Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2476/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil və nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı "xxxx" ASC-yə 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç min, 22 qəpik) manat məbləğdə vergi hesablanmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kameral vergi yoxlaması zamanı 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarla, 2023-cü ilin yanvar ayı üzrə 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç manat, 22 qəpik) manat məbləğdə əlavə vergi hesablamışdır. Vergi orqanı özünün 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarını onunla izah etmişdir ki, ASC tərəfindən 2023-cü ilin yanvar ayı üzrə əvəzləşməyə təqdim edilmiş EBBN seriyalı 215266 nömrəli, EBBN seriyalı 052241 nömrəli, EBBP seriyalı 044766 nömrəli, EBBP seriyalı 158500 nömrəli, EBBP seriyalı, 699055 nömrəli və sair elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğuna görə həmin əməliyyatlar əvəzləşdirməyə əsas vermir. Qeyd olunan əməliyyatlar üzrə cəmi 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç manat, 22 qəpik) manat ƏDV məbləği vergi orqanı tərəfindən əvəzləşdirildiyi üçün həmin ay üzrə təqdim edilmiş bəyannamələr üzrə eyni məbləğdə, yəni 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç manat, 22 qəpik) manat məbləğdə kənarlaşma yaranmışdır. İddiaçı, "xxxx" ASC bununla razılaşmamış və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin həmin qərarından inzibati şikayət vermişdir. Həmin şikayətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri X7 tərəfindən baxılmış və E.A.Namazlının 01 sentyabr 2023-cü il tarixli, **********914200 saylı qərarı ilə iddiaçı ASC-nin inzibati şikayəti əsassız olaraq təmin edilməmişdir. E.A.Namzh öz qərarını onunla izah etmişdir ki, - Araşdırma zamanı ASC tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş ƏDV məbləği 130556,56 manat olan elektron qaiməfakturaların əsasında 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları üçün təqdim edilən ƏDV bəyannamələrində, "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş ƏDV məbləği 56666,65 manat olan elektron qaimə-fakturaların 2021-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilən ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir. İnzibati araşdırma zamanı elektron qaimə-faktura məlumatlarına əsasən "xxxx" MMC tərəfindən 02 dekabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək 7 895 911 manat dəyərində 12 949 ton qara metal tullantıları təqdim edilməsinə baxmayaraq, Cəmiyyətin əldə edilmiş elektron qaimə fakturalar, elektron alış aktları və idxal əməliyyatları araşdırılmaqla 12 863 ton qara metal tullantıları aldığı müəyyən edilmişdir. Həmçinin 26 noyabr 2021-ci il-31 yanvar 2022-ci il tarixlərdə "xxxx" MMC tərəfindən elektron qaimə faktura məlumatlarına əsasən cəmi, 2096643, 63 manat dəyərində armatur və qara metal və digər mallar təqdim edildiyi halda, baza məlumatlarına əsasən həmin malların müəssisə tərəfindən alındığı müəyyən edilməmişdir. Alınmış və təqdim edilmiş malların miqdarında fərq yarandığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərar ilə təsdiq edilmiş risqli vergi ödəyicisinin, o cümlədən risqli əməliyyatların meyarlarına əsasən həmin əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, "Despart LL MMC və "xxxx" MMC-in riskli vergi ödəyiciləri olmaları barədə vergi orqanı müvafiq olaraq 21 fevral 2022-ci il tarixli, **********316000 saylı və 03 mart 2023-cü il tarixli, **********490100 saylı qərarlar qəbul etmişdir. Buna görə də E.A.Namazlı hesab etmişdir ki, ASC-nin inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş üzrə 28 aprel 2023-cü il tarixli, **********251600 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla da "xxxx" ASC-yə əsassız olaraq ümumilikdə 187 223,22 manat (bir yüz səksən yeddi min iki yüz iyirmi üç manat, 22 qəpik) manat ƏDV hesablanmışdır. Belə ki, əvvəla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin rəisi E.Namazovun 01 sentyabr 2023-cü il tarixli həmin qərarının 3-cü səhifəsində "xxxx" MMC və "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 02 dekabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək olan dövr üzrə ümumi dəyəri 7 895 911 manat olan 12 949 ton qara metal tullantıları təqdim edildiyi qeyd olunub. Halbuki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən həmin dövrlərdə "xxxx" ASC -yə cəmi 5 880,56 ton metal qırıntıları təqdim edilmişdir. Həmin metal qırıntılarının dəyəri isə cəmi 3 768 267,31 (üç milyon yeddi yüz altmış səkkiz min iki yüs altmış yeddi manat, 31 qəpik) manat təşkil edir. Bu fakt elektron qaimələrlə və digər rəsmi sənədlərlə də təsdiq olunur. Vergi orqanı qeyd olunan əməliyyatlar üzrə həmin metal qırıntılarının yalnız 1.042.304,17 manat dəyərində olan hissəsini əsassız olaraq risqli əməliyyat hesab edərək, ASC-yə 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç manat, 22 qəpik) manat məbləğdə vergi hesablamışdır. Bundan başqa, həmin qərarda təqdim edilən metal qırıntıları ilə Cəmiyyətin aldığı metal qırıntılarının çəkisi arasında 86 ton fərq yarandığı qeyd olunub. İşə əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, vergi orqanının öz qərarında qeyd etdiyi bu fərq də tamamilə əsassız və absurddur. "Despart LL MMC ilə 25 noyabr 2021-ci ildə, "xxxx" MMC ilə isə 11 dekabr 2021-ci ildə "xxxx" ASC arasında metal qırıntılarının alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən 26 noyabr 2021-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək qeyd olunan MMC-lərdən "xxxx" ASC tərəfindən 3 768 267,31 (üç milyon yeddi yüz altmış səkkiz min iki yüs altmış yeddi manat, 31 qəpik) manat dəyərində, 5 880,56 ton metal qırıntıları alınmışdır. Buna dair 2021-ci ilin dekabr və 2022ci ilin yanvar ayları üzrə müvafiq qaimələr təqdim olunmuş, vergi orqanına rəsmi bəyannamələr verilmiş və həmin əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmişdir. Vergi orqanının isə "xxxx" ASC-yə dəyəri 7 895 911 manat olan 12 949 ton qara metal tullantıları təqdim edildiyi barədə məlumatı haradan götürdyü məlum deyil. Vergi orqanı qanuni əsaslarla aparılmış əvvəlki əvəzləşmələri ləğv edib, 2023-cü ilin yanvar ayı üzrə heç bir əməliyyat aparılmadığı halda, həmin ay üçün qanunsuz olaraq 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç min, 22 qəpik) manat məbləğdə ƏDV hesablamışdır. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri X5 01 sentyabr 2023-cü il tarixli, **********914200 saylı qərarı ilə də təsdiq olunur ki, vergi orqanının 21 fevral 2022-ci il tarixli, **********316000 saylı və 03 mart 2023-cü il tarixli, **********490100 saylı qərarları ilə "Despart LL MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri elan edilmişdir. Lakin işdə olan elektron qaimələrdən və bank ödənişlərinə dair bildirişlərdən də görünür ki, həmin əməliyyatlar 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar aymadək olan dövr üzrə aparılmışdır. "xxxx" ASC tərəfindən qeyd olunan əməliyyatlar aparılan dövrdə "Despart LL” MMC və "xxxx" MMC vergi orqanının qərarı ilə riskli vergi ödəyiciləri elan edilməmişdilər. Buna görə də həmin əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılan əməliyyat hesab edilməsi və vergi orqanının iddiaçıya 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç min, 22 qəpik) manat məbləğdə ƏDV hesablaması tamamilə qanunsuz, əsassız və absurddur. Buna görə də Vergi Məcəlləsinin 175.11-ci maddəsinə istinad olunaraq, həmin şəxslərlə aparılan əməliyyatlar üzrə verginin əvəzləşdirilməsindən imtina oluna bilməz. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" **********4822 saylı, 21 avqust 2021-ci il tarixli; **********4824 saylı, 21 avqust 2021-ci il tarixli; **********7484 saylı, 07 sentyabr 2021-ci il tarixli; **********7493 saylı, 16 may 2022-ci il tarixli və **********7496 saylı, 16 may 2022-ci il tarixli sair qərarları əsasında həmin dövrlərdə ASC-nin bütün fəaliyyəti və alqı-satqı müqavilələri üzrə müşahidə və operativ nəzarət tədbirləri həyata keçirilmiş və həmin dövrlərdə ASC-nin aldığı metal məhsullarını satan şəxslərin fəaliyyəti də vergi orqanının əməkdaşları tərəfindən nəzarətdə saxlanılmışdır. Buna görə də həmin dövrdə fəaliyyəti daim nəzarət altında saxlanılan iddiaçının "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş şəxslərdən mal alması mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmiş şəxslərə elektron qaimə-faktura göndərilərkən elektron sistemdə bu barədə məlumat üzə çıxır. Bu halda da həmin şəxslərlə alqı-satqı müqaviləsinin bağlanılması və malların alınması mümkün deyildir. Bu fakt da iddiaçının mal aldığı şəxslərin həmin dövrlərdə "Riskli vergi ödəyiciləri" siyahısına daxil edilmədiyini bir daha təsdiq edir. Bundan başqa həmçinin bildirilmişdir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilmələri barədə digər vergi ödəyicilərinə, o cümlədədn iddiaçıya heç bir məlumat verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının verdiyi şikayət vergi orqanında müzakirə edilərkən iddiaçının nümayəndələri həmin müzakirələrdə iştirak etmiş və yuxarıda qeyd etdiyi hallarla bağlı geniş izahat vermişlər. Lakin nəticədə vergi orqanı tamamilə fərqli və qanunsuz olan qərar qəbul etmişdir. Bununla da vergi orqanı tam əsassıs olaraq, iddiaçıya metal satan şəxslərin "Riskli vergi ödəyiciləri" siyahısına daxil edildiyini əsas götürərək, iddiaçı haqqında "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" qanunsuz və əsassız qərar qəbul etmiş və "xxxx" ASCyə ümumilikdə 187 223,22 (bir yüz səksən yeddi min iki yüz iyirmi üç min, 22 qəpik) manat məbləğdə vergi hesablayaraq həmin məbləği iddiaçının bank hesabından tutmuşdur. Həmin qərardan iddiaçının verdiyi inzibati şikayət isə əsassız olaraq təmin edilməmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “Bakıinşaatsənaye" ASC xx.xx.2001-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2003-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış, ərizəsinə əsasən əsas fəaliyyət növü "fasiləsiz tökmə zamanı alınan məhsullar daxil olmaqla isti və soyuq yayma üsulu ilə polad məhsulların istehsalı”ndan ibarət olmuşdur. Həmçinin qeyd edilmişdir ki, 2023-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, 187 223.22 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********251600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İddiaçı tərəfindən müvafiq qərardan Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmiş, xx.xx.2023-cü il tarixli **********914200 saylı “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, "xxxx" ASC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********251600 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki halları barədə bildirilmişdir ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 830653 nömrəli elektron qaiməfaktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 600852 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 329516 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 044766 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdimedilmiş EBBN seriyalı 215281 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 362487 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 598223 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 472056 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 282405 nömrəli elektron qaiməfaktura, ƏDV bəyannaməsində (11.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 215266 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 772669, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdimedilmiş EBBN seriyalı 908019 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 417356 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 643822 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBO seriyalı 031038 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 223457 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 158500 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdimedilmiş EBBP seriyalı 159024 nömrəli elektron qaiməfaktura, ƏDV bəyannaməsində (11.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 052241 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 159053 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdimedilmiş EBBP seriyalı 158990 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBO seriyalı 029723 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 699666 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 329526 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 358407 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 048834 nömrəli elektron qaiməfaktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdimedilmiş EBBP seriyalı 471997 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 529523 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 699554 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdimedilmiş EBBP seriyalı 159219 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 529173 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 643831 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində (12.2021) əvəzləşmə üçün təqdimedilmiş EBBO seriyalı 029910 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində ( 01.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 699055 nömrəli elektron qaimə- faktura, ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 417292 nömrəli elektron qaimə-faktura, ƏDV bəyannaməsində ( 01.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 699506 nömrəli elektron qaiməfaktura, ƏDV bəyannaməsində ( 01.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 282370 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********557700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 187 223.22 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********251600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin inzibati araşdırma zamanı iddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş ƏDV məbləği 130556.56 manat olan elektron qaimə-fakturaların 2021-ci ilin dekabr ayı və 2022-ci ilin yanvar ayı üçün təqdim edilən ƏDV bəyannamələrində, "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş ƏDV məbləği 56666.65 manat olan elektron qaimə-fakturaların 2021-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilən ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir. İnzibati araşdırma zamanı elektron qaimə-faktura məlumatlarına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 895 911 manat dəyərində 12 949 ton "qara metal tullantıları" təqdim edilməsinə baxmayaraq iddiaçının əldə edilmiş elektron qaimə fakturalar, elektron alış aktları və idxal əməliyatları araşdırılmaqla 12 863 ton "qara metal tullantıları"ı aldığı müəyyən edilmişdir. Həmçinin xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 2096643,63 manat dəyərində "armatur və qara metal" və digər mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin malların müəssisə tərəfindən alındığı müəyyən edilməmişdir. Alınmış və təqdim edilmiş malların miqdarında fərq yarandığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’na əsasən həmin əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyicilər olması barədə vergi orqanı qərar qəbul etmişdir. Araşdırma zərurəti ilə əlaqədar "xxxx" MMC və "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə müvafiq məktublar göndərilmiş, xx.xx.2023-cü il tarixdə vergi ödəyicilərinin Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicilərinin səlahiyyətli nümayəndələri inzibati araşdırmada iştirak etməmiş, tələb edilən təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. Qeyd olunan hal xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər, 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1.vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2.maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3.əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3-cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmçinin xüsusi olaraq qeyd etmək istərdik ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1 (102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti qeyd edilmişdir: "**********702300 nömrəli qərardan görünür ki, “Faborlik Tikinti" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir, iddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "Faborlik Tikinti’’ MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) “Faborlik Tikinti" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” "xxxx" ASC-nin (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********251600 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 187.223,22 manat əlavə vergi hesablanmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş inzibati şikayətin təmin edilməməsi haqqında **********914200 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********251600 nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. İddiaçı tərəfindən təqdim edilmiş X1 137 nömrəli xx.xx.2023-cü il tarixli tədqiqatın nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmtəəsiz əməliyyatların aparılması ekspertiza tədqiqatına təqdim edilmiş rəsmi sənədlərə əsasən öz təsdiqini tapmadığı və bu baxımdan kameral vergi yoxlaması ilə 187223,22 manat (bir yüz səksən yeddi min iki yüz iyirmi üç manat, iyirmi iki qəpik) əlavə vergi məbləğinin hesablanması əsaslı hesab edilməmişdir.
7. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
11. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar üzrə iddiaçı yuxarı inzibati orqana xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir.
12. İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********251600 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 187.223,22 manat vergi borcu olduğu qeyd edilmişdir.
16. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
17. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
18. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
20. Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında **********914200 nömrəli qərardan aydın olur ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********316000 nömrəli və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********490100 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçının isə ondan əvvəl "xxxx" MMC ilə (VÖEN: **********) xx.xx.2021-ci il tarixli 34 nömrəli “Qara metal tullantılarının alqı-satqı müqaviləsi” və "xxxx" MMC ilə (VÖEN: **********) xx.xx.2021-ci il tarixli 2511-21 nömrəli “Qara metal qırıntılarının alqı-satqı müqaviləsi” bağlanmışdır. İş materiallarına əlavə edilmiş qaimə-fakturalardan aydın olur ki, iddiaçı "xxxx" MMC, "xxxx" MMC-dən qara metal və metal qırıntı əldə etmişdir.
21. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC, "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
22. Məhkəmə eyni zamanda nəzərə alır ki, qeyd edilən əməliyyatlar üzrə əmtəələrin alışı iddiaçı vergi ödəyicisinin fəaliyyət istiqamətinə uyğun olmuş, iddiaçı "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) savayı, digər vergi ödəyicilərindən həmin dövrdə qeyd edilən əmtəələrin alışını həyata keçirmiş və buna dair məhkəməyə çoxsaylı elektron qaimələr ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) təqdim edilmişdir.
23. Eyni zamanda iddiaçı tərəfindən həmin dövrə aid əmtəə dövriyyəsinə dair vergi orqan; tərəfindən tərtib edilən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə çoxsaylı aktlar təqdim edilmişdir, bu da ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair ehtimalları aradan qaldırır.
24. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
27. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 aprel 2023-cü il tarixli **********251600 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva