Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2455/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, X5 Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 56 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (Sərhəd Qoşunları aparatının təhqiqat bölməsinin rəisi, ədliyyə polkovnik leytenantı, ünvan N ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və çıxmadığı əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsi və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx N0N0-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx N0N0-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-cu ildən N017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və N017ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində N003-cü il fevral ayı tarixdən N008-ci ilin noyabr tarixinədək N006-saylı hərbi hissənin 13-cü (Şin) sərhəd zastavasının rəisi, N008-ci ilin noyabr ayından N009-cu ilin oktyabr ayınadək 3-cü (Laza) sərhəd zastavasının rəisi vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd zastavaları Nazirlər Kabinetinin N00N-ci il tarixli 137 nömrəli qərarına və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N006-cı il tarixli 11 nömrəli əmrinin olmasına baxmayaraq xidməti müddətində ona veriləcək yüksəklik pulu və əlavə məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.N019-cu il tarixli ərizə təqdim etmişdir. Lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizəsinin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir. Nazirlər Kabinetinin NN avqust 137 nömrəli qərarına, (Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi), “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin v (möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) - hər il 15 təqvim günü) bəndinə və Dövlət Sərhəd Xidməti rəisinin xx xxxxxx N006-cı il tarixli 11 nömrəli əmrinə əsasən ona yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və əlavə məzuniyyət verilməli idi. Göstərilənlərə əsasən hesab edir ki, yuxarıda qeyd olunan (N003-N009-cu illər) xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş qaydada veriləcək yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və verilməyən əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi 3-cü (Laza) və 13-cü (Şin) sərhəd zastavalarından Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanının xx.xx.N006-cı il tarixli 11 nömrəli əmir ilə dəniz səviyyəsindən 1500 metr və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısında yalnız 3-cü (Laza 1800 metr) sərhəd zastavasının, xüsusi mürəkkəb şəraiti olan sərhəd məntəqələrinin siyahısında isə 13-cü (Şin) sərhəd zastavasının qeyd olunduğu göstərilmişdir. Bu səbəbdən də İddiaçı qeyd olunan iddia üzrə Dövlət Sərhəd Xidmətində etdiyi müraciətinə əsasən ona xx.xx.N0N0-ci il tarixli, 10/1 nömrəli məktubla cavab verilərək xidmətdə olduğu sərhəd zastavalarından yalnız X6 “Laza” sərhəd zastavası qeyd olunan siyahıda öz əksini tapdığı üçün “Laza” sərhəd zastavasında xidmət etdiyi dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin hesablanaraq ödənilməsi bildirilmiş və xx.xx.N008-ci ildən xx.xx.N009-cu il tarixədək N nömrəli hərbi hissənin “Laza” sərhəd zastavasında xidmət etdiyi dövr üzrə N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş cədvəl əsasında 35N.59 (üç yüz əlli iki manat əlli doqquz qəpik) məbləğində pulun Beynəlxalq bankda adına açılmış AZ04İBAZ******************** nömrəli şəxsi hesabına xx.xx.N0N0-ci il tarixdə köçürüldüyü bildirilmişdir. Qeyd olunan iddiada göstərilən digər xüsusat üzrə bildirilir ki, hərbi qulluqçuların xidmət müddətində məzuniyyətə buraxılmaları “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü maddəsinin “i” bəndində əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 1N1-ci maddəsində göstərilmişdir ki, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir, ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Həmin maddənin N-ci abzasında göstərilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.N017-ci il tarixədək Dövlət Sərhəd Qoşunlarında xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx xxxxxx N003-cü il tarixli, 046 saylı əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisi – X1, baş leytenant İddiaçı 6-cı sərhəd dəstəsinə 13-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin olunmuş hesab edilmiş, baş leytenant İddiaçı xx xxxxxx N003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx xxxxxx N008-ci il tarixli, 0N74 saylı əmrindən çıxarışdan görünür ki, 13-cü sərhəd zastavasının rəisi mayor İddiaçı xx xxxxxx N008-ci il tarixdən tutduğu vəzifədən azad olunmaqla 3-cü sərhəd zastavasına rəis vəzifəsinə təyin olunmuş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx xxxxxxx N009-cu il tarixli, 0N51 saylı əmrindən çıxarışdan görünür ki, 6-cı sərhəd dəstəsi 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı 5-ci sərhəd dəstəsinə 3-cü sərhəd komendantlığı komendantının 1-ci müavini – qərargah rəisi vəzifəsinə təyin edildiyi üçün, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xx xxxxxxx N009cu il tarixdə vəzifəsindən azad olunmaqla N005 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Mayor İddiaçı N009-cu ilin növbəti məzuniyyətindən istifadə etmiş, maddi yardım və məzuniyyət müavinəti almışdır. xx xxxxxx N009-cu il tarixdən xx xxxxxxx N009-cu il tarixədək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya cavab olaraq ünvanladığı xx.xx.N0N0-ci il tarixli, 10/1 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, hərbi qulluqçulara yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli xx xxxxxx N00N-ci il tarixli qərarına uyğun olaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ödənilir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrilə təsdiq edilmiş yüksək dağlıq ərazidə yerləşən sərhəd məntəqələrinin siyahısında onun həqiqi hərbi xidmətdə olduğu sərhəd məntəqələrindən yalnız X6 “Laza” sərhəd zastavası öz əksini tapmışdır. “Laza” sərhəd zastavasında həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin hesablanaraq ödənişi təmin ediləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya cavab olaraq ünvanladığı xx.xx.N0N0-ci il tarixli, 10/49 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, hərbi qulluqçulara yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli xx xxxxxx N00N-ci il tarixli qərarı ilə təsdiq edilmiş məntəqələrin siyahısında Qəbələ rayonunun “Laza” kəndi dəniz səviyyəsindən 1360 metr yüksəklikdə yerləşdiyindən həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə yerləşdiyindən həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi (vəzifə maaşının 10%-i) hesablanaraq qısa müddət ərzində ödənişi təmin ediləcəkdir. İşdə olan xx.xx.N0N0-ci il tarixli, N770 saylı xidməti məktubdan görünür ki, Nazirlər Kabinetinin xx xxxxxx N014-cü il tarixli, 399 nömrəli qərarında həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qeyd olunmuşdur. Sabiq hərbi qulluqçu İddiaçı xx.xx.N008-xx.xx.N009-cu il tarixlərində Laza sərhəd zastavasında xidmət etdiyi dövr üzrə N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş cədvəl əsasında 35N,59 manat Beynəlxalq Bankda adına açılmış AZ04İBAZ******************** nömrəli şəxsi hesabına xx.xx.N0N0-ci il tarixdə köçürülmüşdür. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.N017-ci il tarixədək Dövlət Sərhəd Qoşunlarında xidmət etmişdir. N003-cü il fevral ayından N008-ci ilin noyabr ayınadək N saylı hərbi hissənin 13-cü (Şin) sərhəd zastavasında xidmət etmiş, N008-ci ilin noyabr ayından N009-cu ilin oktyabr ayınadək isə 3-cü (Laza) sərhəd zastavasında xidmət etmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı həmin xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsini tələb edir. İddiaçı N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsində xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrilə təsdiq edilmiş yüksək dağlıq ərazidə yerləşən sərhəd məntəqələrinin siyahısında onun həqiqi hərbi xidmətdə olduğu sərhəd məntəqələrindən yalnız X6 “Laza” sərhəd zastavası öz əksini tapmışdır və “Laza” sərhəd zastavasında həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi hesablanaraq ödənişi təmin ediləcəkdir. İşdə olan sənədlərdən görünür ki, həmin sərhəd zastavasında xidmət etdiyi dövr üzrə N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş cədvəl əsasında 35N,59 manat iddiaçının “xxxx” ASC-də açılmış bank hesabına köçürülmüşdür. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının tələbi üzrə müraciətinin təmin edilməsindən 13-cü Şin sərhəd zastavasının Sərhəd Qoşunlarının komandanının xx.xx.N006-cı il tarilxi 11 nömrəli əmri ilə dəniz səviyyəsindən 1500 metr və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısında müəyyən edilmədiyi, həmin zastavanın xüsusi mürəkkəb şəraiti olan sərhəd məntəqələrinin siyahısında isə 13-cü (Şin) sərhəd zastavasının qeyd olunduğu əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin etirazının əsası kimi göstərdiyi dəlillərin əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, xüsusi mürəkkəb xidmət şəraiti olan, döyüş növbəsi (döyüş xidməti) növbətçiliyini yerinə yetirən, həmçinin möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən və uçuş işlərində olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün əlavə güzəştlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli, 041 saylı əmrinə əsasən müəyyən edilmişdir. Həmin əmr üzrə “Dövlət Sərhəd Xidmətinin xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin (miçmanların) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi Qaydaları”, (1 №-li əlavə olunur), dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısı (N №-li əlavə olunur), dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək və N000 metrdən artıq yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısı (3 №-li əlavə olunur) və xüsusi mürəkkəb xidmət şəraiti olan, döyüş növbəsi (döyüş xidməti) növbətçiliyini yerinə yetirən, həmçinin möhkəmləndirilmiş rayonlarda yerləşən sərhəd məntəqələrinin siyahısı təsdiq edilmişdir. (4 №-li əlavə olunur). İşdə olan Dövlət Sərhəd Xidməti rəisinin xx xxxxxx N0N0-ci il tarixli, 041 saylı əmrinə N nömrəli əlavədən görünür ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında Sərhəd Qoşunlarının 6-cı sərhəd dəstəsi üzrə 3-cü “Laza” sərhəd zastavası (1360 metr) müəyyən edilmişdir. İşdə olan Dövlət Sərhəd Xidməti rəisinin xx xxxxxx N0N0-ci il tarixli, 041 saylı əmrinə 4 nömrəli əlavədən görünür ki, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd bölmələrinin (komendantlıqlar, sərhəd zastavaları, məntəqələr) siyahısında Sərhəd Qoşunlarının 6-cı sərhəd dəstəsi (N saylı hərbi hissə) üzrə 3-cü “Laza” sərhəd zastavası və 13-cü “Şin” sərhəd zastavası müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının xidmət etdiyi 13-cü “Şin” sərhəd zastavası Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında müəyyən edilməmişdir. Həmin Sərhəd zastavası xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd bölmələrinin (komendantlıqlar, sərhəd zastavaları, məntəqələr) siyahısında müəyyən edilmişdir. 3-cü “Laza” sərhəd zastavası isə həm Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında, həm də xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd bölmələrinin (komendantlıqlar, sərhəd zastavaları, məntəqələr) siyahısında müəyyən edilmişdir. Lakin iddiaçı xidmət etdiyi “Şin” sərhəd zastavasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx N00N-ci il tarixli, 137 nömrəli qərarına N nömrəli əlavə üzrə müəyyən edilmiş siyahıda 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşdiyinə istinad edərək, ona yüksəkliyə görə pul əlavəsinin Nazirlər Kabinetinin qərarı əsas götürülməklə verilməli olmasını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx N00N-ci il tarixli, 137 nömrəli qərarına N nömrəli əlavə sərhəd zastavalarının yerləşmə hündürlüyünü deyil, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısını müəyyən edir. Buna görə də hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx N00N-ci il tarixli, 137 nömrəli qərarı deyil, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli, 041 saylı əmri tətbiq olunmalıdır. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 137 saylı, xx xxxxxx N00N-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyərinsən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1N00 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1, 1, 1500 metrdən N000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,N, N000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya 3-cü “Laza” sərhəd zastavasında xidmət etdiyi dövr üzrə N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş cədvəl əsasında 35N,59 manat yüksəkliyə görə pul əlavəsi ödənilmişdir. Sərhəd Qoşunlarının 13-cü “Şin” sərhəd zastavası yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısına aid edilmədiyindən, iddiaçının həmin sərhəd zastavasında xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin verilməsi tələbi əsassızdır. Məhkəmə həmçinin iddiaçının tələbini istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində də əsassız hesab edir. Belə ki, hərbi qulluqçuların xidmət müddətində məzuniyyətə buraxılmaları “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən tənzimlənir. Həmin Əsasnamənin 114-cü bəndində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara verilən məzuniyyətlərin siyahısında a) bəndi üzrə növbəti məzuniyyət və i) bəndi üzrə əlavə məzuniyyət göstərilmişdir. Həmin Əsasnamənin 115-ci bəndinə əsasən hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Həmin Əsasnamənin 136-cı bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə - hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) - hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. İddiaçı Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmətdə olmuşdur. Xidmətdə olduğu dövr ərzində növbəti məzuniyyətdən istifadə etmişdir. O, xidmətdə olduğu dövrdə istifadə etmədiyi əlavə məzuniyyətə görə kompensasiya ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Əsasnamənin tələblərinə əsasən əlavə məzuniyyətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa hərbi qulluqçulara verilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə biləcəyi göstərilmiş, imperativ norma kimi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçıya zabit kimi xidmət etdiyi dövrdə 15 təqvim günü müddətində əlavə məzuniyyət onun növbəti məzuniyyətlə birləşdirilməklə, xüsusi hallara dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən verilə bilərdi və işdə olan sənədlər əsasında iddiaçı barəsində həmin qərarın verilməsi müəyyən edilməmişdir. Həmçinin əlavə məzuniyyətin verilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci bəndinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Məhkəmə həmçinin qeyd edir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, lakin əlavə məzuniyyətə görə qanunvericilikdə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, aparılmış araşdırma nəticəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2455/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2455/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver