Məhkəmə qərarları › İş №2-1(112)-2460/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2460/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2460/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X2 8 yaşınadək tərbiyə etmiş anası İddiaçı yaşa görə müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 30 iyul 1987-ci il təvəllüdlü övladı X5 uşaqlıqdan əlil olmuş, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Uşaq anadan olandan vəfat edənədək onu tərbiyə edib ona qulluq etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə müavinət təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə ilk dəfə xx.xx.2023-cü il tarixli imtina məktubundan yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını istəmiş, daha sonra isə həmin arayışı alıb təkrar müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və əlilliyin müəyyin edilməsi haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarış təqdim olunmalıdır. İddia ərizəsinə əlavə olunan övladı mərhum X1 əlillik vəsiqəsindən görünür ki, o, uşaqlıqdan İİ qrup əlil olmuşdur. Göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Xəzər RİH Başçısının Mərdəkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 iyul 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1987ci il təvəllüdlü əlil övladı X2 8 yaşınadək tərbiyə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə müavinətin təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Qeyd olunan ərizəyə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-4/123909/2023 nömrəli zəruri sənədlərin təqdim edilməsi haqqında məktubla cavab verilmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə xx.xx.2023-cü il tarixdə yenidən cavabdehə müraciət etmişdir. Sözügedən ərizəyə xx.xx.2023-cü il 3-17-1/2-M- 188343/2023 nömrəli zəruri sənədlərin təqdim edilməsi haqqında məktubla cavab verilmişdir. Əlavə olaraq sözügedən məktubla iddiaçıya mərhum X3 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışını və onun əlilliyinin müəyyən edilməsi haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarışı təqdim etməklə təkrar müraciəti əsasında onun güzəştli qaydada yaşa görə sosial müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. İddiaçı mərhum oğlu X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Cavabdeh tərəfindən mərhum M.Məmmədovun əlilliyinin müəyyən edilməsi haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarışın əldə edilməsi məqsədilə sorğu ünvanlanmışdır. Müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki, “Əlillik” altsistemində və Tibbi-Sosial Ekspert Komissiyasının arxiv sənədlərində M.Məmmədovun ilkin əlillik təyinatına dair məlumat aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında mərhum oğluna qulluq etdiyi üçün sosial ödəniş aldığını iddia etmişdir. Cavabdeh tərəfindən bu hal araşdırılmış, aidiyyəti üzrə sorğu ünvanlanmış və sorğuya cavab olaraq İddiaçı hər hansı sosial ödənişin təyin edilmədiyi və ödənilmədiyi bildirilmişdir. Odur ki, İddiaçı mərhum oğlu M.Məmmədova qulluq etməsi sübuta yetirilmədiyindən, cavabdehin imtinası qanuni olmuşdur. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, həmçinin bildirdi ki, iddiaçının övladına 8 yaşınadək qulluq etməsi faktı təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş icra hakimiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı mötəbər hesab edilə bilməz. Ali Məhkəmənin qərarlarında əks olunmuş mövqeyə əsasən həmin sənəd dövlət sosial müdafiə fondunun nümayəndələrinin iştirakı ilə uşağın sağlığında akt formasında tərtib edilməli idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. XX-ЖГ seriyalı, 329200 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Atası – X6, anası – X7r. 22 avqust 2005-ci il tarixli 189949 nömrəli vəsiqədən görünür ki, X4 xx.xx.2004-cü il tarixdən uşaqlıqdan ömürlük ikinci dərəcə əllik təyin edilmişdir. AZ-İ seriyalı, 488253 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2011ci ildə ölmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli iddiaçının müraciətləriə cavab məktublarında zəruri sənədlər təqdim edildikdən sonra onun güzəştli qaydada yaşa görə sosial müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 559 nömrəli, 03 iyul 2023-cü il tarixli arayışına əsasən iddiaçı həqiqətən Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 68 ünvanında ailə üzvləri X6 (yoldaşı), X8 (oğlu), X5 ( xx.xx.2011-ci il tarixdə vəfat etmişdir) olmaqla qeydiyyatdadır; övladlarını 8 yaşınadək tərbiyə etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mərhum X4 xx.xx.2007-ci il tarixindən əlilliyə görə sosial müavinət təyin edilmiş və vəfatı ilə əlaqədar xx.xx.2011-ci il tarixində sosial müavinətin ödənişi dayandırılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona yaşa görə müavinətin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir (1.0.1.). Yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir (7.0.2). Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (1.0.2). “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası (4.1. ). Müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib (7). Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (8.2). Qanunvericiliyin qeyd edilən normalarından görünür ki, şəxs ona pensiya təyin edilməsi üçün zəruri olan yaş həddinə çatdıqda, əlilliyinə görə əmək qabiliyyətini itirdikdə və ya ailə başçısını itirdikdə ona pensiya qanunvericiliyinə uyğun şərtlər daxilində əmək pensiuyası təyin edilə bilər. Şəxsə pensiya qanunvericiliyinə əsasən pensiya təyin edilməsi üçün zəruri şərtlər ödənilmədikdə isə ona qeyd olunan əsaslara görə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət təyin edilə bilər. “Əmək pensiyaları haqqında"8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə qanunun qeyd edilən müddəalarına əsasən əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş şəxslərin güzəştli şərtlərlə pensiya hüququ vardır. Lakin, bunun üçün həmin şəxsin pensiya qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə cavab verməsi zəruridir. Lakin, belə şərtlər ödənilmədikdə bu həmin şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət təyin edilməsi üçün əsasdır. İşdən göründüyü kimi iddiaçının övladı X5 xx.xx.1987-ci ildə anadan olmuşdur. Ona xx.xx.2005-ci ildə uşaqlıqdan ikinci dərəcəli əlillik təyin edilmişdir. X5 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 559 nömrəli, 03 iyul 2023-cü il tarixli arayışında iddiaçının Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 68 ünvanında ailə üzvləri ilə, o cümlədən X5 ilə onun vəfat etdiyi tarixədək yaşadığı və övladlarını 8 yaşınadək tərbiyə etdiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia qismən təmin edilməli iddiaçıya xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X2 8 yaşınadək tərbiyə etdiyinə görə müavinətin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1987-ci il təvəllüdlü əlil övladı X2 8 yaşınadək tərbiyə etdiyinə görə müavinətin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar