Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2415/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 MMC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı1 MMC-yə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, İddiaçı2 MMC-yə 46.596,96 manat və İddiaçı3 MMC-yə 30.786,54 manat məbləğində qanunsuz və əsassız hesablanmış vergi borclarının ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçılar İddiaçı1 MMC, İddiaçı2 MMC və İddiaçı3 MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qаrşı məhkəmədə iddia qaldıraraq “cavabdeh tərəfindən İddiaçı1 MMC-yə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, İddiaçı2 MMC-yə 46.596,96 manat və İddiaçı3 MMC-yə 30.786,54 manat məbləğində qanunsuz və əsassız hesablanmış vergi borclarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı1 MMC-ni (VÖEN **********), iddiaçı Azerans” MMC-ni (VÖEN **********) və İddiaçı3 MMC-ni (VÖEN **********) X1 təsis etmiş, qanunla müəyyən edilmiş qaydada vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla əlaqədar qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanların müvafiq vergi hesabatlarını vermişdir. Lakin 2021-ci ilin iyul ayında məlum olmuşdur ki, onun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq təsisçisi və rəhbəri olduğu İddiaçı1nə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, İddiaçı2nə 46.596,96 manat və İddiaçı3nə 30.786,54 manat məbləğində vergi borcu hesablanmışdır. Bununla əlaqədar bildirilir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 fəaliyyəti ilə əlaqədar həmin cəmiyyətləri tərəfindən vergi ödəyiciləri qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatları verilmişdir. Lakin cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq onun vergi hesabatları qəbul edilməmiş, bunun da nəticəsində faktiki olaraq ölkəyə idxal etdiyi malın dəyəri məbləğindən dəfələrlə artıq məbləğdə, qanunsuz və əsassız olaraq İddiaçı1nə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, iddiaçı “Azərans MMC-yə 46.596,96 manat və İddiaçı3 MMC-yə 30.786,54 manat məbləğində süni surətdə yaradılmış vergi borcu hesablanmışdır. Bununla əlaqədar dəfələrlə cavabdehə müraciət etmiş, buna baxmayaraq cavabdehin əməkdaşları tərəfindən təsisçisi və rəhbəri olduğu iddiaçılara qeyd olunan vergi borcları ləğv edilməmişdir. Ona görə də hesab edilir ki, iddiaçılara cavabdeh tərəfindən hesablanmış qeyd olunan məbləğlərdə vergi borcu qanunsuz və əsassızdır, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə hesablandığına görə məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmənin sərəncamına əsasən iddiaya yazılı münasibət(etiraz) təqdim edərək bildirmişdir ki, bir sıra səbəblərə görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazır ki iş üzrə cavabdeh ola bilməz və həmin iş üzrə cavabdeh kimi Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsidir. Belə ki, iddiaçıların borclarının yaranmasına səbəb olan qərarlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”-na əsasən Vergilər Nazirliyi yanında departamentlər (hazıra Baş İdarələr) ayrı-ayrılıqda inzibati orqan hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfəindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçının və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Cavabdeh göstərilənlərə əsasən cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçıların hazırda cavabdehə qarşı irəli sürdüyü tələb cavabdeh tərəfindən İddiaçı1 MMC-yə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, İddiaçı2 MMC-yə 46.596,96 manat və İddiaçı3 MMC-yə 30.786,54 manat məbləğində qanunsuz və əsassız hesablanmış vergi borclarının ləğv edilməsidən ibarət olsa da həmin borc cavabdehin qərarları əsasında hesablanmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir və həmin qərarların qüvvədə olduğu halda vergi borcunun silinməsi vəzifəsi kimi vergi orqanının öhdəliyi yaranmır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.1-ci mаddəsinə əsаsən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 32.1-ci mаddəsinə əsаsən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsinə görə iddiaçıların tələbi vergi borclarının ləğv edilməsi, silinməsi tələbindən ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 3.3-cü bənədinə görə, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçılara iddia tələbinin dəqiqləşdirilməsi barədə 22.09.2021ci il tarixli məktub ünvanlamış, iddia tələbinin dəqiqləşdirilməsi üçün məktubu aldığı tarixdən 20 gün müddətini təyin etmişdir. Həmin məktub iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən ünvana məhkəmə tərəfindən göndərilmişdir. İddiaçılar tərəfindən iddia tələbi dəqiqləşdirilməmiş, məhkəmənin təklifinə ümumiyyətlə münasibət bildirilməmişdirlər. Məhkəmə işin hallarını izah etmək, mübahisənin vəziyyətini müzakirə etmək məqsədi ilə hazırki iş üzrə məhkəmə iclasları 19.01.2021-ci il, 11.02.2022-ci il və 22.04.2022-ci il tarixlərə təyin etmiş, lakin iddiaçılar təyin edilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə iddiaçıların məhkəməyə təqdim etdikləri ərizədə ünvanların düzgün göstərilməməsini, məhkəmə iclaslarına gəlməməsini, məhkəməyə ünvanladığı iddia tələbi üzrə məhkəmə icraatının gedişinə maraq göstərmədiyini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermədiyini məhkəmə icraatından yayınma kimi qiymətləndirir. Görünür iddiaçılar işə baxılmasını istəmirlər. Bundan başqa iddiaçılar iddiaya cavab verməli olmayan inzibati orqan olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldırmışlar, halbuki cavabdeh tərəfindən iddiaçılara münasibətdə mübahisələndirilən predmet, yəni vergi borcunun yaranmasına səbəb olan hər hansı bir qərar qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə məhkəmənin təşəbbüsü ilə və ya cavabdehin vəsatəti əsasında əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 54.1.-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 MMC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı1 MMC-yə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, İddiaçı2 MMC-yə 46.596,96 manat və İddiaçı3 MMC-yə 30.786,54 manat məbləğində qanunsuz və əsassız hesablanmış vergi borclarının ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçılar İddiaçı1 MMC, İddiaçı2 MMC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı1 MMC-yə 17.668,80 manat təsdiqlənməmiş azalmalar, 18.318,05 manat faiz borcu olmaqla ümumilikdə 82.583,81 manat, İddiaçı2 MMC-yə 46.596,96 manat və İddiaçı3 MMC-yə 30.786,54 manat məbləğində qanunsuz və əsassız hesablanmış vergi borclarının ləğv edilməsi” barədə iddia ərizələri mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2415/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2415/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver