Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2473/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına qarşı “cavabdeh üzərinə düşən öhdəliyi heç bir müdaxilə etmədən dövlət tərəfindən göndərilən ərzaq normasını paylaması barədə qərar qəbul edilməsi, cavabdehdən İddiaçı xeyrinə 1000 manat təzminat tutulması və cavabdehin cinayətkar əməli barədə xüsusi qərardad çıxarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına qarşı “cavabdeh üzərinə düşən öhdəliyi heç bir müdaxilə etmədən dövlət tərəfindən göndərilən ərzaq normasını paylaması barədə qərar qəbul edilməsi, cavabdehdən İddiaçı xeyrinə 1000 manat təzminat tutulması və cavabdehin cinayətkar əməli barədə xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, xx xxxxxx 1981-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Ağır Cinayətlərə dair işlər üzrə azərbaycan Respublikasının Məhkəməsinin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdir. Saxlandığı Penitensiar Xidmətinin həbsxanasının rəhbərliyi tərəfindən məhkum üçün dövlət tərəfindən verilən tərəvəz məhkuma verilmir. İddiaçının tərəvəz payını verməyən vəzifəli şəxslər dövlət büdcəsinə ziyan vururlar. Ərzağı tələb edəndə isə şərböhtana məruz qalaraq cərimə təcridxanasına göndərirlər. Cərimə təcridxanasında isə fiziki-psixoloji işgəncələrə məruz qalır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə tərəfindən 06 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən iddiaçıya göndərilmiş məktubda ona iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğunu və maddi təzminatın ödənilməsi barədə cavabdehə edilmiş müraciətə dair sübutun və ya cavabdehin imtina məktubunun məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçı tərəfindən məhkəmənin tələbləri yerinə yetirilməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı cavabdehdən 1000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına qarşı “cavabdeh üzərinə düşən öhdəliyi heç bir müdaxilə etmədən dövlət tərəfindən göndərilən ərzaq normasını paylaması barədə qərar qəbul edilməsi, cavabdehdən İddiaçı xeyrinə 1000 manat təzminat tutulması və cavabdehin cinayətkar əməli barədə xüsusi qərardad çıxarılması” tələbi barədə iddiası mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər İnzibati-Prosessual Məcəlləsinin 85.1.-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına qarşı “cavabdeh üzərinə düşən öhdəliyi heç bir müdaxilə etmədən dövlət tərəfindən göndərilən ərzaq normasını paylaması barədə qərar qəbul edilməsi, cavabdehdən İddiaçı xeyrinə 1000 manat təzminat tutulması və cavabdehin cinayətkar əməli barədə xüsusi qərardad çıxarılması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2473/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2473/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver