Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2442/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun doğumu qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu barədə ona müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itdiyinə görə cavabdeh orqana müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi şəxsiyyəti təsdiq edən sənəd təqdim edə bilmədiyinə görə doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. İddia ərizəsinə əlavə olunan Xəzər rayon Qeydiyyat Şöbəsinin məktubundan görünür ki, şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddia ərizəsinə əlavə olunan SSSR pasportunun surətindən görünür ki, SSRİ vətəndaşı İddiaçı xx xxxxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddia ərizəsinə əlavə olunan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı nikahı 11.07.1978-ci ildə rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə olunan Xəzər RİH Başçısının Şüvəlan qəsəbə üzrə Nümayəndəliyinin 1358 saylı, 16.09.2020-ci il tarixli arayışdan görünür ki, X1 qəsəbəsi, A.İldırım küçəsi, 59 saylı evdə qeydiyyatdadır. O, cavabdehə müraciət edərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İmtinanın hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü iltarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aklarının dövlət qeydiyyatı Qaydaları” təşkil edir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətiini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. Onun SSRİ pasportu var və doğum haqqında təkrar şəhadətnaməsini şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyinə görə ala bilmir. Həmçinin nəzərə almaq lazımdır ki, şəxsiyyət vəsiqəsini almaq üçün ona doğum haqqında təkrar şəhadətnamə lazımdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin “Qayda”-ların 1.14-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vəətndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İddiaçı şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğumu haqqında təkrar şəhadətnamənin verilməsi şöbədə mümkün deyildir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə 08.04.2021-ci il tarixli, 05/13-320 nömrəli məktub təqdim edilərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Xəzər rayon Polis İdarəsi Qeydiyyat və Miqrasiya Bölməsi tərəfindən təsdiq edilmiş 23.02.2021-ci il tarixli aktdan görünür ki, Xəzər rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin rəisi polis mayoru Ülvi Hümbətov, QMB-nin baş inspektoru pois mayoru Firdovsi Məmmədvun, QMB-nin inspektoru polis kapitanı Nicat Mirzəyevin, İddiaçı (Məmmədovanın) oğlu 18.01.1983-cü il təvəllüdlü X7 (ş.v AA-0229884), iştirakı ilə hazırki aktı tərtib etmişlər, ondan ötrü kimi, həqiqətən şəkildəki şəxsin xx.xx.1958-ci il təvəllüdlü Quliyeva (Məmmədova) Səkinəxanım Kamil qızına məxsus olduğunu öz imzaları ilə təsdiq etmişlər. İşdə olan notarial qaydada təsdiq edilmiş “Nikahın bağlanması haqqında” İ-ЖГ seriyalı, 476898 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 ilə X3 11.07.1978-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada – X2 “Quliyeva” soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1358 nömrəli, 16.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan SSR Bakı Şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən verilmiş Vİİİ-ЖГ seriyalı, 690122 nömrəli SSR Pasportunun surətindən görünür ki, İddiaçı Azərbaycan SSR vətəndaşlığı posportu olmuş və həmin pasportdakı fotoşəkildən pasportun İddiaçı məxsus olması təsdiq olunur. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus doğum akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1958-ci il tarixdə, Bakı-Əzizbəyov rayonu. Şüvəlan qəsəbəsində anadan olmuşdur. Göründüyü kimi iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Hazırda doğum haqqında şəhadətnamənin təkrar verilməsi Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinin vəzifəsidir. Odur ki, iddiaçının Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında doğumu haqqında aparılmış qeyd üzrə doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi vəzifəsinin Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Republikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1, 2.2 və 2.2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundlan sonra – vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində anadan olması, habelə onun həmin tarixdə anadan olmasına dair doğum akt qeydinin aparılması işin materialları ilə sübut olunduğundan; beləliklə də, İddiaçı doğum akt qeydi cavabdeh Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat Şöbəsi (hazırda Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi) tərəfindən aparılmaqla belə bir akt qeydi həqiqətən mövcud olduğundan, lakin Qeydiyyat Şöbəsi iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi əsasına görə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina etdiyindən, bununla da İddiaçı doğum haqqında şəhadətnamənin təkrar alınmasına başqa qaydada nail ola bilmədiyindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında qeyd aparılmış İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2442/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2442/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver