Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2473/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “sualların hüquqi əsasla cavablandırılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “müvafiq sualların hüquqi əsasla cavablandırılması (1. Sözügedən ərazidə yaşayan vətəndaşların köçürülməsi “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırmasına dair 2006- 2010-cu illər üçün X3”nin, yoxsa “Ağ Şəhər” lahiyəsinin icrası dövrünə aiddir? 2. Sözügedən ərazidən əhalinin departasiya edilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1967, ya xx.xx.2013-cü il tarixli 2607 №-li və ya məlum olmayan başqa sərəncamları ilə icra edilib və hal hazırda icra edilir? 3. Sözügedən ərazidə yerləşən mülklərin alınmasına “Azərbaycan Respublikasında X2 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu şamil olunur? 4. Sözügedən dövlət planının və “Ağ Şəhər” layihəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaiti ilə himayə edilən icraçılar kimlərdir? 5. Sözügedən ərazidən əhalinin köçürülməsi və mülk sahiblərinin mülklərinin hər cür kompensasiya (mülklərin alqı-satqısı, bərpası, mütənasib olaraq mənzil ilə təmin edilməsi və s.) edilməsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin funksiyası nədən ibarətdir? 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə vəzifə və ya hər hansı bir başqa bağlılığı var? 7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu dövlət planının və “Ağ Şəhər” layihəsinin icrasına maliyyə nəzarəti etmək vəzifəsi var?)” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1967 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illəri üçün X3nın icrasına başlanılmışdır. Mülkləri Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə yerləşdiyi üçün bu planın təsir dairəsinə düşmüşdür. Sözügedən ərazidən əhalinin köçürülməsi, mülklərin sökülməsi və kompensasiyanın ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinin 262 saylı xx.xx.2007-ci il tarixli sərancamı ilə ADEC AİŞ-ə həvalə edilmişdir. 2007-ci ilin sonunda ADEC AİŞ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə ərazidə yerləşən mülklərin və torpaqların invertarizasiyasını apararaq başa çatdırmışlar (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı 114 saylı xx.xx.2007-ci il tarixli məktubundan). 2008-ci ilin yanvar-aprel aylarında ADEC AİŞ sözügedən ərazidə yerləşən mülkləri, o cümlədən ona məxsus 2 evi də müqavilə əsasında sökmüşdür. Evləri sökərək və altındakı çirkli torpağı təmizləyərək, mülklərini bərpa edəcəyi barədə onunla müqavilə bağlamışdır. 2013-cü ilin mart ayının 12-də ADEC AİŞ onun hər iki evini əvvəlkindən də yaxşı vəziyyətdə bərpa etdirərək özünə qaytarmışdır. 2013-cü ilin yayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti orada yaşayan vətədaşların “Ağ Şəhər” layihəsi çərçivəsində bərpa edilmiş mülklərinə, o cümlədən onun evlərinə də gəlməyə başlamışlar. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsindən aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X3”nın icrası çərçivəsində iddiaçıya məxsus olmuş mülklər sökülmüş və iddiaçı bununla bağlı bir sıra təşkilatlara, o cümlədən Maliyyə Nazirliyinə müraciətlər etmişdir. Həmin müraciətlər Maliyyə Nazirliyinin səlahiyyətləri daxilində cavablandırılsa da, iddiaçı bununla bağlı bir sıra sualların hüquqi əsasla cavablandırılması öhdəliyinin Maliyyə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Maliyyə Nazirliyinə qarşı qaldırılan həmin iddia tələbi əsassızdır və məhkəmə tərəfindən həmin iddia rədd edilməli və ya iddianın mümkünsüzlüyü barədə müvafiq qərar (qərardad) qəbul edilməlidir. Belə ki, iddia ərizəsində sözügedən işlərin, yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinn əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” 10 iyun 2013-cü il tarixli 225 nömrəli sərəncamına əsasən qeyd olunan ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Göründüyü kimi, qeyd olunan köçürmə işləri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyindən iddiaçının müraciətləri müvafiq qaydada cavablandırılaraq iddiaçıya izahlar verilmiş və müraciətlər baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinin tələblərinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti həmin subyektlərə göndərilir. Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci və 2.0.2-ci maddələrinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində sadalanan müddəalardan da göründüyü kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddiaçının hazırkı iddia tələbinə münasibətdə cavabdeh orqan (inzibati orqan) ola bilməz və “Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinn əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri”ni Maliyyə Nazirliyi həyata keçirmədiyindən Nazirlik iddiaçıya münasibətdə müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam qəbul etməmiş və ya digər növ tədbir həyata keçirməmişdir. Eyni zamanda, hazırkı iddia tələbi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin 22 avqust 2023-cü il tarixli 3-23/2-4464/2023 nömrəli məktubu ilə müvafiq yazışmalar məhkəməyə təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddia tələbinin mümkün sayılması və işə Maliyyə Nazirliyinin cavabdehliyi ilə baxılmasına dair əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış MİHO/1.1.1-2-2022-465 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə qeyd olunanlar araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış MİHO/1.1-2-2022-3810 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdirinin 17 iyun 2022-ci il tarixli 10/Ə-4356-152 10/Kol-1028/3-071/3t/1 saylı məktubu ilə verilən tapşırığa əsasən Bakı şəhəri, Xətai rayon sakini Elçin Əhmədov, həmin rayonun Turşu küçəsində yaşayan 15 nəfər sakinlərin nümayəndəsi kimi evləri söküntü ərazisinə düşdüyü üçün kompensasiya hesablanması üzrə aparılan qiymətləndirmənin obyektiv olmaması barədə müraciətləri ilə əlaqədar Maliyyə Nazirliyində 28 iyun 2022-ci il tarixdə maliyyə naziri tərəfindən qəbul edilərək dinlənilmişdir. Qəbul zamanı müəyyən edilmişdir ki, E.Əhmədovun və nümayəndəsi olduğu 15 nəfər sakinin yaşayış evləri "xxxx" Azərbaycan İnkişaf Şirkətinə "Ağ Şəhər" layihəsinin inşası üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış əraziyə düşdüyündən "xxxx"-in cəlb etdiyi investorlar tərəfindən söküntü ərazisinə düşən evlər üçün ödəniləcək kompensasiyaların məbləği sakinlərlə razılaşdırılmaqla investorların vəsaiti hesabına ödənilməlidir. Göstərilən ərazidən əhalinin köçürülməsi dövlət vəsaiti hesabına deyil, investorlar tərəfindən onların vəsaitləri hesabına həyata keçirilməlidir. Belə olan halda isə dövlətin, o cümlədən Maliyyə Nazirliyinin bu işlərə müdaxilə etməsi mümkünsüzdür. Lakin buna baxmayaraq vətəndaş E.Əhmədovun sözlərindən belə anlaşılır ki, onlar yaşadıqları evlərinin "xxxx" Azərbaycan İnkişaf Şirkəti tərəfindən “Ağ Şəhər" layihəsinin icrası məqsədi ilə cəlb edilmiş investorlar tərəfindən satın alınması üçün onlara təklif edilən qiymətlərin ədalətli olmaması ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbulunda olarkən Xətai Rayon İcra Hakimiyyətinin bu işlərə heç bir aidiyyətinın olmadığı, satın alınacaq evlər üçün qiymətləndirməyə birbaşa Maliyyə Nazirliyinin nəzarət etdiyi bildirilmiş və bununla əlaqədar Maliyyə Nazirliyinə müraciət etmələri tövsiyə olunmuşdur. Göstərilənləri, habelə sözügedən ərazidə obyektlərin satın alınması üçün dövlət büdcəsindən vəsaitin ayrılmamasını, yəni bu işlərin “Ağ Şəhər” layihəsinin icrası məqsədi ilə “ADEC" Azərbaycan İnkişaf Şirkəti tərəfindən cəlb edilmiş investorlar vasitəsi ilə həyata keçirildiyini nəzərə alaraq, Xətai Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin sakinlərə belə tövsiyələrin verməsinin əsassız olduğunu və bunun da vətəndaşları narahat edən məsələlərə vaxtında aydınlığın gətirilməməsinə səbəb olduğunu hesab edir, gələcəkdə belə hallara yol verilməməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış MİHO/1.1.1-3-2021-398 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə göstərilən məlumatlar araşdırılması məqsədi ilə qeyd olunanlar araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış MİHO/1.1.1-3-2021-36 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə göstərilən məlumatlar araşdırılması məqsədi ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmiş və nəticəsi barədə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış DX-03/03-05-170 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Xətai rayon sakini İddiaçı adından “Ağ şəhər” layihəsi çərçivəsində tikinti sahəsinə düşən mülkiyyətində olan yaşayış evinin sökülməsi ilə bağlı yaranmış problemlər barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə 03 mart 2021-ci il tarixdə daxil olmuş müraciət araşdırılması məqsədi ilə aidiyyəti üzrə göndərilmiş və nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin DX-03/02-05-314 saylı xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, "Ağ şəhər" layihəsinin icrası ilə bağlı Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın az hesablanması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 13 mart 2019-cu il tarixdə daxil olmuş təkrar müraciətə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Müraciətdə mülkiyyətində olan daşınmaz əmlaka görə kompensasiya hesablanması ilə əlaqədar istinad etdiyi normativ hüquqi aktlarla əlaqədar: həmin ərazidə daşınmaz əmlakın alınmasına “X2 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları şamil edilmir. Belə ki, “X2 üçün alınması haqqında" Qanunun preambulasına əsasən həmin Qanun Azərbaycan Respublikasında X2 üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları Qanunun 3-cü maddəsində müəyyən edilmiş, dövlət ehtiyacının və alan orqanın müəyyən edilməsi, habelə alan orqanın təklifi ilə dövlət ehtiyacı üçün alınma barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilməli olduğu Qanunla müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin "Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında" 10 iyun 2013-cü il tarixli 225 nömrəli sərəncamına əsasən qeyd olunan ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Göründüyü kimi, qeyd olunan ərazidə sakinlərdən yaşayış və qeyri-yaşayış obyektlərinin yerli icra hakimiyyəti tərəfindən satın alınması dövlət ehtiyacları üçun alınmaya aid olmadığına görə müraciətdə göstərilən əlavələrin obyektlərin bazar qiymətinə əlavə edilməsinin qanunauyğun olmadığını hesab edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin DX-03/03-05-427 saylı xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhərində "Ağ şəhər" layihəsinin icrası ilə bağlı tikinti sahəsinə düşən Xətai rayonu Turşu küçəsində yerləşən söküntüyə məruz qalmış daşınmaz əmlakların maliyyələşdirilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 04 aprel 2018-ci il tarixdə daxil olmuş müraciətə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində baxılmışdır. Həmin müraciətlə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə etdiyi sorğuya cavab olaraq Xidmətə təqdim edilmiş məktubdan göründüyü kimi, Xətai Rayon İcra Hakimiyyətinə göstərilən ərazidə yaşayan sakinlərdən obyektlərin satın alınması məqsədi ilə dövlət büdcəsindən "Ağ şəhər" layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2807 nömrəli Sərəncamı ilə ayrılmış vəsait tam xərcləndiyi üçün İcra Hakimiyyəti 10 yanvar 2018-cı il tarixli 07 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edərək 2018-ci ildə sakinlərdən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınmasına lazım olan vəsaitin ayrılmasını xahiş etmişdir. Qeyd edilən vəsait müvafiq qaydada ayrıldıqdan sonra kompensasiyanın ödənilməsi Xətai Rayon İcra Hakimiyyətinə tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin DX-03/03-03-114 saylı xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci tarixli 2607 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait bölgüsü”ndə “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi ilə bağlı xərclər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 225 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 1-195/6-152/5 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda "Ağ şəhər" layihəsi çərçivəsində əhalinin köçürülməsi zərurəti yarandığından, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə yerləşən yaşayış sahələrinin hər kv.m sahəsinin orta bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkətinə müraciət olunmuşdur. Aparılmış qiymətləndirmə nəticəsində Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evləri və həyət tikililəri üçün Azərbaycan Respublikası "X2 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli) müvafiq (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilməsi nəzərə alınmaqla yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 (min) manat, köməkçi sahəsinin 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, həyət tikililərinin 1 kv.m üçün isə 50 (əlli) - 350 (üç yüz əlli) manat müəyyənləşdirilmişdir. Qeyd olunan məsələ ilə bağlı hər hansı bir narazılığı varsa, mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin 1-195/12-152/11 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda "Ağ şəhər’’ layihəsi çərçivəsində əhalinin köçürülməsi zərurəti yarandığından, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə yerləşən yaşayış sahələrinin hər kv.m sahəsinin orta bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkətinə müraciət olunmuşdur. Aparılmış qiymətləndirmə nəticəsində Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evləri və həyət tikililəri üçün Azərbaycan Respublikası "X2 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli) müvafiq (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilməsi nəzərə alınmaqla yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 (min) manat, köməkçi sahəsinin 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, həyət tikililərinin 1 kv.m üçün isə 50 (əlli) - 350 (üç yüz əlli) manat müəyyənləşdirilmişdir. Qeyd olunan məsələ ilə bağlı hər hansı bir narazılığı varsa, mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin Ə-92/4-071 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair X3nın təsdiq edilməsi” barədə Fərmanının icrasının təmin olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən “Qara şəhər” adlanan ərazidə Xətai rayonunun 8 noyabr prospekti, Sahilyanı zona, Xəqani Rüstəmov, Babək prospekti, Yavər Əliyev küçələrinin əhatəsində (yaşadığı Turşu küçəsi daxil olmaqla) ayrılmış 221 ha torpaq sahəsində Bakı “Ağ şəhər” layihəsinin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 225 saylı 10 iyun 2013cü il tarixli Sərəncamı əsasında 2013-cü ildən başlayaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin kompensasiya ödənilməklə köçürülməsinə başlanılmış və hazırda da davam etməkdədir. Fərmanın icrası məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə edilmiş müstəqil qiymətləndirmə şirkətinə müraciət olunmuş, qiymətləndirmə işləri aparılmış, həmçinin yaşadığı yaşayış sahəsi də qiymətləndirilərək kompensasiya məbləği təklif edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İN-X/O-5505/2021 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, "Bakı Ağ Şəhər" ərazisində aparılan inşaat və torpaqqazma işləri nəticəsində radioaktiv maddələrin ətrafa yayılması, ekoloji vəziyyətin bərbad vəziyyətə düşməsi, kommunal xidmətlərin təchizatında mütəmadi problemlərin olması, eləcə də hazırkı dövrədək sakinlərin mənzil şəraitinin yaxşılaşdırılmaması barədə vətəndaş Tahir Cəbrayılov, Elçin Əhmədov və digərlərinin kollektiv müraciəti Azərbaycan Respublikasının Nazirlər Kabinetindən (daxilolma qeydiyyatı: İN-D/O-KOL-302/2021, xx.xx.2021-ci il) İqtisadiyyat Nazirliyinə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X3” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli 262 saylı Sərəncamına uyğun olaraq Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları, ictimai obyektlər massivinin layihələndirilməsi və tikinti işlərinin aparılması üçün "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. Qeyd edilən sərəncama uyğun olaraq həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi məsələlərinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi də ADEC" AİŞ-ə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-23/2-4464/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı müraciətlərinin, habelə cavab məktublarının təsdiq olunmuş surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin MİHO/1.1.1-2-2022-466 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı şəhər sakini İddiaçı “Ağ şəhər” layihəsinin icrası ilə bağlı Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın düzgün hesablanmaması barədə 08 iyul 2022-ci il tarixli müraciətinin araşdırılması və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi üçün aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış MİHO/1.1.1-3-2021-398 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə göstərilən məlumatlar araşdırılması məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə göndərilmiş və nəticəsi barədə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış MİHO/1.1.1-3-2021-367 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə göstərilən məlumatlar araşdırılması məqsədi ilə Xətai Rayon icra Hakimiyyətinə göndərilmiş və nəticəsi barədə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış DX-03/03-05-170 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Xətai rayon sakini İddiaçı adından “Ağ şəhər” layihəsi çərçivəsində tikinti sahəsinə düşən mülkiyyətində olan yaşayış evinin sökülməsi ilə bağlı yaranmış problemlər barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə 03 mart 2021-ci il tarixdə daxil olmuş müraciət araşdırılması məqsədi ilə aidiyyəti üzrə göndərilmiş və nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Bakı Ağ Şəhər” (Turşu küçəsi) ünvanında yaşayan sakinlərə ünvanlanmış 1-239/7-151/7 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə və "xxxx" Azərbaycan İnkişaf Şirkətinə məktub göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış N-26/9-151/9-t/5 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki,qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə və "xxxx" Azərbaycan İnkişaf Şirkətinə məktub göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin N/kol-1 saylı xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, xx.xx.2013cü il tarixli sərəncamı ilə Bakı səhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Kjilli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov. Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zəruruəti yaranmışdır Göstərilən sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixdə 52/1 saylı məktubla rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Qiymətləndirilməsi “ƏQD" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. Əmlak qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavab məktubunda Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respubliksının “X2 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarını nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər müəyyən olunmuşdur. Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında sökülən tikililərin 20% əlavə hesablanmaqla birlikdə evlərin yaşayış sahəsinin 1 kv.m 1000 manat, köməkçi tikilinin sahəsinin 1 kv.m 750 manat, həyətdə aparılan əlavə (yardımçı) tikilisindən asılı olaraq 1kv.m üçün 50-350 manat olduğu müəyyənləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış N-14/3-152 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞlH başçısının 225 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi üçün bir çox küçə və, prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən sərəncamın icrası ilə əlaqədar köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində 52 saylı məktubla Rayon icra Hakimiyyəti tərəfindən “ƏQD" X1 Cəmiyyətinə müraciət edilmişdir. "xxxx" X1 Cəmiyyətinin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşsu küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin bir kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, əlavə tikililən 1 kv.m üçün 50,0-350 manat ödənilmişdir. Qeyd olunan şərtlər əsasında komissiyaya dəvət olunmuş və fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X4 filialına köçürülmüş və həmin vəsaiti müvafiq sənədlərə qəbul etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26/kol-439 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Xətai rayonu ərazisində Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar "xxxx" MMCnin tərkibində birləşmiş MTK-lar tərəfindən yaşayış binalarının tikintisi aparılır. Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair X3" çərçivəsində həyata keçirilir. Əraziyə keçirilən baxış zamanı torpaq qazıntı işlərinin bir neçə il öncə başa çatdığı, lakin ərazidə su maşınlarının olmasına baxmayaraq ərazinin mütəmadi sulanmadığı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərazidə suvarılma işlərinin mütəmadi aparılması və aşkar olunan halların təkrarlanmaması üçün zəruri tədbirlər barədə “ADEC" MMC-yə rəsmi xəbərdarlıq olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış 53/M saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, göstərilən ərazi üzrə satışlar və təkliflər üzrə bazar məlumatları araşdırılmış və təhlil edilmişdir. Araşdırmalar nəticəsində bu əraziyə yaxın ərazilər üzrə notarial qaydada faktiki baş tutmuş alqı-satqılar və qiymət təkliflərinin təhlilinə əsasən Xətai rayonu Turşu küçəsi üzrə yaşayış evləri və həyət tikililəri üçün Azərbaycan Respublikası “X2 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunmuşdur:
1. Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv m. üçün 1000,0 manat;
2. Yaşayış evlərinin köməkçi sahəsinin 1 kv m. üçün 750,0 manat;
3. Həyət tikililərinin 1 kv m. üçün 50,0-350,0 manat arasında. Təqdim olunan bu qiymətlər qiymətləndirilməsi tələb olunan ərazidə yerləşən özəl əmlaklar üçün ümumiləşdirilmiş qiymət ideyasıdır və qiymətdə torpağın dəyəri nəzərə alınmamışdır. Layihənin tikintisi altına düşməsi səbəbindən alınan əmlaklar üçün ödəniləcək kompensasiya məbləği hər bir mülkiyyətçi üçün fərdi qaydada hesablanmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 №-li sərəncamının icrasını təmin etmək məqsədi ilə "Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi ilə bağlı köçürmə sahəsinə düşən, Xətai rayon icra Hakimiyyəti ilə bağlanmış K-54/İH saylı xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq ona aid yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiya məbləğinin real bazar dəyərini müəyyən etmək məqsədi ilə müqavilə bağlanarkan sifarişçi tərəfindən təqdim olunmuş ölçülər təkrar ölçülmüş və araşdırılmışdır: Turşu küçəsi 23/25 – yaşayış sahəsi 126,3 kv.m, köməkçi sahə 51,90 kv.m, əlavə tikililər 121,10 kv.m, ümumi sahə 229,3 kv.m, istifadə olan torpaq sahəsi 308 kv.m. Tərəfindən aparılmış təkrar ölçmə zamanı qiymətləndirilən əmlakın 2,5 sot özəl torpaq sahəsinin və ümumi tikili sahəsinin 368,0 kv.m olduğu müəyyən edilmişdir. Qiymətləndirmə zamanı bu əmlak üçün 278530,0 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat kompensasiya məbləği hesablanmışdır. Bu əmlakın layihə altına düşməsi səbəbindən 278530,0 manat kompensasiya məbləği ödənilmişdir. Tikililərin foto şəkilləri və sifarişçi tərəfindən təqqdim olunmuş ilkin inventarlaşdırma cədvəli əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 35 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Ağ şəhər ərazisində yerləşən yeni tikili yaşayış binalarında 1 kv.m-nin qiymətinin müəyyən edilməsi ilə bağlı müraciətə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən baxılmışdır. Qiymətləndirici qarşısında qoyulmuş sorğunun cavablandırılması ilə bağlı qeyd olunan ərazidə analoji obyektlər üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına və bu məzmunda nəşr edilən qəzet, jurnal və s. daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına etibar doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunaraq aparılmış monitorinqin nəticəsi qiymətləndirici tərəfindən təhlil edilərək müvafiq nəticəyə gəlinmişdir. Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi - Ağ şəhər ərazisində yerləşən yaşayış binalarında mənzillərin 1 kv.m-nin qiyməti: 1750 (bir min yeddi yüz əlli) - 2800 (iki min səkkiz yüz) manat arasında dəyişir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01-M saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qiymətləndirmə şirkəti tərəfindən 2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti müraciətinə əsasən evlərin yerləşdiyi ərazidə fərdi yaşayış evlərinin qiymətləri barədə ümumiləşdirilmiş məlumat vermişdir. Təyin olunmuş qiymət qəbul olunmuş qiymətləndirmə standartlarına görə 6 (altı) ay müddətinə qüvvədə olur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Xətai rayonu, Turşu küçəsi ev 23V İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1ci maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Məhkəmə araşdırması zamanı zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ünvanladığı çoxsaylı və oxşar məzmunlu müraciətləri, o cümlədən də, hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti cavabdeh tərəfindən cavablandırılmışdır. Bu hal iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə etdiyi, eləcə də cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın onun səlahiyyətinə aid edilməyən sualların cavablandırılması ilə bağlı hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova