Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2457/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Təhsildə Keyfiyyət Təminatı Agentliyinə üçüncü şəxs - Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşı “diplomun üzrə ixtisasın tanınmasıvə ekvivalentlikl şəhadətnaməsinin verilməsi” tələbinə dair iş üzrə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyası Maxaçqala “Maliyyə yə Hüquq İnstitutu”nun 16 iyul 2018-cı il tarixli iddiaçının adına 2018-cı ildə verilmiş qeydiyyat dərəcəsi 30.03.01 Bakalavr və 130505 ******* nömrəli diplomu üzrə “İqtisadiyyat” ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2457/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən “Maliyyə və hüquq institutu” tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə xx.xx.2018-ci il tarixdə 130505 ******* nömrəli bakalavr diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2457/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını və ərizəyə məhkəmə iclasından kənar qaydada baxılmasınə xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “Rusiya Federasiyası Maxaçqala “Maliyyə yə Hüquq İnstitutu”nun 16 iyul 2018-cı il tarixli iddiaçının adına 2018cı ildə verilmiş qeydiyyat dərəcəsi 30.03.01 Bakalavr və 130505 ******* nömrəli diplomu üzrə “İqtisadiyyat” ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və İPM-in 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “Rusiya Federasiyası Maxaçqala “Maliyyə yə Hüquq İnstitutu”nun 16 iyul 2018cı il tarixli iddiaçının adına 2018-cı ildə verilmiş qeydiyyat dərəcəsi 30.03.01 Bakalavr və 130505 ******* nömrəli diplomu üzrə “İqtisadiyyat” ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(112)-2457/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2457/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver