Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-243/2020 29.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı əvəzsiz maliyyə yardımının göstərilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı ona mənzil almaq üçün “Unibank”-dan aldığı kreditin qaytarılması məqsədi ilə 50000 (əlli min) manat məbləğində əvəzsiz maliyyə yardımının göstərilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək (21 il 4 ay 15 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit olaraq xidmət etmişdir. Xidməti müddətində Azərbaycan Respublikasının dövlətçiliyinin, ictimai asayişin və sabitliyinin qorunmasında, baş vermiş hüquqazidd ixtişaşların və təxribatların qarşısının alnmasında və cinayətkar qrupların zərərsizləşdirilməsində dəfələrlə iştirak etmişdir. Nümunəvi xidmətinə görə rəhbərlik tərəfindən mütəmadi olaraq mükafatlandırılmış və Daxili Qoşunların Baş İdarəsində inspeksiyada inspektor vəzifəsinədək yüksəlmişdir. 20 ildən yuxarı qüsursuz xidmət etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 2314 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə “Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Hal-hazırda təqaüddədir. 2014-cü ilin fevral ayında Daxili Qoşunların Baş İdarəsinin mənzil-məişət komissiyası tərəfindən mənzil növbəsinə götürülmüşdür. Lakin, Daxili Qoşunların balansında mənzil olmadığı üçün 2014-cü ilin may ayında “Unibank”dan 50000 (əlli min) manat məbləğində kredit götürərək, ünvan 2 ünvanında, 67000 (altmış yeddi min) manat dəyərində fərdi yaşayış mənzili almışdır. “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən, “Unibank”dan aldığı kreditin qaytarılması məqsədi ilə 50000 (əlli min) manat məbləğində əvəzsiz maliyyə yardımının göstərilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə X4 ərizə ilə müraciət etmişdir. X1 Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, xx-xx/2454-2610A nömrəli məktubda “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycann Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı olmadığından hərbi qulluqçulara fərdi mənzil tikilməsi üçün bank krediti üzrə borcu ödəmək məqsədi ilə əvəzsiz yardımın verilməsinin hal-hazırda qeyri-mümkün olması göstərilmiş və ona maliyyə yardımı verilməmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edir və bildirir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan İddiaçı 2014-cü ilin may ayında “UniBank”-dan 50000 (əlli min) manat məbləğində kredit götürərək, Bakı şəhəri, ünvan 3 ünvanında 67000 (altmış yeddi min) manat dəyərində fərdi yaşayış mənzili almışdır. Sabiq hərbi qulluqçu İddiaçı iddia ərizəsində bildirmişdir ki, onun “UniBank”-dan ipoteka yolu ilə aldığı kredit mənzilin pulunun qaytarılması məqsədi ilə 50 000 (əlli min) manat məbləğində əvəzsiz maliyyə yardımı göstərilməlidir. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndində kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. Həmçinin İddiaçı “İpoeka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müstəqil şəkildə güzəştli ipoteka krediti ilə mənzil alaraq imtiyazlardan yararlanmışdır. Bundan başqa, əvəzsiz yardımın ödənilməsi ilə bağlı qeyd edirlər ki, sözügedən Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yardımın ödənilməsi qaydası və icra mexanizmi müəyyən edilməlidir. Həmçinin, Daxili Qoşunların 2019-cu ildə saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən yuxarıda göstərilən məqsədlər üçün vəsait ayrılmamışdır. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmadığından və Daxili Qoşunların 2019-cu ildə saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış smeta göstəriciləri daxilində müvafiq məqsədlərə vəsait nəzərdə tutulmadığından hərbi qulluqçulara fərdi mənzil tikintisi məqsədi ilə bank krediti üzrə borcu ödəməyə görə əvəzsiz yardım hal-hazırda verilə bilməz. Beləliklə, vətəndaş İddiaçı aldığı ipoteka krediti üzrə borcu ödəmək məqsədi ilə əvəzsiz yardımın ödənilməsi qaydaları və icra mexanizmi qanunvericiliklə hələ ki, tənzimlənmədiyindən, qeyd edilən vəsaitin ona verilməsi hal-hazırda qeyri-mümkündür və bu yardımın ödənilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müvafiq qərarla tənzimləndiyindən və iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (21 il 04 ay 15 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsində zabit olaraq xidmət etmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətini başa vurduqdan sonra xx.xx.2014-cü il tarixli, 17İKA/14 saylı “Unibank” Kommersiya Bankı ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 216 ay müddətinə mənzil alınması məqsədilə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən iddiaçının əldə etdiyi ünvan 4 ünvanında yerləşən mənzil hazırda Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı 20 ildən artıq xidmət etdiyini əsas gətirərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə əsasən ona kredit müqaviləsi üzrə ödədiyi 50000 (əlli min) manat məbləğində pulun əvəzsiz yardım kimi geri qaytarılması barədə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun “Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ” adlanan 12-ci maddəsinin 5-ci bəndində deyilir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüuquna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbu qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvil ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faizi miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faizi miqdarında. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlərə və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına torpaq sahələri ayırmalı, tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 10-cu bəndində isə qeyd olunub ki, hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Göründüyü kimi, istinad olunan normalarda mənzil hüququ pozulmuş hərbi qulluqçulara qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçı 20 ildən artıq müddətdə həqiqi hərbi xidmətdə olduğunu əsas gətirərək, pozulmuş mənzil hüququnun təmin edilməsi ilə bağlı məhkəməyə iddia qaldırsa da, tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Belə ki, yuxarıda istinad olunan qanunvericiliyin normalardan görünür ki, ididaçı hazırki iddia ilə müvafiq yerli icra hakimiyyəti başçısına müraciət etməli olduğu halda bunu etməmiş, o cavabdeh kimi tələbini Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinə yönəltmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 10-cu bəndinə əsasən məhkəmədə mənzil hüququ pozulmuş hərbi qulluqçuların qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz və eləcə də, bu iddiaya cavab verməli olan orqan deyil. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçı ipoteka müqaviləsi üzrə ödədiyi ödənişlərin əvəzləşdirilməsi ilə bağlı yerli icra hakimiyyəti başçısına müraicət etmədiyindən, məhkəmə iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarı ilə, yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırki idda, növünə görə öhdəliyin icrası haqqında iddiadır və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında idida üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Həmin qərarda həmçinin qeyd edilir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə ididaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Daha sonra həmin Qərarda qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-243/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-243/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver