Məhkəmə qərarları › İş №2-1(112)-2418/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2418/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2418/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə iddiaçı-İddiaçı cavabdeh-Bakı şəhəri Cavabdehnə qarşı X12 və AbbasovaEyran Frudin qızı inzibati məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb edilməklə, “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X12 və X5 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri Nərimanov rayonu A.Qərib küçəsi, 25 saylı evdən X6 və X2 pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun istifadəsindədir. Həmin fərdi yaşayış evi 60 ildən çoxdur ki onun ailəsinə məxsusdur. Həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsi üçün müvafiq sənədlərin toplanan zaman ASAN xidmət mərkəzində məlum olmuşdur ki, həmin ünvanda xx.xx.1980-cı il təvəllüdlü X12 və xx.xx.1960-cı il təvəllüdlü X5 2003-cü ildən qeydiyyatdadırlar. Həmin şəxsləri tanımır və harada yaşadıqları barədə heç bir məlumatı yoxdur. Bakı şəhəri Cavabdeh qanunsuz olaraq ona məxsus olan fərdi yaşayış evinə həmin şəxsləri qeydiyyata almışdır. Cavabdehnə ərizə ilə müraciət edərək, X6 və X2 ona məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli, 078-37046B saylı cavab məktubu ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi əsaslarını göstərərək müraciətə əsassız olaraq imtina etmişdir. Hesab edir ki, Bakı şəhəri Cavabdeh imtinası əsassızdır. Belə ki, Cavabdeh tərəfindən onların razılığı olmadan X6 və X2 onlara məxsus olan fərdi yaşayış evinə qeydiyyata alınması nəticəsində onların hüquqları pozulmuşdur. Buna görə də X12 və X5 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi, 25 saylı evdən pasport qeydiyyatından çıxarılmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəməyə cavabdehin və üçüncü şəxslərin iddia ilə bağlı yazılı münasibətləri (etiraz) daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər X12 və X5 və cavabdeh Bakı şəhəri Cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, Bakı şəhəri Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdein və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən və ASAN 5 tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* №-li xx xxxxxx 2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 xx.xx.2012-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər kimi X12, X8, X3, X5, X7 və xx.xx.1969-cu ildə doğulmuş İddiaçı göstərilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş polis idarəsi Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ***-**** saylı və xx.xx.2020-ci il tarixli 078-13041-1220 cavab məktublarında müvafiq olaraq qeyd edilmişdir ki, vətəndaşlar X12 və X5 ünvan 3 ünvanında qeydiyyatdadırlar, sonuncular həmin ünvana 2003-cü ildə qeydiyyata alınmışlar və qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün tərəflərindən məhv edilmişdir. Bakı şəhər İcra hakimiyyəti Nərimanov rayon İcra hakimiyyəti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3/256 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda (ünvan 1 ünvanında yerləşən evin kimə məxsus olması (kimin balansında olması) və İddiaçı həmin evdə hansı əsaslarla yaşaması ilə bağlı) göstərilmişdir ki, ərazi üzrə 18 saylı MKİS-nin verdiyi arayışa əsasən qeyd olunan ünvanda 2 fərdi ev yerləşir və onlardan birində İddiaçı 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır, digərində isə X4 2 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Məktuba əlavə olunan 18 saylı MKİS tərəfindən verilmiş müvafiq olaraq xx.xx.2020ci il tarixli 18/727 №li və 18/717 №li arayışlardan görünür ki, ünvan 2 ünvanda İddiaçı, arvadı X3, qızı X8, qızı X9, oğlu X10 və qızı X7 pasport qeydiyyatındadırlar. Eyni ünvanda, yəni ünvan 2 ünvanında yerləşən digər evdə X4 və oğlu X12 pasport qeydiyyatındadırlar. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq Bakı şəhər Baş polis idarəsi Cavabdeh İddiaçı ünvanladığı ***-******* saylı xx xxxxxx 2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması İdarə tərəfindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədə müvafiqdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxslər X6 və X1 Bakı şəhəri Nərimanov rayonu A.Qərib küçəsi, 25 ünvanında qeydiyyatda olmaları müəyyən olunsa da, sonuncuların həmin ünvanda yerləşən məhz ona məxsus evdə qeydiyyatda olmalarına dair iddiaçı tərəfindən nə cavabdeh orqana, nə də ki məhkəməyə heç bir sübut təqdim ounmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsaslar mövcud deyil ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini riayət etmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayonu A.Qərib küçəsi, 25 saylı evdən X6 və X1 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar