Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2469/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X6) qarşı “qeydlərin ləğvi və bağ torpaq sahəsinin qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Südçü” bağçılıqyoldaşlığının 53-54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahələrinin planı və ölçüsü sənədi əsasında “Südçü” bağçılıq-yoldaşlığının 53-54 saylı (0.12 ha) bağ sahələri xx.xx.2013-cü il tarixdə X3 adına alınmış qeydiyyatın, həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X1 adına alınmış qeydiyyatın ləğv olunması və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə “Südçü” bağçılıq-yoldaşlığı tərəfindən 54 saylı torpaq sahəsinin (500 kv.m) adına qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-1995-ci illər ərzində “Bakı Süd” istehsalat Birliyində işləmişdir. İşlədiyi həmin zavodda “Südçü” bağçılıq-yoldaşlıq birliyi yaradılmışdır ki, Nazirlər Kabineti tərəfindən Bakı şəhəri Pirallahı rayonu, Dübəndi qəsəbəsinin ərazisində “Südçü” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə verilməsi üçün torpaq sahəsi ayrılmışdır. “Bakı Süd” İstehsalat Birliyində işlədiyi və “Südçü” bağçılıq-yoldaşlığın üzvü olduğu üçün 1989-cu il tarixində ona üzvlük bileti təqdim edilmişdir. Həmin bilet əsasında 54 nömrə altında 5 sot torpaq sahəsi bağ təsərrüfatı yaradılması üçün ona ayrılmışdır. Həmin torpaq sahəsi naturada, yəni yerdə deyil sıralama, yəni nömrə ilə tərtib edilmiş sənədlər əsasında ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin ona ayrılması üzvlük bileti və protokoldan çıxarışla təsdiq edilir. Uzun zaman kəsiyində ailə, məişət, sağlamlıq durumu ilə əlaqədar bağçılıq təsərrüfatının yaradılması üçün istifadəsinə ayrılmış 500 kv.m torpaq sahəsini torpaq qanunvericiliyinə uyğun olaraq adına sənədləşdirə bilməmişdir. Həmin torpağı öz adına rəsmiləşdirmək üçün o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi xx.xx.2022-ci il tarixli **********34 nömrəli cavab məktubunda həmin idarənin arxivində “Südçü” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı aşkar olunmaması və “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı torpaq sahələrinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İdarənin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığından torpaq sahəsinin yerini təyin etmək mümkün olmadığı üçün onun müraciətinə imtina edilmişdir. Bundan sonra həmin torpaq sahəsinin kimin adına olması ilə bağlı vəkil sorğusu göndərilmişdir. Vəkil sorğusuna xx.xx.2023-cü il tarixli nömrəli cavab məktubunda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, “Südçü” bağçılıq-yoldaşlığın idarə heyətinin yığıncağının xx.xx.1996-cı il tarixli 3 saylı protokolundan çıxarışa əsasən 0.12 ha olan 53/54 saylı bağ sahələri X3 istifadəsinə verilmişdir və sözügedən bağ sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarı ləğv olunmuş DTXK tərəfindən “Südçü” bağçılıq-yoldaşlığının 53/54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahələrinin planı və ölçüsü sənədi əsasında “Südçü” bağçılıq-yoldaşlığının 53-54 saylı (0.12 ha) bağ sahələri xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır və daha sonra həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında X1 adına rəsmiləşdirilmişdir. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 54 saylı torpaq sahəsinin yerini təyin etmək mümkün olmuşdur. Eyni zamanda bildirmişdir ki, X7 “Bakı Süd” İstehsalat Birliyində işləməyib, “Südçü” bağçılıq-yoldaşlığın üzvü olmayıb və həmin bağçılığın torpaqları da ancaq bağçılığın üzvlərinə verilə bilərdi. Əlavə olaraq bağçılığın daxili sənədlərinə əsasən bir üzvünün adına 5 sotdan çox torpaq verilmirdi və 1989-cu il tarixindən 54 saylı torpaq artıq ona verilmişdir. Bu səbəbdən “Südçü” bağçılıq-yoldaşlığın idarə heyətinin yığıncağının xx.xx.1996-cı il tarixli 3 saylı protokoluna əsasən torpaq bağçılığın üzvü olmayan şəxsə verilə bilməz. Beləliklə, X7 tərəfindən təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə saxta sənədlər əsasında onun adına həmin torpaq rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirmişdir ki, X3 qardaşı olan və bağışlama müqaviləsi əsasında X1 adına 53-54 saylı bağ sahələri də daxil olmaqla, X6 tərəfindən eyni hasarın içində “Südçü” bağçılıq-yoldaşlığının ərazisinə aid olan 70 sotdan çox sənədli (çıxarışlı) torpaq sahəsi rəsmiləşdirilib və 20 sotdan artıq torpaq sahəsi zəbt edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarilxi **********34 nömrəli cavab məktubunda qeyd olunan imtina əsaslar aradan qaldırıldığı üçün o, yenidən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək “Südçü” bağçılıq -yoldaşlığın üzvü olduğu üçün 1989-cu il tarixində ona verilən üzvlük bileti və protokoldan çıxarış təqdim edərək “Südçü” bağçılıq-yoldaşlıq tərəfindən ona təqdim edilmiş 54 saylı torpaq sahəsinin onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubunda idarənin arxivində Südçü bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı aşkar olunmaması və “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı torpaq sahələrinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bundan başqa torpaq sahələri koordinatlara uyğun ayrılmadığından və İdarənin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığından torpaq sahəsinin yerini təyin etmək mümkün olmadığı üçün onun müraciətinə yenidən imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Südçü” bağçılıqyoldaşlığının 53-54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahələrinin planı və ölçüsü sənədi əsasında “Südçü” bağçılıq-yoldaşlığının 53-54 saylı (0.12 ha) bağ sahələri xx.xx.2013-cü il tarixdə X3 adına alınmış qeydiyyatın, həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X1 adına alınmış qeydiyyatın ləğv olunması və “Südçü” bağçılıq-yoldaşlığı tərəfindən ona verilmiş 54 saylı torpaq sahəsinin (500 kv.m) onun adına qeydiyyata alınmasına dair məktubu ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14043/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı iş üzrə əsl olmayan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14043/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə X7 və X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********34 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Südçü” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı aşkar olunmamışdır. Həmçinin eyni bağçılıq-yoldaşlıq nəzdində 53-54 saylı torpaq sahələri X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə torpaq sahələri koordinatlara uyğun ayrılmadığından və İdarənin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığından torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, sözügedən bağ sahəsi 4Ə-01-145 saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilsin və 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlar nəzərə alımaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin X3 adına alınmış qeydiyyatın, həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X1 adına alınmış qeydiyyatın ləğv olunması hissəsində mümkün sayılmaması, qalan hissədə isə təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş “Südçü” bağçılıq-yoldaşlığın üzvlük biletindən görünür ki, İddiaçı 1989-cu ildə bağçılıq yoldaşlıq üzvlüyünə qəbul edilmiş və ona Dübəndi ərazisində 54 nömrəli, 500 kv.m sahəsi olan bağ torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********44 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən “Südçü” bağçılıq yoldaşlıq birliyinin bölgü sxemi İdarənin arxiv qovluğunda aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 0.12 ha sahəsi olan “Südçü” b/y-nın 53-54 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adına xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -17 avqust 2013-cü il tarixli Torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən X7 ünvan ünvanında yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsini qardaşı X4 bağışlamışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 0.12 ha sahəsi olan “Südçü” b/y-nın 53-54 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 53-54 saylı bağ evi tikintisi üçün 1200 kv.m torpaq sahəsi ilə bağlı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarı ilə X3 adına tərtib edilmiş, bu barədə dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 34473 qeydiyyat nömrəsi ilə uçota alınmışdır. - X3 adına verilmiş bağçılıq üzvlük kitabçasına əsasən X7 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1996-cı il tarixli 3 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona Dübəndi qəsəbəsi ərazisində bağçılıq cəmiyyəti tərəfindən 1200 kv.m ölçüdə 53/54 nömrəli bağ sahəsi xx.xx.1988-ci il tarixli 4/223 nömərli qərarı ilə ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********50 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 53-54 saylı bağ sahələrinin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, bağ sahəsinin torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 500 kv.m-dir. Torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından və arxivdə kollektivin bölgü sxemi olmadığından bağın yerini təyin etmək olmur. Ərizəçinin arxiv siyahasında adının olubolmamasına aidiyatı şöbədə baxılması məqsədə uyğun olur. Bakı İB-nin arxiv qovluğunda üzvlərin siyahısı saxlanılmayıb. “Südçü” b/y-nın 53-54 nömrəli bağ sahəsi **********34 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Ümumi sahədə vətəndaşın oğlu tərəfindən şərti olaraq göstərilən sahə Südçülük b/y nəzdində 53-54 saylı bağ sahəsi kimi (0.12 ha) qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş sahənin koordinatları: X=439996.0700, Y=4474858.8100, Z=0.0000 X=439968.6900, Y=4474887.9600, Z=0.0000 X=439990.5500, Y=4474908.5000, Z=0.0000 X=440017.9400, Y=4474879.3500, Z= 0.0000 Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********19 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Südçü” bağçılıq yoldaşlıq üzvlərinin siyahısı arxiv qovluğunda aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-3082/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə qarşı «torpaq sahəsinə plan və ölçünün tərtib olunması» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinin imtinası əsassız hesab edilmiş, X5 «Südçü» bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış sahəsi 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə həvalə olunması qərara alınmışdır. -“Südçü” bağçılıq-yoldaşlığın idarə heyəti yığıncağının 3 nömrəli, 27 iyun 1996-cı il tarixli protokoldan çıxarışından görünür ki, X3 “Südçü” bağçılıq-yoldaşlığa üzv qəbul edilməsi və ona 53/54 nömrəli bağ sahəsi 1200 kv.m torpaq sahəsi daimi istifadəyə verilməsi qərara alınmışdır. -Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 4/223 saylı Qərarı əsasında Xəzər rayonu, Dübəndi bağ massivində ayrılmış torpaq Sahələrin “Südçü” bağçılıq-yoldaşlıq üzvlərinə paylanmış sxemdən Çıxarışdan görünür ki, X5 27 iyun 1996-cı il tarixli 3 nömrəli protokol ilə 1200 kv.m sahəsi olan 53/54 bağ sahəsinə çıxarış verilmişdir. Çıxarış “Südçü” bağçılıq-yoldaşlıq Kollektivinin sədri Məmmədov Qasım tərəfindən imzalanmış və möhürlənmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-02/2-M-0826/02- 8/2023 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən bağ sahəsi üzərində hüquqlar digər şəxsin adına müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərinidə qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********74 nömrəli məktubunda bildirilmişdir ki, şərti olaraq göstərilən torpaq sahəsi hasarlanmış ümumi hasar daxilində olan ərazidə yerləşir (ümumi sahə qayalıq və müili relyefli ərazidir) Vahid elektron kadastr baza məlumatına əsasən tək koordinatla şərti göstərilən sahə **********34 reyestr nömrəsi ilə 53/54 saylı bağ sahəsi X1 adına qeydiyyata alınıb. Həmin məktubla göndərilmiş ortofotonun surətindən görünür ki, İddiaçı göstərdiyi 53/54 saylı bağ sahəsi qeydiyyata alınmışdır. Həmçinin həmin bağ sahəsinin yanındakı 55/56, 14/15, 18/21, 12/13, 9/11, 28/30,1/7, 32/34 nömrəli bağ sahələrinin yerləşdiyi əks olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Südçü” bağçılıq-yoldaşlığının 53-54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli torpaq sahələrinin planı və ölçüsü sənədi əsasında “Südçü” bağçılıq-yoldaşlığının 53-54 saylı (0.12 ha) bağ sahələri xx.xx.2013-cü il tarixdə X3 adına alınmış qeydiyyatın, həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında X1 adına alınmış qeydiyyatın ləğv olunması və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə “Südçü” bağçılıq-yoldaşlığı tərəfindən 54 saylı torpaq sahəsinin (500 kv.m) adına qeydiyyata alınması xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2023-cü il tarixli, **********34 nömrəli məktubla ətraflı cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubunda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi idarəsinin arxivində “Südçü” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı aşkar olunmamışdır. Həmçinin eyni bağçılıq-yoldaşlıq nəzdində 53-54 saylı torpaq sahələri digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa torpaq sahələri koordinatlara uyğun ayrılmadığından və İdarənin arxivində bağçılıqyoldaşlığa dair bölgü sxemi olmadığından torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin əzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsim, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından müəyyən olunur ki, iddiaçı “Südçü” bağçılıq-yoldaşlığın üzvlük biletinə əsasən 1989-cu ildə bağçılıq yoldaşlıq üzvlüyünə qəbul edildiyi və ona Dübəndi ərazisində 54 nömrəli, 500 kv.m sahəsi olan bağ torpaq sahəsi ayrıldığını iddia edir. Sözügedən “Südçü” bağçılıq-yoldaşlığa aid arxiv qovluğunda bağçılığın üzvlərin siyahısı və bağçılığa aid bölgü sxemi saxlanılmamışdır. İddiaçı qeyd edilən üzvlük kitabçasını əsas götürərək naturada göstərdiyi bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təminindən o əsasla imtina edilmişdir ki, iddiaçının ümumi sahədə naturada faktiki olaraq göstərdiyi bağ torpaq sahəsi Südçülük b/y nəzdində 53-54 saylı bağ sahəsi kimi (0.12 ha) qeydiyyatdan keçmişdir. Belə ki, təqdim edilmiş 53-54 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, “Südçü” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1996-cı il tarixli 3 nömrəli protokolundan çıxarışa əsasən 0.12 hektar olan 53/54 saylı bağ sahəsi X3 istifadəsinə verilmiş, X7 həmin protokoldan çıxarış, onun əsasında verilmiş üzvlük kitabçası, sözügedən bağ sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı cavbadeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qraşı iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, X5 «Südçü» bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış sahəsi 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə həvalə olunması qərara alınmışdır. Adıçəkilən qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında DTXK tərəfindən “Südçü” bağçılıq yoldaşlığının 53-54 saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, daha sonra həmin plan-ölçü əsasında “Südçü” bağçılıq yoldaşlığının 53-54 saylı (0.12ha) bağ sahəsi xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, C.M.Quluzadə küçəsi, döngə 2, ev 16A-da qeydiyyatda olan X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 33 saylı notariat kontorunun dövlət notariusu B.Ə. Ağayev tərəfindən təsdiq edilmiş 4Ə/01-145 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsi əsasında Xəzər rayonu (indiki Pirallahı), Dübəndi bağ sahəsi ’’Südçü” b/y-nın 53-54 saylı bağ sahəsi xx.xx.2013-cü il tarixdə xx.xx.1955-ci il təvəllüdlü X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının Dübəndi ərazisində 500 kv.m ölçüdə 54 saylı bağ torpaq sahəsi kimi iddia etdiyi bağ sahəsi naturada X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.12 ha ölçüdə 53/54 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. İddiaçının ləğvini mübahisələndirdiyi X3 adına aparılmış qeydlərin əsasında isə göstərilən bağ sahəsinin naturada faktiki vəziyyətinə uyğun plan-ölçü sənədinin-kadastr planının tərtib edilməsi vəzifəsinin DTXK Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarı dayanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, nə qədər ki, üçüncü şəxs X3 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında naturada göstərilən bağ sahəsi ilə bağlı məhkəmə qərarı ilə digər şəxsin adına plan-ölçü sənədi verilmiş, məhkəmə qərarı ilə həmin bağ sahəsinin coğrafi koordinatları müəyyən edilərək kadastr planı hazırlanmış, həmin məhkəmə qərarı hazırda da qüvvədə olmaqla ləğv edilməmiş, bu halda həmin qərarla müəyyən edilmiş faktlar və hallar başqa bir məhkəmə icraatında mübahisələndirilə bilməz və bu əsasdan iddiaçının mübahisələndirdiyi X5 aid olmuş torpaq sahəsinə dair ilkin qeydlərin ləğvi, eləcə də həmin bağ sahəsi ilə bağlı iddiaçının adına qeydlərin aparılması mümkün deyildir. İddiaçının hüquqi marağının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2in(82)-1283/13 saylı inzibati iş üzrə məhkəmə icraatına cəlb edildiyi halda (sonrakı hüquqi nəticələrdən asılı olaraq) öz həllini tapması mümkün və qanunidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdehin sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X6) qarşı “qeydlərin ləğvi və bağ torpaq sahəsinin qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2469/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2469/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver