Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2442/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə “mənzil ilə təmin edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının qəyyumu X1, cavabehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mənzil ilə təmin edilmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 102 nömrəli sərəncamı ilə X5 İ qrup gözdən əlil kimi 2 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı) yaşayış yeri üzrə güzəştli mənzil uçotuna götürülmüş və İ qrup əlillərin mənzil-uçot siyahısına daxil edilmişdir. X5 xx.xx.2019-cu il tarixində vəfat etmiş və bununla əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 477 nömrəli sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 102 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına dəyişiklik edilmiş və X3 mənzil növbəsi tarixi saxlanılmaqla (xx.xx.2013-cü il) həyat yoldaşı İddiaçı adına keçirilmişdir. İddiaçı (bundan sonra - iddiaçı) mənzillə təmin olunması üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin növbəlilik siyahılarında mərhum həyat yoldaşınız X3 27 mart 2013-cü il tarixindən mənzil uçotuna alındığı qeyd edilmiş və 6 avqust 2019-cu il tarixində vəfat etməsi səbəbindən onun mənzil növbəsi Yasamal Rayon İcra Hakimiyyətinin 1 noyabr 2023-cü il tarixli 477 nömrəli sərəncamı əsasında növbəlilik tarixi saxlanılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu ıl tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 1.2.2-ci maddəsinə əsasən Sizin adınıza keçirilmişdir. Həmçinin, həmin Qaydanın 2.1-ci maddəsində əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana ərizə ilə müraciət edir. Qeyd edirik ki, mərhum T.Bayramovun mənzil növbəsinin onunla bərabər uçota alınmış ailə üzvlərindən birinin - Sizin adınıza keçirilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə yuxarıda qeyd edilmiş Qaydada nəzərdə tutulmuş 3 ay müddətində deyil, uzun müddət sonra müraciət etmisiniz. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamında gözdən əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulduğundan Sizin Nazirlik tərəfindən mənzillə təmin olunmağınız mümkün deyildir.” İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli mənzil növbəsində olması ilə bağlı ona mənzil verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyətində iddiaçının mərhum yoldaşı X4 27 mart 2013-cü il tarixdə mənzil növbəsinə alınmışdır. 06 avqust 2019-cu il tarixində o, vəfat etmişdir. Bundan sonra onun mənzil növbəsi Yasamal İcra Hakimiyyətinin 01 noyabr 2023-cü il tarixli 477 nömrəli sərəncamı əsasında növbəlilik tarixi saxlanılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin üçotun onun ailə üzvləri üçün saxlanılması “Qaydası”nın 1.2.2-ci maddəsinə əsasən iddiaçının adına keçirilmişdir. 04 iyun 2024-cü il tarixdə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, mənzil növbəsinə alınmaq onun qanuni hüququdur. Qanunvericiliyin tələbinə uyğun olaraq mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri sənədləri təqdim etməklə müvafiq olaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında ərizə ilə Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinə ərizə ilə müraciət edən yoldaşı olmuşdur. Onun vəfatından sonra da bu prosesi iddiaçı özü davam etdirmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və onun konstitusion hüququ pozulmuşdur. Ona görə də, mənzil hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021- ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Yasamal Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin növbəlilik siyahılarında iddiaçının mərhum həyat yoldaşı X3 27 mart 2013-cü il tarixdən mənzil uçotuna alındığı qeyd edilmiş və 6 avqust 2019-cu il tarixində vəfat etməsi səbəbindən onun mənzil növbəsi Yasamal Rayon İcra Hakimiyyətinin 1 noyabr 2023-cü il tarixli 477 nömrəli sərəncamı əsasında növbəlilik tarixi saxlanılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 1.2.2-ci maddəsinə əsasən iddiaçının adına keçirilmişdir. Həmçinin, bildirilir ki, həmin Qaydanın 2.1-ci maddəsində əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana ərizə ilə müraciət edir. İddiaçı mənzil növbəsinin onunla bərabər uçota alınmış ailə üzvlərindən birinin adına keçirilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə yuxarıda qeyd edilmiş Qaydada nəzərdə tutulmuş 3 ay müddətində deyil, uzun müddət sonra müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçınım qəyyumu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mərhum əri X5 Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 102 nömrəli sərəncamı ilə İ qrup gözdən əlil kimi 2 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı) yaşayış yeri üzrə güzəştli mənzil uçotuna götürülmüş və İ qrup əlillərin mənzil-uçot siyahısına daxil edilmişdir. X5 xx.xx.2019-cu il tarixində vəfat etmiş və bununla əlaqədar Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 477 nömrəli sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 102 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına dəyişiklik edilmiş və X3 mənzil növbəsi tarixi saxlanılmaqla (xx.xx.2013-cü il) həyat yoldaşı İddiaçı adına keçirilmişdir. İddiaçı (bundan sonra - iddiaçı) mənzillə təmin olunması üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh isə mərhum T.Bayramovun mənzil növbəsinin onunla bərabər uçota alınmış ailə üzvlərindən birinin - iddiaçının adına keçirilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə nəzərdə tutulmuş 3 ay müddətində deyil, uzun müddət sonra müraciət edildiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 477 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş X5 vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı adına saxlanılmış və mənzil uçotunun tarixi mərhum X3 götürüldüyü tarixdən, yəni xx.xx.2013-cü il tarixdən hesab edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli, № 213 № li Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 № li qərarı: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən” hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2 . Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Sadalanan normalardan göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalar müəyyən edilmiş və həmin Qaydalara görə ailə üzvü dedikdə iki şərtin eyni anda ödənilməsi nəzərdə tutulmuşdur: Bunun üçün iddiaçının 1) ölmüş şəxsin Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsəsi olmalı və 2) əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən iddiaçının vəfat edən həmin şəxsin ailə kimi qeydiyyata alınmış şəxs olmalıdır. Hazırkı işdə Qaydaların tələbləri ödənildiyi, həmçinin mənzil uçotuna dair qüvvədə olan sərəncam olduğu halda, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda onun ailə üzvləri onun vəfat etdiyi gün- dən 3 ay müddətində uçota alınmanı həyata keçirən müvafiq orqana müraciət etməli olması ilə bağlı mövqeyinə münasibətdə bldirir ki, cavabdehin imtinasında istinad etdyi qanunvericilk norması məhz uçota alınma ilə bağlı məsələni özündə ehtiva edir. Həmin qanunvericilk normasında vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin halları dəqiq və imperativ şəkildə müəyyən edilmiş, qeyd edilən müddətə əməl edilməməsi halı uçota alınmaqdan imtina üçün müstəqil əsas kimi nəzərdə tutulmamışdır. Qeyd edilən normanın mahiyyəti və məzmunu məhz uçota alınmış əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinin qanunla onlar üçün tanınan hüququnun realizəsi üçün müəyyən edilmiş müddəti nəzərdə tutmaqla, nəticə etibarı ilə prosedur qaydanı özündə ehtiva etməklə, şəxsin qanunla ona tanınan maddi hüquqdan (əmlak hüququndan) məhrum edilməsinə əsas olan hal kimi çıxış etmir. Əks yanaşmanın tətbiq edilməsi şəxsin mövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxardar ki, bu hal mütənasiblik və ədalətlilik prinsiplərinin tələbinə zidd olmuş olardı. Lakin məhkəmə qeyd edir ki, işin hallarına iddia tələbinin tam təmin edilməsinə əsas vermir. Belə ki, cavabdeh orqanın imtinası hüquqi mövqe ilə bağlı olduğundan məhkəmə cavabdehin hüquqi mövqeyini yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir. Lakin mənzillə təmin edilmə növbəlilik qaydasında olmaqla müvafiq prosedurlara tabedir. Hazırkı halda cavabdeh imtinasında qeyd edilən dəlillə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla yenidən inzibati icraat aparmaqla iddiaçının müraciətinə yenidən baxmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti vardır. Çünki iddiaçının mənzillə təmin edilməsi barədə cavabdeh tərərəfindən müvafiq qərarın qəbul edilməsi, qanunvericliyin tələbləri ilə yanaşı; mənzil növbəliliyinin çatıbçatmaması, iddiaçıya düşən yaşayış sahəsinin mövcud olub-olmaması kimi halların araşdırılmasından asılıdır. Cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı mənzillə təmin edilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər üçün iddia tələbinin mahiyyəti üzrə təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1941/2024 saylı xx.xx.2024 tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-42/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2- 1(112)-4741/2022 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının tələbi əsasında iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd olunmuşdur. Həmin qərardan verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Buna əsas kimi mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməməsi, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarının qəbul olunmaması, apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərarın qəbul edilməsinin inzibati məhkəmə icraatı iştirakçılarının, mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməməsi göstərilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı mənzillə təmin edilməsi barədə müraciətinə dair inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. X10
Məhkəmə qərarları › İş №2-1(112)-2442/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2442/2025
17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver