Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2419/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nərimanov RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və onun Nərimanov rayonu, M.Arif küçəsi 27, ev 185 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hal-hazırda qeydiyyata düşmək istədiyi ünvan 2 mülkiyyət hüququ ilə onun qayınatası X21 məxsus olmuşdur. O, öldükdən sonra isə vərəsəlik şəhadətnaməsi əldə edilsə də, həmin mənzilə dair hüquqlar yenidən qeydiyyata alınmamışdır. Hal-hazırda əri və övladları həmin ünvanda qeydiyyatdadırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan da görünür ki, xx.xx.1970cü il təvəllüdlü Maraqlı şəxs Müseyib qızı, xx.xx.2007-ci il təvəllüdlü X26, xx.xx.1971-ci il təvəllüdlü X27, xx.xx.2007-ci il təvəllüdlü X4,2 0.12.2003-ci il təvəllüdlü X13, xx.xx.1977-ci il təvəllüdlü X5, xx.xx.2033-cü il təvəllüdlü X28 və xx.xx.2014-cü il təvəllüdlü X29 hazırda ünvan 1 ünvanda İddiaçı Nürəddin qızınının övladları və əri qeydiyyatdadırlar. Buna görə də onun da ünvan 2 ünvanına qeydiyyata alınması barədə qərar qəbul edilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Nərimanov RPİ-nin xx.xx.2023-cü il tarixli, 50/2-28520 saylı iddia tələbinə dair yazılı mülahizəsində göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur, lakin vət. İddiaçı müvafiq sənədləri təqdim etmədiyindən onun qeyd olunan ünvana tərəflərindən qeydiyyata alınması mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X30 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Nərimanov rayonu MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2006-cı il tarixdə Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 281042 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 ilə X6 14 dekabr 2006-cı il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Yusifov, arvada isə Yusifova soyadı verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ”Qeydiyyat vəsiqəsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsindəki 27/185 №li yaşayış evi üzərində X14 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmış və bu barədə 25 №-li reyestr kitabında 3810 səhifəsində xx.xx.1994-cü il tarixdə 30/3810 qeydiyyat nömrəsilə qeydiyyat aparılmışdır. xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən müəyyən olunur ki, Şəhadətnamədə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş 11/5669 №-li arayışa və xx.xx.1994-cü ildə 25 №-li kitabının 3810 səhifəsində 3810 qeydiyyat nömrəsinə əsasən mərhum X21 məxsus olan ünvan 7 ünvanında yerləşən A hissəsində, 3 otaqlı yaşayış sahəsi 48,1 kv.metr, ümumi sahəsi 75,1 kv.metr, yardımçı sahəsi 27 kv.metr, B hissəsi – ambar 14,2 kv.metr, V hissəsi ambar 3,2 kv.metr, İ hissə ayaqyolu 1,4 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.1997-ci il tarixdə vəfat etmiş X14 vərəsələri: ünvan 8 ünvanında yaşayanlar: arvadı- X9, oğlu- X22, qızı – X23, oğlu – X27, X30, qızı – X15 bərabər paylarda. xx.xx.2013-cü il tarixli, “Miras əmlaka sərəncam müqaviləsi”nin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yaşayanlar və xx.xx.1997-ci il tarixdə vəfat etmiş X14 vərəsələri arvadı- X9, qızı – X23, oğlu – X27, X30, qızı – X15 2-V-1/196 reyestr nömrəsilə (93/2013 nörməli vərəsəlik işi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qalmış əmlakdan ünvan 9 ünvanında yerləşən və mərhum X21 məxsus olan ev qanun üzrə vərəsəsi oğlu X10 bağışlamışlar. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, ******* №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X22 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 08-ci ayının 11-ci günündə 613 №-li qeyd edilmişdir. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 806 №-li məktubda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum -X7 vərəsəsi olan Maraqlı şəxs Müseyib qızının ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alaraq çıxarış verilməsini təmin edilməsi xahiş olunmuşdur. “ASAN 5” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X26, xx.xx.1971-ci il təvəllüdlü X27, xx.xx.1974-cü il təvəllüdlü X24, xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdül X4, xx.xx.2003-cü il təvəllüdlü X16, xx.xx.1977-ci il təvəllüdü X5, xx.xx.2013-cü il təvəllüdlü X28 və xx.xx.2014cü il təvəllüdlü X29 ünvan 11 ünvanında pasport qeydiyyatdadırlar. xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə notarial qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, ünvan 12 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 50/2-Y-24166/11 saylı cavab məktubunda qeyd edilmişdir ki, onun Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarəkirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlidir. Əks təqdirdə qeydiyyata alınma tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-33789/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, X3, X17, X5, X18, X4, X25, X28 ünvan 13 ünvanında, X30, X26, X27, X24, X29 M.Arif küçəsi 27, ev 185 ünvanında, X11, X25 və X1 Məmməd Arif Dadaşzadə küçəsi, ev 185 ünvanında hal-hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********62 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 185 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nüayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı ailə üzvlərinin (anası və s.) qeydiyyatda olduğu yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı sözügedən mübahisəli fərdi yaşayış evində yaşayır və evdə qeydiyyatda olan digər şəxslər onun həmin evə qeydiyyata alınmasına etiraz etmədiklərindən, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı və başqa şəxslərin də qeydiyyatda olduğu həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçı xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 12 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Nərimanov RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 12 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2419/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2419/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver