Məhkəmə qərarları › İş №2-1(112)-2468/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2468/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2468/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, yataqxana 10 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (hüquq və kadrlar sektorunun böyük məsləhətçisi – hüquqşünas vəzifəsində işləyən, Bakı şəhəri, 8-ci mkr, Azadlıq prospekti, ev 196, mənzil 171-də yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X1rşı pensiya fərqinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2007-cı ildən ödənilməli olan keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyində işlədiyinə görə xx xxxxxxxx 2018-ci il tarixindən pensiya təyin olunmuşdur. Onun pensiyaya çıxmaq hüququ 2007-ci ildə yaranmışdır. Ona pensiya hüquq yaranan gündən ödənilməli idi. Lakin ona keçmiş müddətin cəmi üç ili üçün pensiya ödənilmişdir. O, DSMF-nun X7 İdarəsinə pensiya hüququ yaranan gündən pensiyanın ödənilməsi barədə müraciət etmişdir. X2 müraciət edilən tarixdən əvvəlki “ən çoxu üç il” üçün ödənildiyini bildirərək imtina etmişdir.O, bu imtinanı əsassız hesab edir.Belə ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur və 42 yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra tamam olmuşdur. O, Daxili İşlər Nazirliyində polis nəfəri kimi 23 il 01 ay 11 gün işləmiş və onun 2007-cı ildə pensiya hüququ yaranmışdır.Cavabdehin gətirdiyi əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən (xx xxxxxx 2006-cı ildən) tez olmayaraq ömürlük təyin edilir. Qanunun 32-ci maddəsinə xx xxxx 2017-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1 maddəsi əlavə edilmişdir. Həmin əlavənin müddəaları “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” ifadəsi ona münasibətdə tətbiq edilə bilməz. Çünki onun pensiyaya çıxmaq hüququ dəyişiklikdən əvvəl, 2006-cı ildə yaranmışdır. Ona görə də ona gecikmiş aylara görə ödənilməli olan pensiya məbləği gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pensiyaya əlavə olunmaqla ödənilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X11 göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət X11 təqdim olunur. Qeyd edilənlər əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən iddiaçının adına “məlumat vərəqi” İdarəə daxil olmuş və iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanununun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası tərəflərindən ödənilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının keçmiş dövr üçün pensiya məbləğinin ödənilməsi haqqında ərizəsinə baxılaraq bildirilmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdə İdarəyə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. İdarənin sorğusuna əsasən Dövlət X9 Binəqədi rayon şöbəsinin **********7 nömrəli məktubunda ona pensiyanın xx xxxxxx 2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2018-ci il tarixli 23 nömrəli məlumat vərəqəsinə əsasən yaşa görə xx xxxxxxxx 2018-ci il tarixdən pensiya təyin edilmiş və keçmiş 3 il üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 11464,22 manat məbləğində vəsait 2018-ci ilin sentyabr ayından etibarən hissə-hissə pensiyanın üzərinə əlavı olunmaqla müvafiq kart hesabına köçürülür. İşdə olan Azərbaycan Respublikasının Dövlət X9 HQXRŞİİ tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 035159 saylı vəsiqədən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx xxxx 2018-ci il tarixdən ömürlük əmək pensiyası təyin edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı pensiya işinin təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən həmin pensiya işi tədqiq edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Dövlət X9 HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyanın xx xxxxxx 2018-ci il tarixli, 18/2725 saylı qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə xx xxxx 2018-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə DSMF-na göndərilmiş məlumat vərəqindən görünür ki, iddiaçı xx xxxx 2006-cı il tarixdə Bakı şəhəri BPİ İnzibati Həbs olunanların Saxlama Məntəqəsinin polis nəfəri vəzifəsindən 23 il 01 ay 26 gün güzəştli xidmətllər illəri ilə ehtiyata buraxılmışdır. Beləliklə işdə olan sənədlərdən göründüyü kimi iddiaçıya xx xxxx 2006-cı il tarixdə ehtiyata buraxılmış, Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə DSMF-na göndərilmiş məlumat vərəqi əsasında Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Hərbi Qulluqçular və X8 İş İdarəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin olunmuş pensiya üzrə keçmiş müddət üçün hesablanmamış pensiya fərqinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanaraq ödənildiyi, buna görə də iddiaçıya əmək pensiyasının əvvəlki ən çox üç il üçün hesablanaraq hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənildiyini bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş xx xxxxxx 2018-ci il məlumat vərəqəsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixdən təyin olunsa da, pensiya onun 23 il 01 ay 26 gün daxili işlər orqanlarında xidmət göstərərək, xx xxxx 2006-cı il tarixində ehtiyata buraxılması əsas götürülərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən təyin edilmişdir. Göründüyü kimi Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində məlumat vərəqi xx xxxxxx 2018-ci il tarixdə verilsə də, lakin onun hərbi qulluqçu olaraq yaşa görə pensiya hüququ xidmətdən xaric edildiyi xx xxxx 2006-cı il tarixindən yaranmışdır. İddiaçının xidmət etdiyi orqan tərəfindən onun barəsində məlumat vərəqi gec göndərildiyindən, ona xx xxxxxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət X11 təqdim edilir. Göründüyü kimi iddiaçının pensiya hüququnun xx xxxx 2006-cı il tarixindən yaranmasına baxmayaraq, onun barəsində məlumat vərəqinin qanunvericlikdə müəyyən edilmiş müddətdə tərtib edilərək, Azərbaycan Respublikasının Dövlət X11 təqdim edilməsi qulluq etdiyi orqanların vəzifəsi olmuşdur. İddiaçı onun barəsində təminat xərcliyi barədə məlumatları özündə əks etdirən məlumat vərəqi verilmədən birbaşa olaraq ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət X11 müraciət edə bilməzdi. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ xx xxxx 2006-cı il tarixindən yarandığından ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vaziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci, 31.1-ci, 31.2, 37.7-ci maddələrinin tələblərinə əsasən iddia tələbi əsaslı hesab edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli Fərmanının 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi xx xxxxxx 2007-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət X11 həvalə edilmişdir. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, habelə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinin (keçmiş DSMF-nin HQ və XR X10) xx.xx.2007-ci il tarixdən yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixindən təyin edilmiş pensiyanın xx.xx.2007-ci ildən tətbiq edilməklə, pensiya məbləğinin xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixindən təyin edilmiş pensiyanın xx.xx.2007-ci ildən tətbiq edilməklə, pensiya məbləğinin xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar