Məhkəmə qərarları › İş №2-1(112)-2473/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2473/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2473/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 halları İddiaçı MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********171825 saylı qərarına əsasən iddiaçı "xxxx" MMC-də səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********171940 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən 6.498.874,89 manat vergilərin azaldılması, 3.923.435,18 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 2.960.851,83 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı qəbul edilmiş qərar ilə razı deyil və hesab edir ki, aşağıdakı səbəblərə qərar ləğv edilməlidir. Belə ki, yoxlama xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmiş və 2020-ci ilin 09 iyununda vergilər hesablanmışdır. Bununla da, Vergi Məcəlləsinin 56-cı, 83.3-cü və 85.4-cü maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 2015-2018-ci illərdə qüvvədə olmuş 56-cı maddəsinin tələbinə görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Lakin mübahisələndirilən qərar qəbul edilən zaman 2015 və 2016-cı ilin əlavə dəyər vergisi və mənfəət vergisinə maliyyə sansiyası tətbiq edilərkən yuxarıda qeyd olunun maddi hüquq normasının tələblərinə əməl edilmiş, lakin vergi məbləğləri hesablanılan zaman qeyd olunan normalar pozulmuşdur. Belə ki, hesabat dövründən 3 illik müddət ötməsinə baxmayaraq 2015-ci ilin mənfəət vergisi üzrə 543.543,78 manat, 2016-cı ilin mənfəət vergisi üzrə 252.368,78 manat, 2015-ci ilin ƏDV üzrə 43.470,21 manat, 2016cı ilin ƏDV üzrə 286.313,68 manat vergi məbləği hesablanmışdır. Bundan başqa yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. Yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********194026 saylı “Səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında” və xx.xx.2020-ci il tarixli **********198460 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar qəbul edilmiş, lakin həmin qərarlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Hətta xx.xx.2020-ci il tarixli **********198460 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarın mətnindən aydın olmuşdur ki, xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlması aktı tərtib olunmuş, lakin həmin aktın surəti ümumiyyətlə iddiaçıya təqdim olunmamışdır. Bundan əlavə Vergi Məcəlləsinin 38.2-ci maddəsinin də tələbləri pozularaq 151 gün ərzində yoxlama davam etdirilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmaqla mənfəət vergisi və ƏDV hesablanmışdır. Nəticədə yoxlama kobud qanun pozuntularına yol verilərək, qanunsuz inzibati akt qəbul olunmuşdur. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən keçirilmiş səyvar vergi yoxlamasının və onun nəticəsi kimi qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qanunsuz və əsassız olmasını sübut edən iş üçün əhəmiyyətli olan aşağıdakı hallar nəzərə çatdırılır: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-ci il tarixli 2-1(102)-914/16 saylı qərarı cavabdeh vergi orqanı tərəfindən icra edilməmişdir. Ali Məhkəmənin həmin qərarı ilə açıq-aşkar iddiaçının bank hesablarına və ƏDV sub-uçot hesablarına işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən müdaxilə qadağa edilmişdir. Lakin vergi orqanı həmin qərarın tələbini nəzərə almadan, dövlətin adından qəbul edilmiş yekun məhkəmə aktının tələbinə hörmətsiz yanaşaraq xx.xx.2016ci ildən xx.xx.2018-ci ilədək qərəzli olaraq iddiaçının ƏDV sub-uçot hesabını blokda saxlamışdır. Bununla da iddiaçı ilə sifarişçilər arasında bağlanan müqavilələr qeyri-işlək vəziyyətə düşmüş və iddiaçı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bununla yanaşı iddiaçının hesabına gəlmiş məbləğlərin hamısı heç bir əsas olmadan qərəzli şəkildə dövlət büdcəsinə xeyrinə silinmişdir. Bu qanunsuz silinmə iddiaçının şəxsi hesab vərəqəsində və ƏDV vəsaitlərinin qrafasında öz əksini tapmışdır. İddiaçı dövlət büdcəsinə hər hansı vəsait ödədikdə ödəniş tapşırığı əldə edir. Vergi orqanı tərəfindən qanunsuz silinən vəsaitlər ancaq null sözü ilə fərqləndirilir. Əgər bu müddət ərzində aparılan köçürülmə əməliyyatlarına nəzər yetirilsə küllü miqdarda pul vəsaitinin qanunsuz olaraq vergi orqanı tərəfindən dövlət büdcəsinə silindiyi məlum olur. Müxtəlif vaxtlarla çoxsaylı məktublarla və elektron poçt vasitəsilə vergi orqanın qanunsuz məsul əməkdaşlarının Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarının tələbini qərəzli olaraq pozaraq iddiaçıya maddi ziyan vurması barədə AR Vergilər Nazirliyinə (indiki AR İqtisadiyyat Nazirliyi yanında DVX) verilən şikayətlərin heç bir nəticəsi olmamış və iddiaçıya qarşı qanunsuzluqlar davam etmişdir. Vergi orqanının məsul vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində, yəni iddiaçının ƏDV sub-uçot hesablarından qanunsuz silinmələr və hesabın bloklanması halı olduğundan iddiaçı mal-material satan sahibkarlara köçürmə həyata keçirə bilməmiş və qarşısına götürdüyü müqavilə öhdəliklərini icra etmək üçün tələb olunan mal materialları nağd şəkildə almaq məcburiyyətində qalmışdır. Beləliklə də iddiaçı müqavilə öhdəliklərini yerinə yetirmək üçün tələb olunan mal-materialı almaq üçün özünün bank və ƏDV sub-uçot hesabından əməliyyat apara bilmədiyindən elektron vergi hesab faktura əldə edə bilməmiş və beləliklə də əvəzləşmə vergi orqanın təqsiri üzündən həyata keçməmişdir. Əgər vergi orqanı məhkəmə qəranının tələbini icra etsəydi, yəni qanunsuz olaraq hesabda olan vəsaitləri silməsəydi və hesaba blok qoymasaydı iddiaçı müqavilələr və sifarişlər əsasında ƏDV sub-uçot hesabına mədaxil olunan vəsaitləri mal satanların bank hesablarına ödəyib mal-material ala bilərdi ki, bununla da malların alış və satış sənədləri elektron formada mövcud olardı. Vergi orqanı məhkəmə qərarının tələbinə məhəl qoymayaraq ƏDV sub-uçot hesaba mədaxil olmuş vəsaitləri özbaşına qanunsuz olaraq büdcəyə silməklə yanaşı sonradan açdığı yoxlama zamanı özünün qanunsuz sildiyi vəsaitləri hesablayıb kulli miqdarda maliyyə və digər faiz sanksiyalarını iddiaçının şəxsi vərəqəsində yerləşdirməklə açıq-aşkar kobud qanun pozuntusuna yol verib iddiaçı cəmiyyəti maliyyə vəziyyətini iflic hala salmış və süni olaraq iddiaçıya külli miqdarda borc yaratmışdır. Vergi orqanının məhkəmə qərarlarının tələbini icra etməməklə iddiaçıya vurduğu ziyanın həcmi aşağıdakı kimidir: a) ƏDV sub-uçot hesabından (şəxsi vərəqədə görmək mümkündür null) -1.919.112 manat; b) Artıq ödəmə dövlət büdcəsinə silinmiş və şəxsi vərəqədə öz əksini tapmış - 6.286.325 manat c) Hesabları blokda olduğu üçün sub-uçot hesabından əməliyyat edə bilməməyi səbəbindən müqavilə öhdəliklərini yerinə yetirməyi üçün nağd şəkilində mal material aldığından - 3.022.223 manat; d) ƏDV sub-uçot hesabı üzrə aparacağı məxaric əməliyyatlarına məhdudiyyət qoyulması və kameral vergi yoxlaması nəticəsində yaradılmış əssasız vergilərə görə dəyən ziyan - 7.363.515 manat. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsinə dair tələb üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 nömrəli qərar elektron üsulla vergi ödəyicisinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə saat 18:25-də oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımı qaydada çatdırılmış sayılır. Elektron məhkəmə sistemində olan məhkəmə işlərinə dair məlumatdan göründüyü kimi iddia ərizəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt inzibati Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 nömrəli qərarın ləğv edilməsi üçün qərar təqdim olunduğu vaxtdan 3 (üç) aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə, iddiaçının vergi orqanı tərəfindən əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi və səyyar vergi yoxlamasının keçirilməsi zamanı Vergi Məcəlləsinin 38-ci maddəsinin tələblərinin gözlənilməməsi barədə dəlillərinə münasibətdə qeyd edilir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********171825 nömrəli qərara əsasən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (Nə KY181321520; xx.xx.2018-ci il). Bundan əlavə, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi, yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əlavə yoxlama tədbirlərinin keçirilməsi ilə bağlı bildirilmişdir ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. İddiaçı MMC-də keçirilmiş yoxlamanın nəticəsi üzrə tərtib edilmiş səyyar vergi yoxlaması aktına və yoxlama zamanı toplanmış sənədlərə baxılması zamanı həmin sənədlərin yoxlama yerinə getmədən, vergi orqanında ətaraflı öyrənilməsi və araşdırılması üçün əlavə yoxlama tədbirlərinin keçirilməsinə zərurət yaranmış və bu səbəbdən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Bu da Vergi Məcəlləsinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə tam uyğun, qanuni və əsaslıdır. Beləliklə, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə göndərilmiş və həmin materiallar əsasında cinayət işi başlanmışdır. İddiaçının yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmaqla vergilərin hesablaması barədə dəlillərinə münasibətdə aşağıdakılar bildirilir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan göründüyü kimi cəmiyyətin neft məhsullarının saxlanması və daşınması üçün tələb olunan maddi-texniki bazası, nəqliyyat vasitəsi və yoxlama ilə əhatə olunan dövrün sonuna cəmiyyətin sahibliyində hazır məhsul, bitməmiş istehsal, mallar və sair ehtiyatlar mövcud olmadığı üçün 31.786.473,53 manat yoxlama ilə əhatə olunan sonuncu hesabat dövrünə, yəni 2018-ci ilin oktyabr ayı üzrə ƏDV-ə cəlb olunmuşdur. Beləliklə, yoxlama zamanı yanacaq satışı ilə bağlı təsdiqedici sənədlər olmadığına görə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən hesablamanın aparılması qanuni və əsaslıdır. Bundan əlavə, iddiaçının vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin pozulması barədə dəlillərinə münasibətdə isə aşağıdakılar bildirilir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qanunvericiliyin qeyd olunan normasına istinadən İddiaçı MMC-də səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2018-ci il tarixdə qəbul edilmiş və əhatə olunan dövr 2015-2018-ci illər olmuşdur. Göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətlər gözlənilməklə aparılmış, vergilərin azaldılması halları aşkar edilmiş və Vergi Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” xx.xx.2002-ci il tarixli qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Yuxarıda qeyd olunanlara əsaslanaraq İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri əsasında qərar ləğv edilə bilməz. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********171940 nömrəli aktına və xx.xx.2020 tarixli **********171400 nömrəli sənədə əsasən vergi qanunvericiliyinin pozulması halları aşkar edilərək iddiaçıya 6.498.874,89 manat vergilərin azaldılması, 3.923.435,18 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 2.960.854,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin **********84900 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış məbləğin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********171825 nömrəli qərara əsasən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İş materiallarına gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri, “Socar Petroleum" QSC tərəfindən verilən dövriyyə cədvəlləri, elektron vergi hesabfakturaları, müqavilələr və elektron qaimə-fakturalar əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3216 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə səyyar vergi yoxlaması dövründə İddiaçı MMC-yə (VÖEN **********) hesablanmış ƏDV-nin, mənfəət vergisinin və həmin vergilər üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən edilir. Həmçinin qeyd edilir ki, yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərin (mənfəət və ƏDV) konkret məbləğini müəyyən etmək mümkün olmadı. Üçüncü-doqquzuncu suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair bir qism xərci sənədləri (elektron qaimə fakturalar, ödəniş sənədləri və s.) mövcuddur.Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə mülahizədə göstərilmişdir ki, ekspert rəyi əsassız hesab edilir. Ekspert tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş suallara (10 sualdan 8-i cavabdeh tərəfindən təqdim edilmişdir) tam və əsaslandırılmış cavablar verilməmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. xx.xx.2022-ci il tarixli 9/3216 nömrəli ekspert rəyində qeyd olunur: “Müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktına əsasən yoxlamanın başlanması tarixi xx.xx.2018-ci il, yoxlama ilə əhatə olunan dövr isə sentyabr xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olmuşdur. Yoxlamanın başa çatması tarixi xx.xx.2020-ci il, aktın tərtib olunma tarixi xx.xx.2020-cu il, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın tarixi xx.xx.2020-ci il olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2020-ci il tarixli **********171940 nömrəli akta əsasən yoxlamanın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur və 3 ildən əvvəlki dövrlərə dair hesablama aparılmışdır.” Eyni zamanda rəydə göstərilir ki, yoxlama ilə vergi ödəyicisinə mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadan birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinad etmişdir. Halbuki, mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə də istinad edilməli idi.” Ekspertin yuxarıda göstərilən dəlillərini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi, yoxlamanın müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuşdur. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktında və məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli **********333500 nömrəli etiraza əlavədə ətraflı qeyd olunmuşdur. Mülki Prosessual Məcəllənin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Həmin maddənin mahiyyətindən aydın olduğu kimi, ekspert xüsusi bilik tələb edilən məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir. Maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyü barədə rəy bildirmək ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertin əsas vəzifəsi mübahisələndirilən qərardakı hesablamaların düzgünlüyü ilə bağlı rəy verməkdən ibarətdir. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir. Odur ki, bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. Ekspertin qeyd olunan məsələyə münasibəti əsassız və qanunsuzdur. Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. xx.xx.2022-ci il tarixli 9/3216 nömrəli ekspert rəyindən göründüyü kimi ekspert birinci və ikinci suallar üzrə səyyar vergi yoxlaması aktında qeyd olunan məlumatları (3-16 vərəqlər) rəyə köçürmüş, yuxarıda qeyd olunan hala (maddi hüquq normasının düzgün tətbiq edilməməsi) istinad edərək, qoyulmuş suallar ilə bağlı mahiyyəti üzrə ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Eyni zamanda rəydə göstərilmişdir ki, cəmiyyətin bank hesabından "xxxx" QSC-nin ƏDV depozit hesabına 5173502,35 manat ödənildiyi üçün yoxlama zamanı əvəzləşdirilməli olan 120975,93 manat ƏDV məbləğinin azaldılması düzgün deyildir. Bildirilir ki, hesabat-axtarış informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin ƏDVDH üzrə çıxarış üzrə məlumatdan (həmin sənədlər işin materiallarında var) da görünür ki, yoxlama dövrü ərzində cəmiyyət tərəfindən "xxxx" QSC-nin ƏDV depozit hesabına 5025526,42 manat ödənilmişdir. Beləliklə, ekspert rəyində göstərilənlər öz təsdiqini tapmır. Rəyin nəticə hissəsində qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Təəssüflər olsun ki, ekspertin ekspertiza tədqiqatına təqdim edilmiş 6 (altı) cilddən ibarət olan işin materiallarına əsasən vergilərin hansı məbləğdə olmasını müəyyən edə bilməməsi, eyni zamanda vergi orqanı tərəfindən əlavə hesablanmış vergilərin düzgün hesablanmaması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Əgər ekspert ekspertiza tədqiqatına təqdim edilmiş sənədlər əsasında hesablanmalı vergilərin hansı məbləğdə olmasını müəyyən də bilmirsə, onda hansı əsasla vergi orqanı tərəfindən hesablanmış vergilərin düzgün hesablanmadığı qənaətinə gəlir. Qeyd edilən hallar ziddiyyətli məqamlar yaradır ki, bu da rəyin mötəbərliyini şübhə altına alan əsas hallardan biridir. Bundan əlavə, təqdim edilmiş iş materiallarına əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün deyildisə Mülki Prosessual Məcəllənin 63.3-cü və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddələrinə əsasən əlavə sənədlər tələb etmək ekspertin hüququ olduğu halda, ekspert bu hüququndan istifadə etməmiş, ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün əlavə sənədlər tələb olunmamışdır. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək də ekspertin hüquqlarına aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi ekspert qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə etməmiş, ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Bununla da, ekspert tərəfindən Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinin, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinin tələbləri pozulmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş üçüncü və doqquzuncu suallar üzrə rəydə gəlinmiş nəticəyə münasibətdə isə qeyd edir ki, ekspert qeyd edilən suallara formal və natamam cavab verərək, xərc sənədlərinin iş materiallarında əks olunduğunu qeyd etmiş, lakin hansı sənədlərin xərc sənədləri olması barədə araşdırma və qeyd aparmadan sənədlərin adı, tarixi, və rekvizitlərinin iş materiallarında qeyd olunduğunu bildirmişdir. Göründüyü kimi ekspert aydınlaşdırılmalı olan halları ümumiyyətlə araşdırmamış və suallara mahiyyəti üzrə cavab verməmişdir. Göründüyü kimi 7 (yeddi) sualın hər biri üzrə araşdırılmalı məsələlər xüsusi qeyd olunmasına baxmayaraq, ekspert aydınlaşdırılmalı olan halları ümumiyyətlə araşdırmamış və sualların hər birinə mahiyyəti üzrə cavab verməmişdir. Bildirilmişdir ki, İddiaçı MMC tərəfindən vergi orqana təqdim edilmiş mənfəət vergi bəyannamələrindən görünür ki, cəmiyyətin 2015-ci il üzrə 39193348,75 manat, 2016-cı il üzrə 24498351,96 manat və 2017-ci il üzrə 14936968,05 manat malın maya dəyəri xərci olmuşdur. Vergi Məcəlləsinin 139.1-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Lakin, cəmiyyət tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olaraq göstərilən xərclərə dair uçot sənədləri yoxlamaya təqdim edilməmiş, habel əmtəə-material ehtiyatlarının uçotu cəmiyyət tərəfindən aparılmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş onuncu sual üzrə ekpert rəyin nəticə hissəsində qeyd etmişdir ki, təqdim edilmiş iş materiallarına əsasən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2015-xx.xx.2018) "xxxx" QSC-dən alınmış 39592,09 ton Al-92 markalı benzinin nə qədəri satılmış və nə qədəri isə yerinə yetirilmiş iş və xidmətlərə sərf olunmasını müəyyən etmək mümkün olmadı. Ekspertin gəldiyi nəticəni əsassız hesab edərək bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin "xxxx" QSC-dən (VÖEN **********) yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2015-xx.xx.2018) 39592,09 ton Al-92 markalı benzin aldığı müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, uçot-baza məlumatlarına əsasən cəmiyyətin balansında nəqliyyat vasitələri olmamış və yoxlama ilə əhatə olunan dövr ərzində "xxxx" ASC-dən (VÖEN **********) Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası ünvanında yerləşən sahəsi 40 kv.m olan 1(bir) otaqlı qeyri-yaşayış sahəsi (obyektkodu:**********-31001) icarəyə götürülmüşdür. Bununla əlaqədar, vergi orqanı tərəfindən “Qarşılıqlı əməliyyatlara dair sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********906500 nömrəli məktubla "xxxx" QSC-yə müraciət olunmuşdur. “Socar Petroleum" QSC tərəfindən xx.xx.2019-cu il tarixli **********666800 nömrəli məktubla dövriyyə cədvəlləri, elektron vergi hesab-fakturaları, müqavilələr və elektron qaiməfakturalar vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş “Alqı-satqı” müqavilələrinin 3.1ci maddəsindən görünür ki, neft məhsullarını satıcının ("xxxx" QSC-nin) Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X2 öz nəqliyyatı hesabına və vəsaitləri hesabına daşımaq “Alıcının” (İddiaçı MMC) üzərinə düşür. Bildirirlər ki, mübahisələndirilən qərar ilə vergilərin hesablanması üçün əsas olan bütün sübutlar, o cümlədən “Qarşılıqlı əməliyyatlara dair sənədlərin təqdim edilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********906500 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən təqdim edilmiş dövriyyə cədvəlləri, elektron vergi hesab- fakturaları, müqavilələr və elektron qaimə-fakturalar cavabdeh tərəfindən ekspertiza tədqiqatının aparılması üçün məhkəməyə təqdim edilməsinə və işin materialları arasında olmasına baxmayaraq, həmin sənədlər əsasında ekspertiza tədqiqatı aparılmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə qərardadına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş suallara ekspert tərəfindən əsaslandırılmış cavablar verilməmişdir. Ekspert rəyində göstərilənlərdən fərqli olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda... Maddə 62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Məhkəmədə işin halları ilə müəyyən olunmuşdur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********171825 saylı qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2015-oktyabr 2018 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********171940 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən 6.498.874,89 manat vergilərin azaldılması, 3.923.435,18 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 2.960.854,83 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı hesab edir ki, xx.xx.2020-ci il tarixli inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmadığından və qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə bildirir ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının başlanması əsası olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə də növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin qanuniliyini əsaslandırmamışdır. Belə ki, aktdan görünür ki, təyin olunmuş səyyar vergi yoxlaması Departamentin (hazırda-Baş İdarənin) xx.xx.2018-ci il tarixli **********535300 nömrəli Xidməti məlumatına əsasən təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar). Həmçinin, səyyar vergi yoxlamasının keçirildiyi dövdə qüvvədə olmuş Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (X4 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda həm də Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda, yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7- ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. Təsadüfi deyildir ki, xx.xx.2022-ci il tarixdən həmin maddəyə dəyişiklik edilərək “iş günü” kimi qeyd olunmuş və bununla da əvvəlki dövrlərdə həmin normanın təqvim gününü əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. İş materiallarına əsasən cavabdehin xx.xx.2018-ci il tarixli **********171825 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2018-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2019-ci il göstərilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2019-ci ildə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2019-ci il tarixdən xx.xx.2019-ci il tarixədək əsassız olaraq, ümumilikdə 7 gün müddətində davam etdirilmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər qəbul edilməmişdir. Eyni zamanda, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Cavabdeh tərəf yoxlama müddətinin artırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (bu qərar özündə yoxlama müddətinin artırılmasını ehtiva edir) barədə xx.xx.2019-cu il tarixli, **********194026 saylı və xx.xx.2020-ci il tarixli, **********198460 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarı Reyestrə daxil etməməklə Əsasnamənin 3.4.16-cı bəndinin tələblərinə riayət etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin qərarların reyestrdə qeydiyyata alınması təqdim olunmuş çıxarışda öz əksini tapmamışdır. Cavabdehdən qeyd olunanlara yazılı şəkildə münasibət bildirməsi tələb olunsa da, göstərilənlərin əksinə dair hər hansı təsdiqedici sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, yoxlamanın davam etdirilməsinin reyestrdə qeydiyyata alınmaması ondan sonrakı aparılan bütün hərəkətləri də əsassız edir. Göründüyü kimi, cavabdeh vergi orqanının keçirilən səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3.2-ci maddəsinin və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələblərini pozmuşdur. Bundan başqa, cavabdeh mübahisələndirilən **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Həmin yoxlamanın dövrü isə yoxlamanın keçirilməsi barədə qərar, reyestrdən çıxarış və yoxlama aktı ilə noyabr/2015oktyabr/2018 dövrləri kimi müəyyən olunur. Göründüyü kimi, cavabdeh mənfəət vergisi ilə bağlı 2015-ci il üzrə 31 dekabr 2018-ci ilədək, 2016-cı il üzrə isə 31 dekabr 2019-cu il tarixədək hesablama aparmaq hüququ olduğu halda, həmin müddət başa çatdıqdan sonra qərar qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına əsasən, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır (maddə 83.3). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdirlər (maddə 85.4). Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz (maddə 56.1). Cavabdehin yoxlama zamanı 2015-ci və 2016-cı illər üzrə mənfəət vergisinin və həmin illlərin hesabat dövrləri üzrə azaldılması müəyyən edilən ƏDV məbləğlərinə Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 56-cı, 83.3-cü və 85.4-cü maddələrinə əsasən 3 illik müddət başa çatdığı üçün maliyyə sanksiyasını tətbiq etməsə də, əsassız olaraq vergilərə münasibətdə həmin normaları nəzərə almamışdır. Halbuki, vergi qanunvericiliyinin pozulması dedikdə, yalnız maliyyə sanksiyası deyil, həm də vergilər nəzərdə tutulduğundan qeyd olunan normalarda əks olunmuş 3 illik müddət vergiləri də əhatə edir. Beləliklə, qeyd olunanlara uyğun olaraq iş materiallarından müəyyən olunur ki, səyyar vergi yoxlaması ilə 2015-ci il üçün 543.543,78 manat, 2016-cı il üçün 252.368,78 manat mənfəət vergisi, 2015-ci il üzrə ümumilikdə 43.470,21 manat azaldılmış ƏDV məbləği, 270.689,96 manat artıq hesablanmış ƏDV məbləği, 2016-cı il üzrə ümumilikdə 286.313,68 manat azaldılmış ƏDV məbləği, 2.319.022,21 manat artıq hesablanmış ƏDV məbləği, 2017-ci ilin yanvar-aprel ayları üzrə ümumilikdə 374.417,42 manat artıq hesablanmış ƏDV məbləği həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 56.1, 83.3, 85.4-cü maddələri ilə müəyyən edilmiş vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il keçdikdən sonra tətbiq edildiyi üçün həmin dövrlər üzrə əlavə və artıq hesablanmış vergilər əsassızdır. Məhkəmə həmçinin bildirir ki, cavabdeh mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin imperativ tələblərinə də riayət etməmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə olaraq 2015-2017-ci illər üzrə hesablanmış mənfəət vergisi xərc sənədləri olmamasına görə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən həmin illərin gəliri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni gəlirin tərkibində 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunmuşdur. Halbuki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən yalnız həmin maddənin 67.1.1 - 67.1.9-cu bəndlərində sadalanan əlaqəli məlumatlardan, bu mümkün olmadıqda həmin maddənin 67.3 - 67.4-cü maddələrində nəzərdə tutulan analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarının tətbiqindən sonra mənfəəti müəyyən etmək mümkün olmadıqda Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada hesablanma aparıla bilərdi. Qeyd olunanlar yuxarı instansiya məhkəməsinin formalaşmış təcrübəsində də əks olunmuşdur. 67-ci maddənin dispozisiya şərtlərinin işin halları ilə əlaqəli təhlili onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən həmin norma hazırki işə düzgün tətbiq edilməmişdir. Çünki yoxlamanın nəticələri barədə tərtib edilmiş aktda da göstərildiyi kimi, iddiaçının qarşılıqlı əlaqələri nəzərə alınmamışdır. İş materiallarında analoji müəssisənin mövcud olub-olmaması, əlaqəli məlumatların müəyyən olunubolunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə xx.xx.2022-ci il tarixdən 67.17-ci maddə əlavə olunmuşdur. Həmin maddədə aşağıdakılar göstərilmişdir. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixdən 67.17-ci maddə xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın əhatə etdiyi vergi dövründən sonra qəbul edildiyi üçün həmin münasibətlərə şamil oluna bilməz. Məhkəmə bildirir ki, iş materiallarında yuxarıda göstərilən normalara uyğun olaraq cavabdeh tərəfindən hər hansı araşdırma aparılmadığı müəyyən olunduğu üçün birbaşa şərti rentabellik norması tətbiq olunmaqla mənfəət vergisinin hesablanması tamamilə əsassız olmuşdur. Qeyd edilənlərdən əlavə bildirilir ki, ƏDV-nin hesablanması zamanı vergi qanunvericiliyinin tələbləri cavabdeh vergi orqanı tərəfindən düzgün tətbiq olunmamışdır. Belə ki, "xxxx" QSC-dən alınmış yanacaq məhsullarına görə Azərbaycan Beynəlxalq Bankı və Turan Bank vasitəsilə depozit hesabına ümumilikdə 5173502,35 manat məbləğində ƏDV məbləği ödənilsə də, yoxlama ilə isə həmin ƏDV məbləği 5052526,42 manat məbləğində müəyyən olunmuş və əsassız olaraq cavabdeh vergi orqanı 120976,93 manat məbləğində ƏDV əvəzləşdirməsini ləğv etmişdir. Bundan başqa, əvəzləşdirilməsi ləğv edilmiş malların təqdim edilməsi vergi tutulan əməliyyat hesab edilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmadığından yoxlama zamanı vergi (ƏDV) tutulan dövriyyə düzgün müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, səyyar vergi yoxlaması aktında yoxlamanın əhatə etdiyi dövrlərdə müəssisə tərəfindən bəyannamələr təqdim edilməsinin göstərilməsinə və büdcəyə ƏDV hesablamasına baxmayaraq yoxlama ilə həmin dövrlərin böyük əksriyyətində büdcəyə hesablanan ƏDV məbləğləri 4.471.886,38 (bax ƏDV-nin müqayisəli cədvəlinə) manat məbləğində ƏDV üzrə artıq hesablanma kimi müəyyən edilmiş, yoxlamanın son dövrünə (yəni oktyabr 2018-ci ilə) isə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə əsasən 5.721.565,23 manat məbləğində (bax ƏDV-nin müqayisəli cədvəlinə) az hesablanma müəyyən edilmişdir. Halbuki,Vergi Məcəlləsinin 67.15-ci maddəsi xx.xx.2019-cu il tarixdən Məcəlləyə əlavə olunmuşdur və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (yoxlamanın əhatə etdiyi dövrdə) həmin norma mövcud olmadığı üçün yoxlanılan dövrün münasibətlərinə şamil edilə bilməzdi. Cavabdeh tərəfindən qeyd olunanlar nəzərə alınmamış və iddiaçının konstitusion hüququ pozulmaqla onun vəziyyətini ağırlaşdıran norma əvvəlki münasibətlərə şamil edilmişdir. Bu səbəbdən də, yuxarıda göstərilən qaydada hesablama əsassız aparılmışdır. Həmçinin, ƏDV hesablanması ilə yanaşı vergi ödəyicisinin öz bəyannamə məlumatlarını ləğv edərək yoxlamanın sonuncu dövrünə hesablama aparmaqla iddiaçının əlavə maliyyə sanksiyasına məruz qalması da tamamilə hüquqazidd olmuşdur. Məhkəmə araşdırması zamanı ortaya çıxan suallara dair xüsusi bilik tələb olunduğu üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 9/3216 saylı rəydə ekspert qarşısında qoyulmuş suallara nəticə olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə səyyar vergi yoxlaması dövründə İddiaçı MMC-yə(**********) hesablanmış ƏDV-nin, mənfəət vergisinin və həmin vergilər üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən edilir. Həmçinin qeyd edilir ki, yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərin (mənfəət və ƏDV) konkret məbləğini müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair bir qism xərc sənədləri mövcuddur. Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birinin növu, adı və rekvizitləri(tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim(tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə təhlil edərək ekspert rəyində əks olunmuş araşdırmanı mötəbər sübut kimi qəbul edir və buna dair cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə mülahizədə qeyd olunanları əsassız hesab edir. Məhkəmə hesab edir ki, verilmiş rəyin mötəbərliyinə şübhə doğuracaq sübutlar yoxdur. Rəydə tədqiqat prosesi ardıclı olaraq şərh olunmuş, gəlinən nəticə əsaslandırılmışdır. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarlarda maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 11.1.İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3216 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 saylı qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar