Məhkəmə qərarları › İş №2-1(112)-2421/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2421/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2421/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “X10” X5rşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “X10” X5rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi və onun azərbaycan dilinə tərcüməsi əsasında onun xx.xx.1984-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olmuş İddiaçı - xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən 3 nömrəli Doğum Evində bir oğlan uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi vəzifəsinin “X10” PHŞ-yə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olmuşdur. xx.xx.1990-cı il tarixdə ailə üzvləri ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gələrək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmış, həmin vaxtdan etibarən o, Azərbaycan Respublikasının ərazisində yaşayır. O, 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bundan başqa, o, Azərbaycana gələn zaman uşaq olduğu üçün Gürcüstan dövləti tərəfindən pasportla təmin edilməmişdir. Bu səbəbdən də Azərbaycana doğum haqqında şəhadətnamə ilə gəlmişdir. Azərbaycana gəldikdən sonra da heç vaxt Gürcüstan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. 2006-cı ildə o, Azərbaycan Respublikasının vətəndaşı X6 ilə ailə quraraq (nikaha daxil olmamışlar) Şamaxı rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan Bakı şəhərində yaşayır. Həmin evlilikdən onların xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən 3 nömrəli doğum evində bir oğlu doğulub. Həmin vaxt onun doğum haqqında şəhadətnaməsi və həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surəti xəstəxana tərəfindən götürülmüş, eyni zamanda, xəstəxana tərəfindən onun şəkli də çəkilib oğlunun doğulması barədə xəstəxanada saxlanılan şəxşi işində olan sənədlərə tikilmişdir. Lakin onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün ona oğlunun doğulması barədə xəstəxana tərəfindən tibbi şəhadətnamə verilməmişdir. Hazırda oğlunun 5 yaşı var, lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülüb. Oğlunun doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması mümkün olmur. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün oğlunun ilk öncə doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 24 fevral 2023-cü il tarixdə verilmiş və 29 sevral 2024-cü il tarixədək etibarlı olan ***-*******5 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.1984-cü il tarixdə anadan olmuş Nasibova Zveyda, Nəsibov Gündüzə verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-N-1956xx-xx-5587/2023 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1984-cü il təvəllüdlü, Zveyda Nəsibovaya (himayə sənədi № ***-*******5) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 24 fevral 2023-cü il tarixindən 29 fevral 2024-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, 20 may 1984-cü il təvəllüdlü İddiaçı 31315/m nömrəli, 27 yanvar 2023cü il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “X10” X14 3 nömrəli Doğum evinin 08 dekabr 2023-cü il tarixli, 31 nömrəli məktubu ilə göndərilmiş xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (X8) xx.xx.2018-ci il tarixində dünyaya gətirdiyi oğlan uşağı barədə olan xəstəlik tarixçəsinin surətindən görünür ki: -Doğum tarixi kartoçkasında qeyd edilmişdir ki, daxil olma tarixi xx.xx.2018, çıxma tarixi xx.xx.2018, anası xx.xx.1984-cü il təvəllüdlü X3, Xəzər rayonu, Türkan, Üzümçülük sovxozunda yaşayır, işləmir, evdar qadındır. -Yenidoğulmuşun inkişaf tarixi kartoçkasında qeyd edilmişdir ki, Ana haqqında məlumat: X2, xx.xx.1984-cü il təvəllüdlü, Xəzər rayonu, Türkan, Üzümçülük sovxozunda yaşayır, yenidoğulmuş haqqında məlumat: Nəsibov, 3000 qr, boyu 50 sm, baş dairəsi ölçüsü 37 sm, döş dairəsi ölçüsü 35 sm. Doğulduğu yer: Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 4 mədən. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanlanladığı xx.xx.2023-cü il tarixli 57 nömrəli məkubda bildirilmişdir ki, 3№-li Doğum evinin qeydiyyat kitabına əsasən xx.xx.2018-ci il tarixində X1 cinsində, çəkisi 3000,0 qr, boyu 50 sm uşaq dünyaya gətirmişdir. Lakin ana özünün şəxsiyyətini təsdiq edəcək heç bir sənəd təqdim etməmişdir. Bununla əlaqədar olaraq uşağın doğum haqqında şəhadətnaməsini əldə etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı mərhum X4 qardaşı olmaql iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. -74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. -74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. İşin hallarından görünür ki, iddiaçı 3№-li Doğum evinin qeydiyyat kitabına əsasən xx.xx.2018-ci il tarixində kişi cinsində uşaq dünyaya gətirmiş, lakin iddiaçının şəxsiyyətini təsdiq edəcək sənədi olmadığı əsas gətirilərək iddiaçıya doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən iddiaçıya dünyaya gətirdiyi övladına tibbi şəhadətnamənin verilməməsinin əsasında ananın şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Əvvəla, iddiaçının cavabdeh müəssisədə olan xəstəlik tarixçəsi və ona əlavə edilmiş sənədlərindən görünür ki, iddiaçının doğum sənədlərində onun şəxsiyyətini təsdiq edən sənəd olmasa da iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, özünün fotoşəkili sənədlərinə əlavə edilmiş, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, xəstəni şəxsiyyəti təsdiq edən sənəd olmadan qəbul edib barəsində xəstəlik kitabçası açıldığı zaman xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə ona dünyaya gətirdiyi yenidoğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Digər tərəfdən qeyd olunmalıdır ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə İddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Eyni zamanda ananın (iddiaçının) beynəlxalq himayə sənədində xx.xx.2018-ci il təvəllüdlü övladı Nəsibov Gündüzün də şəxsiyyəti müəyyən edilmişdir. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı oğlu barəsində “doğum haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.2018-ci ildə oğlan uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh “X10” X11 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar