Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2427/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X19 və qeyriləri işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X36 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X19 və qeyriləri işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsin qarşı xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2010cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X6, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X3 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin FM 02075 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisidir və ailə üzvləri həmin ünvanda yaşayır. Qeyd edir ki, o, evi oğlu X13 bağışlamaq istəyir. Həmin evin sənədləşmə işləri aparılarkən evin bağışlanmasının icrası üçün evdə qeydiyyatda olan şəxslərin razılığı yığılan zaman evdə tanımadığı 13 nəfər şəxsin qeydiyyatda olduğunu aşkara çıxarmışdır. Buna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış təqdim edilmişdir. Həmin şəxslərin siyahısı aşağıdakı kimidir: xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X6, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X7. Həmin şəxslər onun evində yaşamamışlar. Bu şəxslərin onun evində pasport qeydiyyatında olması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Digər tərəfdən ona görə hər ay o, artıq kommunal xidmətlər üçün pul ödəyir. Etibarnamə üzrə nümayəndəsi olan oğlu X21 həmin evdən yuxarıda qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması üçün poçt vasitəsilə cavabdehə xx.xx.2022-ci ildə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 082-20598/7 nömrəli ərizəsinə cavabda qeyd etmişdir ki, qeydiyyatdan çıxarılma yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəfindən ünvan təkrarlanmasının araşdırılması məqsədilə cavabdehə müraciət edilmiş və ünvan təkrarlanmasının araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və ünvan təkrarlanmasının aşkar edilmədiyi müəyyən edilmişdir. Bu şəxslərin onun evində qeydiyyatda olması bir mülkiyyətçi kimi onu narahat edir və konstitusion hüququ olan öz xüsusi mülkiyyəti üzərində sərəncam verilməsini məhdudlaşdırır və qeyri-mümkün edir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12294/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X6, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X7 3-cü şəxs qismində cəlb edilmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4 Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs X26 iddia ərizəsinə qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, onun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə onunla iddiaçıya məxsus ünvanlar eynilik təşkil edir.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Digər 3-cü şəxslər isə məhkəməyə gəlməmələrinin səbəbi barəsində tərəflərə hər hansı bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında digər 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 026075 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 3 (üç) otaqlı, 50,7 kv.m yaşayış sahəsi, 66.6 kv.m ümumi sahəsi olan 209 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 66 saylı reyestr kitabında 6614-cü səhifə, qeydə alma nömrəsi 30 6614, xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli ***-******* nömrəli imtina məktubuna əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir.
10. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.1997-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.1958-ci il təvəllüdlü X5, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1981-ci il təvəllüdlü X22, xx.xx.1954-cü il təvəllüdlü X26, xx.xx.2015ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X6, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1983-cü il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X7 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadırlar.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********48 nömrəli məktuba əsasən ünvan 5 ünvan rekvizitlərinin təkrarlanması barədə İdarənin arxivində və elektron bazasında məlumat aşkar edilməmişdir.
12. Məhkəmənin sorğusuna əsasən 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 93 nömrəli 13 oktyabr 2022-ci il tarixli məktuba əsasən, İddiaçı C.Məmmədquluzadə küçəsi ev 209 saylı ünvanda yerləşən mənzili özbaşına tikili kimi olan özəlləşdirilmiş mənzildir. ünvan 6 ünvan 59 saylı Mənzil Kommunal İstismar Sahəsində olan sənədlərə əasən bir neçə, yəni dörd ayrı-ayrı mənzillərdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı sorğuda göstərilən digər vətəndaşların mənzillərinin bir-birinə heç bir aidiyyəti yoxdur. Belə ki, arayışda adları göstərilən digər vətəndaşlar dörd ayrı-ayrı təsərrüfatlardır. Onların bir-birilərinə heç bir aidiyyəti yoxdur. Sorğuda adları qeyd olunanlar tam özlərinə aid olan, bir-birinə aidiyyəti olmayan fərdi yaşayış evlərində yaşayırlar.
13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktuba əsasən X8 ünvan 2 ünvanına dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 082-40917-1222 nömrəli məktuba əsasən bildirişdə adları qeyd olunan şəxslərin qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin 11559 saxlama yeri və müddətləri haqqında Siyahısının təsdiq edilməsi barədə” DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir.
15. 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 1612 nömrəli məktuba əsasən X26 həqiqətən C.Məmmədquluzadə küçəsi, ev 209 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı – X2, oğlanları X19 və X9 ibarətdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
22. Belə ki, 3-cü şəxslər iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasalar da, yaşadıqları fərdi yaşayış evinin ünvanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı ilə eynilik təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən həyata keçirilir. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə görə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.
24. Qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə eyni ünvanla bağlı yaranmış mübahisənin həlli məqsədilə iddiaçının həmin ünvanda yerləşən əmlaka mülkiyyət hüququ ilə sahib şəxsin daşınmaz əmlak obyektinə ünvan verilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququ saxlanılır.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
26. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
28. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
29. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
34. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
35. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
36. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
38. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
42. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva