Məhkəmə qərarları › İş №2-1(112)-2472/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2472/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2472/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin iddiaçının adına "xxxx" ASC-nin Xətai filialına köçürtdüyü 278.530 manat pul vəsaitini (xx.xx.2021-ci il tarixli TT**********905278530 saylı kassa məxaric orderi) hüquqi cəhətdən əsaslandıran sənədlərin – bildirişlərin, qiymətləndirmənin, razılaşmanın, alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının mülkiyyətinə ayırdığı vəsaiti təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən təqdim edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “cavabdehin iddiaçının adına "xxxx" ASC-nin Xətai filialına köçürtdüyü 278.530 manat pul vəsaitini (xx.xx.2021-ci il tarixli TT**********905278530 saylı kassa məxaric orderi) hüquqi cəhətdən əsaslandıran sənədlərin – bildirişlərin, qiymətləndirmənin, razılaşmanın, alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının mülkiyyətinə ayırdığı vəsaiti təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən təqdim edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1967 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illəri üçün Kompleks Tədbirlər planı”nın(bundan sonra sözügedən plan) icrasına başlandı. İddiaçının mülklərin Xətai rayonu,Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X. Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə yerləşdiyi üçün, bu planın təsir dairəsinə düşdü. Sözügedən ərazidən əhalinin köçürülməsi, mülklərin sökülməsi və kompensasiyanın ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 262 saylı sərancamı ilə ADEC AİŞ-nə həvalə edildi. 2007-ci ilin sonunda ADEC AİŞ Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi ilə birlikdə ərazidə yerləşən mülklərin və torpaqların invertarizasiyasını aparıb, başa çatdırdılar. 2008-ci ilin yanvaraprel aylarında ADEC AİŞ sözügedən ərazidə yerləşən mülkləri, o cümlədən iddiaçıya məxsus 2 evini də müqavilə əsasında sökmüşlər. Evləri söküb, altındakı çirkli torpağı təmizləyib, mülklərini bərpa edəcəyi barədə iddiaçı ilə müqavilə bağlanılmışdır. 2013-cü ilin mart ayının 12-də ADEC AİŞ iddiaçının hər iki evini əvvəlkindən də yaxşı bərpa etdirib, geri qaytarmışdır. Sözügedən ərazidə mövcud olan 3000 (üç min) civarında mülk sahibləri, 3000( üç min) civarında mülkə sahib olan 15 000(on beş min) civarında Azərbaycan vətəndaşı öz halal haqqlarını əldə etmək niyyəti ilə qanunauyğun yol seçmək üçün bütün dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq, hər dəfə AR İqtsadiyyat Nazirliyi və AR Maliyyə naziri X4 istisna olmaqla məntiqsiz, yəni nonsens cavab almışlar. Maliyyə Nazirliyi qeyd edir ki, Xətai RİH-nin vəzifəli şəxslərinin sakinlərə belə tövsiyələrin verməsinin əsassız olduğunu və bunun da vətəndaşları narahat edən məsələlərə vaxtında aydınlığın gətirilməməsinə səbəb olduğunu hesab edir, gələcəkdə belə hallara yol verilməməsi üçün tədbirlər görülməsini xahiş edir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli sərancamı saxtadır, çünki bu sərancam xx.xx.2007-ci il tarixli 262 saylı sərancamı ilə “ADEC” AİŞ-ni “Ağ Şəhər” lahiyyəsinin icrasında vəzifələndirməsinin inkarına yönəlib. Məlumdur ki, 262 saylı sərancamın icrasında maliyyə mənbəyi ADEC AİŞ-nin cəlb etdiyi investorlardır. 225 saylı sərancamdan irəli gələn öhdəliklərin maliyyə mənbəyi dovlətdir. Dövlət- Maliyyə Nazirliyi də bunu nazir səviyyəsində inkar edir. Həmdə,bu məlumatı Prezidentin köməkçisinə,yəni Prezidentə verir. Yüksək dövlətçilik ədəb-ərkanına malik olan nazir X2 verdiyi məlumat mübahisə obyekti ola bilməz. Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi qanunla müdaxiləsi imkansız olan yerə müdaxilə edib, vətəndaşları mənəvi və maddi cəhətdən zorlayıb, narazılıq yaradır və bu narazılığı yaratmaq üçün dövlətin maliyyə yardımı göstərməsini də sübut edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir münasibətini təqdim edərək göstərmişdir ki, Bakı Ağ şəhər layihəsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xəttlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-yə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “X1 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər (yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0 – 350 manat) müəyyən olunmuşdur. İddiaçı qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X3 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. İddiaçı qeyd edilən sənədin əldə edilməsi məqsədi ilə aidiyyati üzrə Xətai rayon Kapital Bank filialına müraciət edə bilər. Bundan əlavə iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4079/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

5. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə iclasında iştirak edən tərəfin izahatı.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

IV. İş materiallarında olan sənədlər:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, sənədlərin surətlərinin təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, N-14/3-152 nömrəli məktuba əsasən bildirilmişdir ki, Bakı Ağ şəhər layihəsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi bir çox küçə və prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) MMC-yə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0 – 350 manat ödənilmişdir. İddiaçı qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X3 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən, xx.xx.2022-ci il tarixdə, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 1022-ci məhəllə, ev 20/25-in sökülməsinə görə kompensasiyanın ödənilməsinə dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 29 iyun 2022-ci il tarixli məktubunu, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 262 nömrəli və xx.xx.2013-cü il tarixli 225 nömrəli sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 3 iyun 2021-ci il tarixli məktubunu və məhkəmə qərarlarını təqdim etmişdir.

V. Məhkəmənin mövqeyi

9. Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir; 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən, hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

11. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 3.0-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs; 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; Həmin Qanunun 7.11-ci maddəsinə əsasən yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.4-cü madəsinə görə, ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 20.1-ci maddəsinə görə, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

13. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı ona məxsus daşınmaz əmlakların sökülməsi ilə bağlı cavabdehin ona ödədiyi kompensasiyanı qəbul etsə də, söküntü prosesinin və kompensasiyanın ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamasına görə, kompensasiyanın ödənilməsinə dair hüquqi sənədlərin təqdim edilməsini xahiş etmişdir. Xətai rayon İcra Hakimiyyətinin cavabı qane etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 1022-ci məhəllə, ev 20/25-in sökülməsinə görə kompensasiyanın ödənilməsinə dair sənədlər: sərəncam, kompensasiya ödəniləcək sakinlərin siyahısından çıxarış, ödəniş tapşırıqları cavabdeh tərəfindən təqdim edilmişdir.

15. Müəyyən olundu ki, iddiaçının ona təqdim edilməsini tələb etdiyi “hüquqi cəhətdən sübut edən aidiyyatı sənədlər”: bildirişlər, qiymətləndirmə, razılaşma, alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçıya mülkiyyətinə ayırdığı vəsaiti barədə sənədlərə cavabdeh malik deyil.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

17. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin iddiaçının adına "xxxx" ASC-nin Xətai filialına köçürtdüyü 278.530 manat pul vəsaitini (xx.xx.2021-ci il tarixli TT**********905278530 saylı kassa məxaric orderi) hüquqi cəhətdən əsaslandıran sənədlərin – bildirişlərin, qiymətləndirmənin, razılaşmanın, alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının mülkiyyətinə ayırdığı vəsaiti təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən təqdim edilməsi” bаrədə iddiа tələbi təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar