Məhkəmə qərarları › İş №2-1(112)-2461/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2461/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2461/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (bacısı) X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 05.06.2017ci il tarixli 156 saylı Sərəncamının ləğv edilməsi və həmin Sərəncamla əlaqədar Bakı şəhəri Yasamal rayonu, N.Hikmət küçəsi 25 saylı evin 3 otaqlı 39-cu mənzilinin X14 tərəfindən özəlləşdirilməsi nəticəsində onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 10.08.2006-cı il tarixli 2-2281/2006 saylı Qətnaməsi ilə (hakim Məlahət Abdulmanafova) onun Cavabdehnə qarşı yaşayış sahəsinə hüququn tanınması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh 30.12.2008- ci il tarixli 678 saylı Sərəncamı verilmiş və 30.12.2008-ci il tarixli 006441 saylı orderinə əsasən Bakı şəhəri Yasamal rayonu, N.Hikmət küçəsi 25 saylı evin 3 otaqlı 39-cu mənzili ona ayrılmışdır. Bundan sonra o ailə üzvlərilə həmin mənzilə qeydiyyata düşmüş, lakin həmin vaxt mənzili məcburi köçkünlər zəbt etdiyi üçün müvəqqəti olaraq qohumlarının evində yaşamağa məcbur olmuşdur. Ona qanuni əsaslarla verilmiş mənzili özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh Başçısının 05.06.2017-ci il tarixli 156 saylı Sərəncamı ilə 30.12.2008-ci il tarixli 678 saylı Sərəncamı, yəni ona mənzil verilməsi ilə əlaqədar Sərəncam ləğv edilmiş və mənzil hazırkı X10 verilmişdir. Bundan sonra mən dəfələrlə ən müxtəlif qurumlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh 2897/01 saylı 16.11.2018-ci il tarixli rəsmi məktubundan görünür ki, guya onun Bakı şəhəri Yasamal rayonu, N.Hikmət küçəsindəki 25 saylı evin 39-cu mənzilinə order verilməsinə dair 10.08.2006-cı il tarixli 2-2281/2006 saylı Yasamal rayon məhkəməsinin qətnaməsi ümumiyyətlə mövcud olmamışdır. Həmin tarix və sıra sayı ilə qətnamə başqa vətəndaşın iddia ərizəsi üzrə başqa iddia predmeti ilə məhkəmədə qeydiyyatdan keçib və baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. Cavabdeh Başçısının 1-ci müavini cənab Elçin Rzayevin imzası ilə təsdiqlənmiş həmin cavab məktubu işin faktiki halları ilə tam ziddiyyət təşkil edir. Belə ki, həmin mənzildə ailəsi order əsasında daimi qeydiyyatda olduğu halda digər vətəndaşa mənzilin orderi verilə bilməz. Bu həm mənzil qanunvericiliyinə, həm də Konstitusiyanın tələblərinə ziddir, yəni məhkəmənin qətnaməsi olmadan heç kim mənzil hüququndan məhrum edilə bilməz. Həmin mənzilə order Cavabdeh 30.12.2008-ci ildə 678 saylı Sərəncamla məhkəmənin 10.08.2006-cı il tarixli qanuni qüvvəsini almış Qətnaməsinə əsasən verilmişdir. Sonradan 05.06.2017-ci ildə-yəni 10 ildən sonra heç bir əsas olmadan digər Sərəncamla mənə aid hissədə ləğv edilmişdir. Ona görə də hesab edir ki, E.Musayevin adına verilmiş qanunsuz Sərəncamı ləğv edilməlidir və mənzilə hüquqları bərpa olunmalıdır. Nəzərə almaq lazımdır ki, o və ailə üzvləri mübahisəli mənzildə daimi qeydiyyatda olduğu üçün həmin mənzilə başqa order verilə bilməzdi. Bildirir ki, o hazırkı iddia ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 22.06.2011-ci il tarixli Qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və ona izah edilmişdir ki, Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Həmin qərardad iddia ərizəsi ilə birlikdə 03.09.2021-ci il tarixdə ona təqdim edilmişdir.

3. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4383/2021 nömrəli iş üzrə 22.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X10 qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Xidmətinin Bakı Şəhər Ərazi Şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə "sərəncamın ləğv edilməsi və onunla əlaqədar verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilmiş, iddiaçıya müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

4. Bakı şəhəri Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli sərəncamına əsasən, Yasamal rayon məhkəməsinin 10.08.2006-cı il tarixli 2-2281/2006 saylı qətnaməsi icra edilmiş, İddiaçı yaşadığı N.Hikmət küçəsində yerləşən 25 saylı evin 3 otaqlı yaşayış sahəsi 47,0 kv.m. olan 39 saylı mənzilinə order verilmişdir. Orderə daxil edilmişlər. İddiaçı – özü, X11 – oğlu.

5. Bakı şəhəri, Bakı şəhəri Yasamal rayonu, N.Hikmət küçəsi 25 saylı evin 3 otaqlı 39-cu mənzilində X6, İddiaçı, X7 qeydiyyatdadırlar.

6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 2281/2006 saylı, 10 avqust 2006-cı il tarixli məhkəmə qətnaməsi iddiaçı X4 cavabdeh VVADQ şöbəsinə qarşı “doğum akt qeydinin bərpası” tələbinə dair mülki işə aiddir. Eyni zamanda İddiaçı proses iştirakçısı qismində iştirak etdiyi hər hansı başqa mülki iş məhkəmənin arxivində aşkar edilməmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən bildirilmişdir ki, Cavabdeh 30.12.2008-ci il tarixli, 677 nömrəli sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sərəncam və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər rayon İcra Hakimiyyətində aşkar edilməmişdir.

8. İddiaçının Bakı şəhər icra hakimiyyətinə müraciətinə cavab olaraq (müraciət Cavabdeh tərəfindən cavablandırılmışdır) bildirilmişdir ki, Bakı şəhəri, N.Hikmət küçəsi 25 saylı evin 39 saylı mənzili Yasamal rayon Məhkəməsinin 10.08.2006-cı il tarixli, 2-2281/2006 saylı qətnaməsinə əsasən, Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 saylı sərəncamı ilə vətəndaş İddiaçı verilmiş, lakin bu günə kimi qeyd olunan sərəncamla bağlı hər hansı sənədləşmə işləri aparılmamışdır. Tərəfimizdən verilmiş sorğuya əsasən Yasamal rayon Məhkəməsindən daxil olmuş 31.05.2017-ci il tarixli, 1772/2017 saylı arayışdan məlum olmuşdur ki, 10.08.2006-cı il tarixli, 2-2281/2006 saylı qətnamə tamamilə digər mülki işlə bağlı- iddiaçı X4 Yasamal rayon WADQ şöbəsinə qarşı “doğum aktı qeydinin bərpası” tələbinə dair olmuşdur. Bakı şəhəri, N.Hikmət küçəsi, 25 saylı evin 39 saylı mənzilinin vətəndaş İddiaçı verilməsi barədə Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 saylı sərəncamına əsas olmuş Yasamal rayon Məhkəməsinin 10.08.2006-cı il tarixli, 2-2281/2006 saylı qətnaməsində vətəndaş İddiaçı mənzil verilməsi məsələsi öz əksini tapmamış və bununla da həmin qətnamənin mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh Başçısının 05.06.2017-ci il tarixli 156 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 saylı sərəncamı İddiaçı verilən hissədə ləğv edilmişdir.

9. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair 21.06.2013-cü il tarixli ərizəsinə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılaraq bildirilmişdir ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki. daşınmaz əmlak yaşayışa yararlıdır və əlavə tikili yoxdur. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə Cavabdeh tərəfindən verilmiş 30.12.2008-ci il tarixli 006441 saylı orderin arxiv arayışı əlavə edilməvib və forma 2 arayışına əsasən o sözügedən mənzilə 08.06.2013-cü il tarixdə düşüb.

10. İddiaçının müraciətinə cavab olaraq Yasamal rayon məhkəməsi tərəfindən bildirilmişdir ki, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsindən 02/Y-629 saylı 08.08.2019-cu il tarixli məktubla Yasamal rayon məhkəməsinə daxil olan müraciətinizə təkrar cavab olaraq bildiririk ki, Yasamal Rayon Məhkəməsinin 2006-cl ilin alfavit kitabında İddiaçı oğlunun cavabeh Cavabdehnə qarşı yaşayış sahəsinə hüququn tanınması tələbinə dair iddia tələbi aşkar edilməmişdir. Ərizədə qeyd etdiyiniz 2-2281/2006 saylı iş üzrə iddiaçı X4 cavabeh Yasamal rayon WADQ şöbəsinə qarşı doğum akt qeydinin bərpasına dair iddia tələbinə baxılmışdır. Məhkəmə tərəfindən verilmiş arayışda əlavə olaraq bildirilmişdir ki, 05.07.2006-ci il tarxdə iddiaçı X8 cavabdeh Yasamal rayon WADQ şöbəsinə qarşi doğum akt qeydinin bərpası tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə 2-2281/06 saylı nömrə açılaraq hakim Məlahət Abdulmanafovanın icraatına verilmişdir. 2-2281/06 saylı işlə bağlı 10.08.2006cı il tarixdə qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən iddia təmin edilmişdir. 2- 2281/06 saylı, 10.08.2006-cı il tarixli qətnamə 12.09.2006-cı il tarixdə Yasamal rayon WADQ şöbəsinə icra olunması üçün göndərilmişdir.

11. Mübahisə predmeti ilə bağlı iddiaçının müxtəlif orqanlara (məhkəməyə müraciət olmamışdır) çoxsaylı müraciətləri olmuşdur.

12. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin və cavabdehlərin dəqiqləşdirilməsi təklif edilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Başçısının 05.06.2017-ci il tarixli, 156 nömrəli sərəncamının təsdiq edilmiş surəti təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 nömrəli sərəncamının mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sərəncam rayon İcra Hakimiyyətində aşkar edilməmişdir.

14. Cavabdeh Başçısının 05.06.2017-ci il tarixli, 156 nömrəli sərəncamı Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 saylı sərəncamının İddiaçı verilən hissədə ləğv edilməsi haqqındadır. Həmin sərəncamda qeyd edilir: “22 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyi tərəfindən Cavabdehnə daxil olmuş 25.05 2017-ci il tarixli, 41 saylı məktubuda Bakı şəhəri, N.Hikmət küçəsi, 25 saylı evin, 39 saylı mənzilinin, Yasamal rayon məhkəməsinin 10 08 2006-cı ıl tarixli, 2- 2281/2006 saylı qətnaməsinə əsasən, vətəndaş İddiaçı verilməsi baradə Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 saylı sərəncamının ləğv edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məktubla əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mənzil 1993-cü il tarixdən Qubadlı rayonundan olan məcburi köçkün X15 tərəfindən zəbt edilmiş və o, 6 nəfər ailə tərkibi ilə hal-hazırda həmin mənzildə yaşayır. Araşdırma zamanı oda məlum olmuşdur ki, Bakı şəhəri, N.Hikmət küçəsi, 25 saylı evin, 39 saylı mənzili Yasamal rayon məhkəməsinin 10.08.2006-cı il tarixli, 2- 2281/2006 saylı qətnaməsinə əsasən, Cavabdeh Başçısının 30.12.2008-cı il tarixli, 678 saylı sərəncamı ilə vətəndaş İddiaçı verilmiş, lakin bu günə kimi qeyd olunan sərəncamla bağlı 22 saylı MKİS-də hər hansı bir sənədləşmə işləri aparılmamışaır Tərəfimizdən verilmiş sorğuya əsasən Yasamal rayon məhkəməsindən daxil olmuş 31.05.2017-ci il tarixli, 1772/2017 saylı arayışdan məlum olmuşdur ki, 10 08 2006-cı ıl tarixli, 2-2281/2006 saylı qətnamə tamamilə digər mülki işlə bağlı, iddiaçı X4 Yasamal rayon WADQ şöbəsinə qarşı “doğum aktı qeydinin oərpası” tələbinə dair olmuşdur. Araşdırma nəticəsində, Bakı şəhəri, N Hikmət küçəsi, 25 saylı evin, 39 saylı mənzilinin vətəndaş İddiaçı verilməsi baradə Cavabdeh Başçısının 30.12.2008-cı ıl tarixli 678 saylı sərəncamına əsas olmuş Yasamal rayon məhkəməsinin 10.08.2006-cı il tarixli, 2-2281/2006 saylı qətnaməsində vətəndaş İddiaçı mənzil verilməsi məsələsi öz əksini tapmamış və bununla da həmin qətnamənin mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 678 saylı sərəncamı İddiaçı verilən hissədə ləğv edilsin. Sərəncamın surəti 22 saylı Mənzil Kommunal İstismar Sahəsinə göndərilsin.”

15. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ünvan 2 ünvanına dair təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd edilən mənzil X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq qeydiyyatın aparılmasına əsas qismində aşağıdakı sənədlər olmuşdur: - Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17.05.2016-cı il tarixli qərardadına əsasən iddiaçı X9 Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən 25 saylı evin 45 saylı mənzilinə hüququnun tanınması, həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının və orderin verilməsinin Cavabdehnə həvalə edilməsinə dair Yasmal rayon Məhkəməsinin 21.06.2006-cı il tarixli qətnnaməsinin aid olduğu mülki işin icraatı bərpa edilmişdir. - Yasamal rayon məhkəməsinin 20.05.2016-cı il tarixli qərardadına əsasən (iş №2(004)- 7290/2016), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.06.2006-cı il tarixli qətnaməsinin mətnində və qət etdi hissəsində “Bakı şəhəri, Yasamal rayonu, N.Hikmək küçəsi, 25 saylı ev, mənzil 45” sözləri “Bakı şəhəri, Yasamal rayonu, N.Hikmək küçəsi, 25 saylı ev, mənzil 39” kimi qeyd edilməsi və oxunması kimi qərara alınmışdır. - Cavabdeh Başçısının 25.05.2016-cı il tarixli 165 nömrəli sərəncamı ilə Yasamal rayon Məhkəməsinin 20.05.2016-cı il tarixli, iş №2(004)-7290/2016 saylı qərardadı icra edilməsi; Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 677 saylı sərəncamında və sərəncama əsasən verilmiş 30.12.2008-ci il tarixli 006440 saylı orderdə Bakı şəhəri, N.Hikmək küçəsi, 25 saylı evin 45 saylı mənzili sözləri Bakı şəhəri, N.Hikmək küçəsi, 25 saylı evin 39 saylı mənzili kimi oxunması qərara alınmışdır; -Bakı şəhəri, N.Hikmək küçəsi, 25 saylı evin 45 saylı mənzilinə dair Cavabdeh Başçısının 30.12.2008-ci il tarixli, 677 saylı sərəncamına əsasən verilmiş 30.12.2008-ci il tarixli 006440 saylı orderdə ailə üzvləri kimi Musayev E.İ. və Gülşən E. göstətilimişdir.

16. Məhkəmənin soğusuna cavab olaraq Yasamal rayon məhkəməsi tərəfindən bildirilmişdir ki, X9 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə hüquqların tanınması” iddia tələbi üzrə 2-2174/2006 nömrəsi ilə iş olmamışdır. Yasamal Rayon Məhkəməsinin icraatında 2-2174/2006 nömrəsi ilə iddiaçı X1 cavabdeh X2 qarşı nihahın pozulması tələbinə dair iddia üzrə mülki iş qeydə alınmışdır. Həmin iş üzrə çıxarılmış 2-2174/2006 nömrəli 24 iyul 2006-cı il tarixli yekun məhkəmə aktı məlumat ücun məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qətnaməyə əsasən müəyyən edilir ki, həmin məhkəmə aktına əsasən, X1 - X5 ilə 24 mart 2005-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur.

17. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və buraxılmış prosessual müddətin bərpasına dair əsaslandırılmış ərizənin təqdim edilməsinə dair hüquqi yardım edilmiş, bununla əlaqədar iddiaçıya vaxt verilmişdir.

18. İddiaçının ərizəsi əsasında məhkəmənin 25.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri Cavabdeh 05.06.2017-ci il tarixli 156 nömrəli sərəncamının ləğv edilməsi kimi dəyişdirilmişdir.

19. X9 hazırki inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında nəzərə alınmışdır. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədə izahat verərək bildirdi ki, Bakı şəhəri, N.Hikmət küçəsi, 25 saylı evin, 39 saylı mənzilinə dair Cavabdeh Başçısının 30.12.2008-cı il tarixli 678 saylı sərəncamına əsas olmuş Yasamal rayon məhkəməsinin 10.08.2006-cı il tarixli, 2-2281/2006 saylı qətnaməsinin əsli onda yoxdur. Sənədlərinin əslləri vəkildə olub. Cavabdeh Başçısının mübahisələndirilən 05.06.2017ci il tarixli 156 nömrəli sərəncamından 2018-ci ildə xəbərdar olmuşdur. Bu müddət ərzində müxtəlif orqanlara müraciət etmişdir, vəkil tutmuşdur. Vəkil ona izah edib ki, qeyd edilən hüquqi vasitələrlə həmin sərəncamın ləğvinə nail ola bilər. Yekunda nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət edib. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası haqqında ərizə təqdim edilmişdir. Qeyd edilən dəlillərinə əsasən buraxılmış prosessual müddətin üzrlü hesab olunmasını xahiş edir.

II. İddianın növü və mümkünlüyü

21. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

22. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Cavabdeh Başçısının 05.06.2017-ci il tarixli 156 nömrəli sərəncamının ləğv edilməsini tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından

23. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).

24. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

26. İddiaçı həmin qərarın ən geci 2018-ci il tarixdə ona təqdim edildiyini mübahisələndirmir. İddia ərizəsi məhkəməyə 14.09.2021-ci il tarixdə təqdim edilmişdir.

27. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

28. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı maraqlarına toxunan şəxs kimi Bakı şəhəri, N.Hikmət küçəsi ev 25, mənzil 39-a dair X9 adına müvafiq qeydiyyatın aparılması üçün əsas olmuş məhkəmə aktlarını adiyyəti üzrə mülki qaydada mübahisələndirə bilər.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar