Məhkəmə qərarları › İş №2-1(112)-2466/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2466/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2466/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Naxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyin Hərbi Həkim Komissiyasının N9 sentyabr 20N7-ci il tarixli №N582 reyestr nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N969-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fizuli RHK N2-ci ildə hərbi xidmətə çağırılmışdır. N3 iyulN2-ci il tarixdən, N4-cüilin yanvar ayına qədər N saylı hərbi hissədə qranatatan tağımda atıcı vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixili N582 saylı qərarına əsasən Fizuli RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N4-cü ildə aldığı və xx.xx.N4-cü ilə kimi XN0 X2 müayinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Döş qəfəsinin sağ yarısının qəlpə yarası.Sağətraflı hemopnevmotoraks» və xx.xx.N4-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komisiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması, nəticəsində hemopnevmotoraks» xx.xx.N4-cü ilidən İİ dərəcəli tənəffüz çatışmamazlığı ilə sağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)» (Azərbaycan Respublikası SHXÇDX-nin Fizuli Rayon Şöbəsinin xx.xx.20N7-ci il tarixli 963 nömrəli göndərişi, xx.xx.20N7-ci il tarixli 560 nömrəli arayışı. XN0 XN verilmiş xx.xx.N4-cü il tarixli çıxarış epikrizi. MN MHHK-nin həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) «hərbi travmadir. Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N7-cı il tarixli N582 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı haqqında Hemotoraks. Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevınatoraks və Tənəffüz çatmamazlığı ilə ağciyərlərin emfizeması, ağciyərlərin xr abstrruktiv xəst kəskinləşmə mərhələsi, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr. sağ kürək nahivyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə) ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar" əlillik təyin olunmalı idi. Lakin, iddiaçının cavabdeh Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciətinə cavab olaraq xx.xx.2023-ciı il 3-N7-4 2-A- 20729/2023 saylı məktubu ilə iddiaçının hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən təyinat aparılmasının mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatında uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina qərarı kifayət qədər əsassızdır. Müvafiq qərar verilmişdir, lakin, iddiaçı hələ də, haqqı olan əlilliyi cavabdehin əsassız imtinası nəticəsində ala bilmir. Bu hərəkət isə iddiaçıya həm mənəvi, həm də, maddi ziyan vurur. Bunun aradan qalxması üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət elmək qərarına gəlmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim edilməmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Elektron müayinə məlumatlarından görünür ki, iddiaçı xx.xx.20N7-ci il tarixdə “Hemotoraks, Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevrmatoraks (xx.xx.N4). Tənəffüs çatmamazlığı İİ d. Ağciyərlərin emfizeması. Ağciyərlərin xr obstruktiv xəst kəskinləşmə mərhələsi. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ kürək nahiyəssinin yumşaq toxumasının yad cismi (metal qəlpə)” diaqnozu əsasında ona 5 il müddətinə təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il tarixə təyin olunmuşdur.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin 9/2-N4297 nömrəli 07 avqust 20N7-ci il tarixli arxiv arayışına əsasən N №li hərbi hissə komandirinin N iyul N2-cü il tarixli 75№-li əmrilə İddiaçı qranatatan tağımda atıcı vəzifəsinə təyin edilmişdir. 877№-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş A.M.Ağayev N №-li hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təlimatlara salınaraq BMO-ya göndərilmişdir. 702№-li hərbi hissə komandirinin N9 yanvar N2-ci il tarixli N9 №-li əmrində rif Ağayevin yaralandığı üçün hospitala göndərilərək BMO-nun şəxsi heyətinin qazan təminatından çıxarıması barədə məlumat vardır.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N9 sentyabr 20N7-ci il tarixli N582 nömrəli qərarına əsasən Füzuli RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N4-cü ildə aldığı və xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi XN0 X2 müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Döş qəfəsinin sağ yarısının qəlpə yarası.Sağtərəfli hemopnevmotoraks” və xx.xx.N4-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevmotoraks (xx.xx.N4) İ dərəcəli tənəffüs çatışmamazlığı iləSağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə) (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.20N7-ci il tarixli 963 nömrəli göndərişi, xx.xx.20N7-ci il tarixli 560 nömrəli arayışı, XN0 XN verilmiş xx.xx.N4- cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N4-cü il tarixli 7384 nömrəli arayış MN MKKH-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin abeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 30 may 2023-cü il tarixli 3- N7-4/3-3-3394/2023 saylı qərarına əsasən Xəzər rayon sakini xx.xx.N969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20N7-ci il tarixli N582 nömrəli qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sağ yarısının qəlpə yarası. Sağtərəfli hemopnevmotoraks. Döv qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevmotoraks xx.xx.N4) İ dərəcəli tənəffüs çatışmamazlığı ilə Sağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdr” kimi müəyyənləşdirimişdir.Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı soyuq havalarda ağrıdan şikayətlənmişdir. Baxış zamanı sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Müayinə zamanı nəbzi 7N vurğu, saturasiyası 94%, tənəffüsün sayı N6 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin 3N saylı Birləşmiş ŞƏhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adlı silah növləri ilə törədilmiş zədələnmə.Ağciyərin xroniki obstruktiv xəstəliyi. Hipertoniya xəstəliyi İİ mərhələ. Boyun və bel fəqərələrinin osteoxondrozu” kimi qeyd olunmuşdur. X3 İnstitutunun xx.xx.2023-cü il tarixli N433 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olundu. FVC 35%, FEVN 35% kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamış,əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. N0. Məhkəmənin 2-N(NN2)-N4040/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən T356/2024 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli J00087988TMC nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Ağciyərin digər travmaları. Döş qəfəsinin sağ yarısının qəlpə yarası və fəsadları. Digər dəqiqiləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Ağciyərin sağpayının yaralanmasından və hemopnepmotoraksa görə aparılmış əməliyyat çapığı.” diaqnozda olan xəstəliklərə düçar olmaçını inkar etmək də olmaz, belə ki, həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator- instrumental müayinələrin əsasında təyin edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəki məhdudluq və xroniki tənəffüs çatışmazlığı əlamətləri aşklar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

NN. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir. N2. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N3. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). N4. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. N5. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

N5. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. N6. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.N. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-N. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. N7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: N.N. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.N-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. N8. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir. N9. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də müəyyən edilmişdir ki, iddiaçının əyani müayinəsində sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəki məhdudluq və xroniki tənəffüs çatışmazlığı əlamətləri aşklar edilməmiş, bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələri ona aid olunmamışdır.

20. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin düzgünlüyü məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır. 2N. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

22. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

23. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

24. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

26. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin N0-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

27. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

29. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 3N. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 8N, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar