Məhkəmə qərarları › İş №2-1(112)-2448/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2448/2020

21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2448/2020 21.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Natiq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli, **********961400 nömrəli qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********961400 saylı vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********237800 saylı inzibati şikayətin təmin edilməsi haqqında qərarına əsasən Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********961400 saylı qərarı ləğv edilmişdir. Cavabdeh tərəfindən iddia tələbi təmin olunduğundan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********237800 saylı inzibati şikayətin təmin edilməsi haqqında qərarına əsasən Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********961400 saylı qərarı ləğv edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından, hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh dəftərxana vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, iddiaçının mübahisələndirildiyi xx.xx.2019-cu il tarixli, **********961400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərar ləğv olunduğunda, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsinin növbəti iclası 24 fevral 2020-ci il tarixə təyin edilmiş, həmin iclasa tərəflər gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə münasibət bildirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati şikayətin təmin edilməsi haqqında qərarından görünür ki, fərdi sahibkar X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2019-cu il tarixli inzibati şikayəti təmin edilərək, mübahisə predmeti olan Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********961400 saylı qərarı ləğv edilmişdir. Bununla da, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli, **********961400 nömrəli qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar