Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2475/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı – yaşayış yerinə dair yanlışlığın aradan qaldırılması barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı Binəqədi rayon Polis İdarəsi tərəfindən ona verilmiş AZE seriyalı 0******* nömrəli, 14 yanvar 2010-cu il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən yaşayış yerinə dair yanlışlığın aradan qaldırılması, yaşayış yerinin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 62 kimi yazılması öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət və Qeydiyyat Şöbəsi tərəfindən ona verilmiş AZE ******* saylı, 14 yanvar 2010-cu il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən yaşayış yerinə dair yanlışlığın aradan qaldırılması və yaşayış yerinin ünvan 1 kimi yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2475/2021 saylı, 27.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsi əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazıradək o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 2nı atasına Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən ayrılmışdır. ünvan 3 ünvanı atası X1 məxus olmuş və atasına 298 saylı ev dəftəri verilmişdir. Sözügedən fərdi yaşayış evində 7 nəfər qeydiyyatdadırlar. Lakin, ona verilən AZE 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində yaşayış yeri kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 62 kimi (ev 56/62 göstərilməli idi) göstərilmişdir. Halbuki, o, şəxsiyyət vəsiqəsində göstərilən ünvanda yaşamır. Onun şəxsiyyət vəsiqəsindən fərqli olaraq digər ailə üzvlərinin şəxsiyyət vəsiqələrində yaşadıqları ünvan düzgün qeyd olunmuşdur. Forma 2 arayışında və Asan xidmət Mərkəzi tərəfindən verilən arayışlarda onun yaşayış ünvanı ünvan 4 O, Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə şəxsiyyət vəsiqəsindəki səhvin düzəldilməsi barədə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə 14.10.2021-ci il tarixli, 059-38262-1221 nömrəli məktub ünvanlayaraq, məhkəmə iclaslarına iştirakları olmadan, şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirilmədən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 19.09.2020-ci il tarixli, 059-34456N-3220 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən şəxsiyyət vəsiqəsindəki səhvin düzəldilməsi imkan xaricindədir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən X6 verilmiş 049 nömrəli, 08.09.2020-ci il tarixli, Forma 2 arayışından görünür ki, X12 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 56/62 saylı evdə qeydiyyatdadır. Ev kommunal şəraitlidir, qaz, işıq, su var. Evdə daimi qeydiyyatda olan digər şəxslər - X12, X13, X8, X3, X7, X5, X2r. İşdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş ev kitabının surətindən görünür ki, Koroğlu küçəsi, ev 56/62 ünvanında yerləşən evin sahibi kimi X4 göstərilmişdir. Ev kitabında həmin ünvanda yaşayan şəxslər sırasında İddiaçı da, göstərilmişdir. İşdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş 2197 nömrəli, 21.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında daimi pasport qeydiyyatındadır. İşdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan X9, X18 və X19 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş **********508 nömrəli ərizədən görünür ki, İddiaçı 1974-cü il tarixindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən 56/62 saylı evdə qeydiyyatdadır və hal-hazıra kimi orada yaşayır. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, X8 19.01.2010-cu il tarixdən ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı 19.01.2010-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 62 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər – 23.05.2004-cü il təvəllüdlü X10, 08.12.2002-ci il təvəllüdlü X11r. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14-18/177 nömrəli, 14.09.2021-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evlərinə baxış keçirilmiş və sözügedən küçədə yerləşən ev 62 və ev 56/62 saylı ünvanda yerləşən evlərin eyni olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 8 ünvanları altında bir fərdi yaşayış evi mövcuddur və iddiaçı sözügedən ünvanda yaşayır. Həmin halı işdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş məktub, ev kitabı və notarial qaydada təsdiq olunmuş ərizə təsdiq edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Ona görə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı yaşayış yeri, həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ev 56/62-dir. Göründüyü kimi, cavabdeh orqan inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3-cü maddəsinə (şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar) əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı və adı; vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Həmin Qanunun 4-cü maddəsinə (şəxsiyyət vəsiqəsinin verilməsi) əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsindəki yaşayış yerinə dair yanlışlığın aradan qaldırılaraq, onun yaşayış yerinin ünvan 1 kimi qeyd edilməsi öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2475/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2475/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver