Məhkəmə qərarları › İş №2-1(112)-2459/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2459/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2459/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvanı: Göyçay şəhəri, Atatürk küçəsi 28) cavabdehin nümayəndəsi X2 (ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, Hüquq şöbəsi, baş mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına üçüncü şəxs - "xxxx" ASC qarşı “xəstəlik vərəqi üzrə hesablanmış vəsaitin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs "xxxx" ASC) İddiaçı 06.06.2020-ci il tarixli SN0006 797115 xəstəlik vərəqi üzrə hesablanmış 1524.48 (bir min beş yüz iyirmi dörd manat 48 qəpik ) manat vəsaitin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 26.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 08.02.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 07.01.2020-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı baş ofisin regional icra mütəxəssiz vəzifəsini icra edirdi. Aylıq əmək haqqı 1.022 manat təşkil edirdi. 06.07.2020-ci il tarixdə onunla cavabdeh arasında bağlanmış 07.01.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. 15.05.2021-ci il tarixdə əməliyat olunmuş və bununla bağlı **********9 nömrəli xəstəlik vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqəsində işdən azad olunduğu tarixin başlanğıcı 15.05.2020-cil il sonu isə 06.06.2020-ci il göstərilib. "xxxx"MMC həmin vərəqəni qəbul etdikdən sonra, qanunveriliciyə uyğun olaraq 14 təqvim gününün müavinatı ona ödəmişdir, 14 təqvim günündən sonrakı dövrə düşən məbləğ DSMF tərəfindən ödənilmişdir. 05.06.2020-ci il tarixdə Bakı şəhəri, Qaracuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yolda gedən zaman ayağı burxulub yıxılmışdır sol ayağının baldır hissəsi əzilmişdir. Hadisə iş vaxtı baş verməmişdir. Bununla bağlı olaraq cavabdeh Azkredit MMC-də izahatda vermişdir. 08.06.2020-ci il tarixdə 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinə müraciət etmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən ona əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. Belə ki, həmin vərəqədə açıq-aydın 08.06.2020-ci il tarixdən 06.07.2020-ci il tarixinə kimi onun əmək qabiliyyətinin olmamasını təsdiq edir. Buna görə iddiaçı həm cavabdeh Azkredit MMC və digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan 28 təqvim iş günü üçün hesablanmış müavinətin ona ödənilməsini xahiş etmişdir. 14 aydan artıq vaxtın keçməsinə baxmayaraq cavabdehlər tərəfindən heç bir müavinat ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə bununla bağlı rəsmi qaydada şikayət ərizə ilə müraciət etmişdir, onlar isə onun məsələsinin araşdırılmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini tabelində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəzi Filialına göndərmişdir. Lakin onlarda əsassız olaraq müavinatı ödəməkdən imtina etmişlər. Faktiki olaraq həm cavabdeh Azkredit MMC və digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi onun hüquqlarını kobud surətdə pozmaqla süründürməçiliyə yol verərək, qanunvericiliyin tələblərinə əsasən ödənilməli olan əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan müddətlər üçün müavinatı ödənilməli olduqları halda, ödənişi etməkdən yayınmaqla ödəmək niyyətində deyillər. 15.11.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2020 -ci il ilin iyun 08-dən iyulun 06 -dək əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən, müalicə olunduğu dövrdə ümümilikdə 28 gün muavinatın ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsi tərəfindən 04.03.2021-ci il tarixli 2(005)-731/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəzi Filialından 1524.48 manat onun xeyrinə ödənilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2(103)-7119/2021saylı qərardadına əsasən Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-731/2021 saylı qətnaməsini ləvg etmişdir, həmin iş ümumi məhkəmədə baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iddialara baxılması inzibati məhkəmələrin səlahiyyətinə aid olduğu izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırmışdır ki, sığortaedən "xxxx" ASC (VÖEN: **********) tərəfindən İddiaçı “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətin ödənilməsi ilə bağlı elektron qaydada göndərilmiş SN 00006 seriyalı 842779 nömrəli xəstəlik vərəqəsi üzrə 15.05.2020-05.06.2020-ci ilə aid dövrləri əhatə edən haqq-hesab cədvəli 2020-ci ilin 13 iyul tarixində qeyd edilmiş rekvizitlər üzrə ödənişə göndərilmiş, 14 təqvim gününə düşən 577,32 manat "xxxx" ASC tərəfindən (Qeyd: İddiaçı əmək müqaviləsinə 06.07.2020-ci il tarixdə xitam verilmişdir. İşçinin 27.01.2020-ci il tarixli ərizəsinə əsasən vergi və avans məbləği çıxıldıqda sonra 376,31 manat), 14 təqvim günündən sonrakı dövrə düşən 494,84 manat isə Filial tərəfindən ödənilmişdir. X1 sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş sığortaolunan İddiaçı aid SN 00006 seriyalı 797115 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə 08.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixinədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************93944, ********************39119 nömrəli haqq-hesab cədvəlləri Fonda göndərilmiş, (daxilolma tarixi: 22.07.2020-ci il, geri qaytarılma tarixi: 23.07.2020-ci il; daxilolma tarixi: 25.08.2020-ci il, geri qaytarılma tarixi: 25.08.2020-ci il) lakin aşağıdakı səbəblər qeyd edilməklə geri qaytarılmışdır: 1. xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün üçün hesablanmış müavinət sığortaedən tərəfindən ödənilməlidir; 2. zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməlidir. Birinci səbəb ilə əlaqədar bildirilir ki, SN 00006 seriyalı 842779 nömrəli və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqələrindən aydın olur ki, ilk xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr 15.05.2020-ci il tarixindən 05.06.2020-ci il tarixi, növbəti xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr isə 08.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixləri əhatə edir və xəstəlik vərəqəsi davamlı deyil, fasilə verilərək tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 may 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” Qaydasının 11-ci bəndinə əsasən əmək qabiliyyəti olmamaq vərəqəsinin “işə başlamalı” qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müayinədən sonrakı günün tarixi ilə qeyd olunur.Əmək qabiliyyətinin itirilməsi davamlı olduğu halda “davamı” ifadəsinin altından xətt çəkilir və yeni vərəqənin tarixi və nömrəsi qeyd olunur. Yeni vərəqədə N°-li vərəqənin davamı” qeyd olunur. Sığortaedən tərəfindən X1 sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsində “davamı” ifadəsinin altından xətt çəkilməmiş, “ilk dəfə” ifadəsinin altından xətt çəkilmiş və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsinin SN 00006 seriyalı 842779 nömrəli vərəqənin davamı olması qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (Bundan sonra - Əsasnamə) 6-cı bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Həmin Qərarın 34-cü bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin «davamını» verir. Birinci xəstəlik vərəqəsində isə «işə başlamalı» qrafasında xəstəlik vərəqəsinin «davamını» verməsi haqqında qeyd edir. Digər səbəb ilə əlaqədar bildirilir ki, sığortaedən tərəfindən zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməmişdir. Əsasnamənin 114-2-ci bəndinə əsasən araşdırma zamanı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələrinin sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır. Əsasnamənin 107-ci bəndinə əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Təhqiqat aktı barədə məlumat istənilməsinə baxmayaraq "xxxx" ASC həkim tərəfindən tərtib edilən arayışı haqq hesab cədvəlinə əlavə etmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı iddia ərizəsində cavabdeh qismində Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının qoyulmasını əsassız hesab edirlər. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən,sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Buradan aydın olur ki, sığortaçı (Filial) ilə yarana biləcək məhkəmə mübahisəsinin tərəfi yalnız sığortaedən (işəgötürən) ola bilər. Göründüyü kimi, mübahisədə cavabdeh tərəfdə sığortaedən hesab olunmalıdır. Bu səbəblərə əsasən, iş üzrə cavabdeh qismində Filialın cəlb edilməsini qanunamüvafiq hesab etmirik. Əsasnamənin 119-cu bəndində nəzərdə tutulub ki, “Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.” Qanunvericiliyin müddəasından da aydın olur ki, haqq-hesab cədvəlinin qanunauyğun (nəzərdə tutulmuş tələblərə cavab verən) formada göndərilməsinə müəssisə rəhbərliyi və mühasibi cavabdehdir. Yuxarıda qeyd olunan səbəblər aradan qaldırıldıqdan və haqq-hesab cədvəlləri sığortaedən tərəfindən X1 sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə müvafiq düzəlişlər edilib daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək 05.10.2020-ci il tarixli məktubla bildirmişdir: “Məlumat üçün bildiririk ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC (SUN: **********3; VÖEN; **********) tərəfindən daxil olmuş, sığortanlunan X3 aid (SSN: **********490) 08.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************93944, ********************39119 nömrəli haqqhesab cədvəlləri Fonda göndərilmiş (daxilolma tarixi 22.07.2020-ci il, geri qaytarılma tarixi 23.07.2020-ci il; daxilolma tarixi 25.08.2020-ci il, geri qaytarılma tarixi 25.08.2020-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənln vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: -xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün müəssisə tərəfindən ödənilməlidir; -zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməlidir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 6-cı maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra haqq-hesab cədvəlləri sığortaedən tərəfindən “X1 Sistemi”nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı” alt-sisteminə müvafiq düzəlişlər edilib daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır. Nəzərə almağınızı xahiş edirik.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmur. Belə ki, iş materiallarından görünür ki, ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 07.01.2020-ci il tarixdən 06.07.2020-ci il tarixədək "xxxx" MMC-də baş ofisin regional icra mütəxəssisi vəzifəsində işləmişdir. İş materiallarında olan İddiaçı 07.09.2020-ci il tarixli izahatının surətindən görünür ki, yazıb bildirir ki, 05.06.2020-ci il tarixdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yol gedərkən ayağı burxulub yıxılıb, sol ayağının baldır hissəsi əzilmişdir. Hadisə iş vaxtı baş verməyib, izahatı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan SN 00006 Seriyalı, 842779 nömrəli Əmək qabiliyyətinin olmamasına vərəqənin surətindən görünür ki, xarici burun deformasiyası diaqnozu ilə 15 may 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı 07 iyun 2020-ci il tarixi. İş materiallarında olan SN 00006 Seriyalı, 797115 nömrəli Əmək qabiliyyətinin olmamasına vərəqəsinin surətindən görünür ki, sol baldır ayağının əzilməsi, hemartroz diaqnozu ilə 08 iyun 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı 06 iyul 2020-ci il tarixi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 20.08.2020-ci il tarixli arayışının surətindən görünür ki, verilir ünvan 2 ünvanında yaşayan 1983-cü il təvəllüdlü İddiaçı onda ötrü ki, o deməsinə görə üç gün əvvəl yolda gedərkən ayağı burxulub zədə alıb. 08.06.2020 tarixdə 15 saylı BŞX-na poliklinika şöbəsinə müraciət etmiş, rentgen müayinəsi olunmuş, sol baldır ayaq oynağının əzilməsi, hemoartroz diaqnozu qoyulmuşdur. Xəstənin bu diaqnozla ambulator müalicəsi davam etdirilmişdir. İş materiallarında olan BOKT “Azkredit" MMC-nin 07.09.2020-ci il tarixli aktının surətinin görünür ki, İddiaçı 05.06.2020-ci il tarixində xəstəlik məzuniyyətində olmuşdur.İddiaçı 07.09.2020-ci il tarixli izahatı və 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının təqdim etdiyi arayışa əsasən o 05.06.2020-ci il tarixində ayağından zədə almışdır. Həmin hadisə olan gün İddiaçı işdə olmamışdır və hadisə iş zamanı baş verməmişdir. İş materiallarında olan 10.06.2020-ci il tarixli "xxxx" MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 7 nömrəli protokolundan görünür ki, İddiaçı **********9 nömrəli xəstəlik vərəqəsinə əsasən 15.05.2020-ci il tarixdən başlayaraq 06.06.2020-ci il tarixədək xarici burunun deformasiyası diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə hesabından 577.32 manat, DSMF hesabından 494,84 manat olmaqla cəmi 1072,16 manat müavinət ödənilmişdir. İş materiallarında olan 20.07.2020-ci il tarixli "xxxx" MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 8 nömrəli protokolundan görünür ki, İddiaçı 00006 797115 nömrəli xəstəlik vərəqəsinə əsasən 08.06.2020-ci il tarixdən başlayaraq 05.07.2020-ci il tarixədək sol baldır ayağının əzilməsi hemartroz diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə DSMF hesabından 1524,48 manat olmaqla cəmi 1524,48 manat müavinətin ödənilməsi təyin edilmişdir. İş materiallarında olan Haqq-hesab cədvəllərinə baxışın elektron qaydada əldə edilmiş surətindən görünür ki, xəstəlik vərəqinin seriya və nömrəsi SN 00006 797115, xəstəlik vərəqinin verilmə tarixi 08.06.2020-ci il, əmək qabiliyyətinin itirilməsinin son tarixi 05.07.2020-ci il, 14 təqvim gününə düşən hesablanmış məbləğ 0.00 manat, 14 təqvim günündən sonrakı dövrə düşən hesablanmış məbləğ 1524,48 manat. Ödəniləcək müavinətin məbləği 1524,48 manat. Məhkəmə qeyd edir ki, SN 00006 seriyalı 842779 nömrəli və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqələrindən aydın olur ki, ilk xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr 15.05.2020-ci il tarixindən 05.06.2020- ci il tarixi, növbəti xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr isə 08.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixləri əhatə edir və xəstəlik vərəqəsi davamlı deyil, fasilə verilərək tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 may 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” Qaydasının 11-ci bəndinə əsasən əmək qabiliyyəti olmamaq vərəqəsinin “işə başlamalı” qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müayinədən sonrakı günün tarixi ilə qeyd olunur. Əmək qabiliyyətinin itirilməsi davamlı olduğu halda “davamı” ifadəsinin altından xətt çəkilir və yeni vərəqənin tarixi və nömrəsi qeyd olunur. Yeni vərəqədə “ N°-li vərəqənin davamı” qeyd olunur. Sığortaedən tərəfindən X1 sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsində “davamı” ifadəsinin altından xətt çəkilməmiş, “ilk dəfə” ifadəsinin altından xətt çəkilmiş və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsinin SN 00006 seriyalı 842779 nömrəli vərəqənin davamı olması qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (Bundan sonra - Əsasnamə) 6-cı bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Həmin Qərarın 34-cü bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin «davamını» verir. Birinci xəstəlik vərəqəsində isə «işə başlamalı» qrafasında xəstəlik vərəqəsinin «davamını» verməsi haqqında qeyd edir. Həmçinin, məhkəmə qeyd edir ki, sığortaedən tərəfindən zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməmişdir. Belə ki, Əsasnamənin 114-2-ci bəndinə əsasən araşdırma zamanı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələrinin sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır. Əsasnamənin 107-ci bəndinə əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Cavabdeh inzibati orqan tərəfindən təhqiqat aktı barədə məlumat istənilməsinə baxmayaraq "xxxx" ASC həkim tərəfindən tərtib edilən arayışı haqq hesab cədvəlinə əlavə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, bu Əsasnamə "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Beləliklə, məhkəmənin qənaətinə görə SN 00006 seriyalı 842779 nömrəli və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqələrinə əsasən ilk xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr 15.05.2020-ci il tarixindən 05.06.2020-ci il tarixi, növbəti xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr isə 08.06.2020-ci il tarixdən 05.07.2020-ci il tarixləri əhatə etdiyindən, yəni xəstəlik vərəqəsi davamlı olmadığından, yəni xəstəliyi fasiləli olduğundan, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs "xxxx" ASC) İddiaçı 06.06.2020-ci il tarixli SN0006 797115 xəstəlik vərəqi üzrə hesablanmış 1524.48 (bir min beş yüz iyirmi dörd manat 48 qəpik ) manat vəsaitin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar