Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2426/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs X19 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X26 və X54 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X26 və X54 işə cəlb edilməklə X13 və X19 Bakı şəhəri, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küəçsi, ev 117 (indiki adı ilə M.C.Məmmədzadə küçəsi, ev 117) yerləşən yaşayış evi ona məxsusdur. Belə ki, həmin fərdi yaşayış evi yoldaşı X12 məxsus olmuş, o, vəfat etdikdən sonra isə vərəsəlik qaydasında ona keçmişdir. Bu faktı təsdiq edən MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 13.06.2003-cü il tarixli, 350 nömrəli sərəncamın və İV-ЖГ 270038 nömrəli ölüm haqqında şəhadətamənin surətini iddia ərizəsinə əlavə etmişdir. Asan Xidmətdən yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı aldıqda, ona məlum olmuşdur ki, ona məxsus ünvanda icazə olmadan, qanunsuz şəkildə qeydiyyata düşən iki nəfər şəxsin – X13 və X19 qeydiyyatda olduğunu öyrənmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 02.07.2021-ci il tarixli, ******* nömrəli arayışın surətin ərizəsinə əlavə edir. Daha sonra həmin şəxslərin onun icazəsi olmadan özbaşına və qanunsuz olaraq onun evinə necə qeydiyyata düşmələri barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona yalnızca həmin şəxslərin 2005-ci ildə qeydiyyata düşdüklərini öyrənmişdir. Lakin, necə qeydiyyata düşdükləri barədə məlumat aşkar edilməmişdir. Ona məxsus evdən qeydiyyatdan çıxarılmalarını istədikləri şəxslər olan X26 və X36 qonşularıdır və hazırda onlar digər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Lakin, onlardan ikisi X26 və X36 ev 117 A ünvanında yaşasalar da, onun ünvanına, yəni ev 117 ünvanına qeydiyyatdadırlar. Həmin şəxslərin evindən qeydiyyatdan çıxarılmaları barədə dəfələrlə birbaşa özlərinə müraciət etsə də, ona ünvandan çıxmayacaqlarını, məhkəmədən qorxmadıqlarını və hara istəyirsə şikayət etməsi bildirilmişdir. Bu hadisədən sonra həmin şəxslərin ünvanından çıxmaları üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 09.08.2021-ci il tarixli, 091-39286X-3221 nömrəli məktubu ilə X13 və X19 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 117 (indiki adı ilə 3-cü ünvan 3 ünvanından çıxarmaqdan imtina etmişdir. Həmin məktubun surətini ərizəsinə əlavə edir. Yuxarıda qeyd edilən şəxslərin onun mülkiyyətində olan yaşayış evində qeydiyyatda olmaları mənzil üzrə mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur, onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Belə ki, qeyd etdiyi şəxslər qeydiyyatdan çıxmadıqları üçün o, yaşayış evi üzərində sərəncam vermək hüququndan istifadə edə bilmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs yazılı izahat təqdim edərək bildirdi ki, Bakı şəhəri, ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etmir. Belə ki, o və X26, qızı X20 qeydiyyatda olduğu ünvanda – Əhməd Cavad küçəsi (indiki M.C.Məmmədzadə) 117 A ünvanında yaşayırlar. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər 3-cü şəxs X26 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və digər 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1937-ci il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamalda istifadədə olan 0.01848 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 75.5 kv.m yaşayış, 72.8 kv.m köməkçi sahədən ibarət 1177 nömərli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 7/21 hissə, X10 1/21 hissə (açıq qalır), X4 1/21 hissə, X5 1\21 hissə, X1 1/21 hissə, Fərəcova Gülbadamın 7/21 hissə, X3 1/21 hissə, İddiaçı 1/21 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5476 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110762981, qeydiyyat tarixi 27.07.2007-ci il. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışın surətindən görünür ki, 28.03.1967-ci il təvəllüdlü X16, 03.08.1997-ci il təvəllüdlü X56, XX.XX.1957-ci il təvəllüdlü X21, 30.03.2007-ci il təvəllüdlü X39, 22.05.1961-c il təvəllüdlü X11, xx.xx.1937-ci il təvəllüdlü İddiaçı, 14.02.1972-ci il təvəllüdlü X17, 16.07.1990-cı il təvəllüdlü X40, 22.02.1996-cı il təvəllüdlü X47, 23.08.1965-ci il təvəlüldlü X6, 20.07.1964-cü il təvəllüdlü X36 və 02.05.1993-cü il tarixli X26 ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 09.08.2021-ci il tarixli, 091-39286X-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülkiyyətçisi olduğu ünvan 7 ünvanından X13 və X19 qeydiyyatdan çıxarılması ilə əlaqədar o, məhkəməyə müraciət edə bilər. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 06.12.2021-ci il tarixli, 091-65733-1221 nömrəli məktubla təqdim edilmiş məlumatdan və X13 və X28 fərdi uçot kartoçkalarının surətindən görünür ki, X49 04.02.2005-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyata alınmasına əsas olan sənəd qismində pasport, hərbi bilet və 18.06.1991-ci il tarixli nikah haqqında şəhadətnamə göstərilmişdir. X26 isə sözgedən ünvana 08.07.2009-cu il tarixdə qeydiyyata alınmış, qeydiyyata alınmasına əsas olan sənəd qismində doğum haqqında şəhadətnamə göstərilmişdir. İşdə olan 32 sayl Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 034 nömrəli, 06.12.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 117 saylı, 1 mərtəbəli evin, 1-ci mərtəbəsində 52.0 kv.m sahəsi olan, 2 (iki) otaqlı mənzilində yaşayır. Evdə 1937-ci il təvəllüdlü İddiaçı, 1957-ci il təvəllüdlü X22, 1961-ci il təvəllüdlü X8, 1999-cu il təvəllüdlü X23, 1970-ci il təvəllüdlü X18, 1996-cı il təvəllüdlü X47, 1997-ci il təvəllüdlü X57, 1965-ci il təvəllüdlü X9, 1990-cı il təvəllüdlü X50, 1995-ci il təvəllüdlü X33, 1967-ci il təvəllüdlü X16,1973-cü il təəvllüdlü X29, 2007-ci il təvəllüdlü X39, 1972-ci il təvəllüdlü X17, 1961-ci il təvəllüdlü X14, 1993-cü il təvəllüdlü X26 qeydiyyatdadırlar. İşdə olan “Elektron məhkəmə informasiya sistemi”nin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən əldə edilmiş sorğu əsasında 3-cü şəxs X19 qızı X30 şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, 17.04.1992-ci il təvəllüdlü X20 yaşayış yeri üzrə ünvan 8 ünvanında qeydiyyatdadır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 09.08.2021-ci il tarixli, 091-39286X-3221 nömrəli nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə küçəsi ev 117 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 3-cü şəxslər X26 və X2 ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda heç vaxt yaşamamışlar, faktiki olaraq, ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşayırlar. 3-cü şəxslər mübahisəli ünvanda müvafiq olaraq 2005 və 2009-cu ildən qeydiyyatda olduqlarından, onlarla mülkiyyətçilər arasında istifadə hüququna dair hər hansı bir yazılı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi müəyyən edilməmişdir. Bu hal isə həmin şəxslərin sözügedən ünvana istifadə hüquqlarının olmasını istisna etmişdir. Göstərilən halları, şifahi məhkəmə baxışı iclasında iştirak edən X36 öz yazılı izahatı ilə də, təsdiq edərək, mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq Ə.Hüseynovun izahatında göstərilən məlumatların dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən Ə.Hüseynovun qızının yaşayış yerinin müəyyən edilməsi üçün “Elektron məhkəmə informasiya sistemi”nin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən sorğu məlumatları əldə edilmiş, əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Ə.Hüseynovun ailə üzvü olan qızı X20 yaşayış yeri həqiqətən ünvan 8-dır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxslər X13 və X19 mübahisəli mənzilə dair hər hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X7 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə X13 və X28 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X32 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 20.07.1964-cü il təvəllüüdlü X19 və 02.05.1993-cü il təvəllüdlü X13 ünvan 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2426/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2426/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver