Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2446/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “SOCAR”-ın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına X5 “AZS 059-2001” (A-92) və "xxxx" (D- 001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaq növlərinin “AVRO” neçə standartlarına uyğun olması və həmin yanacaq növlərinin faktiki texniki göstəriciləri barədə məlumatların (təsdiq olunmuş surətdə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “SOCAR”-ın nəzdində fəaliyyət göstərən, Heydər Əliyev adına X5 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə iddiaçıya məlumat vermədiyinə görə, istehlakçı hüquqlarının pozulması nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin 6000 manat cərimə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, “SOCAR”-ın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına X5 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaq növlərinin “AVRO” neçə standartlarına uyğun olması və həmin yanacaq növlərinin faktiki texniki göstəriciləri barədə məlumatların (təsdiq olunmuş surətdə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “SOCAR”-ın prezidentinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsini təmin etmələrini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə “SOCAR” tərəfindən xx.xx.2023-cü il tarixində rəsmi cavab verilmişdir. Cavab məktubunda ərizədə qeyd etdiyi problemlər öz əksini tapmamışdır. Cavab məktubundan da göründüyü kimi ərizəsinə mahiyyəti üzrə cavab verilmədiyinə görə, müraciət baxılmamış hesab edilməlidir. İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “SOCAR” şirkətinə ərizə ilə müraciət edərək, Heydər Əliyev adma X3 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Bu müddət (10 ay) ərzində ərizələrində qeyd etdiyi suala cavab ala bilməmişdir. “SOCAR” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrinə şablon cavab verməklə kifayətlənmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə isə “SOCAR” tərəfindən cavab verilməmişdir. İstehlakçıya, istehsalçı tərəfindən Heydər Əliyev adma X3 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə məlumatın verilməməsi, istehlak edilən (D-001) dizel və (A-92) benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut edir. Hər bir istehsalçı istehsal etdiyi məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Əgər nəqliyyat vasitələrinin istifadə etdiyi yanacaq növlərinin keyfiyyəti aşağıdırsa, bu zaman nəqliyyat vasitəsinin yüksək standartlara cavab veribverməməsindən asılı olmayaraq, aşağı keyfiyyətli yanacaq növləri nəqliyyat vasitəsinin mühərrik və katalizator hissəsini tez bir zamanda sıradan çıxarmış olacaqdır. İstehlak edilən keyfiyyətsiz yanacaq növləri nəqliyyat vasitələrinin sahiblərinə maddi ziyan vurmaqla yanaşı, həmçinin sağlamlığa və ekologiyaya ciddi ziyan vurur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, iddiaçının müraciətinə baxılaraq ona “Müraciətə baxılmanın nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli, 14-2/2-N-15-5/2023- 237 nömrəli; xx.xx.2023-cü il tarixli, 14-2-27/2-N-15/2-5/2023-38 nömrəli və xx.xx.2023-cü il tarixli, 14-2/2-N15/4- 1/2023-2667 nömrəli məktublar göndərilmişdir. Həmin məktublar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Bundan əlavə, iddiaçı öz iddia tələbinin əsasını sübuta yetirəcək halları göstərməmiş, vurulmuş maddi və mənəvi ziyanın məhz nədən ibarət olmasını, hansı formada vurulmasını qeyd etməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük (ümumi və xüsusi) şərtlərinə cavab verir. Bu növ iddiası üçün iddia qaldırmaq səlahiyyətinə və məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə əməl olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti cavablandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
Dövlət Neft Şirkətinin (SOCAR) iddiaçıya ünvanladığı 09 fevral 2023-cü il tarixli, 14- 2/2-N-15-5/2023-237 nömrəli məktubuna əsasən bildirilmişdir ki, hal-hazırda müəssisədə istehsal edilən avtomobil benzini “AZS 059-2001”, dizel yanacağı isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Müəssisədə həyata keçirilən yenidənqurma və modernizasiya layihəsi çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca “Avro-5” standartına uyğun dizel yanacağının və avtomobil benzinlərinin istehsalı təşkil ediləcəkdir. Dövlət Neft Şirkətinin (SOCAR) iddiaçıya ünvanladığı 11 aprel 2023-cü il tarixli, 14-2- 27/2-N-15/2-5/2023-38 nömrəli məktubuna əsasən bildirilmişdir ki, hal-hazırda NEZ-də A- 92 avtomobil benzini “AZS 059-2001”, D-001 növ dizel yanacağı isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Həmin məhsulların texniki göstəriciləri məktuba əlavə edilmişdir. Heydər Əliyev adına X4 həyata keçirilən Yenidənqurma və Modernizasiya Layihəsi çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca EN 228:2012+A1:2017 standartına uyğun avtomobil benzini, EN 590:2009+A1:2010 standartına uyğun dizel yanacağı istehsal olunacaqdır. Dövlət Neft Şirkətinin (SOCAR) iddiaçıya ünvanladığı 23 avqust 2023-cü il tarixli, 14- 2/2-N-15/4-1/2023-2667 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Heydər Əliyev adına X4 (NEZ) istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərinə ətraflı şəkildə cavab verilmiş, ərizələrdə qaldırılan maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair məsələ, bunun üçün heç bir hüquqi əsas olmadığından tələbin təmin edilməsi mümkün deyildir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1868/2024 saylı işi üzrə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən, iddia tələbinin rədd edilməsi qət edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
1. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
2. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
Preambulası: bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Maddə 1. Müraciət etmək huququ 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Maddə 3.Əsas anlayışlar 3.0. bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs; 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Maddə 8. Müraciətin baxılmamış saxlanılması
8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır: 8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda; 8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə; 8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; 8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə; 8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə. 8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir. 8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir. ektin rəhbəri tərəfindən ona məlumat verilməlidir. İş materiallarında olan sənədlərdən: Dövlət Neft Şirkətinin (SOCAR) iddiaçıya ünvanladığı 09 fevral 2023-cü il tarixli, 14-2/2-N-15-5/2023-237 nömrəli, 11 aprel 2023-cü il tarixli, 14-2-27/2-N-15/2-5/2023-38 nömrəli, 23 avqust 2023-cü il tarixli, 14-2/2-N-15/4- 1/2023-2667 nömrəli məktublarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilməsindən imtina edilməmiş, onun müraciətləri Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cavablandırılmış və bu barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilməsi ilə bağlı hüquqlarının pozulmasına yol verilməmişdir.
4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 11-ci maddəsində göstərilmişdir: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” - 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı ““SOCAR”-ın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına X5 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaq növlərinin “AVRO” neçə standartlarına uyğun olması və həmin yanacaq növlərinin faktiki texniki göstəriciləri barədə məlumatların (təsdiq olunmuş surətdə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia əsassız olduğu üçün təmin edilməməlidir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova