Məhkəmə qərarları › İş №2-1(112)-2474/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2474/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2474/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin əv ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175686 nömrəli qərarının ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı vaxtında təqdim etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********164827 saylı Qərarı ilə İddiaçı MMC-də oktyabr 2019-sentyabr 2022-ci il dövrləri üzrə növbəti X11nın keçirilməsi qərara alınmışdır. Oktyabr 2019-sentyabr 2022-ci il dövrləri üzrə X11nın keçirilməsi üçün xx.xx.2022-ci il tarixli **********164861 nömrəli tələbnamə avis üzərindən göndərilmişdir. Bütün zəruri sənədlər (əməkhaqqı cədvəlləri, əsas vəsaitlərin hərəkəti cədvəlləri, illik kassa “z” hesbatı icarə müqavilələri) emel üzərindən və avis üzərindən yoxlayıcıya göndərilmişdir. xx.xx.2023-cü il tarixli X11 aktı № **********165589 bizə xx.xx.2023-cü il tarixdə avis üzərindən göndərilmişdir. Keçirilmiş yoxlama və onun nəticəsində qəbul edilmiş yoxlama aktı ilə razılaşmırlar. Bu barədə vergi orqanına yazılı məktub da, göndərmişlər. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “X11nın keçirilməsi Qaydaları”nın tələblərinə, 49-cu maddənin tələblərinə uyğun deyildir. Məlumatlar tam və dəqiq, aydın ifadə edilməyib, artıq hesablanmış vergi məbləği barədə açıqlama verilməmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdfə avis üzərindən onlara **********448100 saylı tələbnamə göndərilmişdir. Elə həmin gün də, 217,464,08 manat artıq ödəmədən (şəxsi hesab vərəqəsindən) silinmişdir. Onlar nə aktla, nə tələbnamə ilə və gələcəkdə qəbul ediləcək və onlara göndəriləcək qərarla razı deyillər. xx.xx.2023-cü il tarixli SX11 akta baxılma haqqında 01 saylı protokolda Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi orqanın rəhbəri tərəfindən həmin maddədə göstərilən qərarlardan birinin qəbul ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə qərar, tələbnamə göndərilmədən artıq ödəmələrindən 217464,08 manat (şəxsi hesab vərəqəsindən)silinmişdir. Sonradan **********448100 saylı tələbnamə göndərilmişdir. Bundan bir gün sonra xx.xx.2023-cü il tarixdə isə xx.xx.2023-cü il tarixli **********175686 saylı qərar göndərilmişdir. Qərar onlara göndərilmədən, qanuni qüvvəsini almadan şəxsi hesab vərəqəsindən pulların silinməsi qanunsuzluqdur. Vergi Məcəlləsinin müddəalarına ziddir. Sahibkarın sıxışdırılmasıdır. Qeyd edirlər ki, məhkəmə arxivlərinə baxılsa, sorğular göndərilsə müəyyən edilər ki, iddiaçının yoxlanılan dövrlərdə bir çox problemləri olmuş və məhkəmələrdə işləri olmuşdur. Bunların heç birini yoxlamanı aparan şəxslər nəzərə almamışdır. İstehsal obyektini, istehsal etdiyi avadanlığı icarəyə götürmüşdür. Halhazırda həmin yoxlama dövründə istehsal etdiyi məhsulu istehsal etmir, həmin avadanlığa malik deyil, həmin müştəriləri yoxdur. Necə qiymətləri eyniləşdirə bilər yoxlama. Ayrı-ayrı mallar istehsal edilib 2019-cu və 2023-cü ildə. Hal-hazırda Bakı şəhəri Nizami rayonu, Energetika küçəsi 5-də icrarədədir. Əvvələr isə “Milla” zavodunun ərazisində idi. Milla ilə problemlər yaşandığından icarə müqaviləsinə xitam verilmişdir. X11nın 6-cə səhifəsində də, xx.xx.2018-ci il tarixli icrarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəsəbi, Süd zavodudun əarzisində icarədə olduğu qeyd edilmişdir. Həmçinin vergi orqanı tərəfindən analoji 2 şirkətlər müəyyən edilmiş, lakin, qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərinin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbədən də, qeyd edilən şirkətləri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bununla da, başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. Bir daha qeyd edirlər ki, illər üzrə dəyişiklikləri vardır. Başqa avadanlıqda, başqa sifarişlər yerinə yetirilir. Aktın 15-ci səhifəsində də, qeyd edilib ki, 2019-cu il üzrə plastik qablar, pot, kontainer, preformalar, qapaqlar istehsal edilib. Mütəxəsis isə qalınlığı 1.25 millimetrlik olan poliprorilen xammaldan birdəfəlik stəkan pablar istehsal edilməsini müşahidə edib və yekun rəy verib. Bu düzgün deyildir. Yoxlama nəticəsində qəbul edilmiş yoxlama aktı və qərar qanunsuzdur. Gəlir əldə etməmiş İddiaçı MMC-yə əlavə vergi, sanksiya hesablanmışdır. Məbləğlərdə uyğunsuzluqlar və anlaşılmamzlıqlar vardır. Aydın deyil nə qədər məbləğ əlavə hesablanıb. Bütün bunlar istehsalçı yerli şirkətin sıxışdırılması, işçi qüvvəsi az olan, analoji fəaliyyətlə məşğul olan heç bir şirkətə oxşamayan İddiaçı MMC-nin bazardan sıxışdırılıb çıxarılması, müflis olması deməkdir. Yerli məhsullara üstünlük verilməsi, şirkətlərə şərait yaradılması əvəzinə bu olanlar onların bazardan çıxarılması kimi qiymətləndirilməlidir. Yoxlama aktında xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə real istehsal olunan məhsulların həcminin müəyyənləşdirlməsi üçün mütəxəssis təyin edilmişdir. Lakin, mütəxəsis müəyyən etməmişdir ki, satılan və istehsal edilən mal əvvəlki dövrdə başqa avadanlıqda, başqa adla, başqa təyinatlı olmuşdur. Bunları birləşdirib bir ad altında eyniləşdirmək düzgün deyildir. Həmçinin mütəxəsis hesab edir ki, onlar şirkət olaraq müəyyən miqdarda məhsul istehsal etməli idilər. Lakin mütəxəsis bilməlidir ki, onlar müştəri sifarişi əsasında işləyirlər. İşçi qüvvəsi var. Avadanlıq var. Dövlət və ya heç kimin qarşısında öhdəlik götürülməyib ki, məhz bu rəqəm altında, bu ton, bu sayda mal istehsal ediləcək. Müqavilə var, şətrlər var, istehsal ərazisi var, işçi qüvvəsi var, mala tələbat deyilən bir şey var. Bir nəfər mütəxəssisin bir gün gəlib baxması hər şey deyil. Sadəcə olaraq bir nəfərin mülahizəsidir. İllərlə çalışan müəssislər var ki, illər üzrə göstəriciləri ayrı olur. Xrenometraj isə eyni mala aid olur. Eyniləşdirmək mümkün deyildir. Bundan əlavə qeyd edirlər ki, İddiaçı MMC istehsalçı şirkətdir. X2r. Bu şəxs həmçinin 3 şirkətin təsisçisi və qanunu nümayəndəsidir. Məlumat üçün bildirirlər ki, hər 3 təşkilat üzrə, "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********); Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********); “RAM BNT LTD” МММ (**********) üzrə də, artıq ödəmələrin geri qaytarılması barədə ərizələr yazılmışdır. Həmin ərizələr əsasında cəmi 5.102.546,11 AZN məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması tələbləri vardır. Hər 3 təşkilatda növbədənkənar X11 keçirilmiş və bütün bu yoxlamaların nəticəsində eyni tarixdə verilmiş yoxlama aktları və qərarlar ilə qanunsuz olaraq əlavə vergi hesablanmışdır. Hərçənd ki, onlar artıq ödəmələrin geri qaytarılmasını gözləyirlər. Həmçinin qeyd edirlər ki, hər 3 şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından aşağıdakı qaydada silinmələr aparılıb: "Kasxim" X3 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - xx.xx.2022-ci ildə qəbul edilmiş qərar iddiaçıya göndərilmədən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. “RAM BNT LTD” МММ (**********) - xx.xx.2022-ci ildə şəxsi vərəqədən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir. Yuxarı-aşağı artıq ödəmə məbləği tam olaraq silinmişdir. Vergi orqanı əvvəllər də, artıq ödənilmiş vergi məbləğlərinin qaytarılmasına dair ərizələrini müxtəlif bəhanələrlə təmin etmirdi. Hal-hazırda təsisçi eyni olan İddiaçı MMCyə də X11 nəticəsində əlavə vergi hesablanmış, qərar qanuni qüvvəyə minmədən şəxsi vərəqədə olan artıq ödəmədən 217,464,08 manat silinmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X11nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164827 nömrəli qərarına əsasən xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti X11 təyin edilmişdir. Yoxlama müəssisənin direktoru X5 iştirakı ilə aparılmışdır. Yoxlama ilə müəssisə tərəfindən Vergi Məcəlləsinn 104-cü maddəsinə əsasən mənfəət vergisinin ümumilikdə 529 822.21 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 264 911.11 manat maliyyə sanksiyası tətbiq edilmişdir; Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən əlavə dəyər vergisinin ümumilikdə 922 030.87 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 461 015.44 manat maliyyə sanksiyası tətbiq edilməsi tətbiq edilmişdir; Vergi Məcəlləsinin 123.1 -ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin ümumilikdə 14 175.12 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 7 087.56 manat maliyyə sanksiyası tətbiq edilmişdir; Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 141242.98 manat əlavə dəyər vergisinin ödənilməsinə görə 50% miqdarında 70621.49 manat maliyyə sanksiyası hesablanması tətbiq edilmişdir; Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə 1 279 939.83 manat satış məbləğinə 10 faiz miqdarında yəni 127 993.98 manat maliyyə sanksiyası tətbiq edilmişdir; Vergi Məcəllənin 58.7-1-ci maddəsinə əsasən Nağdsız hesablaşmalar haqqında qanunun tələbləri pozulmaqla nağd qaydada verilən 3908.97 manat əmək haqqı məbləğinə 10 % miqdarında 390.89 manat maliyyə sanksiyası tətbiq edilmişdir; Yoxlamanın əhatə etdiyi dövrdə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcbur dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 2.14 manat artıq hesablanması müəyyən edilmişdir. Növbəti X11nın nəticəsi xx.xx.2023-cü il tarixli **********165589 nömrəli X11 aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən cəmiyyətə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" xx.xx.2022-ci il tarixli **********164861 nömrəli Tələbnamə çıxarılmış və müəssisəyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri yoxlamaya qismən təqdim edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli "Sənədlərin qismən təqdim edilməsi barədə" Akt tərtib edilmiş.müəssisənin direktoru və baş mühasibi tərəfindən imzalanaraq, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə X11 zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********168161 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış və yoxlama dövrü üzrə sənədlər tələb edilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə müəssisənin direktoruna təqdim edilmiş və tərəfindən imzalanaraq, müəssisənin möhürü ilə təsdiq edilmişdir.Müəssisə tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri sənədlər təqdim edilmədiyi üçün xx.xx.2023-cü il tarixli X10 Protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə 3(009)-429/2023 nömrəli vergi ödəyicisinin inzibati tənbeh olunması haqqında qərar çıxarılmışdır. Müəssisə tərəfindən təqdim edilmiş sənədlər barədə Vergi Məcəlləsinin 43.8-ci -cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********168717 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib olunmuşdur. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 41.1 -ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Qanunvericiliyin göstərilən maddələrinə əsasən yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə),istehsal sahəsinə və sənədlərinə və müəssisədə istehsal edilmiş məmulatlara baxış keçirilmişdir. Baxış zamanı İddiaçı MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən obyektdə müxtəlif plastik məmulatların istehsalı fəaliyyətinin həyata keçirildiyi və anbar sahəsinin olduğu müəyyən olundu. Baxışın nəticəsi xx.xx.2022-ci il tarixli **********165595 nömrəli Protokolla rəsmləşdirilmişdir. Protokol müəssisənin direktoru tərəfindən imzalanaraq, bir nüsxəsi xx.xx.2022-ci il tarixdə direktor tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəsisin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən zəruri hallarda X11na mütəxəssis cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda mütəxəssis dəvət edilir. Məcəllənin göstərilən maddələrinə əsaslanaraq yoxlamanın gedişatında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən istehsal edilmiş məhsulların istehsal həcminin müəyyənləşdirmək məqsədilə Baş İdarənin "Mütəxəssisin dəvət edilməsi barədə xx.xx.2023-cü il tarixi **********168360 saylı Qərarına əsasən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə müəssisəyə əlbəl təqdim edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi **********096200 nömrəli məktubla vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin göstəriciləri nəzər alnaraq, müvafiq hesablamalar aparılmışdır. Mənfəət vergisi bəyannaməsinin yoxlanılması üzrə - Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. X11 ilə 2019-cu, 2020-ci və 2021 -ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Hazırki yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: X11 zamanı vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannamələri üzrə təsdiqedici sənədlər tam təqdim edilməmişdir. Müəssisəyə xx.xx.2022-ci il tarixli **********163132 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir.lstehsal olunan məhsullar üzrə kalkulyasiyalar, hazır məhsul hərəkəti, xammal-material xərclərinin açılışı və.s zəruri sənədlər təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 104.1 maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.Vergi Məcəlləsinin 130.1. maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1-1. maddəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Bu əsasa görə anoloji fəaliyyətlə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” MMC (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) vergi ödəyiciləri müəyyən edilmiş, lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən, qeyd edilən müəssisələri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi yoxlanılan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdirilmasi üçün plastik məmulatlarin istehsali) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********168360 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza” Birliyinin (VÖEN:**********) mütəxəssisi X7 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssisə tərəfindən məhsulların istehsalında istifadə olunan xammal materialın (polietilentreftalat, polietilen qranula, polipropilen qranula, polistrol, masterbatch və .s ) alış, satış, dövrün əvvəlinə və sonuna qalıqlar barədə məlumatlar, yoxlama dövründə hər il üzrə xammalın əvvələ və sona qalıqlar mütəxəssisə təqdim edilmişdir. Mütəxəssis tətfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən hesablama mexanizmi aşağıdakı qaydadada aparılmışdır: Vergi yoxlama dövrün əhatə edən müddət ərzində aylar üzrə istehsal həcmini və istehsal zamanı istifadə olunan xammalın və sərf olunan enerjinin həcmini müəyyən etmək üçün MMC-nin istehsal sahəsində istehsal avadanlıqları işçi vəziyyətdə xronometrik müşahidələr və hesablamalar aparılaraq, istehsal olunan məhsulların ədədlə sayları, bir ədəd məhsula sərf olunmuş xammalın çəkisi və istehsala sərf olunan xammaların miqdarı müəyyən edildi. MMC-nin yoxlama dövründə istehsal etdiyi məhsulların miqdarına uyğun olaraq istehsal prosesləri başlanıb və bitirilərək xronometrik olaraq sərfıyyatlar və istehsal olunan məhsulların miqdarları tərəflərindən qeyd edildi. Plastik qablar istehsalı prosesində istehsal avadanlıqları işlək vəziyyətdə xronometrik ölçmələrin nəticəsi olaraq müəyyən edildi; MMC-yə məxsus istehsal avadanlığında qalınlığı 1.25 millimetr olan polipopilen xammaldan birdəfəlik stəkan qablar istehsal olunurdu. Su tutumu 230.0 millilitr olan birdəfəlik stəkanlar nümunə olaraq bir neçəsi gorurulərək elktron tərəzidə çəkildi və bir ədədinin çəkisinin 5.0 qram olduğu müəyyən edildi. İstehsal prosesində 500.0 ədəd birdəfəlik 230.0 millilitr tutumlu stəkanın 3.0 dəqiqəyə istehsal olunduğu ölçüldü. İstehsal olunmuş hazır məhsulların sayı 41325.0 ədəd, zay məhsulun sayı 375 ədəd, bir ədəd 230.0 millilitr olan birdəfəlik stəkanın çəkisi 5.0 qram olmaqla sərf edilmiş xammal propilenin miqdarı (41325x0.005=206.625) 206.625 kq olaraq, istehsal prosesində polipropilen xammaldan yaranan təkrar emal üçün qırıntının miqdarı ölçmələrə əsasən 193.375 kiloqram olaraq müəyyən edilmişdir. MMC-nin vergi yoxlama dövrün əhatə edən müddət ərzində aylar üzrə sərf olunmuş xammal və elektrik enerjisi sərfıyyatları araşdırılaraq müəyyən edildi ki, MMC-də 2021-ci il tarixədək polietilentreftalatdan (PET) müxtəlif çəkidə olan preformalar (su və digər məhsulları qablaşdırmaq üçün qabların xammalı) istehsal olunmuş, paralel olaraq hal hazırda istehsalı davam edən “GABLER” firmasının istehsalı olan qurğuda polietilen (PE), polipropilen (PPR) və polistroldan (PS) olan xammaldan ərzaq məhsullarının qablaşdırılması üçün birəfəlik qablar istehsal olunur. Qurğunun bir saat ərzində orta istehsal həcminin müəyyən etmək məqsədi ilə xronometrik ölçmələr aparılmış bir saat ərzində istehsal ounan məhsulun miqdarı müəyyən edilmişdir. Aparılan xronometrik ölçmələr nəticəsində istehsal prosesində ayrılan plastik tullantıların qırıcı qurğu vasitəsi ilə doğranaraq təkrar emala yönəldildiyi müşahidə edilmişdi. Dövr ərzində istehsal həcmi MMC tərəfindən alınmış və idxal edilmiş xammalların miqdarı və sərfinə görə hesablanmışdır. İllər üzrə alınmış, idxal edilmiş, satılmış, dövrün əvvəlinə və sonuna qalıqlar, istehsal prosesində yaranan itkilər nəzərə alınmaqla illər və çeşidlər üzrə istehsal həcmləri hesablanaraq cədvəlllər tərtib edilmişdir. X11 vergi orqanının baza məlumatları və təqdim edilmiş mütəxəssis rəyinə əsasən aparıldı. Müəssisə tərəfindən xammal-material qalığı illik təqdim edildiyi üçün , o cümlədən hər il üzrə dövrün əvvəlinə, sonuna qalıqlar və alış-satış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edilmişdir. Təqdim edilən mütəxəssis rəyinə əsasən, müəssisə tərəfindən istehsal olunan məhsullar (preformalar, qapaqlar pot,Container) növləri üzrə istehsal həcmi 2019-cu ildə cəmi 40 879 645 ədəd, 2020-ci il üzrə 224 498 916 ədəd, 2021-ci il üzrə 23 406 855 ədəd 2022-ci il üzrə 25183711 ədəd müəyyənləşdirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş məhsullar uzrə elektron qaimə fakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək illər üzrə dövriyyə hesablandı. Mütəxəssis rəyi və hesablama cədvəlləri akta əlavə edilir. X11 üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan tapılması mümkün olmadı. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Belə ki, müəssisə tərəfində təqdim edilən mənfəət bəyannaməsi üzrə 2019-cu ildə müəssisənin ümumi gəlirləri 8 575 121.94 manat, gəlirdən çıxılan xərcləri 8 175 548.9 (o cümlədən: əmək haqqı 191 651.22 manat, sosial sığorta haqları 35 768.56 manat, xammal və materiallar 7 338 354.51 manat, icarə haqqı 365 580 manat, enerji xərci 104 577.09 manat, rabitə xərci 2 788.0 manat, bank xidməti üzrə xərclər 12 650.43 manat, borca görə faizlər və onunla bağlı xərclər 57 010.0 .amortizasiya ayrımları 3 735.25 manat, siğorta üzrə xərclər 2 104.61 manat, digər xərclər 61 329.23 manat, manat olmaqla hesabat dövündə 79 914.61 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin 2019-cu il üzrə yoxlama dövrünü əhatə edən oktyabr, noyabr və dekabr ayları üzrə mütəxəssis rəyinə əsasən istehsal olunmuş məhsulların (plastik qabların, pot, Container, preformalar, qapaqlar) həcmini müəssisə tərəfindən təqdim edilən elektron- qaimə fakturalarda göstərilən qiymətlər tətbiq edilməklə 3 235 213.05 manat və vergi uçot baza məlumatları üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş digər xammal material satışı üzrə 105 504.38 manat dövriyyə olduğu müəyyən edildi. Baza məlumatlarına əsasən 2019-cu il yanvar ayından sentyabr ayı daxil elektron qaimə məlumatlarına əsasən 6 496 297.21 manat dövriyyə və müəssisə tərəfindən təqdim edilən nəzarət kassa-aparatınının “Z” hesabat məlumatlarına əsasən 846 660.87 manat olmaqla 2019-cu il üzrə ümumilikdə 10 683 675.51 manat (3 235 213.05+6 496 297.21+846 660.87+ 105504,38) dövriyyə müəyyənləşdirildi. Vergi ödəyicisinin 2019-cu il üzrə xərclərini müəyyən etmək mümükün olmadığı üçün mənfəət Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək gəlir əsasında aşağıdakı kimi hesablandı: M1= G1/100+R×R; Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R-şərti rentabellik normasıdır: M1= ********.51x 20/100+20 = 1 780 612.59. 2018-ci il üzrə 20 994.56 manat zərər məbləği nəzərə alınmaqla yoxlama ilə müəssisənin 2019cu il üzrə vergiyə cəlb edilən mənfəəti 1 759 618.025 (17806xx.xx-20944,56) manat və mənfəət vergisi 1 759 618.025 × 20% = 351923.60 manat məbləğində hesablandır. 2020-ci ildə ildə müəssisənin ümumi gəlirləri 9 367 583.72 manat, gəlirdən çıxılan xərcləri 7 523 898.85 (o cümlədən: əmək haqqı 282 287.44 manat, sosial siğorta haqları 51 246.3 manat, xammal və materiallar 276 681.07 manat , malın dəyəri 6 525 884.98 manat, icarə haqqı 4 670.99 manat, enerji xərci 22 072.16 manat, su və kanalizasiya xərcləri 158.64, rabitə xərci 2 894.66 manat, bank xidmətləri üzrə xərclər 43 104.18 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 224 315.13 manat, amortizasiya ayrımları 48 473.33 manat, təmir xərcləri 2 972.99 manat, siğorta üzrə xərclər 2 594.17 manat, digər xərclər 36 542.81) manat olmaqla hesabat dövündə 368 736.97 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 12 749 656.3 manat ( xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 233 436.05 manat, pandemiya ilə bağlı yardım 52 257.08 manat, borc öhdəliklərinin satışından əldə edilmiş gəlir 21 605.1 manat, mütəxəssis rəyinə əsasən hesablanmış dövriyyə 12 605 918.1 manat , e-qaimə faktura üzrə dövriyyə 1 019 593.25 manat, ixrac 428 477.24 manat) müəyyən edilmişdir. Ümumi gəlir 12 749 656.3 manat məbləğdən 307298,23 manatı (xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi üzrə 233 436.05 manat, pandemiya ilə bağlı yardım 52 257.08 manat, borc öhdəliklərinin satışından əldə edilmiş 21 605.1 manat gəlir) çıxılmaqla 12 442 358.07 manat əsasında Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 saylı qərarına əsasən müəssisənin 2020-ci il üzrə mənfəəti şərti rentabellik səviyyəsi 20% götürülərək gəliri aşağıdakı kimi hesablandı: M1= G1/100+R×R. Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: M1= 1********.07/100+20×20=2073726.345.Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəət 2 073 726.345 manat məbləğində hesablanmışdır. Beləliklə yoxlama ilə müəssisənin ümumi gəlirləri 12 749 656.3 manat ( xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 233 436.05 manat, pandemiya ilə bağlı yardım 52 257.08 manat, borc öhdəliklərinin satışından əldə edilmiş gəlir 21 605.1 manat, mütəxəssis rəyinə əsasən hesablanmış dövriyyə 12 605 918.1 manat , e-qaimə faktura üzrə dövriyyə 1 019 593.25 manat, ixrac 428 477.24 manat ) Nazirlər Kabinetinin 2001 ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən vergiyə cəlb olunan ümumi mənfəəti 2 328 767.49 manat olmaqla 465 753.5 manat mənfəət vergisi hesablandı. 2021-ci ildə ildə müəssisənin ümumi gəlirləri 3 396 853.86 manat, gəlirdən çıxılan xərcləri 3 874 907.57 (o cümlədən: əmək haqqı 232 120.16 manat, sosial siğorta haqları 41 601.0 manat, xammal və materiallar 1 760 843.97 manat, malın dəyəri 1 139 977.36 manat, icarə haqqı 282 465.53 manat, enerji xərci 366.1 manat, rabitə xərci 4210.46 manat, bank xidmətləri üzrə xərclər 19 107.34 manat, bilavasitə malların təqdim edilməsi(işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 43 653.07 manat, borca görə faizlər 325 901.13 manat, amortizasiya 15 810.2 manat,siğorta üzrə xərclər 5 020.34 manat, digər xərclər 2 121.2 gəlirdən çıxılan vergilər və yığımlar 1709.71 manat) manat olmaqla hesabat dövünü 478 053.71 manat zərərlə başa vurmuşdur. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 267 210.71 manat (xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 96 574.54 manat, borc öhdəliklərinin satışından əldə edilmiş gəlir 100 000.7 manat, əvvəllər gəlirdən çıxılmış ehtiyyatların azaldılmasından 74 402.4 manat, əvvəllər gəlirdən çıxılmış xərcin zərərin və ya ümidsiz borcun ödənilməsindən gəlir 40360.37 manat, mütəxəssis rəyinə əsasən hesablanmış dövriyyə 2 955 872.7 manat) müəyyən edildi. Ümumilikdə 3 267 210.71 manat gəlirdən 311338,01 manat (xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 96 574.54 manat, borc öhdəliklərinin satışından əldə edilmiş gəlir 100 000.7 manat, əvvəllər gəlirdən çıxılmış ehtiyyatların azaldılmasından 74 402.4 manat, əvvəllər gəlirdən çıxılmış xərcin zərərin və ya ümidsiz borcun ödənilməsindən gəlir 40360.37 manat) çıxılmaqla 2 955 872.7 manat əsasında Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 55 saylı qərarına əsasən müəssisənin 2020-ci il üzrə mənfəəti şərti rentabellik səviyyəsi 20% götürülərək gəliri aşağıdakı kimi hesablandı: M1=G1×R/100+R; Burada: M1 – vergi ödəyicisinin mənfəəti, G1- vergi ödəyicisnin fəaliyyətindən əldə etdiyi gəlir, R- şərti rentabellik normasıdır: M1= 2955872.7×20/100+20 = 492 645.36. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2021-ci il üzrə vergiyə cəlb edilən mənfəət 492 645.36 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 267 210.71 manat (xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 96 574.54 manat, borc öhdəliklərinin satışından əldə edilmiş gəlir 100 000.7 manat, əvvəllər gəlirdən çıxılmış ehtiyyatların azaldılmasından 74 402.4 manat, əvvəllər gəlirdən çıxılmış xərcin zərərin vəya ümidsiz borcun ödənilməsindən gəlir 40360.37 manat, mütəxəssis rəyinə əsasən hesablanmış dövriyyə 2 955 872.7 manat) olmuşdur. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən, vergiyə cəlb olunan mənfəəti 803 983.46 manat olmaqla ümumilikdə 160 796.69 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə Vergi Məcəlləsinn 104-cü maddəsinə əsasən müəssisə tərəfindən yoxlanılan dövrlərdə təqdim edilən mənfəət vergisi bəyannamələrində hesablanmış vergi nəzərə alınmaqla 2019-ci il üzrə 272 008.99 (351 923.6-79 914.61) manat, 2020-ci il üzrə 97 016.53 (465753.5 - 368736.97) manat, 2021-ci il üzrə 160 796.69 (160 796.69 - 0) manat olmaqla, cəmi 529 822.21 manat manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 529 822,21 manat vergi məbləğinin 50% miqdarında, yəni 264 911,11 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə üzrə: “X11nın keçirilməsi haqqında” Qərarla yoxlanılan dövr xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə etmişdir. Müəssisə xx.xx.2006-cı ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyatı vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2006-ci ildən qüvvəyə minmişdir. X11 zamanı vergi ödəyicisi tərəfindən vergilərin hesablanması bağlı sənədlər tam təqdim edilməmişdir. Müəssisəyə xx.xx.2022-ci il tarixli **********163132 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında TƏLƏBNAMƏ təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir. Səyyar yoxlama zamanı yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli X10 protokol tərtib edilmiş və materiallar Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2023cü il tarixdə 3(009)-429/2023 nömrəli vergi ödəyicisinin inzibati tənbeh olunması haqqında qərar çıxarılmışdır. Yoxlama üçün zəruri sənədlər təqdim edilmədiyindən vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdirilmasi üçün plastik məmulatlarin istehsali) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********168360 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında" Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN: **********) mütəxəssis dəvət olunmuşdur. Mütəxəssis tərəfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. (Mütəxəssis rəyi barədə aktın Mənfəət vergisinin hesablanması hissəsində geniş məlumat verilmişdir.) Müəssisə tərəfindən xammal-material qalığı illik təqdim edildiyi üçün , o cümlədən hər il üzrə dövrün əvvəlinə, sonuna qalıqlar və alış-satış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edilmişdir. Təqdim edilən mütəxəssis rəyinə əsasən, müəssisə tərəfindən istehsal olunan məhsullar (preformalar, qapaqlar pot, Container) növləri üzrə istehsal həcmi 2019-cu ildə cəmi 40 879 645 ədəd, 2020-ci il üzrə 224 498 916 ədəd, 2021-ci il üzrə 23 406 855 ədəd 2022-ci il üzrə 25183711 ədəd müəyyənləşdirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş məhsullar uzrə elektron qaimə fakturaya əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək ƏDV məqsədləri üçün dövriyyə hesablandı. (ƏDV-nin müqayisəli cədvəl akta əlavə olunur). Müəssisə tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən 2019-cu ilin yoxlama dövrü üzrə dövriyyə 1 229 711.89 manat, X11 ilə isə dövriyyə 3 340 717.43 manat müəyyən edilərək əlavə dövriyyə 2 111 005.54 manat (3 340 717.43-1 229 711.89= 2111 005.54) müəyyən edildi və həmin məbləğdən 379 981 manat (2 111 005.54*18%) əlavə dəyər vergisi hesablandı. Müəssisə tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən 2020-ci il üzrə təqdim edilən dövriyyə 9 430 969.86 manat, X11 ilə isə dövriyyə 12 442 358.07 manat müəyyən edilərək əlavə dövriyyə 3 011 388.21 manat (12 442 358.07 -9 430 969.86 = 3 011 388.21) müəyyən edildi və həmin məbləğdən 542 049.88 manat (3 011 388.21 *18%) əlavə dəyər vergisi hesablandı. Qeyd olunmalıdır ki, vergi ödəyicisinin 2021-ci il və 2022-ci ilin yanvar-sentyabr ayları üzrə təqdim etdiyi elektron qaimə fakturalara əsasən müxtəlif növ preformaların satışını həyata keçirmişdir. Lakin 2021-ci il ərzində və 2022-ci ilin yanvar- sentyabr ayları ərzində vergi ödəyicisi qeyd edilən preformalar istehsal etməmiş, lakin vergi ödəyicisi tərəfindən elektron qaimə fakturalara əsasən müxtəlif növ preformalar təqdim edilmişdir. Yoxlama ilə 2021-ci il və 2022-ci ilin yanvar-sentyabr ayları ərzində təqdim edilmiş müxtəlif növ preformalar 2020-ci ildən qalıqda qalan mallar olduğu müəyyən edildi. Bu əsasa görə X11 ilə 2020-ci il üzrə istehsal olunmuş və qalıqda qalmış qeyd edilən müxtəlif növ preformalar 786 242.73 manat 2021- ci ilin, 825 387.79 manat isə 2022-ci ilin yanvarsentyabr ayları üzrə dövriyyələrində nəzərə alındı. Beləliklə, X11 ilə vergi ödəyicisi tərəfindən ümumilikdə 5122393.75 manat dövriyyə və 922 030.88 manat (5122393.75*18%) əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 922 030.88 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 461 015,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Vergi Məcəlləsinin 123.1 -ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yoxlama ilə müəssisə tərəfindən pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Yoxlama zamanı borc müqavilələrinə, bank məlumatlarına və müəssisə tərəfindən təqdim edilmiş borcların hərəkəti barədə məlumatlarına əsasən "xxxx" MMC (VÖEN **********) və "xxxx" ASC (VÖEN **********) tərəfindən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyən edilmişdir. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə , oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlanılan dövrünün əvvəlinə "xxxx" ASC-yə (VÖEN **********) borc qalığı 1 161 100 manat, dövr ərzində 2 495 237 manat borc alınıb 2 509 000 manat borc qaytarılmışdır. Yoxlanılan dövrünün əvvəlinə "xxxx" MMC-yə (VÖEN **********) borc qalığı olmamışdır, dövr ərzində 3 126 216.14 manat borc alınıb 1 063 120.6 manat borc qaytarılmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə manat 14 175.12 manat ömv hesablanmışdır və azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 7087.56 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə: Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.Vergi ödəyicisi tərəfindən X11na təqdim edilmiş nəzarət kassa apratının "Z" hesabatları və kassa mədaxil orderlərinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə 1 279 939.83 manat satış məbləğinə 10 faiz miqdarında yəni 127 993.98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcələenin 58,6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 141242.98 manat əlavə dəyər vergisinin ödənilməsinə görə 50% miqdarında 70621.49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəllənin 58,7-1 -ci maddəsinə əsasən Nağdsız hesablaşmalar haqqında qanunun tələbləri pozulmaqla nağd qaydada verilən 3908.97 manat əmək haqqı məbləğinə 10 % miqdarında 390.89 manat maliyyə sanksiyası hesablanması tətbiq edilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdehin **********175686 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericilyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı barəsində ümumilikdə 1 466 028.2 manat vergi borcu hesablanmış, 932 020.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə qoşma şəklində inzibati icraat materiallarının (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, “X11nın keçirilməsi haqqında” qərar, inzibati icraatın təşkili ilə bağlı digər qərarlar, məktub və yazışmalar, protokollar, kassa mədaxil orderləri, mütəxəssis rəyi, X11 aktı və s.) təsdiq edilmiş surətləri təqdim edilmişdir.

9. İddiaçı tərəfindən onlayn kargüzarlıqla bağlı, müqavilələr və s. təqdim edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə yazılı izahat, cavabdeh tərəfindən isə yazılı izahata etiraz ərizəsi təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçındə cavabdehin xx.xx.2022-ci il tarixli **********164827 nömrəli “X11nın keçirilməsi haqqında” qərarı əasında xx.xx.2019-xx.xx.2022-ci illəri əhatə edən dövrün növbədən kənar səyyar vergisi yoxlaması keçirilmişdir: - xx.xx.2023-cü il tarixdə **********165589 nömrəli X11 Aktı tərtib edilmişdir. Nəticədə vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********175686 nömrəli qərar qəbul edilmişdir.

22. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil etməsindən və iddiaçının qeyd edilən dəlilləri mübahisələndirməsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun inzibati icraatın nəticəsində qəbul edilməsini yoxlamalıdır.

23. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 4.5-1. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

24. X11nın həyata keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınması ilə bağlı məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-738/2022 saylı işindəki hüquqi mövqeyinə uyğundur.

25. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən “X11nın keçirilməsi barədə” qərar yoxlamadan ən azı 1 iş günü əvvəl dövlət reyestrinə daxil edilməsi ilə olmasına baxmayaraq, qərar yoxlama başladığı gün, yəni xx.xx.2022-ci il tarixdə reyestrə vurulmuşdur. Yoxlamanın artırılması və ya dayandırılması müvafiq müddətin bitməsinə ən azı 1 iş günü əvvəl dövlət reyestrinə daxil edilməli olmasına baxmayaraq, yoxlama müddətinin artırılması barədə qərar çıxarıldığı gün xx.xx.2023-cü il tarixdə reyestrə daxil edilmişdir. 1-ci yoxlama istisna olmaqla bütün növbəti 3 yoxlama dayandırma faktlarında da, eyni pozuntular baş vermişdir. xx.xx.2023-cü il tarixli dayandırılmış X11nın bərpa edilməsi haqqında qərar isə reyestrə daxil edilməmişdir.

26. Vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri pozulmamışdır.

27. Məhkəmə bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir.

28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyetrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

29. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – X11nın aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. X11nın nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və X11nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.

30. Digər tərəfdən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X11 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X11 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X11nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Lakin, işin faktiki hallarından görünür ki, yoxlama 163 iş günü davam etmişdir. Həmçinin, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X11 aşağıda göstərilən hallarda və müddətlərdə (qeyd edilən hallar Məcəllədə sadalanır), lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Lakin hazırki işdə faktiki olaraq yoxlama bir dəfə 51 gün və növbəti dəfə 48 gün artırılmış, ilkin yoxlama müddəti də, daxil olmaqla 140 gün təşkil etmişdir. Yoxlama müddətində dayandırma və artırılmalarla əhaytə olunmayan fasilələr olmuşdur. Belə ki, xx.xx.2022-ci ildə başlayan yoxlama onun bitməsinə 1 gün qalmış xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixinədək 21 gün dayandırılsa da, artırma barədə qərar xx.xx.2023-cü il tarixdə verilmiş, 5 gün fasilə olmuşdur. Daha sonra ikinci artırma xx.xx.2023-cü ildə, dayandırma isə xx.xx.2023-cü ildə bitsə də, xx.xx.2023-cü ildə dayandırma qərarı verilmşdir. Yoxlamada 20-25 gün fasilə olmuşdur. Yoxlamanın artırılması və dayandırılması əsaslandırılmamışdır. Belə ki, yoxlamanın müddəti mütəxəsiss dəvət edilməsi ilə bağlı əsassız olaraq 4 dəfə dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərarla "xxxx" MMC mütəxəssisi X8 işə cəlb edilsə də, onun hansı səbəbdən rəy verməməsi müəyyən edilməmişdir. İkinci mütəxəssisin işə cəlb edilməsi barədə qərarın zəruriliyi də, əsaslandırılmamışdır. Bundan əlavə, yoxlama xx.xx.2023-cü ildə (dayandırma xx.xx.2023-cüi ildə) bitsə də, yoxlamanın bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır.

31. Həmçinin cavabdeh inzibati orqan tərəfindən yoxlamanın nəticələri düzgün rəsmiləşdirilməmiş və inzibati akt qüvəyə minmədən silinmə aparılmışdır. Belə ki, yoxlama 2 dəfə bitsə də, qanunsuz olaraq arıtılmış, dayandırılmış və ya bərpa edilmişdir. İlk dəfə xx.xx.2023-cü il tarixində yoxlama bitdiyindən yoxlama aktı tərtib edilməli və onun nəticələri rəsmiləşdirilməli idi. İkinci dəfə yoxlama xx.xx.2023-cü il tarixə bitsə də, bununla da, bağlı rəsmiləşdirilmə aparılmamışdır. Hər iki halda yoxlama müddəti əsassız olaraq uzadılmışdır. xx.xx.2023-cü il tarixdə bərpa edilmiş yoxlama üzrə elə həmin gün də, X11 Aktı imzalanmışdır. 63 gün sonra isə xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb etmə haqqında qərar və eyni tarixli tələbnamə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 217464,08 manat silinmişdir. Pul məbləğinin silinməsindən sonra xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən mübahisəli qərar elektron sistem üzərindən iddiaçıya göndərilmişdir. Beləliklə, ididaçıya müvafiq qərar müvafiq silinmələr edilldikdən sonra göndərilmiş, yəni inzibati akt qüvvəsini almadan cavabdeh tərəfindən onun icrası həyata keçirilmişdir. Halbuki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq bildiriş göndərməli və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilərdi ki, hazırki halda vergi orqanı birbaşa silinmələr həyata keçirmişdir.

32. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən iddiaçının digər dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

33. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edilməklə yanaşı, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı pozuntulara da, yol verilmişdir və bununla bağlı iddiaçının bildirdiyi dəlillər də, əsaslıdır.

34. Vergi Məcəlləsindən: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

36. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin əv ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175686 nömrəli qərarı ləğv edilsin və həmin qərarın hüquqi nəticələri aradan qaldırılsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar