Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2438/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X68, X34, X69, X65, X58, X66, X59, X47, X35, X60, X9, X36 və X61) “yaşayış sahəsinə ayrıca vahid daşınmaz əmlak obyekti kimi çıxarışın və ayrıca ünvanın verilməsi” barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tikilisinin iddiaçıya aid hissəsinin - fərdi yaşayış evinin texniki pasportunda “B” literi ilə işarələnmiş, tikili bölməsinin “1” rəqəmi ilə işarələnmiş, 15.1 kv.m-dən ibarət yaşayış otağı, “2” rəqəmi ilə işarələnmiş, 11.7 kv.m-dən ibarət yaşayış otağı, “3” rəqəmi ilə işarələnmiş 15.5 kv.m-dən ibarət yaşayış otağından, həmçinin 3 kv.m, 0.7 kv.m və 0.6 kv.m-dən ibarət yardımçı sahələrdən, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsinin/evinin ayrıca vahid daşınmaz əmlak obyekti kimi adına tam (digər payçılar olmadan) mülkiyyət hüququ ilə qeydiyyata alınaraq buna dair iddiaçıya müvafiq çıxarış və texniki sənədin ayrıca ünvanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 11 nömrəli evin 46.4 kv.m-dən ibarət olan 3 otağını 27 mart 2007-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. xx.xx.2007-ci il tarixdə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə qeydiyyata aldıraraq MH seriyalı ******* nömrəli çıxarış almışdır. Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsində istifadədə olan 0,07253 ha torpaq sahəsi üzərində yerləşən 5 ədəd 1 və 2 mərtəbəli, 31 otaqlı, 463.7kv.rn. yaşayış, 185.85kv.m. köməkçi sahədən ibarət, paylı mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinin 3/16 hissədən ibarət 46.4.kv.m. ölçülü 3 (üç) otaqlı hissəsinin mülkiyyətçisi hesab olunur. Fərdi yaşayış evinin adına xx.xx.2007-ci il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, ona məxsus otaqlar 0,09687 (968kv.m.) sahədəki “A”, “UB”, “E", “J”, “Q”, “V” tikililərdən ibarət evin “B" tikilisində yerləşir. “B" tikilisinin özü isə ümumi paylı mülkiyyətdə olan evin digər tikililərindən ayrıca yerləşir. “B” tikilisinin ümumi istifadədə olan həyətə çıxışı və qonşu olmayan istiqamətə sərbəst olan tərəfi vardır. “B” tikilisində ondan başqa sair mülkiyyətçilər də vardır. Lakin ona məxsus otaqlar “B” tikilisinin digər sahələrindən ayrıdır və təcrid olunmuş sahədədir. 15.3, 11.7 və 15.1 kv.m. 3 (üç) otaq və 3, 0.7 və 0.6 kv.m.dən ibarət köməkçi sahələr 1 mərtəbəli tikilidə (binada) yerləşir. 2007-ci il tarixdə bu ölçüdə otaqları alarkən otaqlar “B” tikilisinin digər otaqlarından və hissələrindən daxili arakəsmə ilə ayrılmışdır. Əslində mövcud Texniki Pasporta əsasən aldığı otaqları digər otaqlarla birləşdirən yeganə qapı hal-hazırda ona məxsus olan 15.5 kv.m. otaqla “B” tikilisinin ona məlum olmayan digər sakininin 15.8 kv.m. otağı arasında olan qapı idi ki, otaqları alanda bu qapı sökülmüş, boşluğu isə divarla hörülmüş vəziyyətdə idi. Yəni, faktiki olaraq aldığı otaqlarla “B” tikilisinin digər otaqları arasında keçid qapısı mövcud deyildi. Artıq həmin dövrdən indiyə kimi bu vəziyyətdə də orada yaşayır. Özünün ümumi həyətə sərbəst giriş-çıxışı, oradan da ictimai yola (yön infrakstrukuruna) birbaşa çıxışı vardır. Ona məxsus otaqların “B” tikilisi ilə həmsərhəd olmayan əks tərəfi isə sərbəstdir. Burada yazyay aylarında istifadə etdiyi sərbəst həyəti vardır ki, oradan da ictimai yola çıxışı mövcuddur. “B” tikilisinin digər otaqlarının sakinlərinin də ümumi həyətə çıxışları vardır. Onlarla heç bir ortaq giriş-çıxışı yoxdur. İndiyə kimi birgə mülkiyyət yalnız sənəd üzərində mövcud olmuş, gerçəklikdə isə o və digər sakinlər öz payından müstəqil və fərdi qaydada istifadə etmiş, etməkdə də davam edirlər. Ona və digər sakinlərə, payçılara məxsus payların ayrıca sanitar qovşağı, fərdi köməkçi sahələri var. Öz sanitar qovşağı və köməkçi sahələrindən yalnız özü və ailəsi istifadə edir, bunlar ümumi istifadədə deyil. Digər payçılara və sakinlərə, o cümlədən də “B” tikilisində yerləşən digər payçılara və sakinləriə məxsus otaqların da giriş-çıxış qapısı ayrıcadır və birbaşa həyətə açılır, bunların ona heç bir təsiri və aidiyyəti yoxdur. Bir neçə il bundan əvvəl, payının naturada bölgüsünün aparılması qərarına gəlmişdir. Bununla əlaqədar olaraq, Nərimanov Rayon Məhkəməsinə "fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və paylı mülkiyyətdə olan dasjnmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(005)-147/2022 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləspn fərdi yaşayış evi üzərində ona münasibətdə paylı mülkiyyət hüququna xitam verilərək Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda "B" Uteri ilə isprələnmis, tikilisinin üzərində “7” rəqəmi ilə işarələnmiş, yaşayış sahəsi 15.1 kv.m olan otağının "2" rəqəmi ilə işarələnmiş, yaşayış, sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə isprələnmis, yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3.0, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsinin/evinin cavabdehlər (digər paylı mülkiyyətçilər) X68, X67 oglu, X34, X35, X88 oglu, X9, X36, X61, X69, X90 oglu, X58, X66, X59 və X26 məxsus digər tikililərindən naturada ayrılması qət edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə digər payçılarla ümumi paylı mülkiyyətdə olan əmlak naturada bölünmüş, bununla da fiziki bölgü yolu ilə ümumi paylı mülkiyyətə xitam verilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarının icrası və ona məxsus tikililərin ayrıca qeydiyyatının aparılması, bununla bağlı ona ayrıca çıxarış və texniki sənəd verilməsi ilə əlaqədar olaraq bir neçə dəfə cavabdehə və cavabdehin rəhbər orqanlarına müraciətlər etsə də, indiyə kimi məhkəmə qətnaməsi icra olunmamış, məktublarına cavab verilməmiş, əmlakının naturada bölgüsü aparılmamışdır. Sonuncu müraciəti 2023-cü ilin avqust ayında etmişdir. Müraciət ərizəsində əmlakının bölgüsünün rəsmiləşdirilməsində, mülkiyyətində olan ev tikilisi hissəsinin ayrıca olaraq (payçılar olmadan) daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmasında, müvafiq çıxarış və texniki pasport almağında ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin.üstündən 35 gündən artıq keçməsinə baxmayaraq indiyə kimi mənə cavab belə verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X68, X29, X34, X69, X65, X58, X66, X59, X47, X35, X60, X9, X36 və X61 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X6 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının müvafiq iddia tələbi ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizəsi və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 4497-232923/2022-15-27 saylı məktubuna əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-147/2022 saylı icra vərəqəsi və qətnaməsi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 147/2022 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı münasibətdə paylı mülkiyyət hüququna xitam verilərək Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportunda “B” literi ilə işarələnmiş tikilisinin üzərində “1” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3,0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsi/evi cavabdehlər (digər paylı mülkiyyətçilər) X68, X29, X34, X35, X60, X9, X36, X61, X69, X59 və X26 məxsus digər tikililərindən naturada ayrılması qət edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-147/2022 saylı qətnaməsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, texniki pasportda qeyd olunmuş “B” tikilisinin 1,2,3 və 9 saylı yerləşkələri ərizəçiyə məxsusdur. Bu hissədə rekonstruksiya işləri aparılmış, əlavə sahələr inşa edilmiş və küçəyə əlavə qapı açılmışdır. Texniki pasportda 0,09687 ha göstərilsə də, faktiki 0,10427 ha torpaq sahəsindən istifadə olunur. Tikili konstruktiv cəhətdən (dam örtüyü və ara divar) bir olduğundan bölünməsi mümkün deyil. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olmaqla X30; X10 ; X11; X48; X18; X31; X32; X37, X49, X38, X12, İddiaçı, X19, X3, X20, X13, X21, X2, X22, X50, X14 və X15 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bildiririk ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4412/2017 saylı qərarı ilə iddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında 5 otaqdan ibarət yaşayış sahəsi 86,05 kv.m, köməkçi sahəsi 34,7 kv.m olmaqla ümumi sahəsi 120,75 kv.m olan hissəsinə dair məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və buna dair adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 110728930; qeydiyyat tarixi xx.xx.2007-ci il) əsasən Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində istifadədə olan 0.07253 ha torpaq sahəsində yerləşən 5 ədəd 1 və 2 mərtəbəli, 31 otaqlı, 463.7 kv.m yaşayış, 185.85 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı-3/16 hissədən 3 otaq 47.3 kv.m, X48-4/16 hissədən 2ot-24.5kv.m., X6-4/16 hissədən ot- 17.4kv.m., X11-4/16hissədən 2ot-y/s39.3kv.m; k/s38.4kv.m., X49-1/16hissədən 1 hissə, X38 – 1/16hissədən 1 hissə, X30 – 1/16 hissədən 1 hissə, X37 – 1/16hissədən 1 hissə, X32 – 1/16hissədən 1 hissə, X18- 1/16hissədən 1 hissə, X14-4/16hissə, X31-1/16hissə, X3-4/16hissədən 2y/ot-32.4kv.m., X10 – 3/16hissədən 2ot~26.95kv.m., X33 – 3/16hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 3067 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-43195/2023 **********95 saylı xx.xx.2023-cü il tarixli məktub ilə ünvan 4 ünvanına dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. ünvan 5 ünvanına dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********27-10301 saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, torpaq sahəsinin faktiki sahəsi 009687 ha, tikintialtı sahəsi 0,07426 ha, digər sahələr 0,02261 ha təşkil edir. X70 və İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 11 №-li evdən X62 məxsus yaşayış sahəsi 47,3 kv.m olan 3 otaq İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, ünvan 4in 4/16 hissədən 2 otaq y/s 39.3kv m : k/s 38.4 kv.m. X34 (qeydiyyat nömrəsi 110659396; qeydiyyat tarixi xx.xx.2006), 4/16 hissədən 2 otaq 24.5 kv.m. X68, 1/16 hissədən 1 hissə X47, 1/16 hissədən 1 hissə X58, 1/16 hissədən 1 hissə X59, 1/16 hissədən 1 hissə X66, 1/16 hissədən 1 hissə X69, 1/16 hissədən 1 hissə X65, 3/16 hissədən 2 otaq 26.95 kv.m. X36, 1/16 hissə X60, 3/16 hissədən 3 otaq 47.3kv.m. İddiaçı (qeydiyyat nömrəsi 110728930; qeydiyyat tarixi xx.xx.2007), 1/16 hissə X51 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010), 1/16 hissədən bir hissə X39, 4/16 hissədən 2 otaq 32.4 kv.m. X9 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014), 1/16 hissə X52 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2017), 1/16 hissə X40 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2017), 4/16 hissədən (1 otaq 17.4kv.m. k/s 15.6kv.m)-dən 1/2 hissə X4 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019), 4/16 hissədən (1 otaq 17.4kv.m. k/s 15.6kv.m)-dən 1/2 hissə X53, 1/16 hissə. 39.2 kv.m X71 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2020), 2/16 hissə X54 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2020), 1/64 hissə X41 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022) və 3/64 hissə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-16795/2024 **********95 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi evin otağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 31 kv.m, İddiaçı aid hissəsi faktiki olaraq 3 kv.m, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 463,8 kv.m, faktiki olaraq 42,3 kv.m, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 627,25 kv.m, faktiki olaraq 46,6 kv.m-dir. Texniki pasportda qeyd olunmuş B11 tikilinin 1,2,3 və 9 saylı yerləşkələri ərizəçiyə məxsusdur. Bu hissədə rekonstruksiya işləri aparılmış, əlavə sahələr inşa edilmiş və küçəyə əlavə qapı açılmışdır. Əlavə torpaq sahəsi zəbt olunaraq istifadə olunur. Texniki pasportda 0.09687 ha göstərilsə də, faktiki 6.10427 ha torpaq sahəsindən istifadə olunur. Tikili konstruktiv cəhətdən (dam örtüyü və ara divar) bir olduğundan bölünməsi mümkün deyil. Mövcud koordinatlar akta əlavə olunmuşdur:
1. X= 402538,181; Y= 4471575,898;
2. X= 402507.431; Y= 4471603.838;
3. X= 402515.421; Y= 4471610.637;
4. X= 402510.091; Y= 4471616.547;
5. X= 402514.681; Y= 4471620.988;
6. X= 402520.291; Y= 4471614.627;
7. X= 402527.031; Y= 4471620.207;
8. X= 402554.851; Y= 4471592.877. X14 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022) xüsusi (paylı) mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı münasibətdə paylı mülkiyyət hüququna xitam verilərək Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportunda “B" literi ilə işarələnmiş tikilisinin üzərində “1” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsi/evi cavabdehlər (digər paylı mülkiyyətçilər) X68, X29, X34, X35, X60, X9, X36, X61, X69, X65, X58, X66, X59 və X26 məxsus digər tikililərindən naturada ayrılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 2(005)-147/2022 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər X63, X16, X23, X24, X42, X5, X25, X43, X64, X55, X44, X56, X45 və X7rşı “fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia təmin edilmişdir. Həmin qətnamə 05 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 2(005)-147/2022 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X63, X16, X23, X24, X42, X5, X25, X43, X64, X55, X44, X56, X45 və X7rşı “fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia təmin edilmişdir. Qeyd edilən qətnamə xx.xx.2022-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmiş və icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Hazırkı mülki iş üzrə 2(005)- 147/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən tam şəkildə icra edilməsi barədə məlumat məhkəməyə daxil olmamışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. X1, X47, X60, X68, X69, X65. X58, X35, X36, X61, X29, X59, X46, X66 10 gün müdəttində icranı könüllü olaraq təmin etmələri təklif edilmişdir. İcra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 28-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 148-ci maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X81 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 135.6. Əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı münasibətdə paylı mülkiyyət hüququna xitam verilərək Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportunda “B" literi ilə işarələnmiş tikilisinin üzərində “1” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsi/evi cavabdehlər (digər paylı mülkiyyətçilər) X68, X29, X34, X35, X60, X9, X36, X61, X69, X65, X58, X66, X59 və X26 məxsus digər tikililərindən naturada ayrılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin özünə məxsus hissəsində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya aid naturada bölünmüş hissəsinin - fərdi yaşayış evinin texniki pasportunda “B” literi ilə işarələnmiş, tikili bölməsinin “1” rəqəmi ilə işarələnmiş, 15.1 kv.m-dən ibarət yaşayış otağı, “2” rəqəmi ilə işarələnmiş, 11.7 kv.m-dən ibarət yaşayış otağı, “3” rəqəmi ilə işarələnmiş 15.5 kv.m-dən ibarət yaşayış otağından, həmçinin 3 kv.m, 0.7 kv.m və 0.6 kv.m-dən ibarət yardımçı sahələrdən, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinin üzərində İddiaçı tam payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya aid naturada bölünmüş hissəsinin - fərdi yaşayış evinin texniki pasportunda “B” literi ilə işarələnmiş, tikili bölməsinin “1” rəqəmi ilə işarələnmiş, 15.1 kv.m-dən ibarət yaşayış otağı, “2” rəqəmi ilə işarələnmiş, 11.7 kv.m-dən ibarət yaşayış otağı, “3” rəqəmi ilə işarələnmiş 15.5 kv.m-dən ibarət yaşayış otağından, həmçinin 3 kv.m, 0.7 kv.m və 0.6 kv.m-dən ibarət yardımçı sahələrdən, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinin üzərində İddiaçı tam payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova