Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2464/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı məcburetmə barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı məcburetmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X1iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, iddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından, iddiaçı X1 iddiası geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X4yeva
Məhkəmə qərarları › İş №2-1(112)-2464/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2464/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver