıxarılması ilə əlaqədar 29.11.2019-cu il tarixə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət edilmiş, lakin orqan 059-50319 saylı 03.12.2019-cu il tarixli məktubla imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2415/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qərardadı ilə X22 qızı və X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İnzibati işin hazırlıq icraatı zamanı keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X20 iddia tələbini müdafiə edərək, X22 qızı və X2 mübahisəli mənzildə istifadə hüquqularının olmaması səbəbindən onların qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqan üzərinə qoyulmasını xahiş etmişlər. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 12 may 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, inzibati iş üzrə şifahi məhkəmə baxış iclasının onun iştiraki olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh orqan ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı bir mülkiyyətçi kimi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, F.Məlikov küçəsi 3“B” saylı evin 25 saylı mənzildən üçüncü şəxslər X22 qızının və onun oğlu X2 qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması, həmin şəxslərin həmin mənzildən istifadə hüquqlarının olmaması ilə əsaslandırır. 01.12.2004-cü il tarixli, seriya ÖM nömrəsi 212766 saylı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsininin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, , 7 mkr, F.Məlikov küçəsi, 3B saylı evin 46,73 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 25 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1355 saylı reyestr kitabında 203500 səhifəsində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 26.12.2019-cu il tarixli arayışdan görünür ki, 16.03.1988-ci il təvəllüdlü X16 və 08.04.2008-ci il təvəllüdlü X6 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi 3“B” saylı evin 25 saylı mənzildə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 10846/2017 saylı 11 sentyabr 2017-ci il tarixli qətnamədən görünür ki, ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı idia üzrə avabdeh X21, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsinəki 3 B saylı evin 25-ci mənzilinə istifadə hüququ olduğu üçün köçürülməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə idiaçılara, qarşılıqlı iddia üzrə cavabdehlər üyüşova Liza Əliheydər qızına və X17 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12464/2017 saylı 22 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X16 və X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 10846/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətinə münasibətdə (mübahisələnirilən hissədə) dəyişirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03 dekabr 2019-cu il tarixli, 059-50319 saylı məktubda qeyd edilmişdir ki, X7 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsinən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə araşdırılması zamanı iş üzrə zərurət yarandığından X7 və X2 faktiki yaşadıqları və qeydiyyatda olduqları ünvanları barədə məlumat əldə edilməsi üçün Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatl Birlyinə sorğu göndərilmiş, 18 fevral 2020-ci il tarixli 107 nömrəli cavab məktubunda sorğuda qeyd edilən şəxslərin qeydiyyat və yaşayış ünvanları göstərilmədiyindən, məktubun icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya 24 fevral 2020-ci il tarixli cavab məktubundan qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi 3”B”, 25 nömrəli mənzil üyüşov Vyatalik Ənzəbəy oğlunun adına 27.11.2004-cü ildə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X7 və X1 ünvanda mülkiyyət və ya istifadə hüququnun qeydiyyata alınmasına dair heç bir məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə göndərilmiş sorğuya 11 aprel 2020-ci il tarixli cavab məktubuna əlavə edilmiş 20 iyun 2008-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X7 oğlu Bəydəmirli Ağaməhəmmədin atası X9r. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə görə vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 08.12.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28.08.2007-ci il tarixli Qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Həmin Təsnifatda inzibati orqan kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri müəyyən edilmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının (o cümlədən qeyd olunan Qanunun 2-ci və 5-ci maddələrinin) tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur. - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda – mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda – icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda – bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin nəzərə alınmalıdır ki, Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədirmişdir və bu ifadə yaşayış sahəsinə köçmək üçün Qanunun 2-ci maddəsində nəzərdə tutulan əsasın olmadığı halda, ancaq buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə bu təhlilin nəticəsi olaraq müəyyən edilir ki, yaşayış sahəsinə şəxsin qeydiyyatı iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Məhkəmənin qənaətinə görə, hazırkı işin hallarına uyğun olaraq üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatının sadalanmış iki qaydanın hansından irəli gələrək aparıldığı müəyyən edilməlidir. İlk növbədə hüquqi əsasların olub-olmaması yoxlanılarkən qəbul edilməlidir ki, üçüncü şəxs qeydiyyata alındığı yaşayış yerinin mülkiyyətçisi, icarəçisi və ya kirayəçisi olmadığından, bu əsaslardan irəli gələn hüquqa malik olmamışdır. Beləliklə, iş materiallarına əlavə ediliş qətnmələrdən də göründüyü kimi, Liza Düyüşovanın mübahisəli mənzildə qeydiyyatda olması hər hansı bir hüquqi nəticəyə , o cümlədən istifadə hüququnun yaranmasına səbəb olmamışdır. İşin məhkəmə araşdırılması ilə üçüncü şəxslərin müvafiq yaşayış sahəsindən istifadə hüququna malik olması ilə bağlı xüsusatların da mövcud olmadığı məlum olmuşdur. Bu barədə iddiaçı bildirniş, cavabdeh tərəf və üçüncü şəxslər isə onun təkzibi ilə bağlı dəlil və sübut təqdim etməmişlər. Beləliklə əldə edilən nəticə onunla bağlıdır ki, yaşayış sahəsinə qeydiyyata alınarkən üçüncü şəxslərin həmin sahə ilə bağlı hər hansı bir hüququ mövcud olmamış, lakin o, mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının iradə ifadəsi əsasında qeydiyyata alınmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən), başqa ölkədə yaşayış yeri seçdikdə (müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən), azadlıqdan məhrum edildikdə (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə (ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında), yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında), qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında) müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, hazırkı iş üzrə hallarla bağlı mövcud qanunvericilikdə boşluq mövcuddur. Belə olan halda məhkəmənin qənaətinə görə qanunvericiliyin aşağıdakı tələbləri tətbiq olunmalıdır: «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə görə qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normasının mövcud olmaması ifadə edir. Həmin Qanunun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Qanunun 14-cü maddəsinə görə qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır: - (maddə 14.0.1) faktiki hal hüquqi tənzimləmə dairəsinə aid olmalıdır; - (maddə 14.0.2) konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır; - (maddə 14.0.3) faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir). Sadalananların ümumiləşdirilmiş nəticəsinə görə qanunvericilikdə boşluğun mövcudluğu yalnız o zaman qəbul edilə bilər ki, müəyyən edilmiş faktiki hal konkret ictimai münasibətlərə aid olmaqla qanunvericiliklə tam tənzimlənməməli və onun nizama salınması müəyyən edilmiş hüquqi qaydaya əsasən həyata keçirilməlidir. Bu şərtlər müəyyən edildiyi hallarda əvvəlcə qanunun analogiyasından, bu mümkün olmadıqda isə hüququn analogiyasından istifadə olunmalıdır. Qeyd olunanların hazırkı işə münasibətdə tətbiqi belə nəticə verir ki, yaşayış sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqa malik olmayan üçüncü şəxsin mülkiyyətçinin ərizəsi vasitəsilə bildirilmiş iradə ifadəsinə uyğun olaraq həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. Belə olan halda, həmin qanunvericiliklə mülkiyyətçinin iradə ifadəsinə uyğun olaraq qeydiyyatı həyata keçirilmiş şəxsin qeydiyyatdan çıxarılması hüququnun reallaşdırılmasının şərtləri və qaydaları nəzərə alınmalı idi. Belə qaydanın müəyyən edilməməsi isə, mülkiyyətçinin yaşayış sahəsi ilə bağlı hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmənin qənaətinə görə bu hala münasibətdə “qanunun analogiyası”ndan istifadə edilməlidir. Yəni yaşayış sahəsinə şəxsin qeydiyyatının mülkiyyətçinin ərizəsi əsasında həyata keçirilməsi qaydası müəyyən olunmuşdursa, eyni qayda ilə həmin şəxsin qeydiyyatdan çıxarılması da müəyyən edilməlidir. Bu zaman, artıq qeyd edldiyi kimi, üçüncü şəxsin həmin yaşayış sahəsinə hər hansı hüququnun olmaması işin mübahisə olunmayan hallarına aiddir. Bununla da Məhkəmə hesab edir ki, mülkiyyətçşi kimi hazırkı İddiaçı müraciəti əsasında onun mülkiyyətində olan mənzildən üçüncü şəxs X10 və onun yetkinlik yaşına çatmayan (2008-ci il təvəllüdlü) övladı X2 qeydiyyatdan çıxarılmasından cavabdeh Binəqədi RPİ tərəfindən imtina olunması əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən haldır. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 3-cü şəxs 16.03.1988-ci il təvəllüdlü X7 və onun yetkinlik yaşına çatmayan (2008-ci il təvəllüdlü) övladı X2 ünvan 8 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. 16.03.1988-ci il təvəllüdlü X7 və onun yetkinlik yaşına çatmayan (2008-ci il təvəllüdlü) övladı X2 ünvan 8 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar