Məhkəmə qərarları › İş №2-1(112)-2455/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2455/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2455/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə (üçüncü şəxs Şamaxı Rayon Mərkəzi Xəstəxanası) qarşı “qiymətləndiriliyi 07.08.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İİ qrup əllillik təqaüdünün bərpası və kəsildiyi tarixdən aylıq əllillik təqaüdünün hesablanıb ödənilməs öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 10.08.2009-cu il tarixdən ikinci dərəcəli əlliliyə görə pensiya təyin edilib. Növbəti dəfə 28.04.2016-cı il tarixdə təkrar müayinə ilə ona yenidən ikinci dərəcəli əlillik təyin olunmuşdur. 5 ildən sonra səhhətinin daha da ağırlaşdığı bir vaxtda barəmdə təyin edilmiş növbəti müayinə ilə 36VGN90005 nömrəli bildirişlə əlillik qrupunun verilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. 07 avqust 2021-ci il tarixdə cavabdeh onun ərizəsilə əlaqədar imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, əlavə müayinəyə ehtiyac vardır. 2015-ci ildən bu günə qədər heç bir statsionar müalicələr almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür. Əlavə olaraq bildirir ki, 2015-ci ildən indiyə kimi fərqli dövrlərdə səhhətilə bağlı ölkədən kənarda və ölkə daxili sanatoriyalarda müalicə alıb. 03.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək Ə.D.Məlikov adına Binəqədi tibb mərkəzində ixtisaslaşmış müalicə alıb. Müalicəsi aşağıdakı istiqamətdə aparılmışdır: Belə ki, Səhiyyə Nazirliyinin Ə.D.Məlikov adına Tibb Mərkəzinin ambulator kitabçasından çıxarışda pasiyentin 31-60% diapazonunda, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları, bu xəstəliklərdən əziyyət çəkdiyi açıq aşkardır. Aşkar olunan əlamətlər sol orta beynin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri, sağ tərəfli spastik hemiparez, iflic, xroniki beyin işemiyası, insulindən asılı şəkərli diabet, Mərkəzi sinir sisteminin müvazinətin və hərəkətlərin koordinasiyasının pozulması ilə təzahür edən üzvi zədələnmələri (damar, ilihabi, posttravmatik, degenerativ və s.) tipli xəstəliklərdir. Bundan başqa yaşadığı ərazidə yerli həkimlərin sadalanan xəstəliklərin sağalması istiqamətində yazdığı müxtəlif dərman reseptləri tərəfimdən alınıb istifadə olunmuşdur.

3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia tələbinin “əlilliyin qiymətləndirildiyi 07 avqust 2021-ci il tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” kimi dəqiqləşdirilməsi təklif edilmişdir.

4. İddiaçı tərəfindən təqdim edilən ərizə əsasında məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı əsasında iddia tələbinin “əlilliyin qiymətləndirildiyi 07 avqust 2021-ci il tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi və 28.04.2021-ci il tarixdən aylar üzrə birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

5. Məhkəmə tərəfindən iddiaçıya yenidən hüquqi yardım göstərilmiş, məhkəmənin 28.01.2022-ci il tarixli qərardadı iddia tələbinin “əlilliyin qiymətləndirildiyi 07 avqust 2021-ci il tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının 10.08.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet -> Е10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ dərəcə. Şəkərli diabet İİ tip, insulintələbli. Diabetik polineyropatiya. Yerimə funksiyasının pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ dərəcə..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağsu Rayon Mərkəzi Xəstəxanasının 18.12.2012-ci il tarixli 0225003AADRH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ dərəcə. Şəkərli diabet İİ tip, insulin tələbli. Diabetik polineyropatiya. Yerimə funksiyasının pozulması; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağsu Rayon Mərkəzi Xəstəxanasının 26.04.2016-cı il tarixli 0225003AAECM saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ dərəcə. Şəkərli diabet İİ tip, insulintələbli. Diabetik polineyropatiya. Yerimə funksiyasının pozulması; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 06.08.2021-ci il tarixli 2574003AAN69 saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3- Beyin infarktının nəticələri; Diaqnozun mətni: İ69.3 Beyin infarktının nəticələri, sol oba hövzəsində keçirilmiş işemik insultun davamlıq qalıqları sağ tərəfli hemiparez motor afaziya. Ağırlaşma R47.0 Disfaziya və afaziya, motor afaziya. Ağırlaşma E10.3 İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə., diabetik retinopatiya panretinal lazerkoaqulyasiyadan sonrakı vəziyyət VİZUS QH=0.4 k\et. Ağırlaşma G81.1 Spastik hemiplegiya, sağ tərəfli hemiparez. Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ dərəcə çox yüksək əlavə risk ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2015-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicələr almamışdır, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülürr” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin eyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər • abinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin : ymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsiQaydası”nın 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin tirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdınlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

7. Hazırki iş üzrə məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb olunmuş, Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış 25.01.2021-ci il tarixli məktubla bildirilmişdir ki, vətəndaş Ağsu rayonu, Gəgəli kəndi sakini İddiaçı barəsində Şamaxı RMX-sı PHŞ-nin rəhbərliyi tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, vətəndaş İddiaçı Şamaxı rayon mərkəzi xəstəxanasının Həkim Məsləhət komissiyasına əlilliyin qiymətləndirilməsi üçün müraciət etmiş, Həkim Məsləhət komissiyasından keçmiş və 06.08.2021-ci il tarixində sənədləri baxılması üçün Tibbi Sosial Ekspert Komisiyasının reyestrinə işlənilmişdir. Tibbi Sosial Ekspert Komisiyası tərəfindən 07.08.2021-ci il tarixində vətəndaşın sənədlərinə baxılmış və 08.08.2021-ci il tarixində Tibbi Sosial Ekspert Komisiyası tərəfindən əlavə müalicəyə ehtiyacın olması, 2015-ci ildən sonra bu günə qədər heç bir stasionar müalicələr almaması, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhəti görülərək əlliliyin təyinatından imtina etmişdir. Vətəndaş İddiaçı daha sonra 2021-ci ilin oktyabr ayında stasionar müalicə aldığını bildirərək Şamaxı rayon mərkəzi xəstəxanasının Həkim Məsləhət komissiyasına yenidən müraciət etmiş və sənədlərin təqdim etmişdir. Şamaxı rayon mərkəzi xəstəxanasının Həkim Məsləhət komissiyası öz növbəsində vətəndaşdan sənədləri qəbul edərək 22.10.2021-ci il tarixində yenidən baxılması üçün Tibbi Sosial Ekspert Komissiyasının reyestrinə işlənilmişdir. Tibbi Sosial Ekspert Komissiyası 02.11.2021-ci il tarixində vətəndaş İddiaçı 2-ci qurup əlillik təyin etmişdir. Əlavə olaraq qeyd edilir ki, 2021-ci ilin may ayına qədər Şamaxı rayon mərkəzi xəstəxanasının Həkim Məsləhət komissiyası regional olmadığı üçün və Ağsu rayon vətəndaşları bu tarixə qədər Ağsu rayon mərkəzi xəstəxanasında yerləşən Həkim Məsləhət Komissiyasına müraciət etdikləri üçün əvvəllər vətəndaş İddiaçı hansı əsaslarla əlillik alması və əlillik təyinatının hansı səbəbdən dayandırılması barədə Şamaxı rayon mərkəzi xəstəxanasında heç bir məlumat yoxdur. Şamaxı RMX-sı PHŞ-nin rəhbərliyi olaraq bildirilmişdir ki, Şamaxı RMX-sı PHŞ-nin Şamaxı Müalicə və Diaqnostika mərkəzi ilə birləşmə ərəfəsində olduğunu və ilin əvvəli olması səbəbi ilə iş yükünün cox olmasını nəzərə alaraq icraatnızda olan hazırki inzibati işə Şamaxı RMX-sı PHŞ-nin iştirakı olmadan baxılmasını xahiş edilir.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona artıq 02.11.2021-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilib, lakin o hesab edir ki, əlilliyi məhz qiymətləndirildiyi 07.08.2021-ci il tarixdən təyin edilməlidir.

9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

12. İddiaçı qiymətləndirildiyi 07.08.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. Məhkəmə araşdırmasının gedişində iddiaçının xeyrinə inzibati akt qəbul edilmiş (02.11.2021-ci il tarixdə İİ dərəcə əlillik təyin edilmişdir), iddiaçı əlilliyin 07.08.2021-ci il tarixdən təyin edilməsini, bununla əlaqədar həmin inzibati aktın dəyişdirilməsini tələb edir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.

13. Odur ki, hazırki iddia mübahisələndirməyə dair iddiadır.

14. İddia prosessual qanunvericiliyə müvafiq dəyişikliyin qüvvəyə mindiyi 01.10.2021-ci il tarixə qədər təqdim edildiyindən Bakı İnzibati Məhkəməsi işə baxmağa səlahiyyətli məhkəmədir.

15. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

18. İddiaçı 21.02.2005-ci il tarixdən tibbi nəzarətə götürülmüşdür. İddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik keçirilmiş sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ dərəcə. Şəkərli diabet İİ tip, insulin tələbi. Diabetik polineyropatiya. Yerimə funksiyasının pozulması diaqnozu ilə 10.08.2009-cu il tarixdə təyin edilmişdir. Eyni diaqnozla iddiaçıya 28.04.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti müddətə əlilliyin təyin olunması üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 06.08.2021-ci il tarixdə 2547003AAN69 nömrəli Forma 88 verilmişdir.

19. Şamaxı Rayon Mərxəzi Xəstəxanasının tərəfindən verilmiş forma 88 arayışına əsasən (№2547003AAN69; göndərişin tarixi: 06.08.2021-ci il) əsas diaqnoz: İ69.3 Beyin infarktının nəticələri, sol oba hövzəsində keçirilmiş işemik insultun davamlıq qalıqları sağ tərəfli hemiparez motor afaziya Ağırlaşma R47.0 Disfaziya və afaziya, motor afaziya Ağırlaşma E10.3 İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə., diabetik retinopatiya panretinal lazerkoaqulyasiyadan sonrakı vəziyyət VİZUS OH =0.4 k\et Ağırlaşma G81.1 Spastik hemiplegiya, sağ tərəfli hemiparez Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ dərəcə çox yüksək əlavə risk ilə

20. İddiaçı qeyd edilən diaqnozla cavabdeh qurum tərəfindən 07.08.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2015-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicələr almamışdır, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülməsi əsası ilə növbəti müddətə İİ dərəcə əlilliyin təyinatından imtina edilmişdir.

21. Altsistemdən çıxarışa əsasən, Şamaxı Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən 23.10.2021-ci il tarixdə verilmiş 2574003AARF2 nömrəli forma 88 arayışına əsasən iddiaçıya 02.11.2021-ci il tarixdə “Beyin infarktının nəticələri, sol oba hövzəsində keçirilmiş işemik insultun davamlıq qalıqları sağ tərəfli hemiparez motor afaziya Spastik hemiplegiya, sağ tərəfli hemiparez və pscvdobulbar iflic Özünə xidmət zamanı köməyə ehtiyac. Disfaziya və afaziya, motor afaziya İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə. diabetik retinopatiya panretinal lazerkoaqulyasiyadan sonrakı vəziyyət VİZUS OH=-0.4 k\ct [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ dərəcə çox yüksək əlavə risk ilə” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

23. Məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən 06.08.2021-ci il tarixli Forma 88 arayış №2547003AAN69 ilə müəyyən edilir ki: -2015-ci il tarixdən sonra 2021-ci ildə Bakı "xxxx" MMC-də (Avrasiya klinikası) (01.06.2021-ci il tarixdə), Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında (13.07.2021-ci il tarixdə) stasionar müalicələr almışdır. - 06.08.2021-ci il tarixdə forma 88-də göstərilən diaqnozlarla kardioloq, endokrinoloq (E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma insulin tələbi diaqnozuna əsasən), oftalmoloq (E10.3 İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə, diabetik retınopatıya panretınal lazerkoaqulyasıyadan sonrakı vəziyyət VİZUS OH=0.4 k\et) və nevropotoloq (İ.69.3 Beyin infarktının nəticələri, sol oba hövzəsində keçirilmiş işemik insultun davamlıq qalıqları sağ tərəfli hemiparez motor afaziya) tərəfindən müayinələrdən keçmişdir. -status localis qrafasına əsasən özünü necə illərdir ki, xəstə hesab edir xəstəlik yüksək a\t başlayıb və xəstə daima müalicə aksada effekt olmayıb xəstə 10il bundan qabaq işemik insult keçirib və müalicədərə baxmayarq xəstədə sağ ətraflarında zəiflik yerişin pozulması nitqin cətinləşməsi qalıb o zamandan İİ qrup əlilidir xəstə axrıncı dəfə 13.07.2021 RKX müayinə olunub və VİOLA MMMC 01.06.2021 MRT aparılıb st nevr: göz almalrının hərəkəti məhduddur sağ burun- dodaq büküşü hamarlaşıb dili orta xətdə sağtərəfli hemiparez hemihiperesteziya motor afaziya qeyd olunur xəstənin yaddaşı tamamilə pozulub.

24. Məhkəmə qeyd edir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən 23.10.2021-ci il tarixdə verilmiş 2574003AARF2 nömrəli Forma 88 arayış (həmin arayış əsasında 02.11.2021-ci il tarixdə iddiaçıya İİ dərəcə əlillik təyin edilmişdir) məzmunu və mahiyyəti baxımından Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən daha əvvəl 06.08.2021-ci il tarixdə verilmiş 2547003AAN69 nömrəli göndərişdən (Forma 88) (həmin göndəriş əsasında əlilliyin təyin olunmasından yuxarıda göndərilən əsaslarla imtina edilmişdir) fərqlənmir.

25. Beləliklə, məhkəmə qeyd edir ki, 06.08.2021-ci il tarixli Forma 88 arayışına (№2547003AAN69) XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəlik göstərilməsinə (İ.69.3 Beyin infarktının nəticələri, sol oba hövzəsində keçirilmiş işemik insultun davamlıq qalıqları sağ tərəfli hemiparez motor afaziyanın ağırlaşmasının nəticəsi olaraq ağırlaşması E10.3 İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə, diabetik retınopatıya panretınal lazerkoaqulyasıyadan sonrakı vəziyyət VİZUS OH=0.4 k\et) və həmin xəstəlikdən uzun müddət əziyyət çəkməsinə və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, qanda şəkərin müayinəsi) təsdiq olunmasına baxmayaraq, iddiaçının 07.08.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdən əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 07.08.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 07.08.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar