Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2443/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işlədiyi illərin, hərbi xidmət dövrünün və peşə məktəbi üzrə ixtissas aldığı müddətlərin nəzərə alınaraq qeyd edilən illərin sosial sığorta stajına daxil edilərək ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən etibarən hesablanmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxx 1959-cu il tarixində şəhərində anadan olmuşdur. 01 sentyabr 1974-cü il tarixindən 15 iyul 1976-cı il tarixinədək 6198 saylı peşə məktəbini bitirərək attestat almışdır. xx.xx.1976-cı il tarixindən 05 may 1978-ci il tarixinədək 3-cü dərəcəli avto çilingər vəzifəsində, 05 may 1978-ci il tarixindən 13 may 1978-ci il tarixinədək X5 hərbi xidmət etmiş, 11 avqust 1980-ci il tarixindən 19 yanvar 1982-ci il tarixinədək 3-cü dərəcəli avto çilingər vəzifəsində, 19 yanvar 1982-ci il tarixindən 30 mart 1988-ci il tarixinədək 3-cü dərəcəli sürücü vəzifəsində, 30 mart 1988-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək müəssisə “X3” Açıq Səhmdar Cəmiyyətində adlandırılmış iş fəaliyyəti mövcud olmuşdur. xx.xx.2024-cü il tarixində 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27.06.224-cü il tarixli 9-17-1/2-17- 146846/2024 saylı cavab məktubu ilə ona bildirildi ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə dək təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla sığorta stajı 5 il 7 ay 19 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, xx.xx.1980-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "X3” ASC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 01.01. 2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajı təsdiq edəcək sənədləri təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" altsistemində olan məlumatlara əsasən hazırda aktiv vergi ödəyicisi (VÖEN: **********) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı təqdim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna yenidən baxılacaqdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır ”. Odur ki, pensiyanın təyin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edilir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Əmək kitabçasının müvafiq bölmələrində xx.xx.1976-cı il tarixindən 05 may 1978-ci il tarixinədək 3- cü dərəcəli avto çilingər vəzifəsində, 11 avqust 1980-ci il tarixindən 19 yanvar 1982-ci il tarixinədək 3-cü dərəcəli avto çilingər vəzifəsində, 19 yanvar 1982-ci il tarixindən 30 mart 1988-ci il tarixinədək 3-cü dərəcəli sürücü vəzifəsində, 30 mart 1988-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək müəssisə “X3” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış iş fəaliyyəti öz əksini tapmışdır. 05 may 1978-ci il tarixindən 13 may 1978-ci il tarixinədək X5 hərbi xidmət etmişdir. Bundan başqa 1974-cü il tarixindən 15 iyul 1976-cı il tarixinədək peşə məktəbini bitirərək tam orta təhsil almış və peşə ixtisasına yiyələnmişdir. Buna görə də ona 6198 saylı, xx.xx.1975-ci il tarixli diplom verilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əsassız olaraq sözügedən yaşa görə ona əmək pensiyası təyin edilməmişdir. Daha sonra iddia tələbi ərizə ilə “xx.xx.1980-xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2024-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən ediiməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sıqortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajının (01,09.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər) 05 il 07 ay 19 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Avtomobil Bazası “Azmaşnəqliyyat” Avtomobil Nəqliyyat Nazirliyində (hazırki adı “X3” ASC) 3-cü dərəcəli avtoçilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 3-cü dərəcəli sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X3” ASC-də 2-ci dərəcəli sürücü işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı “X3” ASC-də işlədiyini iddia etdiyi dövrdə əməkhaqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmadığından, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Digər tərəfdən bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Lakin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən İddiaçı hazırda aktiv vergi ödəyicisi (VÖEN:**********) olduğu üçün yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, aktiv vergi ödəyicisi kimi fəaliyyətin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı formada vergi arayışı təqdim edildikdən sonra təkrar müraciət əsasında yaşa görə sosial müavinət təyin edilməsi məsələsinə yenidən baxıla bilər. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-8/2-A-146846/2024 saylı xx.xx.2024-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01,09.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla sığorta stajı 5 il 7 ay 19 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, xx.xx.1980-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “X3” ASC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2014cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən hazırda aktiv vergi ödəyicisi (VÖEN: **********) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı tədim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iş üzrə dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar İddiaçı aid xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər olan müddətdə bazaya işə düzəlməzdən əvvəl 6198 saylı peşə məktəbini bitirərək Attestat almışdır. xx.xx.1976-cı ildən 129 nömrəli xx.xx.1976-cı il tarixli əmrə əsasən 3-cü dərəcəli avto çilingər kimi işə düzəlmişdir. xx.xx.1978-ci ildən 54/ok nömrəli xx.xx.1978-ci il tarixli əmrə əsasən Sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün işdən azad olunmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər olan müddətdə Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1980-ci ildən 63 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli avto çilingər kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci ildən 4/ls saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci ildən 193 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən 2-ci dərəcəli sürücü köməkçisi vəzifəsinə qəbul olunmuşdur. 12 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən müəssisə “X3” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.xx.xx.2014-cü ildən 129 saylı xx.xx.2014cü il tarixli əmrə əsasən Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunur. İddiaçı tərəfindən НЗ seriyalı ******* nömrəli hərbi bilet məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən xx.xx.1977-ci il tarixli AИ seriyalı 056287 nömrəli orta təhsil haqqında attestatın surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2-1433/2024 saylı məktubundan görünür ki, sorğuda tələb olunan “X3” ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Flialının “X3” ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-216732/2024 saylı məcburi dövlət sosial sığortası üzrə hesabatlar haqqında məktubdan görünür ki, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı müraciətində İddiaçı “X3" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə (xx.xx.1980-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək) xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinin araşdırılmasını xahiş etmişdir. Məlumat üçün bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2006 - 2013-cü illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumat, həmçinin 2014-cü il üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabat”ına (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. MEİS-in “Sığorta” (Hesabat) altsistemində 2006 - 2013-cü illər üçün təqdim olunmuş hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunduğunun müəyyənləşdirilməsi və məsələ öz təsdiqini tapdığı təqdirdə MEİS-də müvafiq düzəlişlərin aparılması üçün mümkün qısa müddət ərzində müvafiq təsdiqedici sənədlərlə (İddiaçı və səhvən qeyd edilən işçinin (işçilərin) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larının (06) (Forma B3), əmək kitabçalarının (notarial qaydada təsdiqi), əmək müqavilələrinin, əmək haqqı cədvəllərinin, əmək haqqı aldıqları bank hesabından çıxarışlarının (çıxarış əldə edilməsi ilə bağlı banka edilmiş rəsmi müraciət və bankın müvafiq cavabı), işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri; Filiala müraciət etməyi xahiş olunur. Qeyd edilir ki, tərəfindən 2014-cü il üçün təqdim edilmiş Forma B1 hesabatına uyğun olaraq Forma B3 məlumatlarının MEİS-ə yüklənilməsindən ötrü müşayiətedici məktubla birlikdə sözügedən il üzrə əməkhaqqı cədvəli (hər bir sığortaolunanın ilin hər ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmaqla) möhür və imza ilə təsdiq edilərək Filiala təqdim edildikdən sonra qeyd olunan məsələ ilə bağlı araşdırılma aparılacaqdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-27/2-2695/2025 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı işlədiyi Bakı Avtomobil Bazası “Azmaşnəqliyyat” Bakı Avtomobil Nəqliyyat Nazirliyinin və “X3” ASC müəssisələrinin sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışlarının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinin ünvan 1 ünvanlanmış xx.xx.2003-cü il tarixli 01/01-521 nömrəli məktubundan görünür ki, “X3” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının reyestrinə əsasən buraxılmış 162.283 (yüz altmış iki min iki yüz səksən üç) ədəd adi adlı səhm “X3” ASC-nin səhmdarları arasında tam yerləşdirilmişdir və səhmləri yüz faizi satıldığından müəssisə tam özəlləşdirilmiş hesab edilir. Respublika Auksion Mərkəzinin xx.xx.2001-ci il tarixli 004966 nömrəli bildirişindən görünür ki, İddiaçı “X3” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 4 ədəd özəlləşdirmə çeki təqdim edilmişdir və nəticədə hər birinin dəyəri 10.000 manat olan 76 ədəd səhm almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli 3-21-3/2-7202/2025 nömrəli məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin Şəhərlərarası və X1 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X3” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilmişdir. “X3” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışında İddiaçı iştirak edərək 76 səhm əldə etmişdir. Həmçinin, qiymətli kağız mülkiyyətçiləri barədə məlumatların alınması üçün isə aidiyyəti üzrə səhmlərin reyestrini həyata keçirən müvafiq icra orqanına - Milli Depozit Mərkəzinə müraciət etməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 Şəxsin 3-21-3-03/2-153/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə”yə uyğun olaraq “X3” Açıq Səhmdar Cəmiyyətində 13 aprel – 7 may 2001-ci il tarixlərində səhmlərin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı keçirilmişdir. İddiaçı sözügedən ASC-nin səhmlərinin güzəştli satışında iştirak edərək 4 (dörd) ədəd dövlət özəlləşdirmə çeki təqdim etməklə 76 (yetmiş altı) ədəd səhmə sahib olmuşdur. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2025-ci il tarixli 6-1-1/2-716/2025 saylı məktubundan görünür ki, depozitar sistemdə xx.xx.2025-ci il tarixinə müvafiq olaraq İddiaçı məxsus “X3” ASC üzrə hər birinin nominal dəyəri 2 (iki) manat olmaqla ümumilikdə 76 ədəd adi adlı səhm mövcuddur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 3-48-1RA/2-452/25 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “X3” ASC-nin sənədləri fond olaraq saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qeyd edilən məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2024 - 30 iyun 2025 kişilər: 65 il qadınlar: 64 il. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər) 05 il 07 ay 19 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Avtomobil Bazası “Azmaşnəqliyyat” Avtomobil Nəqliyyat Nazirliyində (hazırki adı “X3” ASC) 3-cü dərəcəli avto-çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 3-cü dərəcəli sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X3” ASC-də 2-ci dərəcəli sürücü işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı “X3” ASC-də işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmadığından, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci ilə kimi 3-cü dərəcəli avto çilingər vəzifəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci ilə kimi Sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün işdən azad olunmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci ilə kimi 3-cü dərəcəli avto çilingər vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci ilə kimi 3-cü dərəcəli sürücü köməkçisi vəzifəsində, xx.xx.1988-ci il tarixdən 2-ci dərəcəli sürücü köməkçisi vəzifəsində işləməsinə dair qeydlər var. xx.xx.2002-ci il tarixdən müəssisə “X3” ASC adlandırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2-1433/2024 saylı məktubundan görünür ki, sorğuda tələb olunan “X3” ASC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli 3-21-3/2-7202/2025 nömrəli məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin Şəhərlərarası və X1 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X3” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilmişdir. “X3” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışında İddiaçı iştirak edərək 76 səhm əldə etmişdir. Həmçinin, qiymətli kağız mülkiyyətçiləri barədə məlumatların alınması üçün isə aidiyyəti üzrə səhmlərin reyestrini həyata keçirən müvafiq icra orqanına - Milli Depozit Mərkəzinə müraciət etməsi məqsədəuyğun hesab edilir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, Şəhərlərarası və X1 müəssisəsinin bazasında “X3” ASC-də işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi və həmin dövrlərin iş stajının onun sığorta stajına daxil edilməsi iş materialları ilə də öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. Habelə, Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı zəruri sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1980-xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2024-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1980-xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2024-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(112)-2443/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2443/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver