Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2438/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 12 saylı şəhər poliklinikası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 12 saylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinin tələblərinə əsasən təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə onun, yəni xx.xx.1962-ci il Qubadlı rayonu Xanlıq kəndində doğulmuş İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Mərkəzi Hərbi Həkim Komissiyasın 08 noyabr 2010-cu il tarixli, 955 saylı Qərarı ilə ona "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır" rəyi verilmişdir. Ona İİİ qrup müddətsiz əlillik təyin edilmişdir. Uzun müddətdir ki, xəstədir. Hal-hazırda 59 yaşı var. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sol bud çanaq oynağının postravmatik koksartrozu” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma formasında “Oynaqların” kontrakturası. Sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası”, "Bud sinirinin zədələnməsi, sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası, kəskin funksiya pozulması ilə, Sol a/ə parezi", "Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya. A/ə əzələlərinin atrofiyası, valqus deformasiyası”, "Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq hərəkət funksiyasının pozulması ilə (əl ağacı vasitəsi ilə hərəkət edir) "və sairə yanaşı xəstəlikləri də var. Mütəmadi müalicə kursu keçir. O, 31.08.1993-cü ildən-09.09.1993-cü ilə qədər və həmçinin 01.12.1993-cü ildən- 09.12.1993-cü ilə qədər "X12" publik hüquqi şəxsdə, 08.11.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, 10.06.2013-cü ildən-29.06.2013-cü ilə qədər "Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə, 07.10.2016-cı i!dən-17.10.2016-cı ilə qədər 3 nömrəli şəhər Xəstəxanasında, 11.04.2019cu ildə, 10.09.2020-ci ildə və 26.02.2021-ci ildə X5 və Ortopediya İnstitutunda stasionar müalicə kursları keçmişdir. 1993-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə almışdır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. 12 nömrəli şəhər Poliklinikası tərəfindən 31 iyul 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 21.01.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 11 №li şəhər Poliklinikasının 30.09.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səoəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud aliyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı..; Diaqnozun -mətni: Sol budun qəlpə yarasından sonrakı vəziyyəti.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı Dəmiryol xəstəxanasının 28.07.2017-ci il tarixli 4083003AACJV saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın - 3.maları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sravmatik ensefalopatiya, vertebro-bazilyar çatmamazlıq Yumşaq toxumalarda qalmış yad cisim, sol budun ön səthində kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol budun yuxarı 1/3 hissəsində 1,2 x 0,7 sm ölçüdə yad cisim, sol bud sinirinin nevriti, sol aşağı ətrafının funksiyasının pozulması ilə, sol çanaq bud oynağının artrozu, revmatizm q/a faza, ~aq forması Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnməiəri, Baş beynin iyi, kəllə daxili hipertenziya əlamətləri, hipertenzion və tonik-klonik qıcolmalar, davamlı ağrı sindromu, yaddaş və koordinasiya pozğunluğu, qabarıq asteno-nevrotik = “drom..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicə müddəti azdır, ağırlaşmalar əsaslandırılmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı 12 №li şəhər Poliklinikasının 03.10.2017-ci il tarixli 0175003AACT4 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmalan => S77 - Bud-çanaq oynağı və bud nahiyəsinin bər...; Diaqnozun mətni: Budun bərk əzilməsi, Sol budun ön səthində kor qəlpə yaralanmasından s\v .Sol budun yuxarı 1\3 hissəsində 1.2 x 0.7 sm ölçüsündə yad cism Oynaqların kontrakturası, Sol bud çanaq oynağının artrozu və ankilozu Bud-çanaq oynağı və bud səviyyəsində digər sinirlərin travması, Sol bud sinirinin nevriti. Sol a\ə funksiyasının kəskin pozulması Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Hərəkətin və yerişin pozulmaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Travmadan sonrakı ağırlaşmalar ətraflı müayinə ilə dəqiqləşdirilməlidir. Şəxsin adına əmək müqaviləsi var, amma xəstəlik vərəqəsində olması barədə qeyd yoxdur” səbəbi ilə imtina verilmişdir. Bakı 12 №li şəhər Poliklinikasının 27.09.2018-ci il tarixli 0175003AAC3Q saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Bud sinirinin zədələnməsi, Sol budun kor qəlpə yaralanması nəticəsində əzilməsi və sol bud sinirinin travmatik neyropatiyası ,kəskin funksiya pozğunluğu ilə, Sol aşağı ətrafın plegiyası .kəskin funksiya pozğunluğu ilə Hərəkətin və yerişin pozulmaları, , Sol bud sinirininj travmas Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahla yaralanmasından sonra Sol budun bərk əzilməsi yuxarı 1\3 hissəsində 1.2 x 0.7 sm ölçüsündə yad cism. Sol budun 1\3 iç və tiş səthlərində çapıq toxumaları ağrı sindromu ilə Oynaqların kontrakturası, Sol bud çanaq oynağının artrozu və kontrakturası Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Aşağı ətraf venalarının varikoz xəstəliyi İV sinif ,ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Aşağı ətrafın venalarının dopler müayinəsi qənaətbəxş deyil.Nevropotoloqun müayinəsi diaqnozu təstiq etmir.hiperdiaqnostikaya şübhə var” səbəbi ilə imtina verilmişdir. Bakı 12 №li şəhər Poliklinikasının 02.11.2018-ci il tarixli 0175003AAC4W saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmalan => S71 - Budçanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Odlu silahla yaralanmadan sonra sol budun ön səthində qəlpə yaralanmasından s.v Solbudun yuxarı 1\3 hissəsində 1.2x07 sm ölçüsündə yad cism; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnoz 413 nömrəli əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmir. Aşağı ətraf venalarının genişlənməsi cərrahın statusunda öz əksini tapmamışdır, dərəcəsi göstərilməmişdir. Sinirin zədələnməsi qeyd edildiyi halda nervpatoloqun müayinəsi yoxdur. Ağırlaşma kimi göstərilən ankiloz artroz rentgenoloji müayinədə öz əksini tapmamışdır. Xəstənin ətraflı müayinəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı 12 nömrəli şəhər Poliklinikasının 22.05.2019-cu il tarixli 0175003AADB0 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində hərbi-dəniz silahından partlayışla törənmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol bud çanaq oynağının postravmatik koksartrozu. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, A\ə əzələlərinin atrofiyası, valqus deformasiyası. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkətin və yerişin kəskin pozulması daimi ağrı sindromu ilə Oynaqların kontrakturası, Sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1 ,M24.6)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bakı 12 nömrəli Şəhər Poliklinikasının 06.02.2020-ci il tarixli 0175003AADQB saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...; Diaqnozun mətni: Y36.0 Hərbi əməliyyatlar nəticəsində hərbi-dəniz silahından partlayışla törənmiş zədələnmələr, Odlu silahlayaralanmadan sonra sol bud çanaq oynağınınpostravmatik koksartrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı 12 nömrəli Şəhər Poliklinikasının 20.11.2020-ci il tarixli 0175003AAD06 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar -> Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...; Diaqnozun mətni: Odlu silahla yaralanmadan sonra sol bud çanaq oynağının postravmatik koksartrozu, sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası.kəskin funksiya pozulması ilə .Sol aşağı ətrafınə parezi. Sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası. Aşağı ətrafın venaların varikozu İV sinif; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün patofunksional pozğunluqlar dəqiqləşdirilməli və diaqnostik müayinələrlə təsdiq olunmalıdır.” səbəbi ilə imtina verilmişdir. Bakı 12 nömrəli Şəhər Poliklinikasının 31.07.2021-ci il tarixli 0175003AAEN1 saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahlayaralanmadan sonra sol bud çanaq oynağınınpostravmatik koksartrozu.Oynaqların kontrakturası, Sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası.Bud sinirinin zədələnməsi, sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası.kəskin funksiya pozulması ilə .Sol a\ə parezi.Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, A\ə əzələlərinin atrofiyası .valqus deformasiyası.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, kəskin əzələ atrofiyası,Daimi ağrı sindromu ilə, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksdiyasının pozulması ilə Əl ağacı vasitəsiilə hrərkət edir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən iddia tələbinə dair yazılı etiraz (etiraza əlavə) təqdim edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq İddiaçı 14.06.2019-cu ildə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar 12 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0175003AADQB, 175003AAD06 nömrəli göndərişlər əsasında şəxsin əlillik vəziyyəti Tibbi-Sosial Ekspert komissiyalarında müvafiq olaraq 14.02.2020 cə 30.11.2020-ci illərdə elektron qiymətləndirilmiş və hər iki halda “Göndərişin natamam doldurulması” barədə qərarlar qəbul edilmişdir. Belə ki, ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd edilmədiyindən, ekspertiza üçün əhəmiyyətli sayılan patofunksonal pozuntuların dəqiqləşdirilməsi səbəbindən əlillik səbəbinin dəyişdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət səhiyyə müəssisəsinin 0175003AAEN1 nömrəli göndərişinə uyğun olaraq İddiaçı 06.08.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Hərbi- Həkim Komissiyasının Qərarı və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsasən xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol bud-çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı konturakturası. Sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası, kəskin funksiya pozulması ilə. Sol aşağı ətrafın parezi. Əzələlərin atrofiyası. Dayaq-hərəkət funksiyasının pozulması ilə diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına müvafiq olaraq əlillik səbəbinin dəyişdrilməsindən imtina edilmişdir. Üçüncü şəxs Bakı 12 №li şəhər Poliklinikası tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı mülahizədə göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan X6 2016-cı ildən 12 nömrəli poliklinikanın tibbi qeydiyyatındadır. 14.03.2016-cı il tarixdən nevropotoloqun dispanser qeydiyyatındadır. Dz: “Sol bud sinirinin nevriti. Sol budun ön səthində qəlpə yaralanmasından sonrakı vəziyyət. Yuxarı 1/3 hissəsində yad cisim. Sol aşağı ətrafın parezi, funksiyasının pozğunluğu ilə”. 11.05.2016-ci il tarixdə xəstə nevropotoloqun dispanser nəzarətindən keçmişdir. 07.10.2016-17.10.2016-cı il tarixədək Sumqayıt şəhər 3 nömrəli xəstəxanasında stasionar müalicə almışdır. Dz: “Sol budun ön səthinin kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol budun yuxarı 1/3 hissəsində yad cisim. Sol bud sinirinin nevriti. Sol aşağı ətrafının funksiyasının pozulması. Sol çanaq bud oynağının artrozu”. 10.02.2017-ci il tarixdə xəstə nevropotoloqun dispanser nəzarətində olub. Xəstəyə Forma 088 TSEK-na göndərilmişdir. Dz: “Sol bud sinirinin nevriti, Sol aşağı ətrafın parezi, funksiya pozğunluğu ilə”. Formaya imtina cavabı verilmişdir. 23.10.2017, 30.01.2018, 08.02.2018-ci il tarixlərdə nevropotoloqun yenidən müayinəsində olub və müalicə alıb. Xəstəyə “Əlavə müalicəyə ehtiyacın olması; Travmadan sonrakı ağırlaşmalar ətraflı müayinə ilə dəqiqləşdirilməlidir; Şəxsin adına əmək müqaviləsi var, amma xəstəlik vərəqəsində olması barədə qeyd yoxdur” əsası ilə imtina cavabı gəlmişdir. 2018-ci ilin noyabr ayında nevropotoloq tərəfindən xəstəyə Forma 088 yazılaraq TSEK-na göndərilmişdir. Dz: “G57.2-Sol budun kor qəlpə yaralanması nəticəsində, sol bud sinirinin travmatik neyropatiyası kəskin funksiya pozğunluğu ilə. Ağırlaşma: G83.1-Sol aşağı ətrafın parezi kəskin funksiya pozğunluğu ilə, R26-Yerişin pozulması. Yanaşı: M24.5Sol bud çanaq oynağının artrozu və kontrakturası. S77.1-Odlu silahla yaralanmasından sonra sol budun bərk əzilməsi və yuxarı 1/3 hissəsində 1,2 x 0,7 sm ölçüdə yad cisim.S74.8-Kor qəlpə yaralanmasının nəticəsində bud sinirinin travması”. 11.04.2019-cu il tarixdə X5 və Ortopediya İnstitutunda müayinədə olub və həkim-cərrah tərəfindən forma 088 TSEK-na göndərilmidir. Dz: “Əsas Y36.0-Odlu silahla yaralanmasından sonra, sol bud çanaq oynağının postravmatik kontrakturası. Ağırlaşma: M24.5-Sol bud çanaq oynağının uzaqlaşdırıcı, yaxınlaşdırıcı kontrakturası. M21.0-Aşağı əzələlərin atrofiyası. Valqus deformasiyası. R26.8-Hərəkətin və yerişin kəskin pozulması. Daimi ağrı sindromu ilə. Yanaşı –İ83-Aşağı ətraf venaların varikozu İV sinif.G57.2-Sol budun kor qəlpə yaralanması nəticəsində, sol bud sinirinin travmatik neyropatiyası. Kəskin funksiya pozğunluğu ilə. Sol aşağı ətraf parezi”. Xəstəyə 2019-cu ildən mülki əlillik verilmişdir. 08.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı var. Dz: “Sol budun ön səthində yumşaq toxumada kor qəlpə yarası. Sol budun yuxarı 1/3 hissəsində yad cisim”. MM MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Xəstə İİİ dərəcə əlillik ilə razılaşmadığı üçün təkrar 2020-ci ildə X5 və Ortopediya İnstitutunda müayinələrdən keçib və xəstəyə 2020-ci ildə Forma 088 yenidən TSEK-na göndərildir. Dz: “Əsas Y36.0-Odlu silahla yaralanmasından sonra, sol bud çanaq oynağının postravmatik kontrakturası. Ağırlaşma: M24.5-Sol bud çanaq oynağınını uzaqlaşdırıcı, yaxınlaşdırıcı kontrakturası. M21.0-Aşağı əzələlərin atrofiyası.Valqus deformasiyası.R26.8-Hərəkətin və yerişin kəskin pozulması.Daimi ağrı sindromu ilə. Yanaşı –İ83-Aşağı ətraf venaların varikozu İV sinif.G57.2-Sol budun kor qəlpə yaralanması nəticəsində, sol bud sinirinin travmatik neyropatiyası. Kəskin funksiya pozğunluğu ilə. Sol aşağı ətraf parezi”. Lakin yenidən imtina cavabı verilmişdir-Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Ekspertiza üçün patofunksional pozğunluqlar dəqiqləşdirilməli və diaqnostik müayinələrlə təqdiq olunmalıdır. 26.02.2021-ci ildə xəstə yenidən X5 və Ortopediya İnstitutunda müayinədə olub və xəstəyə təkrarən Forma 088 yazılmışdır. İmtina cavabı gəlmişdir-“Diaqnostik əlillik əlaməti təyin etməməis Diaqnoz və ağırlaşması əlilliyinin təyininə əsas vermir”. Sonuncu forma 088 hərbi travma TSEK-na göndərilib və xəstəyə- Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diqanoz və ağırlaşması əlilliyinin əsas vermircavabı gəlmişdir. Xəstə mülki əlillikdən imtina edərək, hərbi təqaüd olunmasının israr edir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə dair 17.02.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, Qubadlı RHK tərəfindən 1992-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 31.08.1993-cü ildə aldığı, 31.08.1993-cü ildən 09.09.1993-cü ilə kimi M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol budun öz səhətinə yumşaq toxumda kor qəlpə yarası” və 01.12.1993-cü ildən 09.12.1993-cü ilə kimi M.Nağıyev adına tcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma “Sol budun yuxarı 1/3 hissəsində yad cisim” diaqnozlu xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Müdafi Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin a) bəndinə əsasən, 08.11.2010-cu il tarixdə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi təyin edilmiş və qərarın bir nüsxəsi ona verilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21.02.2022-ci il tarixli **********3 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq İddiaçıa 14.06.2019-cu ildə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar 12 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0175003AADQB, 175003AAD06 nömrəli göndərişlər əsasında şəxsin əlillik vəziyyəti Tibbi- Sosial Ekspert komissiyalarında müvafiq olaraq 14.02.2020 və 30.11.2020-ci illərdə elektron qiymətləndirilmiş və hər iki halda “Göndərişin natamam doldurulması” barədə qərarlar qəbul edilmişdir. Belə ki, ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd edilmədiyindən, ekspertiza üçün əhəmiyyətli sayılan patofunksonal pozuntuların dəqiqləşdirilməsi səbəbindən əlillik səbəbinin dəyişdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət səhiyyə müəssisəsinin 0175003AAEN1 nömrəli göndərişinə uyğun olaraq İddiaçı 06.08.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Hərbi-Həkim Komissiyasının Qərarı və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsasən xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol bud-çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı konturakturası. Sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası, kəskin funksiya pozulması ilə. Sol aşağı ətrafın parezi.Əzələlərin atrofiyası.Dayaq-hərəkət funksiyasının pozulması ilə diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-c il tarixli 413 nğmrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-ci maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1962-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.11.2010-cu il tarixli, 1106 №-li qərarının notarial qaydada təsdiq olunmuş surətində Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 31.08.1993-cü ildə aldığı, 31.08.1993-cü ildən 09.09.1993-cü ilə kimi M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol budun yuxarı 1/3 hissəsində yad cisim” (Qubadlı RHK-nın 02.11.2010-cu il tarixli 523 nömrəli göndərişi, 02.11.2010-cu il tarixli 673 nömrəli arayışı, M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasından verilmiş 09.09.1993-cü il tarixli, 09.12.1993-cü il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi- cərrahın rəyi ilə təsdiq edilir). Hərbi travma və Azərbaycan Respublikasının müdafiəsi zamaı alındığı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı 055341 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 06 mart 2014-cü il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən müəyyən olunur ki, X4 14.06.2019-cu il tarixli 0175003AADB0 saylı göndərişə (Forma 88) əsasən (ümumi xəstəlik- Hərbi əməliyyatlar nəticəsində hərbi-dəniz silahından partlayışla törnmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol bud çanaq oynağının postravmatik koksartrozu Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, A/ə əzələlərinin atrofiyası, valqus deformasiyası, Hərəkətin və ya yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin kəskin pozulması daimi ağır sindromu ilə oynaqların kontrkturası, Sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası) üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21.02.2022-ci il tarixli **********3 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Bakı 12 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş; - 14.06.2019-cu il tarixli xxxxxxx0012 saylı göndərişində xəstəliyin səbəbi- ümumi; X1 XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar => Y36.0-Hərbi əməliyyatlar nəticəsində....... Diaqnozun mətni; Hərbi Əməliyyatlar nəticəsində hərbi-dəniz slahından partlayışla törənmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol bud çanaq oynağının postravmatik koksartrozu, Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, A/ə əzələlərinin atrofiyası, valqus deformasiyası Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş poulmaları, Hərəkətin və yerişin kəsik pozulması daimi ağrı sindromu ilə Oynaqların kontrakturası, sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzalaşdırıcı kontrakturası.. Meyar: 2.3 Üçüncü dərəcə əlillik=> 2.5.7.bud –çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M 16.1, M 24.6). 28.01.2020-ci il tarixli 0175003AADQB saylı göndərişində xəstəliyin səbəbi- ümumi, X1 XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi Əməliyyatlar=> Y36.0 Hərbi əməliyyatlar nəticəsində hərbi..... Diaqnozun mətni: Y36.0 Hərbi əməliyyatlar nəticəsində hərbi-dəniz silahından partlayışla törənmiş zədələnmələr, Odlu silahyaralanmadan sonra sol bud çanaq oynağınınpostravmatik koksartrozu... Meyar; imtina edilir. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb. 30.10.2020-ci il tarixli 0175003AAD06 saylı göndərişində xəstəliyin səbəbi- ümumi, xəstəliklərin beynəlxalq təsnifatı XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi Əməliyyatlar=> Y36.0 Hərbi əməliyyatlar nəticəsində hərbi..... Diaqnozun mətni: Odlu silahyaralanmadan sonra sol bud çanaq oynağınınpostravmatik koksartrozu, sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası. Kəskin pozulması ilə. Sol aşağı ətrafına parezi. Sol bud çanaq oynağının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası Aşağı ətrafın venaların varikozu İV sinif... Meyar; imtina edilir. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulmas-Səbəb: Ekspertiza üçün patofunksional pozğunluqlar dəqiqləşdirilməli və diaqnostik müayinələrlə təsdiq olunmalıdır. 31.07.2021-ci il tarixli 0175003AAEN1 saylı göndərişində xəstəliyin səbəbi- ümumi, X1 XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi Əməliyyatlar=> Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər..... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahyaralanmadan sonra sol bud çanaq oynağınınpostravmatik koksartrozu, Bud sinirinin zədələnməsi, sol budun kor qəlpə yaralanması nəticəsində sol bud sinirinin travmatik neyropatiyası, kəskin funksiya pozulması ilə Sol a/ə parezi. Digər rubrikalarda təsnif olumayan valqus deformasiya, A/ə əzələlərinin atrofiyası, valqus deformasiyası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, kəsik əzələ atrofiyası, Daimi ağrı sindiromu ilə. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq hərəkət funksiyasının pozulması ilə Əl ağacı vasitəsilə hərəkət edir.... Meyar; imtina edilir. İmtina edilmənin səbəbi: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 avqust 2021-ci il tarixli **********7 nömrəli protokoldan müəyyən olunur ki, Qubadlı rayon sakini X2 əlillik vəziyyəti tibb müəssisəsinin 0175003AADB0 nömrəli göndərişi əsasında 14.06.2019-cu il tarixdə ilkin olaraq qiymətləndirilmiş və ona Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarda, oynaqlarda əlillik təyinatına əsas verən hərəkət pozuntular, funksional dəyişiklik, kontraktura müəyyən edilmədi. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnozun əlillik təyin etmədiyi barədə qərar qəbul edilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırda ona təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək, ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə İİİ dərəcə əlilliyin təyin edilməsini tələb edir. İddiaçının hazırki tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-ci bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 3.1.1-ci bəndinə əsasən ‘lillik səbəbi Agentlik tərəfindən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda dəyişdirilir. Yuxarıda qeyd olunan Qaydaların tələblərinə əsasən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi (əlilliyin səbəbinin dəyişdirilməsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılmalı olduğunu və belə bir göndərişlə cavabdeh inzibati orqana müraciət olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2438/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2438/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver