Məhkəmə qərarları › İş №2-1(112)-2436/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2436/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2436/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Babayeva Nuriyyə Mübariz qızı işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Babayeva Nuriyyə Mübariz qızının azyaşlı övladı X17 ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 49.77 kv.m ümumi, 28.49 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 31 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2436/2020 saylı, 10 mart 2020-ci il tarixli qərardadı ilə Babayeva Nuriyyə Mübariz qızı 3-cü şəxs qismində cəlb edilmişldir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(002)-248/2018 saylı qətnaməsi ilə Babayeva Nuriyyə Mübariz qızına məxsus olan bir çox adda olan əşyaların İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzildən çıxarılması, Babayeva Nuriyyə Mübariz qızının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi, X6 qızıl-zinət əşyalarının özü və ya ümumi dəyəri olan 1015 (min on beş) manat pulun alınaraq Babayeva Nuriyyə Mübariz qızına ödənilməsi, X6 bir çox adda olan əşyaların alınıb Babayeva Nuriyyə Mübariz qızına verilməsi, Babayeva Nuriyyə Mübariz qızının X9 və X1 qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 7 sayı evin 31 saylı mənzilinə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Babayeva Nuriyyə Mübariz qızı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(103)- 5616/2018 saylı qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(002)-248/2018 saylı qətnaməsi “Babayeva Nuriyyə Mübariz qızının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbsəi, B.Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi” hissəsində ləğv edilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ləğvin əsası isə qətnamənin 8-ci səhifəsində, 2-ci abzasda göstərilən kimi – Babayeva Nuriyyə Mübariz qızının mübahisəli mənzilə istifadə hüququnun yaranmaması, odur ki, mövcud olmayan hüququn xitam verilməsi və itirilməsi barədə iddianın əsaslı olmaması qeyd edilmişdir. Həmçinin həmin qətnamənin həmin səhifəsinin 4-cü abzasında apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Babayeva Nuriyyə Mübariz qızının mübahisəli məzilə köçürülmə tələbinin rədd edilməsi üzrə gəldiyi qənaətlə razılaşmağını qeyd etmişdir. Babayeva Nuriyyə Mübariz qızı həmin qətnamədən də kassasiya şikayəti vermiş, şikayətində yalnız qızıl-zinət əşyalarının dəyərini mübahisləndirmiş və digər 202 adda olan cehiz əşyalarını tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 22(102)-6889/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(103)-5616/2018 saylı qətnaməsi qızıl-zinət əşyaları və cehiz əmlakların qaytarılmasının rədd edilməsi və təmin olunmuş qızıl-zinət əşyalarının qiymətləndirilməsi hissəsində ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbycan Respublikası Ali Məhkəməsinin gəlmiş olduğu qənaət bundan ibarət olmuşdur ki, həqiqətə nail olmaq üçün işdə olan sübutlardan əlavə sübutların (toy zamanı çəkilmiş başqa şəkillərin, toyun video diski və s.) təqdim edilməsi təklif edilməmiş, mütəxəssis cəlb edilməklə həmin əşyaların qiymətləri düzgün müəyyən edilməmişdir. Yeni apelyasiya baxışınsdan sonra Bakı Apelyasiya Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(103)-1194/2019 saylı qətnaməsi ilə Babayeva Nuriyyə Mübariz qızının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(002)-248/2018 saylı qətnaməsi qızıl-zinət əşyalarının dəyəri və bəzi cehiz əşyalarının X6 alınaraq Babayeva Nuriyyə Mübariz qızına verilməsi hissəsində dəyişdirilmişdir. Həmin qətnamədən Babayeva Nuriyyə Mübariz qızı kassasiya şikayəti verərkən istifadə hüququnun itirilməsi və mənzilə köçürülməmə tələbini mübahisələndirməmişdir. Həmin qətnamədən qızıl-zinət əşyalarının dəyəri hissəsində narazı qalan cavabdeh Babayevlər kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-566/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra X14 Rayon Məhkəməsində yenidən mənzilə köçürülmə tələbi ilə bağlı iddia qaldırmış, lakin, bundan əvvəlki məhkəmə ilə mübahisəyə baxıldığından icraata xitam verilmişdirr. Dəfələrlə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, qeydiyyatda formal olaraq qalmış Babayeva Nuriyyə Mübariz qızının onun evindən pasport qeydiyyatından çıxarılmasını tələb etsə də, imtina edilmişdir. Lakin, onun formal olaraq mənzilində qeydiyyatda qalması onun mənzilindən sərbəst istifadə hüquqlarını məhdudlaşdırmaqla yanaşı əlavə xərclərə də səbəb olur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, 069-8558-1220 nömrəli məktub ünvanlayaraq İddiaçı iddiasına onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində istifadədə olan 0.1091 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 49.77 kv.m ümumi, 28.49 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 764 nömrəli reyestr kitabının 71407 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışın reyestr nömrəsi – **********53-05101-093009, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2008-ci il qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın (mənzilin) texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hüquq subyekti İddiaçıdur. Mənzilə dair texniki pasport xx.xx.2008-ci il tarixdə tərtib edilmişdir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh Babayeva Nuriyyə Mübariz qızı mülkiyyətçinin oğlu X13 ilə 20 dekabr 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, həmin rəsmi nikahdan xx.xx.2012-ci il tarixdə X17 doğulmuş və hazırda tərəflər arasındakı nikah məhkəmənin 14 iyun 2017-ci il tarixli qətnaməsi əsasında pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X12 Babayeva Nuriyyə Mübariz qızı ilə qalması qət edilmiş və Babayeva Nuriyyə Mübariz qızı mübahisəli mənzildən köçüb getmişdir. Babayeva Nuriyyə Mübariz qızı mübahisəli mənzilə qeydiyyata düşsə də, mülkiyyətçi ilə N.Babayeva arasında yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinə dair hər hansı yazılı razılaşma bağlanmamışdır. Belə olan halda Babayeva Nuriyyə Mübariz qızının həmin mənzilə dair istifadə hüququ yaranmamışdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, Babayeva Nuriyyə Mübariz qızı mübahisəli mənzilin mülkiyyətçisi ilə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinə dair hər hansı yazılı razılaşma bağlanılmadığından, onun mübahisəli mənzilə köçürülməsi tələbi əsassızdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 821 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzili İddiaçı Mail oğluna məxsusdur. Mənzilə dair 31 nömrəli, xx.xx.1988-ci il tarixdə şəxsi hesab vərəqəsi açılmışdır . Mənzildə İddiaçı Mail oğlu özü xx.xx.1988-ci il tarixdən, X2 xx.xx.1988-ci il tarixdən, X13 xx.xx.1988-ci il tarixdən, X10 xx.xx.1988-ci il tarixdən, X8 xx.xx.2014-cü il tarixdən, Babayeva Nuriyyə Mübariz qızı xx.xx.2012-ci il tarixdən, X17 xx.xx.2012-ci il tarixdən qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019cu il tarixli, ***-*******-1219 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsindəki 7 nömrəli evin 31 nömrəli mənzilindən keçmiş gəlini Babayeva Nuriyyə Mübariz qızının azyaşlı övladı ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə Cavabdehnə daxil olmuş ərizəsinə X5 Bölməsində baxılaraq bildirilmişdir ki, ərizəsinə əlavə etdiyi Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(002)-248/2018 saylı qətnaməsi və həmin qətnamədən verilmiş Bakı Apelyasiya Məhkəməsinin 07 may 2018-cii il tarixli, 2(103)-5616/2018 saylı qətnaməsi əsasında keçmiş gəlini Babayeva Nuriyyə Mübariz qızının azyaşlı övladı ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Belə ki, qeyd olunan qətnamələr üzrə verilmiş hər hansı icra vərəqəsi icra olunması üçün Cavabdehnə daxil olmamışdır. Keçmiş gəlini Babayeva Nuriyyə Mübariz qızının azyaşlı övladı ilə birlikdə mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması iddiası ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə aşağıda sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İşdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxs Babayeva Nuriyyə Mübariz qızı, iddiaçının keçmiş gəlini olmuş, iddiaçının oğlu ilə gəlini arasında olan rəsmi nikah münasibətlərinə 14 iyun 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilmiş, N.Babayevanın mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzilinə dair hər hansı bir istifadə hüququ olmamış, onun mənzilə köçürülmə tələbi təmin edilməmişdir. Göstərilən bu hallar işdə olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübuta yetirilmiş, işin mübahisələndirilməyən hallarıdır. Göründüyü kimi, iddiaçı tərəfindən inzibati icraat və məhkəmə icraatı zamanı üçüncü şəxsə münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində) nəzərdə tutulmuş sübutlar təqdim edilməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman sübutlar kifayət qədər araşdırılmamışdır. Bu səbəbdən də, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə eləcə də, iddia tələbinin üçüncü şəxsin azyaşlı övladı X17 ilə birlikdə mübahisəli ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun Həmin Qanuna əsasən 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideyinlərinin, övladlığa götürənlərin və ya qəyyumlarnı yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideyinlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi, hazırki iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2012-ci il təvəllüdlü X17 anası Babayeva Nuriyyə Mübariz qızı ilə birlikdə yaşadığından, A.Babayevanın qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmadığından, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X17 da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Niftəliyev küçəsi, 7 saylı evin 31 saylı mənzilindən pasport qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X3 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Babayeva Nuriyyə Mübariz qızının azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü X17 ilə birlikdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar