Məhkəmə qərarları › İş №2-1(112)-2456/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2456/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2456/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrlə ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrinə əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək 17 fevral 2000-ci il tarixli, 06 saylı sərəncamla ona ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi xahiş etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədlərlə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müraciət edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinə Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrlə ona ayrılmış 0,10 ha torpaq sahəsinin texniki kadastr sənədinin verilməsinə dair müraciət etmiş, müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin olmaması səbəbindən imtian edilmişdir. İddiaçı cavabdehə müraciət edərək Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrlə ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb ona verilməsini xahiş etmişdir. Cavabdehin 20 iyul 2024-cü il tarixli cavab məktubu məktubu ilə Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları,baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatlarının onlara təhvil verilmədiyindən torpaq sahəsinə cizginin verilməsinin mümkün olmamasını bildirərək imtina etmişlər. Cavabdehin imtinası onun hüquqlarını pozduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edilir ki, imtinamız əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 16 may 2024-cü il tarixli məktubu ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 933 saylı Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X3 06 saylı 17 fevral 2000-ci il tarixli əmrinin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X3 06 saylı 17 fevral 2000-ci il tarixli əmrinə əsasən İddiaçı fərdi ev tikmək üçün Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X3 06 saylı 17 fevral 2000-ci il tarixli əmrindən çıxarışa Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 №li qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,1 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0,0823 ha təşkil edir. Torpaq sahəsinin bir hissəsi qonşu istifadə etmək üçün keçidə verilib. 11,5 metr məsafədən çirkab sular axan kanal (arx) keçir, torpaq sahəsinin yerləşməsinə idarənin aidiyyatı şöbələrində baxılması məqsədəuyğun olardı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubuna əsasən bildirilmişdir ki, Abşeron rayon, S.Əliyev adına südçülük-maldarlıq sovxozu ünvanında yerləşən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydə alınması “ Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri” X6 səlahiyyəti xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, X4 ərazisində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar ediməmişdir. Daşınmaz əmlakın dövlət kadastrı və reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2869/2025 nömrəli məktubu ilə verilmiş mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Vahid elektron baza məlumatlarına əsasən sahə keçmiş S.Əliyev adına Südçülük Maldarlıq və Damazlıq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.Həmçinin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Az Gerneft MM) sahənin bir hissəsi yüksək gərginlikli (6kVt-lıq) elektrik xəttinin mühafizə zonasında yerləşir. Bunda əlavə torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədlə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyi bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin 12 mart 2024-cü il tarixli məktubu ilə Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X7 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı 17 fevral 2000-ci il tarixli əmrinin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına və mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0,0823 ha təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində iddiaçının istifadəsində olan sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia iddiaçının həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı deyil. Ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlıdır. Bu səbəbdən torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi hazırkı iddianın təmin edilməsi üçün maneə ola bilməz. Göründüyü kimi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Bu səbəbdən iddia qismən təmin edilməli, Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri ilə iddiaçıya ayrılmış 0,0823 hektar torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrinə əsasən İddiaçı o]luna fərdi evin tikintisi üçün ayrılmış 0,0823 hektar torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar