Məhkəmə qərarları › İş №2-1(112)-2479/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2479/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2479/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvanı: Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni Y/İ Dön 5, ev 5), cavabdehin nümayəndəsi X3 (ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, Hüquq şöbəsi, baş mütəxəssis), 3-cü şəxs Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 (ünvanı: ünvan 1 mənzil 27; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi, Hüquq İdarəsi, Məhkəmə işlərinin təşkili şöbəsi, baş hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına 3-cü şəxslər -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və “Bakı X4 Limanı” QSC qarşı “pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına aid edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı “ödənişin sosial karta yüklənməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasındaAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və “Bakı X4 Limanı” QSCnin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur.Həmin tarixli məhkəmə iclasında iddiaçının ““Bakı X4 Limanı” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN- **********072) aid edilmə öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, “Bakı X4 Limanı” QSC iddiaçının Dövlət sosial sığortası üçün 2006-2010 illərə görə ödənilməyən pulu 2019-cu ilin dekabr ayında ödəmişdir. Lakin, bu pulun ididaçının sosial sığorta kartına yüklənməsi cavabdeh tərəfindən təmin edilmir. Bu səbəbdən iddiaçının aldığı təqaüdünün məbləği azdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixli məktubla Bakı X4 Limanına (sürəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə) müraciət edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı X4 Limanı tərəfindən (SUN: **********4) 4247,81 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabına ödənilmədiyini bildirmiş və həmin məbləğin fərdi şəxsi hesabına ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı X4 Limanı tərəfindən “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində təqdim olunmuş “X5”a əsasən xx.xx.2018-ci il tarixinə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə 1667953,30 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 186654,15 manat (cəmi: 1854607,45 manat) Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır. Nəticədə xx.xx.2018ci il tarixinə qalmış borc məbləği sığortaolunanların ödənilmiş sığorta haqlarının azalmasına səbəb olmuşdur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə olunduğundan Bakı X4 Limanının Dövlət Sosial Müdafiə Fonduna borcunun alınması üçün Vergilər Nazirliyi qarşısında məsələ qaldırılması üçün Dövlət Sosial Müdafiə Fondunun aparatına müraciət edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə müraciət edərək Bakı X4 Limanı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının illər üzrə bölüşdürülməsini xahiş etmiş, Bakı şəhər İdarəsi xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli cavab məktubu ilə bildirmişdir ki, Bakı X4 Limanı tərəfindən ödənilmiş 4.104,24 manat məcburi dövlət sosial sığorta haqqı xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Ödənilmişm 4.104,24 manat məcburi dövlət sosial sığorta haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat) alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamış, X4 Limanı tərəfindən ödənilmiş 4104,24 manat məcburi dövlət sosial sığorta haqqı “X1 Sistemi”nin “Sığorta AS (Hesabat) alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxs “Bakı X4 Limanı” QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “X4 Limanı (SUN: **********4) tərəfindən ödənilmiş 4104.24 manat məcburi dövlət sosail sığorta haqqı xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuşdur. Nəzərinizə çatdırırıq ki, ödənilmiş 4104.24 manat məcburi dövlət sosail sığorta haqlarının “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, X4 Limanı tərəfindən 2019-cu ilin İV rübü üçün məcburi dövlət sosail sığortası üzrə hesabat təqdim edildikdən sonra ödənilmiş 4104.24 manat məcburi dövlət sosail sığorta haqqı “X1 Sistemi”nin "Sığorta AS (Hesabat)" alt sistemində bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********907800 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası “xxxx” QSC-yə ********** saylı VÖEN xx.xx.2004-cü il tarixdə (əvvəlki ********* saylı VÖEN isə xx.xx.1999-cu il tarixdə verilmişdir) verilmişdir və hal-hazırki tarixə QSC-nin fəaliyyətinin dayandırılması barədə vergi orqanına ərizə ilə müraciət edilməmişdir. QSC-nin DSMF orqanında qeydiyyatda olub-olmaması və 2006-cı ildən 2010-cu ilədək olan dövr ərzində illər (rüblər) üzrə məcburi sosial sığorta haqlarının hesablanıb ödənilməsi barədə məlumatlarla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edildiyindən həmin məlumatların təqdim edilməsi mümkün deyildir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki,Azərbaycan Respublikası Bakı X4 Limanına Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən xx xxxxxx 2004- cü il tarixdə ********** VÖEN və Dövlət Sosial Müdafiə Fondu tərəfindən **********4 SUN verilmiş, statusu isə aktiv olmaqla xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 6147 nömrəli Ödəniş tapşırığından görünür ki, “Bakı X4 Limanı” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) köçürülməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. 2006-cı il 531.64, 2007-ci il 955.77, 2008-ci il 1181.22, 2009-cu il 633.3, 2012-ci il 161.02, 2015-ci il 338.56, 2016-cı il 135.97, 2017-ci il 166.76” göstərilmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) aparır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü abzasına əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.2.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Həmin Qaydaların 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir. Həmin Qaydaların 1.2.16-cı bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir: 4.2.1. muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi; 4.2.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər aiddir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən sığortaedən işçinin (sığortaolunanın) «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı maliyyələşmə mənbəyindən və ödəmə formasından asılı olmayaraq tutulmuş vergi məbləğləri çıxılmamaqla olan məbləğdən hesablanır. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin Qaydaların 7.23-cü bəndinə əsasən DSMF orqanları məcburi dövlət sosial sığorta haqlarının uçotunu hər bir sığortaedən üçün açılmış məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında aparır. Şəxsi uçot hesabında sığortaedənin məcburi dövlət sosial sığortası üzrə vəsaitlərinin hərəkətinə dair hər bir əməliyyat (əmək ödənişi və gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları, məcburi dövlət sosial sığorta haqları üzrə debitor və kreditor borcları, akta əsasən silinmə, maliyyə sanksiyasının tətbiqi, sərəncam ilə ödəniş və s.) üzrə (onun aparılma tarixləri qeyd olunmaqla) müvafiq qeydlər verilməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. Beləliklə, məhkəmənin qənaətinə görə sığortaedən “Bakı X4 Limanı” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin sığortaedən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı X4 Limanı” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) aid edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulma qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. “Bakı X4 Limanı” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” ASC vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına köçürdüyü 4104,24 (dörd min bir yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi hesabına (FİN-xxxxxxx, SSN-**********072) aid edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar