Məhkəmə qərarları › İş №2-1(112)-2434/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2434/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2434/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X25 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 12; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X37 üzrə Baş İdarəsinin Hüquq İdarəsi Cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin hüquqşünası) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X37 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X37 üzrə Baş İdarəsinə qarşı Bakı şəhər X37 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş 30 avqust 2021-ci il tarixli **********5950 nömrəli Qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 02.11.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 10.02.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X37 üzrə Baş İdarəsi 18 avqust 2021-ci il tarixli, **********4383 saylı əsasən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin edilmiş, ünvan 2 ünvanında yerləşən avtoservis obyektində operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsi səbəbindən 19 avqust 20201-ci il tarixli, 004797 saylı akt tərtib edilmişdir. Həmin aktda İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulmasına hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********5950 saylı, 30 avqust 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin Qərarla İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X37 üzrə Baş İdarəsinin 18.08.2021-ci il tarixli **********4383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 18.08.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 19.08.2021-ci il tarixli DVX seriyalı 004797 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və aktın vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 30.08.2021-ci il tarixli **********5950 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 30.08.2021-ci il tarixli **********484700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 30.08.2021-ci il tarixdə saat 16:30:da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildiririk ki, qeyriməşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Qeyd edilənin əksinə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İddiaçının digər bir qanunsuz əsası ondan ibarətdir ki, “Qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir.” Qeyd edilənin əksinə olaraq bildiririk ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüququdur və məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır. İddiaçının digər bir qanunsuz əsası ondan ibarət olmuşdur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar ona təqdim edilməmişdir. İddiaçının bu qanunsuz əsasına qarşı bildiririk ki, nəinki “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar, OVN tədbiri gedişində qəbul edilmiş bütün rəsmi sənədlər vergi ödəyicisinə təqdim edilmiş və bütün sənədlər sonuncu tərədindən “tanış oldum” qeydi ilə imzalanmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış İddiaçı 19.08.2021-ci il tarixli izahatına əsasən o, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində (avtoservis) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, tabeliyində olan 18 işçi ilə hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, digər iki işçinin üç gündür ki işə götürüldüyünü qeyd edərək işçilərlə ən qısa zamanda əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. X9 01.08.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən “benzonasos ustası” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini və İddiaçı tərəfindən nağd şəkildə gündəlik olaraq ödənildiyini bildirmişdir. Digər bir işçi X10 19.08.2020-ci il tarixdən İddiaçı tərəfindən “dəmirçi” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini və İddiaçı tərəfindən nağd şəkildə gündəlik olaraq ödənildiyini bildirmişdir. Digər bir işçi X19 18.08.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən “elektrik ustası” kimi işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, gördüyü işə münasibətdə əmək haqqı aldığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu bildirmişdir. X14 10 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən “çilingər” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-18:00- dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini və İddiaçı tərəfindən nağd şəkildə gündəlik olaraq ödənildiyini bildirmişdir. X22 5 aydır ki, İddiaçı tərəfindən “elektrik ustası” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 25-30 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. X2 05.08.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən Master Yasamal avtoservisində İddiaçı tərəfindən “çilingər” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. X4 bir aydır ki, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən Master Yasamal avtoservisində “elektrik ustası” kimi işlədiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. X15 İddiaçı tərəfindən “çilingər” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. X1 19.07.2021-ci il tarixdən oğlu Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən Master Yasamal avtoservisində İddiaçı tərəfindən “elektrik ustası” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-19:00dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. X5 1 aydır ki İddiaçı tərəfindən “usta köməkçisi” kimi işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. X6 üç gündür ki, İddiaçı tərəfindən “malyar” kimi işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 08:00-20:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. X16 2 aydır ki İddiaçı tərəfindən “elektrik ustası” kimi işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 25 manat təşkil etdiyini bildirmişdir. Digər 8 nəfər işçi X7, X34, X21, X30, X12, X8, X36 heç bir əsas olmadan izahat verməkdən imtina etmişlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunlannverilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2- ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhər X37 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş 30 avqust 2021-ci il tarixli **********5950 nömrəli qərarın ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X37 üzrə Baş İdarəsinin 18.08.2021-ci il tarixli **********4383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 18.08.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 19.08.2021-ci il tarixli DVX seriyalı 004797 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və aktın vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 30.08.2021-ci il tarixli **********5950 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 30.08.2021-ci il tarixli **********484700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 30.08.2021-ci il tarixdə saat 16:30:da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İddiaçı iddia ərizəsində bildirmişdir ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. Qeyd edilənlərlə bağlı məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsini həmçinin onunıa əsasandırmışdır ki, “Qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. ” Qeyd edilənlərlə bağlı məhkəmə bildirir ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüququdur və məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır. İddiaçının digər bir əsası ondan ibarət olmuşdur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar ona təqdim edilməmişdir. İddiaçının bu əsasına qarşı bildirilir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar, OVN tədbiri gedişində qəbul edilmiş bütün rəsmi sənədlər vergi ödəyicisinə təqdim edilmiş və bütün sənədlər sonuncu tərədindən “tanış oldum” qeydi ilə imzalanmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış İddiaçı 19.08.2021-ci il tarixli izahatına əsasən o, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində (avtoservis) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, tabeliyində olan 18 işçi ilə hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, digər iki işçinin üç gündür ki işə götürüldüyünü qeyd edərək işçilərlə ən qısa zamanda əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış digər işçilərin (X26, X10, X19, X31, X42 və digərləri) izahatlarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən işə qəbul edildiklərini, onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, əmək haqqının gündəlik İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini bildirmişdirlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Məcəllənin müvafiq maddəsindən də göründüyü kimi, subicarə müqaviləsi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər həmin obyekti vergi orqanında uçota qoymalı və Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, öhdəliklərini yerinə yetirməmişlər. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə qeyd olunur ki, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarəti həyata keçirə bilər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildiririk ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Azərbaycan Respublikasının vergilər nazirinin 14.01.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.14-cü bəndinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Qeyd olunan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasından şəxslərin əmək müqaviləsinin olub-olmaması barədə məlumat alınması mümkün olduğundan foto və (və ya) video çəkilişə zərurət yaranmamışdır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri X37 üzrə Baş İdarəsində vergi uçotuna alınmışdır. Bu səbəbdən də Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə uyğun olaraq məsuliyyət qərarı müvafiq Baş İdarə tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X37 üzrə Baş İdarəsinə qarşı Bakı şəhər X37 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş 30 avqust 2021-ci il tarixli **********5950 nömrəli Qərarın ləğv olunmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar