Məhkəmə qərarları › İş №2-1(112)-248/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-248/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-248/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin olunması, ödənilməmiş məbləğin hesablanması və ödənilməyən son 3 ilin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması, həmin dövrdən hesablanaraq ödənilməmiş məbləğin hesablanması və hazırkı dövrə qədər yaranmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda doğulub. 1977-1982-ci illərdə M.Əzizbəyov adına Neft və Kimya institutunda əyani təhsil alıb. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. O. Rusiya Federasiyasının Surqut şəhəri, Vınqapur qazçıxarma əsaslı təmir sexində xx.xx.1982-xx.xx.1985-ci illərdə işləmişdir. Orda işlədiyi 2 (iki) il 7 ay 26 günün, 1 (bir) ili 1 il 6 ay sayıldığından həmin 2 (iki) il, 7 ay, 26 günə 4 il əmək stajı hesablanır. Belə ki, SSSR Ali Sovetinin rəyasət heyətinin 10 fevral 1960-ci il tarixli fərmanının 5-ci maddəsinin “d” bəndinə uyğun olaraq Surqut şəhəri Uzaq Şimal rayonlarına bərabərləşdirilmiş yer sayılırdı. Xüsusi olaraq, Uzaq Şimal rayonlarında (sahəsində) və ona bərabərləşdirilmiş yerlərdə (dağlıqda) 1 illik iş 1 il 6 av iş stajının hesablanması, yaşa və əlilliyə görə pensiyanın alınması hüququ yaradırdı. xx.xx.1985xx.xx.1985-ci illər “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsi 2 saylı Neftqazçıxarma sexində neft və qaz hasilatı üzrə operator: xx.xx.1985-xx.xx.1987-cu illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşlarf Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə usta; xx.xx.1987xx.xx.1988-ci illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsinə Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta; xx.xx.1988-ci illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə usta; xx.xx.1988-xx.xx.1989-cu illərdə “Azneft” İstehsalat Birliyi “NeftDaşları” Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı və yeraltı təmiri üzrə usta; xx.xx.1997-xx.xx.2005-ci illərdə X10 Quyuların yeraltı və əsaslı təmir sexində quyularm yeraltı təmiri sexində yeraltı təmir ustası; xx.xx.2005-xx.xx.2006-cı illərdə X11 Quyuların yeraltı və əsaslı təmir sexində quyuların yeraltı təmiri sexində yeraltı təmir ustası; Bunun da 1992-ci ilədək SSRİ-nin dağılmasınadək olan dövrü (yəni SSRİ vətəndaşlarının Pensiya Təminatı haqqında Qanununun qüvvədə olduğu dövr) SSRİ-nin mövcudluğu zamanı qazanılan əmək stajına hesablanır. İddiaçı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısındadır. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatın, vəzifələrin, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa və ən azı 20 il iş stajı olduqda bu müddətin ən azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2006-cı ilədək 20 il ümumi, 10 il güşətli iş stajının olması tələb olunur. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqust ayından başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. xx.xx.2006-cı ilədək ümumi iş stajı 29 il, güzəştli iş stajı isə 14 il 6 ay 7 gün təşkil etmişdir. İddiaçı 52 yaşı xx.xx.2012-ci ildə tamam olmuşdur. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən İddiaçı 52 yaşı olduğu vaxtdan yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. İddiaçı 52 yaşından pensiyanın təyin olunması və ödənilməyən məbləğin ona ödənilməsi barədə tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş, lakin qurum tərəfindən pensiya təminindən imtina edilmişdir. İmtinanı rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci bəndinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyanın təyin olunması, ödənilməmiş məbləğin hesablanması və ödənilməyən son 3 ilin hesablanaraq ödənilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubunda güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixdə (xx.xx.2020-ci il tarixdən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən onun ümumi iş stajı 31 il 6 ay 8 gün (xx.xx.2006cı il tarixədək 17 il 1 ay 8 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 5 ay sığorta stajı), güzəştli iş stajı 28 il 11 ay 2 gün (xx.xx.1982xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1997-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə xx.xx.2020-ci il tarixə 56639,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun xx.xx.1989-ci il tarixdən xx.xx.1997-ci il tarixədək dövr ərzində işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubunda güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə gedişatında İddiaçı 60 yaşdan - xx.xx.2022-ci il tarixdən (xx.xx.2020-ci il tarixdən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbini dəqiqləşdirərək, iddiaçıya 57 yaşdan güzəştli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunan məsələ ilə əlaqədar araşdırma aparılmış və aşağıdakı səbəblərə görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır: İddiaçı pensiya təyin edilərkən onun ümumi iş stajı 31 il 6 ay 8 gün (xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 8 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1989-cu il, 21 04.1989-xx.xx.1991-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 5 ay sığorta stajı), güzəştli iş stajı 28 il 11 ay 2 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1997xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2019-cu il. xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə xx.xx.2020-ci il tarixə 56639,77 manat təşkil etmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 17 il 1 ay 8 gün, güzəştli iş stajı 14 il 9 ay 5 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İ.X4 təqdim etdiyi əmək kitabçasında xx.xx.1991xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Kiçik Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı İ.X4 təqdim etdiyi hərbi biletin surətində onun müddətli həqiqi hərbi xidmət keçdiyi barədə qeyd mövcud deyildir. “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyindən, Qanunun 9.8-ci maddəsinə əsasən sığortaolunanların güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyənləşdirilərkən, onların 2006-cı il 1 yanvar tarixədək tələb olunan ümumi sığorta (əmək) stajına həmin tarixədək bitmiş əyani təhsil müddətinin daxil edilməli olduğu müəyyən olunmuşdur. Buna baxmayaraq, xx.xx.2006-cı il tarixədək İddiaçı ümumi stajı 25 ildən az (22 il 1 gün) olduğundan ona sözügedən maddəyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubunda güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə gedişatında İddiaçı 60 yaşdan - xx.xx.2022-ci il tarixdən (xx.xx.2020-ci il tarixdən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbini dəqiqləşdirərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunan məsələ ilə əlaqədar araşdırma aparılmış və aşağıdakı səbəblərə görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsk mümkün olmamışdır: İddiaçı pensiya təyin edilərkən onun ümumi iş stajı 31 il 6 ay 8 gün (xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 8 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 5 ay sığorta stajı), güzəştli iş stajı 28 il 11 ay 2 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1997-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə xx.xx.2020-ci il tarixə 56639,77 manat təşkil etmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 17 il 1 ay 8 gün, güzəştli iş stajı 14 il 9 ay 5 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifənin güzeştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İ.X4 təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-xx.xx.1997- ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı İ.X4 təqdim etdiyi hərbi biletin surətində onun müddətli həqiqi hərbi xidmət keçdiyi barədə qeyd mövcud deyildir. İddiaçı əyani təhsil müddəti sosial sığorta stajına daxil edilərək pensiyası yenidən hesablanmışdır. Bu barədə Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1386/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Belə ki, tərəfindən Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövət Xidmətinə xx.xx.2023-cü il tarixli müvafiq sorğular göndərilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023- cü il tarixli məktubunda “Vəfa" kiçik müəssisəsi və “Bayat" Assosiasiyası barədə məlumatların mövcud olmadığı qeyd edilmiş, həmçinin Əmlak Məsələləri Dövət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan müəssisələr barədə məlumatın aşkarlanmadığı öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı dair AT-İİİ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, 1977-ci ildən 1982-ci ilədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. xx.xx.1982-ci il tarixdə (əmr № 246k xx.xx.1982-ci il tarixli) quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə (əmr № 186 xx.xx.1983-cü il tarixli) X13 İdarəsinə qaz hazırlayıcısı üzrə usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə (əmr № 158 xx.xx.1984-cü il tarixli) qaz istehsalatı üzrə 5-ci dərəcəli operator vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə (əmr № 87 xx.xx.1985-ci il tarixli) RSFSR Əmək Məcəlləsinin 29-cu maddəsinin 5ci bəndinə əsasən “Xəzərdəniz Neftqazistehsalı” İstehsalat Birliyinə köçürülmə üzrə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə (əmr № 164k xx.xx.1985-ci il tarixli) 2 nömrəli Neftqazçıxarma sexinə 4-cü dərəcəli neft və qaz islahatı üzrə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə (əmr № 231k xx.xx.1985-ci il tarixli) quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri ustası keçirilmişdir. xx.xx.1984-ci il tarixdə (əmr № 206k xx.xx.1987-ci il tarixli) həmin sexdə baş usta vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdə (əmr № 42k xx.xx.1988-ci il tarixli) həmin sexdə PRS ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdə SSKP XXİİ Qurultayı adına İstehsalat Birliyi xx.xx.1988-ci il tarixdən ləğv edilmişdir və onun bazasında SSKP XXİİ Qurultayı adına NQÇİ yaradılmışdır. xx.xx.1989-cu il tarixdə (əmr № 91k xx.xx.1989-cu il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən İmişli rayonu Rayon İcraiyyə Komitəsinin sərəncamına keçirilmə qaydasında tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə (əmr № 59 xx.xx.1989-cu il tarixli) DKT İmişli neft bazasının mühəndisi qismində qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə (əmr № 85 xx.xx.1991-ci il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı şəhəri "xxxx" Assosiasıyasının sərəncamına keçirilmə qaydasında tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə (əmr № 79 xx.xx.1991-ci il tarixli) "xxxx" Assosiasıyasının komersiya direktoru vəzifəsinə götürülmüşdür. xx.xx.1993-cü il tarixdə (əmr № 48 xx.xx.1993-cü il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı şəhəri "xxxx" X14 Müəssisəsinin sərəncamına keçirilmə qaydasında tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə (əmr № 102 xx.xx.1993-cü il tarixli) "xxxx" X14 Müəssisəsinə mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə (əmr № 28 xx.xx.1997-ci il tarixli) Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə (əmr № 352 xx.xx.1997-ci il tarixli) “Binəqədi” Neftqazçıxarma İdarəsi quyuların yeraltı təmiri sexinə 11-ci dərəcəli quyuların yeraltı təmiri ustası vəzifəsinə qəbul edilmişdir. Əməyin ödənilməsinin yeni qayda və şərtlərinin tətbiq edilməsi ilə əlaqədar 12ci dərəcə verilmişdir (xx.xx.2000-ci il, əmr № 387). xx.xx.2004-cü il tarixdə (əmr № 353 xx.xx.2004-cü il tarixli) həmin sexdə QYT və XDS üzrə sahə ustası vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə (əmr № 190k xx.xx.2005-ci il tarixli) həmin sexdə 13-cü dərəcəli QYT üzrə böyük usta vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixdə (1 №-li protokol) ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli 1 saylı protokoluna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv edilməsi ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdə (əmr № HRA/01 xx.xx.2005-ci il tarixli) “X15” Quyuların Yeraltı Təmir və Xüsusi Texnika Sexinə QYT böyük usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə (əmr № 128 xx.xx.2007-ci il tarixli) struktur dəyişikliyi ilə əlaqədar olaraq QYT və XTS adı dəyişərək Quyuların Yeraltı Təmir və Xüsusi Texnika Sexi adlandırılmışdır. xx.xx.2016-cı il tarixdə (əmr № HRK 166/16 xx.xx.2016-cı il tarixli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı il tarixdə (əmr № HRK 149/16 xx.xx.2016-cı il tarixli) “X15” Quyuların Yeraltı və Əsaslı Təmir Sexinə usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə (əmr № HRK 159/9 xx.xx.2019-cu il tarixli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə (müqavilə № SDİ-711 xx.xx.2019-cu il tarixli) "xxxx" Şirkətinin Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə (əmr № 811 xx.xx.2020-ci il tarixli) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürən ilə əmək müqaviləsi bağlanılması ilə əlaqədar) işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə (əmr № HRQ 86/20 xx.xx.2020-ci il tarixli) “X15” Quyuların Yeraltı və Əsaslı Təmiri Sexinə usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıradək usta vəzifəsində işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********30490089X00009 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin SOCAR**********80020123X00299 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışındakı qeydlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək quyuların yeraltı təmiri üzrə usta, xx.xx.2005-ci il tarixdən 01,09.2005-ci il tarixədək quyuların yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləmişdir. İddiaçı “Binəqədineft” NQÇİ-də Quyuların yeraltı təmiri sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (08 il 12 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində 2130200b—23187 kodu ilə qeyd edilmiş «quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan ustalar» vəzifəsi ilə, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (01 ay 27 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə böyük usta vzəifəsi isə həmin yarımbölmədə 2130200b—23485 kodu ulə qeyd edilmiş «quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan böyük ustalar» vəzifəsi ilə eynilik təşkil edir. Həmçinin, “Neft Daşları” NQÇİ-nin arxivində saxlanan “Forma № T2” şəxsi uçot vərəqəsindəki qeydlərə əsasən İddiaçı “Neft Daşlan" NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək neft və qaz hasilatı üzrə operator, Quyuların yeraltı təmiri sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1987-ci il tarixdən xx.xx.1988ci il tarixədək quyuların yeraltı təmiri üzrə böyük usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək quyuların yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. İddiaçı “Neft Daşlan” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (02 ay 29 gün) işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində HOOOOOa— 15824 kodu ilə qeyd olunmuş «neft və qaz hasilatı üzrə operatorlar» peşəsi ilə, Quyuların yeraltı təmiri sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (03 il 04 ay 05 gün) işlədiyi quyuların yeraltı təmiri üzrə usta və böyük usta vəzifələri isə həmin yarımbölmədə HOOOOOb—23187 kodu ilə qeyd edilən «quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan ustalar, böyük ustalar» vəzifəsi ilə eynilik təşkil edir. “Binəqədineft” NQÇİ quruda yerləşən (dənizlə əlaqəsi olmayan) təşkilat olmuşdur və onun struktur bölməsi olan Quyuların yeraltı təmiri sexi də quru şəraitində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş BC-01-ina/44-5 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən "Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1985 - 1989-cu illər üçün əmək haqlarının şəxsi hesablarında, 1989-cu il üçün T-2 formalı şəxsi vərəqədə, xx.xx.1960-cı il tarixdə anadan olmuş İddiaçı bu müəssisədə işləməsi barədə aşağıdaki məlumatlar mövcuddur: Tarix Vəzifə, peşə Təşkilatın adı Əsas Qəbul Çıxdığı Neft və qaz hasilatı 2 saylı xx.xx.1985 xx.xx.1985 üzrə .operator Əmr 164-k Neftqazçıxarma xx.xx.1985 sexi (HOOOOOa- 15824) Quyuların əsaslı quyuların əsaslı və xx.xx.1985 xx.xx.1987 yeraltı təmiri üzrə Əmr 231-k və yeraltı təmiri usta (110OOOOb - xx.xx.1985 sexi 23187) Quyuların əsaslı quyuların əsaslı və xx.xx.1987 xx.xx.1988 yeraltı təmiri böyük Əmr 206-k və yeraltı təmiri usta (HOOOOOb- xx.xx.1987 sexi 23187) quyuların əsaslı və Quyuların əsaslı xx.xx.1988 xx.xx.1988 yeraltı təmiri üzrə Əmr 42-k və yeraltı təmiri usta (HOOOOOb- xx.xx.1988 sexi 23187) quyuların əsaslı və Quyuların əsaslı xx.xx.1988 xx.xx.1989 yeraltı təmiri üzrə Əmr 39-k və yeraltı təmiri usta (110OOOOb - xx.xx.1988 sexi 23187) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların,işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın X bölməsi, 2a və 2b yarımbölməsinin əsasən “Neft Daşları" NQÇİ-də neft və qaz hasilatı operatoru, quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifələrində dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 03 il 07 ay 03 gün təşkil edir. Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı və yeraltı təmiri üzrə ustası İddiaçı xx.xx.1989-cu il tarixindən ƏQM-in 36.5-ci maddəsinin əsasən (İmişli rayon İcra komitəsinin sərəncamı ilə keçirilmə qaydasına uyğun olaraq) işdən azad edilmişdir (xx.xx.1989-cu il 91-k №-li əmrinə əsasən). “X16” tərəfindən təqdim edilmiş 8171 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən “X15” Şirkətində xx.xx.2005-ci il tarixdən xx.xx.2016-ci il tarixədək Quyuların Yeraltı və Əsaslı Təmir sexində Quyuların yeraltı təmiri üzrə böyük usta vəzifəsində işləyib. xx.xx.2016-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a ” bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.2016 il tarixdən xx.xx.2019 il tarixədək “X15” Şirkətində Quyuların Yeraltı və Əsaslı Təmir sexində usta vəzifəsində işləyib. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası ƏMnin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış SOCAR**********80020123X00299 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, İş stajı barədə SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1997-ci ildə (əmr № 352k, xx.xx.1997-ci il) “Binəqədineft” Neft və Qazçıxarma idarəsinin Quyuların yeraltı təmiri sexinə 11-ci dərəcəli quyuların yeraltı təmiri ustası vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə stat cədvəlinə uyğun olaraq QYT və XTS-yə 12-ci dərəcəli QYT ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə (əmr № 353, xx.xx.2004-cü il) QYT üzrə sahə ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə (əmr № 190k, xx.xx.2005-ci il) 13-cü dərəcəli QYT üzrə böyük usta vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə (xx.xx.2005-ci il tarixli, 1 №-li protokol) İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. Həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Vəkil ünvanlanmış **********3 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı dair 20 oktyabr 2021-i il tarixli SOCAR**********80020123X00299 nömrəli arayışında xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexi dənizdə fəaliyyət göstərmədiyindən adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (3 il 7 ay 3 gün (xx.xx.1985-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı dair ВЦ seriyalı 139260 saylı xx.xx.1983-cü il tarixli hərbi bilet iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********10210033B00316 saylı xx.xx.2022ci il tarixli məktub ilə bildirilmişdir ki, 2-1(112)-8075/2022 saylı iş üzrə SOCAR-ın baş ofisinə ünvanlanan 22 may 2022-ci il tarixli eyniməzmunlu sorğuya “Azneft” İB-nin SOCAR**********30490075X00263 saylı 16 iyun 2022-ci il tarixli “Sorğunun cavablandırılması haqqında” məktubu ilə cavab göndərilmişdir. İddiaçı keçmiş RSFSR-in Uzaq Şimal ərazisinin X2 yerləşən “Vinqapurqazçıxarma” Qaz İstehsalat İdarəsində Quyuların əsaslı təmiri sexində işlədiyi qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsındə 2130200a— 11292 kodu ilə qeyd edilmiş «quyuların əsaslı təmirinin qazmaçıları» peşəsinə, X6 Partiyasının XXİİ qurultayı adına Neft və Qazçıxarma İdarəsinin Neft və qazçıxarma sexində işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi isə həmin yarımbölmədə 2130200a—15824 kodu ilə qeyd edilmiş «neft və qaz hasilatı üzrə operatorlar» peşəsinə, Quyuların yeraltı təmiri sexində işlədiyi quyuların yeraltı təmiri üzrə usta vəzifəsi 2130200b—23187 kodu ilə qeyd edilən «quyuların yeraltı və əsaslı təmiri işlərində ustalar» vəzifəsinə, həmin sexdə işlədiyi böyük usta vəzifəsi 2130200b—23485 kodu ilə qeyd edilən «quyuların yeraltı və əsaslı təmiri işlərində böyük ustalar» vəzifəsinə uyğundur. Keçmiş RSFSR-in Uzaq Şimal ərazisinin X2 yerləşən “Vinqapurqazçıxarma" Qaz İstehsalat İdarəsinin və X6 Partiyasının XXİİ qurultayı adına Neft və Qazçıxarma İdarəsinin fəaliyyəti haqqında müəssisəmizdə (vətəndaşın əmək kitabçasındakı qeydlər istisna olmaqla) heç bir sənəd olmadığını və İddiaçı işlədiyi peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»na uyğunluğu onun işlədiyi struktur bölmələrin və peşələrin (vəzifələrin) adına əsasən müyyən edildiyinin nəzərə alınması xahiş edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmənkin sorğusuna cavab olaraq **********2 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na və xx.xx.2006-cı il tarixinədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmış tam əmək stajı olan şəxslərə münasibətdə isə 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li siyahısı”na əsasən müəyyən edilir. Müraciətdə təqdim edilən əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “quyuların əsaslı təmiri sexində qazmaçı köməkçisi”, “qazın hazırlanması üzrə usta” və “qaz hasilatı üzrə operator” vəzifələrində çalışdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnm 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Belə ki, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətinə müvafiq arayış əlavə edilmədiyindən onun işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda adları qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.2-ci bəndinin (Neft, qaz və qaz kondensatının hasilatı) a) fəhlələr yarımbəndinin 1-ci abzasında yerləşən “quyuların əsaslı təmirinin qazmagılan" peşələrinə, b) rəhbərlər və mütəxəssislər yarımbəndinin 3-cü abzasında yerləşən “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar” peşələrinə və a) fəhlələr yarımbəndinin 14-cü abzasında yerləşən “neft və qaz hasilatı üzrə operatorlar” peşələrinə uyğundur. Eyni zamanda, vətəndaşın çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərar ilə təsdiq edilmiş 2 №-li Siyahıda 2130200a—11292 (“quyuların əsaslı təmirinin qazmagılan”), 2130200b—23187 (neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar) və 2130200a—15824 (neft və qaz hasilatı üzrə operatorlar) kodları ilə müəyyən edilmiş peşələrə uyğundur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-20-15/2-4-17230/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin sorğusu qısa müddətdə Rusiyanın aidiyyəti orqanlarına müraciət edilməsi və nəticəsi barədə məlumatın təqdim edilməsi üçün Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğuna göndərilmişdir. Hər hansı cavab daxil olduqdan sonra bu barədə əlavə məlumat veriləcəkdir. İddiaçı dair Bakı İnzibati Məhkəməsinin bundan əvvəlki sorğusu ilə bağlı tərəfindən müvafiq müşayiət notası ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edilmiş, lakin səfirlikdən cavab daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********30490075X00263 saylı xx.xx.2022ci il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı keçmiş RSFSR-in Uzaq Şiınal ərazisinin X2 yerləşən “Vinqapurqazçıxarma” Qaz istehsalat idarəsində Quyularm əsaslı təmiri sexində işlədiyi qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində 2130200a—11292 kodu ilə qeyd edilmiş «quyuların əsaslı təmirinin qazmaçıları» peşəsinə, X6 Partiyasının XXİİ qurultayı adına Neft və Qazçıxarma İdarəsinin Neft və qazçıxarma sexində işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi isə həmin yarımbölmədə 2130200a—15824 kodu ilə qeyd edilmiş «neft və qaz hasilatı üzrə operatorlar» peşəsinə, Quyuların yeraltı təmiri sexində işlədiyi quyuların yeraltı təmiri üzrə usta vəzifəsi 2130200b— 23187 kodu ilə qeyd edilən «quyuların yeraltı və əsaslı təmiri işlərində ustalar» vəzifəsinə həmin sexdə işlədiyi böyük usta vəzifəsi 2130200b—23485 kodu ilə qeyd edilən «quyuların yeraltı və əsaslı təmiri işlərində böyük ustalar» vəzifəsinə uyğundur. Keçmiş RSFSR-in Uzaq Şimal ərazisinin X2 yerləşən "Vinqapurqazçıxarma” Qaz İstehsalat İdarəsinin və X6 Partiyasının XXİİ qurultayı adına Neft və Qazçıxarma İdarəsinin fəaliyyəti haqqında müəssisədə (vətəndaşın əmək kitabçasındakı qeydlər istisna olmaqla) heç bir sənəd olmadığını və İddiaçı işlədiyi peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»na uyğunluğu onun işlədiyi struktur bölmələrin və peşələrin (vəzifələrin) adına əsasən müyyən edildiyinin nəzərə alınması xahiş edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********19000 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X5 Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 26316 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "xxxx" Çoxsahəli Assosiasiyası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********309600 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X5 Müəssəsinin xx.xx.1995-ci il tarixdə 26316 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "xxxx" Çoxsahəli Assosiasiyası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-19182/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. "xxxx" Çoxsahəli Assosiasiyası və "xxxx" X5 Müəssisəsi barədə dövlət əmlakının registrində məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-20-15/2-4-40137/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xx.xx.2023-cü il tarixli 3-20-15/2- 4-39671/2023 nömrəli məktubuna əlavə olaraq İddiaçı əmək stajının hesablanması qaydası barədə əldə olunmuş məlumatlara dair Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun məktubunun surəti əlavələri ilə birlikdə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 137668/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 3 sentyabr 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İrfan X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 31 il 6 ay 8 gün, güzəştli iş stajının isə 28 il 11 ay 2 gün olduğu müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-682/01-3/2024 xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Çoxsahəli Assosiasiyasına və "xxxx" X5 Müəssisəsinə dair məlumat mövcud deyildir. "xxxx" X7 Kiçik Müəssisəsi 18 noyabr 1997-ci il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********973200 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X5 Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 26316 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Arxiv sənədlərində həmin hüquqi şəxsin hər hansı hüquqi şəxsin varisi olması barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-7154/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Çoxsahəli Assosiasiyası və "xxxx" X5 Müəssisəsi barədə dövlət əmlakının Registrində heç bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********661000 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X5 Müəssisəsinin xx.xx.1995-ci i! tarixdə 26316 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "xxxx" Çoxsahəli Assosiasiyası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/2-11-3721/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Çoxsahəli Assosiasiyasına dair məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş N-01- 2018 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən M.Əzizbəyov adına X17 ordenli Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilmişdir: İddiaçı 1977-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr № 012/723, xx.xx.1977-ci il). İddiaçı 1982-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr № 012/600, xx.xx.1982-ci il). HB № 028796 seriyalı diplom verilmişdir. ИВ seriyalı 028796 saylı xx.xx.1982-ci il tarixli diplomdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) işləməlidir. İddiaçının güzəştli iş stajının xx.xx.2006-cı il tarixədək ən azı 12 il 06 ay olması (14 il 9 ay 5 gün) mübahisələndirilmir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi siğorta stajı xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 8 gün (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1989-cu il, 21 04.1989-xx.xx.1991-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. ИВ seriyalı 028796 saylı tarixli diplomdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İddiaçının təqdim etdiyi hərbi biletin surətində onun müddətli həqiqi hərbi xidmət keçməsi barədə qeyd mövcud deyildir. İddiaçının iddia ərizəsində hərbi xidmət dövrü kimi qeyd etdiyi 1982-1983-cü illərdə təhsil əlması və işləməsi barədə əmək kitabçasında qeydlər mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" Assosiasıyasında, xx.xx.1993-xx.xx.1997-ci illərdə "xxxx" X14 Müəssisəsinə işləməsi qeyd olunsa da, "xxxx" X5 Müəssisəsi yalnız xx.xx.1995-ci il tarixdə 26316 nömrə ilə dövlət reyestrində qeydiyyatından keçmişdir. Reyestrdə "xxxx" Çoxsahəli Assosiasiyası adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********19000 saylı xx.xx.2023-cü il və **********973200 saylı xx.xx.2024-cü il tarixli məktubları). "xxxx" Çoxsahəli Assosiasiyası və "xxxx" X5 Müəssisəsi barədə dövlət əmlakının registrində məlumat qeydiyyata alınmamışdır (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-19182/2023 saylı xx.xx.2023-cü il, 3-21-3/2-7154/2024 saylı xx.xx.2024-cü il tarixli məktubları). Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-682/01-3/2024 xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Çoxsahəli Assosiasiyasına və "xxxx" X5 Müəssisəsinə dair məlumat mövcud deyildir və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/2-11-3721/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Çoxsahəli Assosiasiyasına dair məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrində aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1991xx.xx.1993-cü illərdə "xxxx" Assosiasıyasında, xx.xx.1993-xx.xx.1995-ci illərdə "xxxx" X14 Müəssisəsində işləməsinə dair qeydləri sosial siğorta stajı kimi qəbul etməməsi barədə cavabdehin imtinası qanunsuz hesab edilməməlidir. Belə ki, həmin müəssisələrin qeyd edilən dövrlərdə mövcudluğu məhkəmə araşdırması nəticəsində də müəyyən edilməmişdir. Tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının M.Əzizbəyov adına X17 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qaz-neft mədən fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi” ixtisası üzrə xx.xx.1977-ci ildən xx.xx.1982-ci il tarixədək əyani təhsil aldığı dövr (04 il 09 ay 17 gün) və Vəfa” X5 Müəssisəsində xx.xx.1995-ci ildən xx.xx.1997-ci il tarixədək işlədiyi dövr (01 il 07 ay 08 gün) onun ümumi siğorta stajına əlavə edilməlidir. Bununla belə, həmin illər (04 il 09 ay 17 gün + 01 il 07 ay 08 gün = 06 il 04 ay 25 gün) mübahisələndirilməyən ümumi siğorta stajı kimi nəzərə alındıqdan sonra da, iddiaçının ümumi siğorta stajı xx.xx.2006-cı il tarixədək 25 ildən az (23 il 06 ay 03 gün) təşkil edir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X18 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. X18 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X1rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar