Məhkəmə qərarları › İş №2-1(112)-2425/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2425/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2425/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X8 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “A.İ.M” vəkil bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı X9 və X6 üçüncü şəxslər qismində işə cəlb olunmaqla “ünvan 1 ünvanında qeydiyyatda olan X9, X6 və onun azyaşlı uşaqları X11 və X7 pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanından yerləşən İddiaçı mənzilində qeydiyyatda olan X9, X6 və onun azyaşlı uşaqları X11 və X7 pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddia tələbini оnunlа əsаslаndırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən mənzili X2ndan 03.06.2020-ci il tarixli AN-İ N« ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış və həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat № ********** olan 10.06.2020-ci il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ əldə etmişdir. X2 mənzili ona satdıqdan sonra həmin mənzilə olan özünün və digər şəxslərin pasport qeydiyyatından çıxmaları barədə öhdəlik götürsə də, bu öhdəlliyi yerinə yetirməkdən yayınır. Bu səbəbdən də iddiaçı aidiyyəti üzrə cavabdeh orqan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan 05.09.2020-ci il tarixli 07822223 saylı məktubla bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyətləri daxilində olmadığından mənzildə pasport qeydiyyatında olan X9, X3 və onun azyaşlı uşaqları X14 və X7 qeydiyyatdan çıxarılması mümkün deyildir.Cavabdeh təşkilat ərizə ilə bağlı imtina verərkən heç bir əsaslı səbəb gətirməmiş, iddiaçı hazırki iş üzrə maraqlarına toxunan 3-cü şəxs X9 arasında bağlanmış alqı-satqı müqaviləsində öhdəliyin mövcudluğunu, mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus olmasını və buna dair zəruri sənədlərin təqdim edilməsini nəzərə almadan əsassız olaraq ərizənin icrasından imtina etmişdir. Həmin şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaları isə iddiaçının öz mülkiyyəti üzərində hüquqlarını kobud şəkildə pozur. Odur ki, iddiaçı cavabdehin imtina məktubunu əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir еtirаzını təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin, həmçinin üçüncü şəxslərin iştirаkı оlmаdаn bахılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının vəkilinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı xx.xx.1993-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 05.09.2020-ci il tarixli, 07822223 nömrəli məktubuna əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanından X9, X6 və onun azyaşlı uşaqları X11 və X7 qeydiyyatdan çıxarılması onların səlahiyyətinə aid olmadığı və bu faktla bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” X1 çıxarışdan görünür ki, 01.04.1962-ci il təvəllüdlü X9, 23.12.1993-cü il təvəllüdlü X10, 06.11.2012-ci il təvəllüdlü X12, 14.02.2014-cü il təvəllüdlü X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 25 avqust 2008-ci tarixli çıxarışa əsasən Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski prospektində istifadədə olan 0.0756 ha torpaq sahəsində yerləşən 128 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 18.28 kv.m ümumi, 18.28 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 61 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 803 nömrəli reyestr kitabının 74883 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İN ******* nömrəli, 03 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin 13-cü bəndinə əsasən, “Satıcı” X9 03.08.2020-ci il tarixinədək Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 128 nömrəli evin, 61 nömrəli mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə 10.06.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli Texniki Pasportdan aydın olur ki, ümumi sahəsi 19.48 kv.m olan Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 128, 61 saylı mənzil yaşayış sahəsi 18.28 kv.m olub 1(bir) otaqdan ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir, üçüncü şəxs X9 həmin mənzilin keçmiş mülkiyyətçisidir. X9 ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısına dair müqaviləni imzalamaqla müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətinə satdığı mənzildən qeydiyyatdan çıxarılacağını öhdəsinə götürsə də, onlar mənzil qeydiyyatından çıxmamışdırlar. İddiaçı qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun mənаsınа görə şəхs fаktiki yаşаdığı və оlduğu yеr üzrə qеydiyyаtа аlınmаlıdır. Həmin qаnunа əsаsən yаşаyış yеri üzrə və оlduğu yеr üzrə qеydiyyаtın məqsədi şəхslərin uçоtа аlınmаsı, оnlаrın bаşqа şəхslərin, dövlət və cəmiyyət qаrşısındа vəzifələrin icrа еdilməsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Məhkəmə hesab edir ki, Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 128, 61 saylı mənzilə dair mülkiyyət hüququnun iddiaçıya keçdiyi andan X5 həmin evə dair hüquqları (mülkiyyət, istifadə, həmin evdə yaşamaq hüququ) mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəlləinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İşin həqiqi hallarından müəyyən olundu ki, üçüncü şəxs İddiaçı tərəfindən Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 128, 61 saylı mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılması nəticəsində həmin ev üzrə mülkiyyət hüququ iddiaçıya keçmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, iddiа tələbi təmin еdilməli, iddiaçıya məxsus Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 128, 61 saylı mənzil qеydiyyаtdаn X9, X6 və onun azyaşlı uşaqları X11 və X12 çıхаrılmаları öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85, 116-ci mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı məxsus Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 128, 61 saylı mənzildən X9, X6 və onun azyaşlı uşaqları X11 və X7 qеydiyyаtdаn çıхаrılmаsı öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rаyоn Pоlis İdаrəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar