Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2450/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Yuryevnanın (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühasib, hal-hazırda işləmir), Smolyaninova Lyubov Yuryevnanın(Bakı şəhərində qeydiyyatdadır, ixtisası tibb bacısı, xəstəxanada işləyir), iddiaçının vəkili X13 (Bakı şəhəri 6 saylı vəkil bürosu, fərdi qaydada fəaliyyət göstərən vəkil) cavabdehin nümayəndəsi X6 (Xırdalan şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Cavabdeh hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləyir), tərcüməçi X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı üçüncü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti işə cəlb olunmaqla “mənzil verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyi üçün birinci qrup əlil olan iki nəfərə - iddiaçıya və nəvəsinə Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı tarixli, 2-1(82)-2202/2016 nömrəli, xx.xx.2016-ci il tarixdən qanuni qüvvəyə minmiş qərarı hal hazıradək yerinə yetirilmir. 3 ildən artıq vaxt keçmiş, lakin Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 322 nömrəli qərarı əsasında Sabunçu qəsəbəsindəki köhnə mənzillərin sökülməsi ilə bağlı qərarını hələ də yerinə yetirməmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, S-3/34-069/2 nömrəli cavabına əsasən məhkəmə qərarının icra edilməsi mümkün deyildir, Sabunçu qəsəbəsindəki torpaqlar ucuzdur və heç bir investor yaşayış üçün yararsız olan evlərin sökülməsində və ərazidə yeni yaşayış evlərinin tikilməsində maraqlı deyildir. Bakı şəhəri Lenin RİK xx.xx.1987-ci il tarixli, 33/22 nömrəli qərarına əsasən iddiaçının Sabunçu qəsəbəsindəki mənzili yaşayış üçün yararsızdır. Azərbaycan Respublikasının FHN-nin xx.xx.1987-ci il tarixli aktına əsasən onun mənzili qəza vəziyyətindədir, orada yaşamaq mümkün deyildir, sakinlərin yaşayışı üçün təhlükəlidir, 1905-ci ildə tikilmişdir, vanna və tualetsizdir. İddiaçı birinci qrup əlildir, 1981-ci ildən əmək veteranıdır, 89 yaşı vardır. xx.xx.1988-ci ildən hal-hazıradək, 31 ildən çoxdur ki, mənzil növbəsindədir. Onun atası X12 Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1942-ci ildən 1945-ci ilədək fəaliyyət göstərən orduda döyüşmüş, Berlin şəhərini azad etmiş, igidliyə görə medallarla təltif olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2-1(82)-2202/2016 nömrəli qərarına əsasən Bakı şəhərinin Sabunçu rayonu üzrə Pilot layihəsinə əsasən 1905-ci ildə tikilmiş, vannası və tualeti olmayan ümumi həyətli MİK evləri sökülməlidir. İki İ-ci qrup əlilə isə belə antisanitariya şəraitində vannasız və tualetsiz yaşamaq mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh tərəfindən təqdim etdiyi iddiaya dair etirazında bildirilmişdir ki, yeni mənzil tikintisi və qəzalı vəziyyətdə olan evlərin təmiri üçün büdcədən yerli icra hakimiyyətlərinə vəsait ayrılmadığına görə Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısı aparılmır və belə bir siyahı RİH-də mövcud olmamış və hal hazırda da yoxdur. Yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən rayon icra hakimiyyətinə müraciət edilmədiyindən, Bakı şəhəri Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsi, 50 nömrəli yaşayış evinin sökülməsi ilə bağlı hər hansı hərəkətin edilməsi mümkün olmamışdır. İddiaçı Nəsimi RİHB-nin 316 saylı xx.xx.2006-ci il tarixli sərəncamı ilə ailə tərkibi 4 nəfər (qızı Lyubov, nəvələri Ruslan və Yuliana və özü) olmaqla Nizami rayonu, 8-ci km., Əli Vəliyev küçəsi, 11 saylı evin 47 saylı mənzili ilə təmin edilib. Ailə mənzillə təmin edilən zaman notariat qaydada təsdiq edilmiş ərizə ilə (ailə tərkibi 4 nəfər olmaqla qızı Lyubov, nəvələri Ruslan və Yukiana və İddiaçı yeni mənzilə qeydiyyata düşəcəyi barədə öhdəlik götürmüşlər. Bu barədə 316 saylı xx.xx.2006-ci il tarixli sərəncamda qeyd olunub. Həmin sərəncam əsasında qeyd olunan mənzilə 4 nəfər ailə tərkibi olmaqla 002140 saylı xx xxxxxx 2006-ci il tarixli order verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nizami rayonu. 8-ci km., Əli Vəliyev küçəsi, 11 saylı evə seriya RX ******* saylı çıxarış verilmişdir. Bundan əlavə Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi, 50 saylı evin yaşayış sahəsi 14,6 kv.m olan 12 a sayl mənzili də iddiaçının istifadəsindədir. İddiaçının yenidən dövlət tərəfindən mənzillə təmin edilməsi mövcud mənzil qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Yuryevna iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi, Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Smolyaninova Lyubov Yuryevna iddia ərizəsində göstərilən məzmunda çıxış edərək əlavə olaraq bildirmişdir ki, iddiaçı olan anası İddiaçı və oğlu X3 məxsus mənzildə qeydiyyatda deyil. Onlar heç bir kommunal şərait olmayan qəzalı evdə yerləşən, 14 kv.m ibarət mənzildə yaşayırlar. İddiaçı və onun nəvəsi birinci dərəcəli əlildirlər. İddiaçı gözdən əlil kimi mənzil növbəsinin imtiyazlı siyahıya əlavə edilmişdir. İddiaçının nümayəndəsi L.Smolyaninova çıxışının sonunda iddia tələbinin təmin edilməsi, Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X13 iddia ərizəsində göstərilən məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Cavabdeh başçısının 67 saylı, xx xxxxxx 2013-cü il tarixli “İddiaçı mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsi haqqında”, “Cavabdeh başçısının 67 saylı xx xxxxxx 2013-cü il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə” 86 saylı xx xxxxxx 2014-cü il tarixli və “İddiaçı mənzil növbəsinin “Gözdən əlillərin” siyahısına daxil edilməsi barədə” 73 saylı xx xxxxxx 2017-ci il tarixli sərəncamlar mövcuddur. Həmin sərəncamlar əsasında iddiaçının yaşadığı mənzil qəzalı evdə yerləşdiyi üçün, iddiaçının və onun nəvəsinin birinci dərəcəli əlil olduqları üçün iddiaçının mənzil ilə təmin edilməsi cavabdehin vəzifəsidir.Göstərilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbinə etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndələrini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1930-cu il təvəllüdlüdür, Bakı şəhəri, Sabunçu rayonu, C.Şərifov, 50-də yerləşən 12 A nömrəli mənzildə qeydiyyatdadır, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən İ qrup əlildir. Bakı şəhəri Cavabdeh Başçısının 67 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Smolyaninova Aleksandra Yakovlevnanın mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və nəvəsi Smolyaninov Ruslan Xatamoviç) dəyişdirilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 86 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı Yakovlevnanın mənzil növbəsi 2 ailə üzvü ilə (özü və nəvəsi) nəvəsinin İ qrup əlilliyi nəzərə alınaraq xx xxxxxx 2013-cü ildən imtiyazlı siyahıya əlavə edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 73 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı Yakovlevnanın mənzil növbəsi xx.xx.2017-ci ildən gözdən əlillərin siyahısına əlavə edilmişdir. ünvan 1 ünvanında yerləşən 50 saylı binanın 12 A nömrəli mənzilin texniki vəziyyəti haqqında akta əsasən qeyd edilən ev texniki cəhətdən yolverilməz, sakinlərin həyatı üçün təhlükəli vəziyyətdədir. Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 13-15/773-9 nömrəli xx.xx.2005-ci il tarixli məktubuna əsasən Sabunçu qəsəbəsi, ev 50 ünvanda yerləşən 12A saylı mənzildə sanitar qovşağı və vanna otağı yoxdur. Bakı şəhəri Cavabdeh Başçısının İ müavininin iddiaçıya ünvanlanmış xx.xx.2020ci il tarixli məktubuna əsasən Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi, 50 ünvanında yerləşən qəzalı binaya komissiya tərəfindən baxış keçirilərək həmin bina qəzalı binalar sırasına daxil edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının İ müavininin iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli məktubuna əsasən “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli, 322 saylı qərarına uyğun olaraq qəzalı vəziyyətdə olan evlərin sökülüb yenidən tikintisinə razılıq verilməsinə dair hüquqi və fiziki şəxslərdən Cavabdehnə müraciət daxil olarsa iddiaçıya məxsus mənzilin yerləşdiyi qəzalı vəziyyətdə olan evin sökülüb yenidən tikintisinin müraciət edən şəxsə təklif ediləcəyi iddiaçıya bildirilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-2202/2016 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində 1905-ci ildə tikilmiş və yaşayış üçün yararsız hesab edilmiş 50 nömrəli yaşayış evinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 322 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısına daxil edilməsi barədə iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxx 2013-cü il tarixli 67 saylı”İddiaçı mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsi haqqında ” sərəncamına əsasən, İddiaçı mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və nəvəsi- X10) dəyişdirilmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli 86 saylı ”İddiaçı mənzil növbəsindəki ailə tərkibinin dəyişdirilməsi haqqında ” sərəncamına əsasən, İddiaçı mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və nəvəsi- X10) dəyişdirilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının 86 saylı xx xxxxxx 2014-cü il tarixli “Cavabdeh başçısının 67 saylı xx xxxxxx 2013-cü il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamına əsasən, İddiaçı mənzil növbəsi 2 nəfər ailə üzvü ilə(özü, nəvəsi) nəvəsinin İ qrup əlilliyi nəzərə alınaraq xx xxxxxx 2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh başçısının “İddiaçı mənzil növbəsinin “Gözdən əlillərin” siyahısına daxil edilməsi barədə” 73 saylı xx xxxxxx 2017-ci il tarixli sərəncamına əsasən, İddiaçı mənzil növbəsi xx.xx.2017-ci il tarixdən gösdən əlillərin siyahıya əlavə edilməsi qərara alınmışdır. Bundan başqa iddiaçı iddia ərizəsinə nəvəsinin şəxsiyyət vəsiqəsinin, əlilliyi barədə arayışının, özünün əmək kitabçasının, əvvəllər mənzil qeydiyyatında olması barədə sənədlərin, fotoşəkillərin, təltif olunduğu medal vəsiqəsinin kserosurətlərini əlavə etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2006-cı il tarixli, 316 nömrəli “Bakı Dəmir Yol Xəstəxanasının müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2006-cı il tarixli birgə yığıncağının 14 saylı protokolunun təsdiq edilməsi barədə” sərəncamında göstərilmişdir: “Bakı Dəmir Yol Xəstəxanasının müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2006-cı il tarixli birgə yığıncağının 14 nömrəli protokolu ilə vətəndaş X4 8-ci kilometr, Əli Vəliyev küçəsi, 1 nömrəli evin giriş 3, mərtəbə 7, 3 otaqlı yaşayış sahəsi 48,0 kv.m. olan 47 nömrəli mənzili verilmişdir. Vətəndaş L.Smolyaninova 4 nəfər ailə tərkbi ilə (özü, oğlu, qızı, anası) Sabunçu rayonu D.Şərifov küçəsi, 50 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 14,6 kv.m olan 12a nömrəli mənzilində qeydiyyatdadır. Mənzil şəxsidir, sahibi anasıdır. Vətəndaş L.Smolyaninova xx.xx.1982-ci ildən xəstəxananın cərrahiyə şöbəsində tibb bacısı vəzifəsində işləyir və xx.xx.1985-ci ildən 3 nəfər ailə tərkibi ilə (özü,qızı, oğlu) ümumi siyahıda, xx.xx.2002-ci ildən isə oğlunun İ qrup əlil olması ilə əlaqədar növbədənkənar mənzil alanların siyahısında mənzil növbəsindədir. Keçən dövr ərzində ailə tərkibi dəyişilərək 4 nəfər (özü, qızı, oğlu, anası) olmuşdur. Vətəndaş L.Smolyaninova və ailə üzvlərinin yeni mənzilə köçməyə notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vardır”. Göstərilənlərə əsasən vətəndaş L.Smolyaninovanın mənzil növbəliyində ailə tərkibinin dəyişərək 4 nəfər (özü, oğlu, anası, qızı) hesab edilməsi, vətəndaş L.Smolyaninovaya 8-ci km. Əli Vəliyev küçəsi 11 nömrəli evin, giriş 3, mərtəbə 7də yerləşən 3 otaqlı yaşayış sahəsi 48,0 kv.m. olan 47 nömrəli mənzilinə order verilməsi, orderə 1958-ci il X5 (özü), 1930-cu il təvəllüdlü X1 (anası), 1995-ci il təvəllüdlü X2 (qızı), 1984-cü il təvəllüdlü X7 (oğlu) daxil edilməsi qərara alınmışdır. 002140 nömrəli, xx.xx.2006-cı il tarixli orderin surətinə əsasən həmin order X8 4 nəfər ailə tərkibi ilə Bakı şəhəri, 8-ci km. qəsəbəsi, Əli Vəliyev küçəsi, ev 11-də yerləşən 3 otaqlı, 47 nömrəli (48 kv.m.) yaşamaq hüququ verilmişdir. Orderdə mənzildə yaşamağa hüququ olan şəxslər kimi 1958-ci il təvəllüdlü L.Y.Smolyaninova, 1930-cu il təvəllüdlü İddiaçı, 1995-ci il təvəllüdlü Y.Y.Smolyaninova, 1984-cü il təvəllüdlü R.X.Smolyaninov göstərilmişir. Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı Çıxarışa əsasən, ümumi sahəsi 68,4 kv.m, yaşayış sahəsi 45,8 kv.m, yardımçı sahə 22,6 kv.m, 3 otaqdan ibarət Bakı şəhəri,Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 11, mənzil 47 xüsusi mülkiyyət hüququ ilə X5 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçının qızı Lyubov Smolyaninova Bakı şəhəri Nəsimi rayonunda işlədiyi müəssisədə mənzil növbəsinə götürülmuşdür, həmin vaxt iddiaçı da qızı L.Smolyaninovanın ailə üzvü kimi nəzərə alınmışdır və iddiaçının qızına 2006-cı ildə Bakı şəhəri,8-ci km., Ə.Vəliyev küçəsi ev 11-də yerləşən 3 otaqlı, 47 nömrəli (yaşayış sahəsi 48 kv.m.) mənzil verilən zaman iddiaçının, onun birinci qrup əlil olan nəvəsi R.Smolyaninovun adı da həmin mənzildən istifadə hüququ olan şəxs kimi orderdə göstərilmişdir.Eyni zamanda orderdə adı göstərilən şəxslər, o cümlədən iddiaçı da qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov, 50 ünvanda yerləşən 12a nömrəli mənzildən köçməyə razılıqlarını bildirmişlər. Buna baxmayaraq iddiaçı həmin mənzildən qeydiyyatdan çıxmamışdır və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində 1905-ci ildə tikilmiş və yaşayış üçün yararsız hesab edilmiş 50 nömrəli yaşayış evinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 322 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısına daxil edilməsi barədə iddia qaldırmış və məhkəmə tərəfindən iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.Sabunçu rayon İcra Başçısının İ müavininin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi, 50 ünvanında yerləşən qəzalı binaya komissiya tərəfindən baxış keçirilərək həmin bina qəzalı binalar sırasına daxil edilərək məhkəmə qərarı icra edilmişdir.Hazırda iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyini əsas kimi göstərərək birinci qrup əlil olan iki nəfərin - iddiaçının və nəvəsinin Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı Yakovlevna iddia tələbinin əsası kimi o halı göstərir ki, iddiaçı və onun nəvəsi R.Smolyaninov İ qrup əlildirlər, yaşamaq üçün şəraitləri yoxdur, onlar vanna otağı və sanitar qovşağı olmayan kiçik sahəli, qəzalı binada yerləşən, yaşayış üçün yararsız olan bir mənzildə - Bakı şəhəri, Sabunçu rayonu, C.Şərifov, 50-də yerləşən 12 nömrəli mənzildə yaşayırlar. Lakin işin faktiki halları ilə iddiaçının iddia ərizəsində bu barədə göstərilənlər təsdiqlənmir. Belə ki, həm iddiaçı, həm də iddiaçının İ qrup olan nəvəsi artıq bir dəfə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmişlər, belə ki, iddiaçının qızına dövlət tərəfindən 2006-cı ildə Bakı şəhəri,8-ci km., Ə.Vəliyev küçəsi ev 11-də yerləşən 3 otaqlı, 47 nömrəli (yaşayış sahəsi 45,8 kv.m.) hər bir şəraiti olan mənzil verilən zaman həm iddiaçı, həm də İ qrup olan nəvəsi R.Smolyaninov da ailə üzvü kimi nəzərə alınmışlar, həmin mənzil sahəsinə görə məhz iddiaçı və nəvəsi nəzərə alınmaqla verilmişdir və iddiaçının qızı L.Smolyaninovaya mənzil verilməsi haqqında yerli icra hakimiyyətinin sərəncamında və orderdə mənzildən istifadə etmək hüququ olan şəxslər kimi onların da (iddiaçının və nəvəsi R.Smolyaninovun) adları qeyd edilmişdir.Qeyd edilən mənzil verilən zaman iddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov, 50 ünvanda yerləşən 12a nömrəli mənzildən köçməyə razılığını əks etdirən ərizəni müvafiq icra hakimiyyətinə təqdim etmişdir. Bundan başqa “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 322 saylı qərarından müəyyən olunur ki, həmin sərəncamla qərara alınmışdır ki,1. Bakı şəhəri Cavabdeh "Pilot layihə" formatında 5 il müddətinə aşağıdakıları həyata keçirsin: 1.1. mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. İşin faktiki hallarına əsasən iddiaçının qeydiyyatda qaldığı mənzilinin yerləşdiyi bina qəzalı hesab edilmişdir.Lakin yuxarıda qeyd edilən qərarla cavabdehin üzərinə qəzalı binalarda yaşayan sakinlərin həmin binaları sökərək yerində yeni yaşayış binası inşa etməyi öhdəsinə götürən tikinti şirkəti olmadığı halda yeni mənzillə təmin edilməsi vəzifəsi qoyulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Həmin Məcəllənin 28.4-1-cü maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Həmin Məcəllənin 28.4-2-cü maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 28.4-2.2. hərracın iştirakçısı olmadıqda; 28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;28.4-2.4. hərracı udmuş iştirakçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın.28.4-3. Təkrar hərrac birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq keçirilir.28.4-4. Təkrar hərracda qəza vəziyyətində olan mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsində müəyyən edilmiş qiymətlə, təkrar hərrac bu Məcəllənin 28.4-2.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə keçirildiyi halda isə, həmin qiymətdən 15 faiz aşağı qiymətlə hərraca çıxarılır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.28.4-5. Bu Məcəllənin 28.4-2.2 - 28.4-2.4-cü maddələrində nəzərdə tutulmuş səbəblərə görə təkrar hərrac baş tutmamış elan edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 60 gündən gec olmayan müddətdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alınır.28.4-6. Bu Məcəllənin 28-ci maddəsində nəzərdə tutulan hərracın keçirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Göründüyü kimi qəzalı mənzillərdə yaşayan sakinlərin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xüsusi qaydalar müəyyən edilmişdir və həmin qaydalarda qəzalı mənzillərdə yaşayan şəxslərin cavabdeh (yerli icra hakimiyyəti orqanı) tərəfindən Pilot layihə əsasında inşa edilən binalarda mənzillə təmin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı ilə cavabdeh arasında iddiaçının mənzillə təmin edilməsi və mənzillə bağlı digər məsələlər üzrə heç bir müqavilə də mövcud deyildir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiası- Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinin- hüquqi əsasları mövcud deyildir. İddiaçının istinad etdiyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının mənzilinin yerləşdiyi binanın Bakı şəhəri Sabunçu rayonunda sökülməsi zəruri olan binalar siyahısına daxil edilməsi cavabdeh tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyi üçün birinci qrup əlil olan iki nəfəri - iddiaçını və nəvəsini Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-ci, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyi üçün birinci qrup əlil olan iki nəfəri iddiaçını və nəvəsini Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2450/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2450/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver