Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2465/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Teyfıır oğlu xx.xx.N963-cü il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuşdur. xx.xx.N982-ci il tarixdən xx.xx.N984-cü il tarixinədək keçmiş Sovet Ordusunda, sonra isə xx.xx.N993-cü il tarixindən xx.xx.N994-cii il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi xidmət elmişdir. İ Qarabağ müharibəsində iştirak etmişdir. Beyləqan, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissənin komandirinin xx.xx.N994-cü il tarixli, 99 nömrəli əmri ilə şəxsi heyətinin sıralarından azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə (hərbi biletin notarial qaydada ləqdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. sənədləri ərizəyə əlavə etməklə) ərizə ilə müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli VƏM/R-3445 saylı məktubu ilə iddiaçıya imtina verilmişdir. Daha sonra iddiaçı lazımi sənədlər əsasında yenidə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli № ***-**** saylı məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 Ns-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması məqsədi ilə tərəfimizdən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin 05 oktyabr 2022-ci il tarixli 4/2-6679 nömrəli müşayiət məktubu ilə daxil olan arayışına əsasən N nömrəli hərbi hissə komandirinin Mərkəzi Arxivdə olan NN fevral N994xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə də iddiaçı N.T. Rzayevin N0 fevral N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteram" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.20N6-cı il tarixli, 837 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubunda barəsində təqsirləndirici materialın və ya cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ildə aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra sol qaş nahiyyəsində, sol saidin aşağı N/3-nin ön səthində, sol yanaq nahiyyəsində, sol budun aşağı N/3-nin ön-içəri səthində, sağ əlin İİ barmağının arxa səthində çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon idarəsinin xx.xx.20N6-cı il tarixli N94N nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 2N5 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N6-cı il tarixli 306 nömrəli aktı, Bakı ş. Nəsimi rayon məhkəməsinin xx.xx.20N6-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nın 7.2. bəndinin a) yarımbəndi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 0N2- N5272-N222 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-6480 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barədə N N-li hərbi hissə komandirinin NN noyabr N993-cü il tarixli 0N N-li, N0 dekabr N993-cü il tarixli N6 N-li, N4 dekabr N993-cü il tarixli 20 N-li, 2N dekabr N993-cü il tarixli 27 N-li, 30 yanvar N994-cü il tarixli 67 N-li və N0 fevral N994-cü il tarixli 78 N-li əmrlərindən arxiv çıxarışlarını ünvanınıza göndəririk. Qeyd edirik ki, N N-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmin məktubla göndərilmiş arxiv çıxarışlarının surətindən görünür ki: -N nömrəli hərbi hissənin yaradılması və N nömrəli hərbi hissənin tərkibində olan N-ci tank taburunun ləğv olunması ilə bağlı İddiaçı (sıra nömrəsi N04) N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 0N №-li əmrilə (əsas: əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N6 №-li əmrilə sıravi İddiaçı (sıra nömrəsi 75) Daşburun stansiyasına gəlmiş hesab olunmuş və müvafiq vəzifələrə təyin olunmaqla döyüş bölgəsində yerləşən Xaçinskoy kəndinə gəlmiş hesab olunmuş və aylıq məvacibləri üç qat miqdarında artırılmışdır. -İddiaçı (sıra nömrəsi 2) N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 20 №-li əmrilə (əsas: əmrdə atasının Teyfi yazılmışdır, vəzifəsi göstərilməyib) sıravi əsgər X6 cənazəsini aparmaq üçün 4 günlük Sumqayıt şəhərinə ezam olunmuş və ezamiyyətdə olduğu müddət ərzaq təminatından azad olunmuşdur. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 27 №-li əmrində (əsas: əmrdə atasının adı Teyfi yazılmışdır, vəzifəsi göstərilməyib) sıravi sıravi İddiaçı Teyfi oğlunun (sıra nömrəsi 3) ezamiyyətdən hərbi hissəyə gəlməsi və bütün növ təminatlarla təmin olunmuşdur. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 67 №-li əmrində İddiaçı (sıra nömrəsi 8), (əsas: əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) məzuniyyətə göndərilməsi və ərzaq təminatlarından azad edilməsi barədə məlumat vardır. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 78 №-li əmrində İddiaçı (sıra nömrəsi 3), (əsas: əmrdə vəzifəsi göstərilməyib) məzuniyyətə hərbi hissəyə gəlmiş hesab edilməsi və ərzaq təminatları ilə təmin edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun verdiyi xx.xx.2022-ci il tarixli, HPxx/xx-N04N8 nömrəli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsi tərəfindən vətəndaş İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, NN2 nömrəli arayışın surətindən görünür ki, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı ona görə ki, həqiqətən o, xx.xx.N982-ci il tarixdən xx.xx.N984-cü il tarixədək keçmiş Sovet Ordusunda və xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.20N6-cı il tarixindən xx.xx.202N -ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanına əsasən “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” (İİ qrup) ödənilmişdir. XN Sisteminin Əlillik altsisteminə əsasən vətəndaşın İİ dərəcə əlillik müddəti xx.xx.202N ci il tarixindən bitdiyi üçün təqaüdün ödənişi xx.xx.202N -ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildirilir ki, vətəndaşa XN Sisteminin Sosial ödənişlər altsisteminə əsasən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 23 dekabr 202N-ci il tarixli N5N3 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının N.2-ci maddəsinə uyğun olaraq 6600 manat birdəfəlik ödəmə verilmişdir. Həmçinin bildirilir ki, sözügedən şəxsin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilməsi üçün Mərkəzi Filiala müraciəti daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 2493 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri Nəsimi rayon hərbi komissiarlığı üzrə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxsərin adlı siyahısında İddiaçı adı xx.xx.N998-ci il tarixli, 22 nömrəli protokola əsasən 024240 nömrəli müharibə veteranı vəsiqəsi qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 34378/2-289 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı adı “Qarabağ müharibəsi” veteranı statusu ləğv edilmiş şəxslərin siyahısında keçmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-25-NN/2-2539/23 nömrəli məktubda bildirilmişdir ki, 03 may 2023-cü il tarixli 2-N(NN2)-2465/2023 nömrəli sorğunuza cavab olaraq bildirilir ki, iddiaçı “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, iddiaçının N0 fevral N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, bildirilir ki, iddiaçının “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi ilə bağlı komissiyaya müraciəti olmamış və vəsiqənin qüvvədə olması ilə bağlı komissiyada məlumat mövcud deyildir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-3643 nömrəli məktubda bildirilmişdir ki, Sizə "Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 0N.04 2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər gen qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-N780 nömrəli arayışına arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdən sonra hərbi xidmətiniz və ordu sıralarından qanuni əsaslana ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, Vətəndaşların müraciətləri haqqında” Qanunun N4. 08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibatı və (və ya) möhkəmə qaydasında 30 (otuz) qun müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci hissəsinin 4cü abzasına əsasən Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarında olan iddiaçının hərbi xidmətkeçməsi ilə bağlı sənədlərdən görünür ki, iddiaçı xx.xx.N993-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə cəlb edilmiş və hərbi xidmətdə olduğu hərbi hissə Müdafiə Nazirliyinin tərkibində olduğundan müharibə veteranı adı və vəsiqəsinin (eləcə də dublikat) verilməsi Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. Beləliklə, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi arxivində iddiaçının xx.xx.N993-cü il tarixli 0N №-li əmrilə N66 №-li hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi, həmin hərbi hissənin xx.xx.N993-cü il tarixli N6 №-li əmri, xx.xx.N993-cü il tarixli 20 №-li əmrilə ezam olunması, eləcə də sonuncu dəfə xx.xx.N994-cü il tarixli 78 №-li əmri ilə məzuniyyətdən hərbi hissəyə gəlmiş hesab edilməsi barədə əmrlər olsa da xx.xx.N994-cü ildən sonrakı dövr üzrə xidməti barədə məlumat aşkar olunmamışdır. Xüsusən də iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 nömrəli əmri ilə şəxsi heyətin sıralarından azad edildiyi, eləcə də Səfərbərlik Xidmətinin Nəsimi rayon İdarəsinin qeydiyyat kartasına əsasən iddiaçının xx.xx.N994-cü il tarixədək Silahlı Qüvvələrdə Xidmət etməsi qeyd edilsə də adıçəkilən tərxis barədə əmr arxiv sənədlərində müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, hərbi biletdə şəxsin hərbi xidmət keçməsi barədə qeydlər edilsə də yuxarıda qeyd edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini təsdiq edən sübut qismində qəbul olunur. Qeyd edildiyi kimi hazırkı iş üzrə iddiaçıya məxsus hərbi biletdəki qeydlərihərbi hissədən tərxis olunma barədə 99 nömrəli əmr, eləcə də Füzuli istiqamətində döyüşlərdə iştirak etməsini təsdiq edən hərbi hissə əmrləri və ya arxiv arayışları mövcud deyildir. İddiaçı N993-cü ildə döyüş bölgəsində hərbi xidmət keçərkən yaralanmasına görə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində şəhadətləndirilsə də yuxarıda adı çəkilən 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab olunur. İddiaçının yaralanması isə N994-cü il N2 may tarixindən əvvəl olmuş, yaralanmadan sonra iddiaçı hərbi xidmətini davam etdirmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zərri hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin təqdim etdiyi Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı üzrə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxsərin adlı siyahısında İddiaçı N998-ci il tarixdə müharibə veteranı vəsiqəsi ilə təmin olunduğu qeyd edilsə də həmin vəsiqə hal-hazırda iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsi tərəfindən də həmin vəsiqənin surəti təqdim edilməmiş, Müdafiə Nazirliyində isə həmin vəsiqə barədə hər hansı məlumat yoxdur. Bundan əlavə iddiaçının izahatından da, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi cavab məktubundan da iddiaçının müharibə veteranı vəsiqəsi üzrə hər hansı sosial təminatla təmin edildiyi də müəyyən olunmur. Qeyd olunan hallar iddiaçıya müharibə veteranı statusunu təsdiq edən vəsiqənin verilmədiyi və ya belə bir statusdan irəli gələn hər hansı təminatla təmin edilmədiyindən məhkəmə iddiaçının müharibə veteranı statusu olmayan şəxs olmaqla tələbinə ilkin olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasında baxaraq qiymətləndirmə aparmışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2465/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2465/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver