Məhkəmə qərarları › İş №2-1(112)-2447/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2447/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2447/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nə qarşı Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R00008904VAT №li göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 oktyabr 1992-ci ildən 24 fevral 1993-cü ilədək Azərbaycan Respublikasının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. 1993-cü ilin fevral ayında aldığı xəsarətlərlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. xx.xx.2017-ci ildən İİ dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh əlillik təyin etməkdən əvvələr imtina edib, sonuncu göndəriş isə uzun müddətdir cavabsız qalmaqdadır, qanuna müvafiq olaraq 10 gün müddətinə qiymətləndirmə aparılmalıdır. Hesab edir ki, Agentliyin R00008904VAT №li göndərişə əsasən ona əlillik təyinatı aparılmalıdır, belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmişdir və əyani müayinədə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı 20 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması, keçirilmiş ağır kəllə-beyin travmasının davaml qalıq əlamətləri generalize olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə ) Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegeto-vestibulyar krizlər həftədə 4-5 dəfə Yanaşı xəstəliklər M41 Skolioz, İ dər. Yanaşı xəstəliklər M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər 111.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), İİİ mər. Yanaşı xəstəliklər İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ -İİİ dər. Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 7-8 dəfə Ağırlaşma İ67.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər. Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu,. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postrovmatik ensefalopatiya Ağırlaşma R41.2 Retroqrad amneziya, yaddaş zəifliyi ilə Ağırlaşma G25 Digər ekstrapiramid və hərəki pozğunluqlar. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu,. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX : stabil gərginlik stenokardiyası İİİ fs tez-tez tutmalarla; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Agentlik tərəfindən 15 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mmdən kiçik işemik qliotik ocaqlar” kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF- 53%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min-1, Aortal Requrqitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X14 20 saylı Şəhər Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş 586 №-li xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, xəstə İddiaçı Nəsimi rayonu 5 saylı şəhər poliklinikasında həkimnevropatoloqda dispanser qeydiyatdadır. İcbari Tibbi Sığorta Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1 -2-2022-1924 nömrəli məktubunu rəhbər tutaraq Nəsimi rayonu üzrə Həkim Məsləhət Komissiyasının sənədlərinin rəsmiləşdirilməsi 20 saylı şəhər poliklinikasına verilmişdir. Bu səbəbdən xəstə İddiaçı xəstəliyi haqqında sənədləri 20 saylı şəhər poliklinikası tərəfindən “Kəllədaxilİ travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyin zədələnməsi və disfiınksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnozu ilə əlillik dərəcəsi təyin olunması üçün TSEK-na göndərilmişdir. TSEK-sı tərəfindən əlillik dərəcəsinin təyin olunmasında imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə İddiaçı 5 saylı şəhər poliklinikasında həkim - nevropatoloqda dispanser qeydiyatda olduğundan, onun ambulator kartası, xəstəliyi haqqında tibbi sənədləri həmin poliklinikadadır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nin nümayəndələri X5 və X6 ayrı-ayrılıqda verdikləri izahatlarında iddia tələbinin təmin olunmamasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. İddiaçı 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı ildə Laçın rayonu, Baldırqanlı kəndində doğulmuş İddiaçı Laçın rayonunda qeydiyyatdadır. Laçın rayon İcra Hakimiyyəti Başçısının X13 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Baldırqanlı kənd sakini İddiaçı Müstəcəb oğlu ünvan 1 ünvanında məskunlaşmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun 17 oktyabr 1992-ci il tarixdən 24 fevral 1993cü il tarixədək N saylı hərbi hissənin tərkibində bölüyün çavuşu vəzifəsində xidmət etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsinin qismən təmin olunması, İddiaçı 24 oktyabr 1992-ci il tarixdən 24 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində bölüyün çavuşu kimi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2017ci il tarixli HP 5/526 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma- diaqnoz: “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopntiyası” xx.xx.1393-cü ildən xx.xx.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət" və 19.04 1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmadiaqnoz:"Baş-beyin silkələnməsinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2017-ci il tarixli 339 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 55 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli, xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 1494 nömrəli arayışı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1267 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi İddiaçı aid aşağıdakı; - xx.xx.2017-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları =>S06-Kəllədaxili travma=>S06.2-Baş beynin diffuz travması…Baş beynin diffuz travması, keçirilmiş ağır kəllə-beyin travmasının davamı qalıq əlamətləri generalizə olunmuş tez-tez baş verən epileptik qızolma tutmaları ilə (ayda 7-8 dəfə)..Ağırlaşma-G09 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegetovestibulyar krizlər həftədə 4-5 dəfə..Yanaşı xəstəliklər M41 Skolioz, 1-ci dərəcə… Yanaşı xəstəliklər-M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər- (11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik 3-cü mərhələ, Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit… Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal)(parsial) simptomatik epilepsiya və epileptik sindiromlar, ayda 7-8 dəfə Ağırlaşma 167.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı İİ dər..Ağırlaşma f06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu..Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya… Ağırlaşma R41.2 Retroqard amneziya, yaddaş zəifliyi ilə, Ağırlaşma G25 Digər ekstrapiramid və hərəkət pozğunluqlar, Yanaşı xəstəliklər M42 Onurğanın ostexondrozu… Yanaşı xəstəlik İ20.8 Stenokardiyanın digər formaları İİİ fs tez-tez tutmalarla….Meyar 2.2-ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg…. İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş R00008904VAT №li xx.xx.2022-ci il tarixli Forma 088 göndərişi əsasında xxxxxxx00023 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKTB-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu ..Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular…İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial ekspert komissiyasının **********5 №-li xx.xx.2022-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, Laçın rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 702 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (xx.xx.1993). Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası xx.xx.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mmdən kipik işemik qliotik ocaqlar" kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF- 53%). Aortal və Mitra! qapaqlar fibrotikdir. Min-1, Aortal Requrgitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixdə çap olunmuş məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçın xx.xx.2022-ci il tarixli R00008904VAT saylı Forma 88 ilə kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nin davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular diaqnozu ilə imtina edilmişdir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 tərəfindən verilmiş T 502/2023 saylı (ekspertizanın başlanma tarixi 13 iyul 2023-cü il, başa çatma tarixi 02 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:

1. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 702 №-li, xx.xx.2017-ci il tarixli qərarında əks olunmuş diaqnozdakı xəstəliklər hazırda özünü xx.xx.2022-ci il tarixli 088 saylı göndərişdə olan diaqnozdakı xəstəliklər şəklində biruzə verir.

2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 20 saylı şəhər poliklinikası tərəfindən göndərilmiş R0008904VAT saylı, xx.xx.2022-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan-dövranı pozğunluğu, baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxs olduğundan, sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Həmin diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur.

3. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmadı.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X10 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” əbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət Orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.).

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar