Məhkəmə qərarları › İş №2-1(112)-2452/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2452/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2452/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun konlluqda dövlət qulluğunda işlədiyi dövr və "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində zərərli və qapalı şəraitdə işlədiyi dövr nəzərə alınmamış və təyin olunmuş pensiya məbləğində öz əksini tapmamışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının konlluqda dövlət qulluğunda işlədiyi dövr və "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində zərərli və qapalı şəraitdə işlədiyi dövr də nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı iddia tələbində dəqiqləşmə verərək 19 oktyabr 1989-28 yanvar 1992-cil tarixə qədər Konsulluqda işlədiyi dövrün və 05 yanvar 2011-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində işlədiyi dövrün nəzərə alınmaqla təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ona təyin edilmiş əmək pensiyasının düzgün hesablanmadığını, onun 09 oktyabr 1989-28 yanvar 1992-cil tarixə qədər Konsulluqda işlədiyi dövrün və 05 yanvar 2011-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində işlədiyi dövrün nəzərə alınmaması səbəbindən artıq ödənilməli olan əmək pensiyası məbləğinin az olmasından narazıdır. Cavabdeh isə əmək pensiyasının düzgün hesablanması ilə bağlı mövqe nümayiş etdirir ki, məhkəmə hesab edir ki, həmin mövqe aşağıdakı səbəblərdən qanuni və əsaslıdır. Belə ki, işin faktiki hallarından, o cümlədən təqdim edilmiş pensiya işindən də görünür ki, iddiaçının pensiya hüququ 15 fevral 2022-ci il tarixdən yaranmış, ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 17 il 8 ay 24 gün sığorta stajı (təhsil dövrü:xx.xx.1973-xx.xx.1976-cı il tarixinədək, hərbi xidmət dövrü: xx.xx.1976-xx.xx.1978-ci il tarixinədək, xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1979-xx.xx.1979-cü il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1992-ci il tarixinədək) mövcud olmuşdur. Göründüyü kimi onun sığorta stajı xx.xx.2006-cı il tarixədək 25 il müddətdən az olmuşdur. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ilə müəyyən edilir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçıya da həmin maddənin tələbləri nəzərə alınmaqla əmək pensiyası hesablanarkən onun 01 yanvar 2006-cı il tarixədək işlədiyi dövr 25 il əsas götürülməklə nəzərə alınmışdır. İddiaçı onun xx.xx.1989-xx.xx.1992-ci il tarixinədək Konsulluqda dövlət qulluqçusu kimi işlədiyi dövrün nəzərə alınmadığını iddia etsə də, işin faktiki hallarından da müəyyən edilir ki, həmin dövr sığorta stajı hesablanarkən nəzərə alınmışdır. Həmin dövr nəzərə alınmasaydı belə, hər bir halda iddiaçının xx.xx.2006-cı il tarixədək əmək pensiyası hesablanarkən nəzərə alınan dövr 25 il kimi hesablanmış və həmin tarixədək 20328,06 manat pensiya kapitalı müəyyən edilmişdir ki, hər bir halda cavabdeh iddiaçının pensiya təminatını hüququnun pozuntusuna yol verməmişdir. Eyni zamanda, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə pensiya kapitalının hesablanması ilə bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, xx.xx.2006-xx.xx.2022-ci il tarixədə iddiaçının pensiya kapitalı 30962,26 manat təşkil etməkdədir ki, digər dövrlərlə yanaşı, həmçinin iddiaçının 05 yanvar 2011-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində işlədiyi dövrdə ödənilən sosial sığorta haqqlarına uyğun olaraq nəzərə alınmışdır. İddiaçıya pensiya təyin edildiyi 15 fevral 2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 29 aprel 2022-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində əlavə pensiya kapitalı da toplanmışdır ki, həmin pensiya kapitalı nəzərə alınmaqla da iddiaçıya nəticədə ödənilməli olan pensiya məbləği hər ay üzrə 361,32 manat təşkil etməkdədir ki, işin hazırkı halı konsulluqda, "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində işlədiyi dövrün nəzərə alınmaması səbəbindən əmək pensiyasının yenidən hesablanması və artırılmasına yönələn iddianın təminini istisna edir. Göründüyü kimi iddiaçının istər ilkin iddia tələbində, istər, dəqiqləşdirilmiş formada olan tələbində iddia tələbi məhz 9 oktyabr 1989-28 yanvar 1992-cil tarixə qədər Konsulluqda işlədiyi dövrün və 05 yanvar 2011-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində işlədiyi dövrün nəzərə alınmaması ilə bağlı olmuşdur ki, iddiaçının əksinə həmin dövrün əmək pensiyası məbləği hesablanarkən nəzərə alınmasına dair cavabdehin mövqeyi iş materialları ilə təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun: 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda. 6.3. Avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi Əmək pensiyalarının yenidən hesablanma əsasları konkret olaraq müəyyən edilmişdir ki, digər əsaslar, o cümlədən iddiaçının mübahisələndirdiyi dövrlərə münasibətdə əmək pensiyaçısının müraciətinə uyğun olaraq aparılmış yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı halı da aşkar edilmədiyindən iddiaçının mübahisələndirdiyi dövrlərə münasibətdə cavabdehin əmək pensiya məbləği hesablanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Lakin, məhkəmə əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin 30 noyabr 2022-ci il tarixli cavab məktubunda 21 noyabr 2022-ci il tarixli akta əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş 1992-2005-ci il tarixədək işlədiyi “Bakond” Texniki Ticarət mərkəzinin arxiv sənədlərinin "xxxx" ASC-yə təhvil verilməməsi səbəbindən həmin dövrün sığorta stajına daxil edilməsinin yolverilməzliyi barədə məhkəməyə məlumat vermişdir ki, iddiaçının hazırkı iş üzrə iddia tələbi məhz 09 oktyabr 1989-28 yanvar 1992-cil tarixə qədər Konsulluqda işlədiyi dövrün və 05 yanvar 2011-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək "xxxx" MMC və “Construction and İndustry” X1 Xidmətində işlədiyi dövrün nəzərə alınmaqla əmək pensiyasının hesablanması həddində olduğundan, məhkəmənin 1992-2005- ci il tarixləri arasında dövrün nəzərə alınmamasına münasibətdə cavabdehin pensiya təminatına qanunsuz müdaxiləsinin mövcud olub-olmadığını araşdırmaq mümkün olmamışdır. Məhkəmənin iddiaçının diqqətinə çatdırır ki, hazırkı iş üzrə iddia tələbi məhz iddiaçının mübahisələndirdiyi dövrün nəzərə alınması həddində olduğundan məhkəmə də həmin hədd daxilində araşdırma aparmış və iddianın rədd edilməsi qənaətinə gəlmişdir ki, iddiaçı ayrıca iddia ilə 1992-2005-ci il tarixədək işlədiyi “Bakond” Texniki Ticarət mərkəzindəki işlədiyi dövrün cavabdehin imtinasının əksinə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının tələb etməklə əlaqədar məhkəməyə müraciət etmək hüququna da malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar