Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-245/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1966-cı il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə 09 avqust 1989-cu il tarixdə başlayaraq, müxtəlif peşələrdə çalışmışdır. Pensiya məbləğinin artırılması ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 28 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq, bildirmişdirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi is stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərciliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası hesablanır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr4840 nömrəli məlumat vərəqəsində xidmət müddəti 47 il 2 ay 25 gün (təqvimi xidmət illəri 14 il 1 ay 23 gün, güzəştli xidmət illəri 11 il 8 ay 29 gün, ali təhsil 2 il 6 ay, iş staji 18 il 10 ay 03 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 1 oktyabr 2021-ci il tarixindən Mərkəzi Filial tərəfindən 47 il 2 ay 25 gün ümumi iş stajına uyğun təminat xərcliyinin (2943,10 manat) 53,33 faizi (25 ilə görə-50 faiz, 3 ilə görə 3 faiz (3x1), 4 aya görə 0,33 faiz) - 1569,56 manat məbləğində miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli “pensiya məbləğinin hesablanması haqqında” məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12xr-4275 nömrəli məlumat vərəqəsində xidmət müddətiniz 42 il 7 ay 17 gün (təqvimi xidmət illəri 12 il 10 ay, güzəştli xidmət illəri 9 il 4 ay 26 gün, iş stajı 20 il 4 ay -1 gün), vəzifə maaşınız 1417,00 manat, rütbə maaşınız 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəniz-471,30 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-495,95 manat, xüsusi işə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-425,10 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 3027,35 manat göstərilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Filial tərəfindən 29 oktyabr 2019-cu il tarixindən sizə 42 il 7 ay 17 gün cəmi iş stajınıza uyğun 2045,88 manat məbləğində yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür.”
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli “pensiya məbləğinin hesablanması haqqında” məktubda bildirilmişdir ki, ““Əmək pensiyalan haqqında* Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərdiyinin— 50 faizi və 25 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərdiyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası hesablanır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr- 4840 nömrəli məlumat vərəqəsində xidmət müddətiniz 47 il 2 ay 25 gün (təqvimi xidmət illəri 14 il 1 ay 23 gün, güzəştli xidmət illəri 11 il 8 ay 29 gün, ali təhsil 2 il 6 ay, iş stajı 18 il 10 ay 03 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 1 oktyabr 2021-ci il tarixindən sizə Mərkəzi Filial tərəfindən 47 il 2 ay 25 gün ümumi iş stajınıza uyğun təminat xərdiyinizin (2943,10 manat) 53,33 faizi (25 ilə görə-50 faiz, 3 ilə görə 3 faiz (3x1), 4 aya görə 0,33 faiz) - 1569,56 manat məbləğində miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir”.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “pensiya məbləğinin hesablanması haqqında” məktubda bildirilmişdir ki, “1 oktyabr 2021-ci il tarixindən sizə Mərkəzi Filial tərəfindən 47 il 2 ay 25 gün ümumi iş stajınıza uyğun təminat xərdiyinizin (2943,10 manat) 53,33 faizi - 1569,56 manat məbləğində miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 1726,51 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1980,32 manata artırılaraq ödənilir.”
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala 1 mart 2022-ci il tarixində ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin - 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası hesablanır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr-4840 nömrəli məlumat vərəqəsində (vəzifəsi “Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin vertolyot eskadriliyasının borttexniki", rütbəsi “mayor”) xidmət müddəti 47 il 2 ay 25 gün (təqvimi xidmət illəri 14 il 1 ay 23 gün, güzəştli xidmət illəri 11 il 8 ay 29 gün, ali təhsil 2 il 6 ay, iş stajı 18 il 10 ay 03 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 1 oktyabr 2021-ci il tarixindən iddiaçıya Mərkəzi Filial tərəfindən 47 il 2 ay 25 gün ümumi iş stajına uyğun təminat xərcliyinin (2943,10 manat) 53,33 faizi (25 ilə görə-50 faiz, 3 ilə görə 3 faiz (3x1), 4 aya görə 0,33 faiz) - 1569,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
7. Məhkəmənin sorğusuna əsasən Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsində zabitlərin həqiqi hərbi xidmətində qulluq keçmiş, hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin b) bəndi ilə yaşa görə ehtiyata buraxılmışdır.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: 1) X2 təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmışdırmı? 2) Barəsində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılsın.
9. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan məkutbla ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin— 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.15. Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Əvvəlki redaksiyasında deyilirdi 20.14.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin - 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası hesablanır.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12/12/xr- 4840 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçının xidmət müddəti 47 il 2 ay 25 gün (təqvimi xidmət illəri 14 il 1 ay 23 gün, güzəştli xidmət illəri 11 il 8 ay 29 gün, ali təhsil 2 il 6 ay, iş stajı 18 il 10 ay 03 gün) təşkil edir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 1 oktyabr 2021-ci il tarixindən iddiaçıya 47 il 2 ay 25 gün ümumi iş stajınıza uyğun təminat xərdiyinin (2943,10 manat) 53,33 faizi (25 ilə görə-50 faiz, 3 ilə görə 3 faiz (3x1), 4 aya görə 0,33 faiz) - 1569,56 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
18. Mübahisənin yaranması səbəbi iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsidir. İddiaçı iddia edir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən pensiya təyin edilməli idi.
19. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi iddiaçıya o zaman tətbiq edilə bilərdi ki, iddiaçı hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu hesab edilsin. İş materiallarına əsasən iddiaçının xidmət müddəti 47 il 2 ay 25 gün (təqvimi xidmət illəri 14 il 1 ay 23 gün, güzəştli xidmət illəri 11 il 8 ay 29 gün, ali təhsil 2 il 6 ay, iş stajı 18 il 10 ay 03 gün) təşkil edir.
20. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva