Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-245/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “travmanın səbəb əlaqəsinin müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9.NN.NNN8-ci il tarixli “Hərbi həkim eksptizası haqqında Əsasnamənin" 7.N-ci bəndinin “a” yarımbəndinə əsasən onun 3N.N7.NN1N-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi Qərarın verilməsi öhdəliyini, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Cəlilkənd kəndində doğulmuşdur. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil olmuş və NN1N-ci ildə zabit hazırlıq kursunu bitirərək, zabit kimi leytenant hərbi rütbəsində N nömrəli hərbi hissədə xidmətə başlamışdır. N7.N7.NN13-cü ildə ehtiyata tərxis olunmuş, heç vaxt məhkum olunmamışdır. Zabit kimi xidmətini Qazax rayonu ərazisində döyüş tapşırığı yerinə yetirən N nömrəli hərbi hissənin tərkibində keçmişdir. Xidmət etdiyi hərbi hissə düşmənlə üz-üzə yaxın bir məsafədə, döyüş tapşırığı yerinə yetirirdi. O, da həmin hərbi hissənin idarə heyyətində, leytenant hərbi rütbəsində xidmət etmişdir .3N.N7.NN1N-ci il tarixdə gecə saat təxminən N5:NN radələrində tağımın dayaq məntəqəsində yerləşən, hərbi hissə komandirinin şəxsi tapşırığına əsasən yoxlanılması ona tapşırılan tağımın döyüş postlarını yoxlayarkən, döyüş tapşırığını yerinə yetirərkən, döyüş postlarına gedən yolun sıldırım, çınqıllı və sürüşkən olması səbəbindən yıxılaraq “sağ yanağın qançırı, sol əlin ovuc səthinin sıyrılmış yarası, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, xəsarətini almışdır. Travma ilə əlaqədar olaraq səhər saat 1N:NN radələrində hərbi hissənin tibb məntəqəsinə gətirilərək tibbi yardım göstərildikdən sonra növbəti günü öz xidməti yerinə qayıtmışdır. Nazirlər Kabinetinin “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”sinin N9.NN.NNN8-ci il tarixli, 59 №-li qərarına uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 13.NN.NNNN-ci il tarixli, 5 nömrəli göndərişinə əsasən onun sənədləri Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsindən imtina edərək, 16.N4.NNNN-ci il tarixli, 854 nömrəli arayışı ilə SHXÇDX-nin Şərur rayon İdarəsinə, imtina məktubu göndərmişdir. Həmin imtina məktubu ona SHXÇDX-nin Şərur rayon idarəsi tərəfindən N7 aprel NNNN-ci il tarixdə, 4N3 nömrəli arayışı təqdim edilmişdir. Aldığı travma barədə N4.N9.NN19-cu il tarixdə 7N7 №-li hərbi hissənin komandirinə müraciət etmişdir. 7N7 №-li hərbi hissənin komandiri, döyüş tapşırığını yerinə yetirəkən travma almağı barədə hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabından çıxarış edərək N4.N9.NN19-cu il tarixli 91N №- li arayışı ona təqdim etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 111N №li 11.N6.NNNN-ci il tarixli iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, vətəndaş S.Şəfiyev iddia ərizəsində 7N7 saylı hərbi hissədə hərbi xidmət keçərkən 3N.N7.NN1N-ci il tarixdə gecə saat N5:NN radələrındə döyüş postlarını yoxlayan zaman yıxılıb xəsarət aldığını, travma ilə əlaqədar saat 1N:NN radələrində hərbi hissənin tibb məntəqəsinə aparılaraq, tibbi yardım göstərildikdən sonra növbəti gün öz xidmət yerinə qayıtdığını, tibb məntəqəsində ona "sağ yanağın qançirin sol əlin ovuc səthinin sıyrılmış yarası, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” diaqnozunun qoyulduğunu, N7.N7.NN13-cü ildə ehtiyyata təxris olunduğunu və N4.N9.NN19-cı il tarixdə hərbi hissə komandirinə müraciət edərək, N4.N9.NN19-ci il tarixli 91N nömrəli travma haqqında arayış aldığını və həmin arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edərək, aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasını Müdafiəsi Zamanı Almışdır” kimi təyin edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 1N- 1N-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9.NN.NNN8-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9.NN.NNN8-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3. bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Vətəndaş travma alma faktı onun müalicə olunduğu tibb müəssisəsinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini komissiyaya təqdim etməmişdir. 7N7 saylı hərbi hissənin komandirinin imzaladığı N4 N9.NN19-cu il tarixli 91N nömrəli travmanın alınma şəraiti haqqında arayışda qeyd olunan “Qapalı kəllə-beyin travması, Baş beyin silkələnməsi” diaqnozunun hərbi hissənin tibb məntəqəsində həkim mütəxəssisnevropatoloq tərəfindən stasionar müayinə və müalicə olunmadan qoyulması əsassızdır. Belə ki, yuxarıda qeyd olunan diaqnoz yalnız stasionar şəraitdə həkim nevropatoloqun kliniki instrumental müayinələri əsasında qoyula bilər. Travmanın alınmasına dair Təhqiqat bölməsi tərəfindən aparılan araşdırılma materialları və Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin müayinəsinə dair Aktı MN MHHKna daxil olmamışdır. NN1N-ci il tarixdə baş vermiş xəsarətdən 7 il keçdikdən sonra 7N7 saylı hərbi hissənin komandiri tərəfindən travma haqqında arayışın verilməsi Müdafiə Nazirinin 14 mart NNN8-ci il tarixli 1N3 saylı əmrinə dair Təlimatın 198-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbinə əsasən travma haqqında arayış xəsarətin alındığı vaxtdan ən geci 3 ay müddətində verilməlidir. Bu səbəbdən İddiaçı olunun xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasını Müdafiəsi Zamanı Almışdır” kimi təyin edilməsi mümkün olmamışdır. Məhkəmədən iddianın təmin edilməyərək tamamilə rədd edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin hazırkı inzibati iş üzrə 14.N4.NNN1-ci il tarixli qərarı ilə (İş№N- 1(11N)-989/NNN1, sədrlik edən N.Abıyev) iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur.
5. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N8.N9.NNN1-ci il tarixli qərarı ilə (iş№N-1(1N3)-1686/NNN1) qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-989/NNN1 saylı 14 aprel NNN1-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən münasibət bildirilmədiyi halda məhkəmə həmin müraciətə münasibət bildirmək məqsədilə İPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada aralıq məhkəmə aktı qəbul edə, cavabdeh inzibati orqana müddət təyin edə bilərdi ki, bu müddət ərzində də inzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməli idi. Lakin yuxarıda da qeyd olunduğu kimi, hazırki işdə cavabdeh inzibati orqanın iddiaçının müraciətinə münasibəti olduğu üçün hüquqi vəziyyət dəyişir. Buna görə də işə baxan məhkəmə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması qənaətinə gəldiyi halda, bunun İPM-nin 33-cü maddəsi ilə tənzimləndiyini nəzərə almamış və qərarını İPM-nin 73-cü maddəsi ilə əsaslandıraraq nəticədə qanunvericiliyin normasını düzgün tətbiq etməmişdir... ... İşə birinci instansiya qaydasında yenidən baxılarkən qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə tərəfindən iddiaçının hüquqi marağının nədən ibarət olması, hüquqi marağının iddia tələbinə uyğun olub-olmaması, iddiaçının hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabında aparılan qeyddə həmin xəsarətlərin səbəbli əlaqəsinin iddiaçı tərəfindən keçən müddət ərzində mübahisələndirilib-mübahisələndirilmədiyi, hazırda iddiaçının qeyd olunan səbəb əlaqəsinin dəyişdirilməsi üçün nə kimi əsaslarının mövcud olub-olmadığı aydınlaşdırılmalıdır...
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili), eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun N.N.N-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin NN17-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının NN16-cı il 3N dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust NNNN-ci il tarixli Qərardadı, №NN, N4-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
10. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in N.N.N-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
12. Apellyasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin ilk dəfə araşdırılması zamanı iddiaçı tərəfindən müəyyən edilmişdir ki, hadisə baş verən tarixdən etibarən başlayaraq müalicə olunduğu vaxtlarda kəskin ağrılar olmuş və onun səhhəti (yaddaş pozğunluğu, hadisənin çox kəskin şəkildə şəxsən onun və ailə üzvləri üzərində psixoloji təsiri) 3 ay ərzində sözügedən sənədi almağa icazə verməmişdir. Eyni zamanda müalicədən bir müddət sonra ağrılar azalmışdır. Hadisədən bir müddət sonra ağrılar azalmış və o tədricən yaşa dolduqca hadisənin fəsadları özünü daha kəskin şəkildə biruzə verərək bu günədək davam etmiş və əmək fəaliyyətinə çox ciddi təsir etmişdir. Hesab edir ki, həmin müddət üzrlü hesab olunmalıdır.
13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN8-ci il N9 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N-ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir».
14. İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabında aparılan qeyddə həmin xəsarətlərin səbəb əlaqəsini mübahisələndirmir və dəyişdirilməsini tələb etmir, əksinə həmin hala istinad edərək səbəb əlaqənin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsini tələb edir.
15. İddiaçının müvafiq tələbinin təmin olunmasından MN MHHK tərəfindən 16.N4.NNNN-ci il tarixli 854№-li məktubla imtina iddiaçının hüquqi vəziyyətini dəyişdirmədiyinə görə inzibati akt olmamaqla inzibati aktın qəbulundan imtinadır.
16. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia “məcburetmə” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.3-cü maddələrinə uyğun həll edilməlidir.
17. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinin 5-ci hissəsinə əsasən, Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
19. İddiaçıya məxsus N7.1N.NN19-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Pasport qeydiyyat miqrasiya idarəsi şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən verilmiş AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən (elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından) müəyyən olunur ki, xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Cəlilkənd kəndində doğulmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 4N ünvanında qeydiyyatdadır.
20. “ASAN 3” tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 1N.N5.NNNN-ci il tarixli ******* №li arayışdan görünür ki, İddiaçı N8.N5.NNNN-ci il tarixdən ünvan N ünvanında qeydiyyatdadır.
21. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı inzibati Məhkəməsində müraciət etməkdə haqlı olmuşdur.
22. Məhkəmə qeyd edir ki, HHK tərəfindən qeyd edilən əsasnaməyə əsasən hətta «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» kimi səbəb əlaqələrin (hazırda) müəyyən edilməsi mümkün hesab edildiyindən müvafiq səbəb əlaqənin müəyyən edilməsi üçün (inzibati araşdırmanın predmeti olmamışdırsa) müddət məhdudiyyəti nəzərə alına bilməz. NN1N-ci il tarixdə baş vermiş xəsarətdən 7 il keçdikdən sonra 7N7 saylı hərbi hissənin komandiri tərəfindən travma haqqında arayışın verilməsinin Müdafiə Nazirinin 14.N3.NNN8-ci il tarixli 1N3 saylı əmrinə dair Təlimatın 198-ci maddəsinin tələblərinə zidd olmasına dair cavabdeh MN HHK-in mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Təlimatın müvafiq tələbinin pozulması iddiaçının hüquqlarının təmin edilməsindən imtina üçün əsas hesab oluna bilməz (müvafiq əsaslar olduqda hərbi hissə komandiri barəsində intizam tənbeh tədbirinin tətbiqi barəsində əsas ola bilərdi).
23. İddiaçının müvafiq tələbinin təmin olunmasından MN MHHK tərəfindən 16.N4.NNNN-ci il tarixli 854№-li məktubla imtina edilmiş, həmin imtina Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən N7.N4.NNNN-ci il tarixli 4N3 nömrəli məktubla təqdim edilmişdir. İddiaçı NN.N5.NNNN-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının müvafiq tələbi üzrə 16.N4.NNNN-ci il tarixədək hər hansı inzibati araşdırmanın aparılması (MN MHHK tərəfindən verilmiş 854№-li imtinanın tarixi) müəyyən edilmir.
24. İddiaçının hüquqi marağına münasibətdə məhkəmə qeyd edir ki, xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilməsi Əsasnamədə birbaşa olaraq tənzimlənmiş (“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 7.5-ci bəndi) və müvafiq əsaslar olduqda səbəb əlaqə müəyyən edilmiş şəxslərin qanunvericilikdə nəzərdə tutulan imtiyazlardan yararlanması mümkündür.
25. Məsələn, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 11.N. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.N.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.N.N. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. Müddəanın tələblərinə görə, aşağıdakı şərtlərdən biri mövcud olduğu halda şəxs müharibə əlili kimi qiymətləndirilməlidir: - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə) nəticəsində baş verdikdə (1); - əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində yarandlqda (N). Bu qaydadan fərqli olaraq hərbi qulluqçular sırasından digər əlillərə şəxsin aid edilməsi üçün aşağıdakı şərtlərdən birinin mövcudluğu müəyyən edilmişdir: - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış zədəyə görə yarandıqda; -əlillik cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində yarandıqda. Hərbi qulluqçunun istinad edilən Qanunun maddəsində nəzərdə tutulmuş əlilliyin yaranmasına əsas olmuş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı, N9 fevral NNN8-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7-ci maddəsində nəzərdə tutulmuşdur.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNNN-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”ndan: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.N. xüsusi səbəblərdən: 1.5.N.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.N.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
27. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
28. İddiaçıya məxsus Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 17.N9.NN13-cü il tarixdə verilmiş EZ seriyalı ******* №li hərbi biletində aparılmış qeydlərə əsasən İddiaçı SHXÇDX-nin Şərur rayon idarəsi tərəfindən N1.1N.NN17-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış, N1.1N.NN11-ci ildə hərbi hissəyə göndərilmiş, N iyul NN13-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin N7.N7.NN13-cü il tarixli N3NN saylı əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7N7 saylı hərbi hissəsinin NN1N-ci il tarixli zədələnmə və zəhərlənmələrin qeydiyyatı kitabından çıxarışdan müəyyən olunur ki (sıra № 76, ambulatoriyada qeydiyyat №-si 49N), İddiaçı 3N.N7.NN1N-ci il tarixdə sağ yanağın qançırı, sol əlin ovuc səthinin siyrılmış yarası, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, zədələnmənin səbəbi və şəraiti isə (sonuncunun izahatına görə) postu yoxlayarkən yıxılaraq, xəsarət aldığı qeyd olunmuşdur.
29. 7N7 saylı hərbi hissə tərəfindən verilmiş N4.N9.NN19-cu il tarixli 91N №-li arayışdan müəyyən olunur ki, 7N7 saylı hərbi hissənin sabiq hərbi qulluqçusu leytenant İddiaçı 3N.N7.NN1N-ci il tarixdə döyüş postlarını yoxlayarkən yıxılaraq sağ yanağın qançırı, sol əlin ovuc səthinin sıyrılmış yarası qapalı kəllə beyin travması baş beyin silkələnməsi xəsarəti almışdır. Arayış sonuncuya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunması üçün verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı 16.N4.NNNN-ci il tarixli 854 №li qeyd olunmuşdur ki, aşağıdakı səbəblərə görə travmanın hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır: İddiaçı hərbi xidmət dövründə 3N.N7.NN1N-ci il tarixdə hərbi hissənin ərazisində yıxılması nəticəsində kəllə beyin travması alması tibb müəssisəsindən verilmiş çıxarış epikrizi ilə təsdiq edilməyib. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş N4.N9.NN19-cu il tarixli 91N nömrəli travmanın alınma şəraiti haqqında arayışında İddiaçı “Qapalı kəllə beyin travması” diaqnozu stasionar şəraitdə qoyulmayıb və heç bir həkim nevropatoloq tərəfindən müayinə edilmədən əsassız yazılıb. Belə ki, qapalı kəllə beyin travması diaqnozu stasionar şəraitində həkim nevropotoloqunun kliniki instrumental müayinələri əsasında qoyula bilər.
30. Məhkəmənin müvafiq sorğularına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş N/N-1N847 №-li 1N.1N.NNNN-ci il tarixli məktubda 7N7 saylı hərbi hissənin NN1N-ci il sənədləri, zədələnmə və zəhərlənmələrin qeydiyyatı kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı barəsində araşdırma apara bilinmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7N7 saylı hərbi hissəsinin 11N4 №-li N3.N1.NNN1-ci il tarixli məktubunda NN1N-ci ilə aid tibbi sənədlərin Müdafiə Nazirinin müvafiq qərarına əsasən məhv edildiyinə görə sorğuya cavab verilə bilmədikləri qeyd olunmuşdur.
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN Publik Hüquqi şəxsi tərəfindən verilmiş 69/MEŞ saylı (ekspertizanın başlanma tarixi 16 fevral NNN1-ci il, başa çatma tarixi N6 fevral NNN1-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1989-cu il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına, iş materiallarında olan məlumatlara və tibbi sənəddə yazılanlara, mütəxəssis rəyinə əsaslanaraq, qərardadda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlmişlər: İddiaçı “Sol əlin ovuc səthinin sıyrılmış yarası, sağ yanağın qançırı və keçirilmiş baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travmasından sonrakı qabarıq asteno-nevrotik vəziyyəti” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərardadın təsviri hissəsində göstərilən 3N.N7.NN1N-ci il tarixə və şəraitə uyğun gəlir, yıxılma nəticəsində yarana bilərdilər. Beləliklə, toplanılan anamnestik məlumatları və tibbi sənəddə qeyd edilənləri nəzərə alaraq demək olar ki, 3N.N7.NN1N-ci il tarixdə təyin edilmiş diaqnoz öz təsdiqini tapır və hal-hazırda vəziyyəti keçirilmiş xəsarətin qalıq əlamətləri olub, sağ yanağın qançırı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi nəticəsində olan başın xəsarəti ilə təsdiq edilir.
IV. Məhkəmənin mövqeyi
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN8-ci il N9 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”dən: 1.N. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.N. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;... ...əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.
33. Məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN Publik Hüquqi şəxsi tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut hesab etməklə həmin rəyi təkzib edən əsaslar müəyyən etmir. Qeyd edilən rəyə əsasən isə bildirilmişdir ki, toplanılan anamnestik məlumatları və tibbi sənəddə qeyd edilənləri nəzərə alaraq 3N.N7.NN1N-ci il tarixdə təyin edilmiş diaqnoz öz təsdiqini tapır və halhazırda vəziyyəti keçirilmiş xəsarətin qalıq əlamətləri olub, sağ yanağın qançırı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi nəticəsində olan başın xəsarəti ilə təsdiq edilir. Odur ki, cavabdeh qurumun 7N7 saylı hərbi hissənin komandirinin imzaladığı N4.N9.NN19-cu il tarixli 91N nömrəli travmanın alınma şəraiti haqqında arayışda qeyd olunan “Qapalı kəllə-beyin travması, Baş beyin silkələnməsi” diaqnozunun hərbi hissənin tibb məntəqəsində həkim mütəxəssisnevropatoloq tərəfindən stasionar müayinə və müalicə olunmadan qoyulmasının əsassız olması, yuxarıda qeyd olunan diaqnozun yalnız stasionar şəraitdə həkim nevropatoloqun kliniki instrumental müayinələri əsasında qoyula bilməsi dəlili müvafiq ekspert rəyi ilə təkzib olunmuşdur.
34. İPM-in 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. İPM-in 73.N-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın diskresion səlahiyyətlərinin qanunauyğun tətbiq edilməməsi ilə (tətbiq edilməsindən imtina ilə) bağlıdır və məhkəmə araşdırmasının nəticəsinə görə konkret qərarın qəbul edilməsi mümkündür.
38. Odur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
39. Göstərilənlərə əsasən və İPM-in N.3, 13, 5N, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 3N.N7.NN1N-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi Qərarın verilməsi öhdəliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva