Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2462/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətində inspektor vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Madahazadmanji Amirhosseinin cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qаrşı qərаrın ləğv еdilməsi barədə iddiа tələbi üzrə işə məhkəmənin binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Madahazadmanji Amirhossein cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İran İslam Respublikası vətəndaşı 24 yanvar 1987-ci il təvəllüdlü, U41629119 nömrəli pasporta malik olan Madahazadmanjı Amırhosseinə verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 06 dekabr 2019-cu il tarixli, ******* nömrəli qərarı əsassız olduğu üçün həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 7415485-L nömrəli, 06 dekabr tarixli qərarı ilə İran İslam Respublikası vətəndaşı 24 yanvar 1987-ci il təvəllüdlü, U41629119 nömrəli pasporta malik olan Madahazadmanjı Hosseinə verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.Müvəqqəti yaşama icazəsinin ləğv edilməsi barədə qərarın qəbul edilməsinin əsası kimi cavabdeh iddiaçının guya rəhbəri olduğu şirkətin fəaliyyəti barədə yalan məlumat verməsi olmuşdur.Cavabdehin 998/d nömrəli, xx.xx.2019-ci il tarixli qərarı ilə iddiaçının üzərinə Azərbaycan Respublikası hüdudlarını 10 gün müddətinə tərk etməsi öhdəliyi qoyulmuşdur. Cavabdehin ******* nömrəli, 16 dekabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə iddiaçının 998/d nömrəli, A 12.2019-cu il tarixli qərarı icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən 400 manat cərimə edilməklə ölkə hüdudlarından cıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır.Cavabdehin 7415485-L nömrəli, 06 dekabr 2019-cu il tarixli qərarı əsassız olduğudan ləğv edilməlidir. Cavabdeh 7415485-L nömrəli, 06 dekabr 2019-cu il tarixli qərarda qeyd olunmuş vəsiqənin ləğv edilməsi üçün yalan məlumatın nədən ibarət olması barədə heç bir cavab ünvanlamamışdır. İddiaçı və onun azyaşlı oğlu Radmehr Mahadazadmanjiri xx.xx.2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən tutularaq qanunsuz miqrantların saxlanılması mərkəzinə yerləşdirilmişdir. Cavabdehin bu hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddiaçı 1 saylı Bakı İnzibati İqtiisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, həmin müraciət ilə bağlı məhkəmənin icraatında 2-1 (81 )-5468/2019 saylı iş mövcuddur. Bundan başqa iddiaçının qanunsuz miqrantların saxlanılması mərkəzindən azad olunması ilə bağlı məhkəmə nəzarəti qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət verilsə də Sabunçu Rayon Məhkəməsinin 6(008)-47/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərarı ilə şikayət ərizəsi geri qaytarılmışdır. İddiaçı onun barəsində aparılan inzibati icraatdan xəbərsiz olmuş, dəfələrlə tərcüməçi tələb etməsinə baxmayaraq hüquqları kobud şəkildə pozularaq tərcüməçi, həmçinin müdafiəçi ilə təmin edilməmişdir. Hətta vəkilin müvafiq vəsatətlə iddiaçı barəsində aparılan inzibati icraatda iştirak etməyilə bağlı vəsatətlə cavabdehə müraciət etməsinə baxmayaraq müraciətləri cavabsız qalmışdır.Yuxarıdakı hallar təsdiq edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə qanunsuz azadlıqdan məhrum edilərək Qanunsuz miqrantların saxlanılması mərkəzinə yerləşdirilmiş və xx.xx.2019-cu il tarixədək həmin mərkəzdə saxlanılmışdır. Mərkəzdə saxlanıldığı vaxt ərzində cavabdehin 7415485-L nömrəli, 06 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi verən 458201 nömrəli icazə vəsiqəsi ləğv edilmiş, iddiaçı mərkəzdə qanunsuz saxlanılarkən xəbərsiz olduğu halda 06 dekabr tarixli, 998/d nömrəli qərarla onun üzərinə 10 gün müddətində ölkə hüdudlarını tərk etmək öhdəliyi qoyulmuşdur. Sonda isə 16 dekabr 2019-cu il tarixli, ******* nömrəli İnzibati tənbeh tətbiq etmə haqqında qərarla guya Madahazadmanjı Amırhossein ölkə hüdudlarını tərk etməməsi səbəbi ilə 400 manat cərimə edilməklə onun ölkəyə daxil olmaq hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır.19 dekabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində ********* nömrəli cinayət işi başlanılmış və xx.xx.2019-cu il tarixli qərarla iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.İddiaçının cinayət işi üzrə zarərçəkmiş şəxs qismində tanınması səbəbilə onun ölkə hüdudlarını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçı ilə bağlı qəbul etdiyi bütün qərarlar tam qanunsuz və əsassız olduğundan 7415485-L nömrəli, 06 dekabr 2019-cu il tarixli qərarın ləğv edilməsi zərurəti yaranmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı Madahazadmanjiri Amirhosseinin iddiası əsassızdir və təmin edilməməlidir.Belə ki, İran İslam Respublikasının vətəndaşı olan xx.xx.1987-ci il təvəllüdlü Madahazadmanjiri Amirhosseinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində nəzərdə tutulmuş halın mövcud olması ilə bağlı xx.xx.2019-cu il tarixli müraciəti əsasında ona Azərbaycan Respublikasının ərazisində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İcazənin qüvvədə olduğu müddətdə aparılmış araşdırma zamanı, Madahazadmanjiri Amirhosseinin müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı bəzi məlumatları saxtalaşdırması, o cümlədən rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə bağlı yalan məlumatlar verməsi ilə bağlı faktlar aşkar olunduğundan şəxsə verilmiş icazə Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsi rəhbər tutulmaqla ləğv edilmişdir (xx.xx.2019-cu il tarixli 7415485-L qərar).Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etmiş və ölkə ərazisindən istifadə etməklə qanunsuz yollarla Avropaya getməyə çalışan İran İslam Respublikası vətəndaşı Madahazadmanjiri Amirhossein barəsində müvafiq araşdırma aparılmışdır.Məlum olmuşdur ki, şəxs övladı, xx.xx.2013-cü il təvəllüdlü Madahazadmanjiri Radmehr ilə birlikdə xx.xx.2019-cu il tarixdə Bakı-İstanbul-Beyrut aviareysi ilə ölkə ərazisini tərk etmiş, lakin Beyrut hava limanında sərhəd xidməti əməkdaşlarına Türkiyə Respublikasına məxsus saxta pasport təqdim etdiyi üçün 12 saat Beyrut hava limanında saxlanıldıqdan sonra deport olunaraq geri qaytarılmışdır. Hər iki şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılaraq Dövlət Miqrasiya Xidmətinə təhvil verilmişdir.Qeyd olunanlarla bağlı A.Madahazadmanjiri və onun Azərbaycan Respublikasına gəlməsində vasitəçilik etmiş İran İslam Respublikası vətəndaşı X13 izahatları alınmış, əldə olunan məlumatlar əsasında Dövlət Miqrasiya Xidmətində geniş araşdırma aparılmışdır.Araşdırma zamanı A.Madahazadmanjirinin özünün və övladının daimi yaşamaq üçün Qərbi Avropa və ya Kanadaya getməyi planlaşdırdığı məlum olmuşdur. O, bu məqsədlə İran İslam Respublikasında yaşayan və həmin ölkənin vətəndaşlarının qanunsuz yollarla Avropa və ya Kanadaya getməsini təşkil edən X16 müraciət etmişdir. X18 23000 ABŞ dolları müqabilində A.Madahazadmanjirinin və onun övladının Kanadaya göndərilməsi barədə razılığa gəlmişdir. Bunun üçün əvvəlcə həmin şəxsləri Azərbaycan Respublikasına gətirmiş, buradan onların qonşu ölkələrə rahat şəkildə səyahət edə bilməsi üçün onlara müvəqqəti yaşama icazəsinin alınması məqsədilə X7 məxsus “X23 and Consulting” MMCyə müraciət etmişdir. Belə ki, A.Madahazadmanjirinin və övladının Azərbaycan Respublikası ərazisindən istifadə edilməklə Avropaya aparılmasında J.N.Asgar “X23 and Consulting” MMC ilə sövdələşmişdir.Razılaşmaya uyğun olaraq A.Madahazadmanjiri xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş, lakin ölkəyə turist vizası ilə daxil olduğu üçün 25- xx.xx.2019-cu il tarixlərində Türkiyə Respublikası istiqamətində çıxışgiriş edərək işgüzar səfər vizası əsasında yenidən ölkəyə daxil olmuşdur. A.Madahazadmanjirinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında ona "xxxx" MMC-nin rəhbəri qismində müvəqqəti yaşama icazəsi verilmişdir.Lakin müraciətin icrası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin və müəssisənin fəaliyyəti araşdırılan zaman “X23 and Consulting” MMC-nin və bilavasitə həmin şirkətin direktoru Vüqar Zeynallının rəhbərliyi əsasında Xidmət əməkdaşlarının aldadılması istiqamətində iş aparıldığı müəyyən olunmuşdur.Belə ki, A.Madahazadmanjiriyə icazə vəsiqəsinin verilməsi ilə bağlı hüquqi xidmətlər onunla X9 arasında bağlanmış xidmət müqaviləsi əsasında “X23 and Consulting” MMC tərəfindən göstərilmişdir. “X23 and Consulting” MMC-nin hazırladığı sənədləşmə əsasında şəxsin "xxxx" MMC-nin direktoru təyin edildiyi göstərilsə də, onun həmin şirkətdə fəaliyyəti tamamilə formal xarakterli olmuş, A.Madahazadmanjirinin şirkətin fəaliyyəti və digər rəhbər müavinləri barəsində hər hansı məlumatı olmamışdır. Əcnəbiyə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin etmək məqsədi ilə “X23 and Consulting” MMC-nin direktoru Vüqar Zeynallı və Süleyman Əsgərov tərəfindən ünvan 1 ünvanında yerləşən stomatoloji klinikada səhnə qurulmuş, tibbi geyimlərdə (ağ xalatlarda) 5 nəfər Azərbaycan Respublikası vətəndaşı diş klinikasına gətirilərək, orada həkim işləmələrinə dair əvvəlcədən təlimatlandırılmış və klinikanın həmin ünvanda fəaliyyətinə dair saxta müqavilə təqdim edilmişdir. Yoxlama prosesində 5 nəfər Azərbaycan Respublikası vətəndaşı olan işçilərlə müsahibə zamanı onlar əvvəlcədən aparılan təlimatlandırma əsasında həmin klinikada işləmələrinə dair yalan məlumatlar təqdim etmişlər.Beləliklə, müəssisənin fəaliyyətinə dair formal görüntülər və saxtalaşdırılmış sənədlər təqdim edilməklə A. Madahazadmanjiriyə və onun azyaşlı övladına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Şəxs icazə vəsiqəsi əldə etdikdən sonra X18 ilə birlikdə Bakı-İstanbul-Beyrut aviareysi ilə Livan Respublikasına yola düşmüş və həmin ölkəyə daxil olarkən X5 və övladına verdiyi Türkiyə Respublikasına məxsus ümumvətəndaş pasportlarını təqdim etmişdir. Təqdim olunan sənədlər saxta olduğu üçün hər üç şəxs 12 saat Beyrut hava limanının saxlama təcridxanasında saxlanılmış, daha sonra əks marşurutla geriyə qaytarılmışlar. Şəxsin bildirdiyinə görə Livan Respublikasına getməkdə əsas məqsədi X14 təlimatı əsasında X3 Amsterdam hava limanından tranzit keçməklə Cənubi Amerika Respublikalarından birinə bilet əldə etmək və Amsterdama gəldikdə Niderland Krallığında qaçqın statusunun əldə edilməsi üçün müraciət etmək olmuşdur.Məsələ ilə əlaqədar klinikanın yerləşdiyi mülkiyyət sahibi X15 və klinikanın həkimi X6 izahatı alınmışdır. Müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən klinika sahəsininin "xxxx" MMC ilə icarə müqaviləsi bağlaması mülkiyyətin sahibi və onun etibarnamə verdiyi şəxslərin məlumatı olmadan, “X23 and Consulting” MMC-nin əməkdaşı S.Əsgərov tərəfindən təşkil olunmuşdur. Belə ki, həmin klinikanın ərazisini F.İmanovun işçisi X10 etibarnamə əsasında X11 icarəyə vermişdir. X15 "xxxx" MMC ilə bağlanmış müqavilədən məlumatsız olmuş, müqavilədəki imza ona məxsus olmamış və həmin klinika ilə əlaqəli İran İslam Respublikası vətəndaşları - Saeid Azadeh, Mojtaba Eshaghi və Madahazadmanjiri Amirhossein adlı şəxsləri tanımamışdır.X12 verdiyi yazılı izahatında həmin ünvanda yerləşən “Dentacool” klinikasında həkim işlədiyini, qohumu Əsgərov Süleymanın hansısa tibbi layihənin keçirilməsi ilə bağlı ona müraciət edərək mülkiyyət sənədinin surətini istədiyini və bununla bağlı həmin obyektin mülkiyyət sənədinin surətini S.Əsgərova təqdim etdiyini bildirmişdir. Belə ki, F.İmanovla klinika sahəsinin icarəyə verilməsinə dair A. Madahazadmanjirinin arasında bağlanan müqavilə F.İmanovun məlumatı olmadan, onun adından, onun imzası saxtlaşdırılmaqla S.Əsgərov tərəfindən təşkil edilmişdir. Şəxsin bildirdiyinə görə layihənin mahiyyəti ilə maraqlandıqda S.Əsgərov həmin şəxslərin İran İslam Respublikası vətəndaşları olduqlarını, xarici ölkələrdən tibbi avadanlıqların gətirilərək satışı ilə məşğul olacaqlarını bildirmişdir. Daha sonra S.Əsgərov ilə xx.xx.2019-cu il tarixədək heç bir əlaqəsinin olmadığını, yalnız həmin gün “Estatto" MMC-nin fəaliyyəti yoxlanılarkən S.Əsgərovun 1 nəfər Azərbaycan və 3 nəfər İran İslam Respublikası vətəndaşları ilə qeyd olunan ünvana gəldiyini, F.İmanov ilə "xxxx" MMC arasında bağlanan müqavilədən məlumatsız olduğunu qeyd etmişdir. A.Madahazadmanjiri verdiyi yazılı izahatında həmin şirkət və onun digər təsisçilərini tanımadığını, klinikanın fəaliyyəti barədə hər hansı məlumatı olmadığını, yalnız fəaliyyət yoxlaması ilə əlaqədar 1 dəfə həmin ünvana getdiyini qeyd etmişdir. Belə ki, şəxsin bildirdiyinə görə İran İslam Respublikasında anadan olmuş və Tehran şəhərində memarliq üzrə ali təhsil almış, tibb sahəsi üzrə hər hansı təhsili və ya fəaliyyət təcrübəsi olmamışdır. Şirkətin fəaliyyət yoxlaması zamanı “X23 and Consulting” MMC-nin rəhbəri V.Zeynallı və onun işçisi S.Əsgərovu qeyd olunan klinikada görmüşdür.Qeyd olunanlarla bağlı X17 Hava Limanının müvəqqəti saxlama kamerasında X14 yazılı izahatı alınmışdır. Şəxs verdiyi yazılı izahatında A. Madahazadmanjirini öz ölkəsindən tanıdığını, onun Azərbaycan Respublikasına gələrək müvəqqəti yaşamaq icazəsi almaqda vasitəçilik etdiyini, bu məqsədlə A. Madahazadmanjirini “X23 and Consulting” MMC-yə istiqamətləndirdiyini, görülən işlərin müqabilində həmin konsaltinq şirkətinə 4500 ABŞ dolları ödədiyini, A. Madahazadmanjirinin övladı ilə birlikdə Qərbi Avropa və ya Kanadaya göndərilməsi müqabilində ümumilikdə 11000 (on bir min) ABŞ dolları pul aldığını qeyd etmişdir. Həmin pul müqabilində şəxs A. Madahazadmanjiriyə övladı ilə birlikdə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməsini təşkil etmiş və onlara 2 ədəd saxta Türkiyə Respublikasının ümumvətəndaş pasportunu təqdim etmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, işin materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 7415485-L nömrəli, xx.xx.2019cu il tarixli qərarına əsasən İran İslam Respublikasının vətəndaşı Madahazadmanjiri Amirhosseinə verilmiş Azərbaycan Respublikasının ərazisində yaşamaq barədə icazə ləğv edilmişdir. Qərarda buna əsas kimi Madahazadmanjiri Amirhosseinin şirkətinin fəaliyyəti ilə bağlı yalan məlumat verilməsi göstərilmişdir. “xx.xx.2019-cu il tarixli təsisçilərin qərarına əsasən üç nəfər şəxs, o cümlədən iddiaçının təsisçiliyi ilə "xxxx" MMC yaradılmışdır, "xxxx" MMC-nin nizamnaməsinə əsasən həmin cəmiyyət iddiaçı və digər iki şəxs tərəfindən təsis edilmişlər. xx.xx.2019-cu il tarixli “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi müddətinin artırılması üçün” ərizə-anketə əsasən iddiaçı xx.xx.1987-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşıdır,cavabdehə müraciət edərək Azərbaycan Respublikasının ərazində yaşamaq üçün icazənin alınmasına və ya müüdətinin uzadılması məsələsinə baxılmasını xahiş edilmişdir, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hal kimi Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisilərindən biri göstərmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli izahatına əsasən iddiaçının hər hansı şirkətin fəaliyyəti və digər müavinləri barədə məlumatı olmamışdır. İddiaçının Azərbaycana gəlməkdə məqsədi Avropa və ya Kanadaya getmək olmuşdur, həmin izahat iddiaçının özü tərəfindən fars dilində yazılmışdır. Beləliklə məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında yaşamaq üçün icazə aldıqda yaşamaq üçün Azərbaycan Respublikasına gəlməyinin məqsədi kimi özünün Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisi olmasını göstərmişdir.Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçı təsisçisi kimi göstərildiyi "xxxx" MMC-nin əslində təsisçisi deyildir və həmin şirkətin fəaliyyətindən xəbərsizdir. İddiaçının Azərbaycan Respublikasında yaşamaq üçün icazə almağının məqsədi sonradan Avropaya və Kanadaya getmək olmuşdur, bu məqsədlə də iddiaçı özü və azyaşlı uşağı üçün saxta pasport əldə etmişdir. Qeyd edilən hallar aşkar edildiyindən cavabdeh dövlət orqanının qərarı əsasında iddiaçının Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi ləğv edilmişdir.İddiaçı cavabdehin həmin qərarı ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. Həmin Məcəlləsnin 16.1-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir:.. 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir:..43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ..50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; Həmin Məcəllənin 55.0-ci maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:..55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; İşin faktiki hallarına əsasən iddiaçı Madahazadmanjiri Amirhosseinin müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı məlumatların saxtalaşdırması, o cümlədən rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə bağlı yalan məlumatlar verməsi müəyyən olunduğu üçün cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasında yaşamaq icazəsi ləğv edilmişdir ki, bu da Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin yuxarıda sadalanan normalarına uyğun olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiаçı Madahazadmanji Amirhossein cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı İran İslam Respublikası vətəndaşı 24 yanvar 1987-ci il təvəllüdlü, U41629119 nömrəli pasporta malik olan Madahazadmanjı Amırhosseinə verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 06 dekabr 2019cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2, 32, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Madahazadmanji Amirhossein cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Miqrаsiyа Хidmətinə qаrşı İran İslam Respublikası vətəndaşı 24 yanvar 1987-ci il təvəllüdlü, U41629119 nömrəli pasporta malik olan Madahazadmanjı Amırhosseinə verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 06 dekabr 2019cu il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi barədə iddiа tələbi rədd еdilsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2аkim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2462/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2462/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver