Məhkəmə qərarları › İş №2-1(112)-2437/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2437/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2437/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 8, ev 59; ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şöbəsinin baş mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (3-cü şəxs - Gəncə Dəmiryol xəstəxanası) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçıya 2-ci dərəcəli əlilliyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əsl olan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə yanında Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidməti ilə əvəz edilmişdir. Həmçinin, X2 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1977-ci il tarixdən 1979-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdə Gəncə şəhər Kəpəz RHK tərəfindən çağrılaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin N №-li əmrinə əsasən 7-ci MAT-un Şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. xx.xx.1993-cü il tarixdən 1995-ci il tarixə kimi N №-li hərbi hissənin 7-ci Taborunda xidmət edərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı Ağdam rayonu uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərdə erməni işğalçılarının artdığı çox saylı artilleriya mərmisinin onun yaxınlığında partlaması nəticəsində kontuziya və bədəninin müxtəlif nahiyələrindən odlu silah yaraları xəsarətləri alaraq hərbçi yoldaşları tərəfindən hərbi hissənin tibb məntəqəsinə aparıldı və orada bir müddət müalicə olundu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğaİçılaırna qarşı aparılan döyüşlərdə yaralandığına görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına əlillik dərəcəsi müəyyən edilməsi üçün xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixlərdə müraciət etmiş, lakin ona əlillik dərəcəsi verməkdən imtina edilib. İmtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacı olması göstərilib. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını (münasibətini) onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 4084003AAAZT saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4084003AAAZT saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Başın açıq yaralanmasının nəticələri, Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ arxa ənsə nahiyyəsində bir ədəd, sağ orbitanın bayır səthində bir ədəd, sol alın nahiyyəsinin ön səthində, bədənin müxtəlif nahiyyələrində köhnə dərin çapıq toxumalar” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi “Venoz qan dövranı çatmamazlığı lll-İV dərəcə. İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet İİ tip, orta ağır gedişli. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Qan dövranı çatmamazlığı İİ dərəcə. Daimi müşahidəyə ehtiyac, Kənar şəxsin qulluğuna ehtiyacı var. Hərəkətin və yerişin pozulmaları, Dayaq, hərəkət funksiyasının kəskin pozulması” xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası İİİ fs. Aortanın aterosklerozu, Aorta və tac damarlarının aterosklerozu. Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Aşağı ətrafların digər dərin damarlarının flebit və tromboflebiti, Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, Kəllədaxili travma, Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet İİ tip, orta ağır gedişli, Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz” xəstəlikləri qeyd edilmişdir. Bildiririk ki, göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş travmanın heç bir ağırlaşması müəyyən edilməmişdir, yanaşı xəstəliklərin hərbi xidmətdə alınmış travma ilə səbəb əlaqəsi müəyyən olunmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixlərdə qiymətləndirilmiş və göndərişdə qeyd edilən məlumatlar əsasında əlillik təyinatının aparılması mümkün olmamış və imtina qərarları verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 4084003AABXL saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4084003AABXL saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.1993-cü il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Başın açıq yaralanmasının nəticələri, Odlu silah qəlpə yaralanmasından sonra başın sağ arxa ənsə nahiyyəsində bir ədəd sağ orbitanın bayır səthində bir ədəd, sol alın nahiyyəsinin ön səthində bir ədəd bədənin arxa səthində orta xətt üzrə, birinci bel fəqərəsi səviyyəsində bir ədəd,sağ əlin tenar nahiyyəsində bir ədəd sağ əlin İİ barmağının orta falanqasının iç.səthində bir ədəd, sol bazunun orta 1/3-nin bayır səthində 1ədəd sol diz oynağının yuxarı kənarı səviyyəsində 2 ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində 1ədəd çapıq toxuması" diaqnozu göstərilmişdir. Ağırlaşma kimi “Dəqiqləşdirilməmiş ensefalopatiya, BBQD işemik tipli pozğunluqlarının nəticələri,postravmatik ensefalopatiya. generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları(ayda12-14 dəfə),yaddaş zəifliyi və idrakın enməsi. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Qan dövranı çatmamazlığı İİ dərəcə. Hərəkətin və yerişin pozulmaları, Bir neçə xəstəliklərin ağırlaşmasından, xəstə kəskin dərəcədə əziyyət çəkir. Dayaq və hərəkət funksiyası bütün bədən nahiyyələrində olan ağrı hesabına pozulur. Baş beynin silkələnməsi, Baş beyinin və onurğa beyinin ağır dərəcəli əzilməsi ilə nəticələnən müştərək kəllə-beyin travması, boyun fəqərələrinin sıxılması,motor afaziya,kiçik çanaq orqanlarının funksiya pozğunluğu. Sağ tərəfli üz sinirinin parezi" xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ, əlavə risk İİİ, ürək-beyin forması, Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası İİİ fs. Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz, Aortanın aterosklerozu, Aorta və tac damarların aterosklerozu” xəstəlikləri qeyd edilmişdir. Bildiririk ki, göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş travma əlilliyin təyininə əsas vermir, ağırlaşmada qeyd edilən xəstəliklərin, eləcə də yanaşı xəstəliklərin hərbi xidmətdə alınmış travma ilə səbəb əlaqəsi müəyyən olunmamışdır. Son bir ildə stasionar müalicə alması barədə məlumat qeyd olunmayıb. Eləcə də ağırlaşmada qeyd edilmiş “Dəqiqləşdirilməmiş ensefalopatiya, BBQD işemik tipli pozğunluqlarının nəticələri,postravmatik ensefalopatiya,generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları (ayda12-14 dəfə), yaddaş zəifliyi və idrakın enməsi” xəstəliyi stasionar müalicə ilə təsdiqlənmir. Ümumiyyətlə göndəriş səthi yazılıb, diaqnoz tam tərtib olunmayıb, əlilliyin təyininə əsas verən hüquqi sənəddə sözlər natamam yazılmışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ağırlaşmaların dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə (eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası na) müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə "Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır". 4.7-ci bəndinə görə isə "Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar." İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş bütün göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat"ın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir." İddiaçı hərbi xidmətdə aldığı “Başın açıq yaralanmasının nəticələri, Odlu silah qəlpə yaralanmasından sonra başın sağ arxa ənsə nahiyyəsində bir ədəd sağ orbitanın bayır səthində bir ədəd sol alın nahiyyəsinin ön səthində bir ədəd bədənin arxa səthində orta xətt üzrə,birinci bel fəqərəsi səviyyəsində bir ədəd,sağ əlin tenar nahiyyəsində bir ədəd sağ əlin İİ barmağının orta falanqasının iç səthində bir ədəd, sol bazunun orta 1/3-nin bayır səthində 1ədəd sol diz oynağının yuxarı kənarı səviyyəsində 2 ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində 1ədəd çapıq toxuması" diaqnozlu travma yuxarıda qeyd edildiyi kimi əlilliyin təyininə əsas vermir. Göndərişdə qeyd edilmiş ağırlaşma və yanaşı xəstəliklərin isə hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, İddiaçı Əsgər oğluna əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının xəstəliyi xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Başın açıq yaralanmasının nəticələri, Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ arxa ənsə nahiyyəsində bir ədəd, sağ orbitanın bayır səthində bir ədəd, sol alın nahiyyəsinin ön səthində, bədənin müxtəlif nahiyyələrində köhnə dərin çapıq toxumalar” diaqnozu göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 4084003AABXL saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi göstərilmişdir ki, əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Xəstənin əsas diaqnozunda qıcolma tutmaları yazılmasına baxmayaraq xəstənin son bir ildə müalicə müddəti azdır xəstə ixtisaslaşmış tibb mərkəzində ətraflı müayinə və müalicə olunduqdan sonra yenidən müraciət edə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququnu pozmamışdır. Belə ki, iş materiallaırndan görünür ki, X6 Xəstəxanası MMC xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq İddiaçı tibbi sənədlərini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Abbas Səhhət adına Xəstəxananın Ambulator, Stasionar xəstənin X4 əsasən İddiaçı stasionar müalicə müddəti – xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olmuşdur. İş materiallarından görünür ki, iddiaçının Abbas Səhhət adına Xəstəxanada son 12 ay ərzində stasionar müalicə müddəti – xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müvafiq xəstəliklə iddiaçının stasionar müalicəsinin son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan az olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya 2-ci dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Gəncə Dəmiryol xəstəxanası) İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar